Məhkəmə qərarları › İş №2-1(102)-1937/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1937/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1937/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin ist ismarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1313/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 3 iyul 2015-ci il tarixli 66 nömrəli sərəncamına əsasən İddiaçı Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 14/15 məhəllə, 8/1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin Bakı şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/121 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir.

2. İddiaçı qeyri-yaşayış obyektinin istis marına icazə üçün 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir.

3. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin 17 (on yeddi) ildən artıq bir müddətdə istismar edildiyini və obyektin istismarına icazə verilməsi onların səlahiyyətləri xaricində olduğu üçün imtina edilmiş, eyni zamanda izah edilmişdir ki, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci ilin yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 10 fevral 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisi onun tərəfindən 2002-2003-cü illərdə aparılmaqla, istismar üçün tam yararlı vəziyyətdə başa çatdırılmışdır. Həmin qeyri-yaşayış sahəsi 2003-cü ildən hal-hazıra kimi onun istifadəsindədir. Sonrakı illərdə, əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək istifadəsində olan qeyri -yaşayış sahəsinin mövcud vəziyyətinə dair eskiz layihəsini xx.xx.2015-ci il tarixdə əldə etdikdən sonra, layihə əsasında həmin obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 03 iyul 2015-ci il tarixli 66 saylı sərəncamı ilə ona icazə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 №-li fərmanına müvafiq olaraq ötən müddət ərzində istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində sənədləşdirilməsi üçün müxtəlif aidiyyəti orqanlara müraciət etməklə, tələb olunan rəy və razılıqları əldə etmişdir. İstifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti ilə əlaqədar olaraq müxtəlif aidiyyəti orqanlar tərəfindən rəy və razılıqlar alınmışdır. Sözügedən qeyri-yaşayış obyektin in istismarına icazə üçün 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etsə də, həmin obyektin 17 (on yeddi) ildən artıq bir müddətdə istismar edildiyini və obyektin istismarına icazə verilməsi onların səlahiyyətləri xaricində olduğu üçün imtina edilmiş, eyni zamanda izah edilmişdir ki, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci ilin yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Eyni məzmunlu müraciətinə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli i-136149 №-li cavabında d a göstərilir ki, 2018-ci ilin yanvarın 1-dək qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi barədə səlahiyyətləri olsa da, həmin vaxtdan etibarən artıq yerli icra hakimiyyətlərinin belə səlahiyyətləri yoxdur və bu əsasa görə də müraciəti təmin edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən artıq iyirmi ilə yaxın bir müddətdə istifadəsində olan və Suraxanı rayon İcra Hakimiyyətinin 03 iyul 2015ci il tarixli 66 №-li sərəncamı ilə eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilən qeyri-yaşayış obyektinin hal-hazırda istismarına icazə verilməsindən imtina edilməsinin heç bir əsası yoxdur. Qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə səbəb olan hər hansı bir maneə mövcud deyildir. Bütün aidiyyətli təşkilatlar həmin obyektin istismarına icazə ver ilməsini məqbul hesab etmişdir. 6. 19 aprel 2021-ci il tarixində məhkəmə iclasında cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətini əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fə rmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bu səbəbdən də, təqdim olunmuş sənədlərin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 ildən çoxdur ki, istismar olunduğuna görə obyektin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı il ə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci yarımbəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə s ənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edərək rədd edilməsi ni məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim F.Mədətli) 30 noyabr 2021-ci il tarixli, 2-1(112)4245/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü, 101.1 və 102.1-ci maddələrinə istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1-ci hissəsinə əsasən tikintiyə icazə üçün tələb edilən tikinti sənədlərinin tam şəkildə təqdim edilməməsi əsası ilə iddia tələbini rədd etmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya ş ikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1313/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə-sədrlik edən, X.A.Cəmilova və M.N.Tağızadə) Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 21(112)-4245/2021 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tikintisi 2002-ci ildə ba şlamış və 2003-cü ildə qurtarmış qeyri yaşayış sahəsinin memarlıq-planlaşdırmasının eskiz həlli qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış, Suraxanı RİH tərəfindən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə icazə verilməsi haqqında sərəncam qəbul edilmiş, həmin inzibati akt qüvvədə olmaqla, ləğv edilməmiş, etibarsız sayılmamış, geri çağrılmamışdır. Müvafiq aidiyyəti təşkilatlar tərəfindən rəylər verilmiş, istismara hazırlıq aktı təqdim edilmiş, həmin istismara hazırlıq aktında, həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 texniki müayinə rəyində obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri əks olunmuş, obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ƏMDX ilə icarə müqaviləsi bağlanılmışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qeyri-yaşayış sahəsinə istismara qəbul aktının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi müvafiq qərarı qəbul edərkən qanunsuz olaraq yalnız iddiaçının apellyasiya şikayətində qeyd edilənləri əsas götürmüşdür. Apellyasiya instansiya məhkəməsində baxılan müddətdə qanunvericiliyə istinad edilməklə əsaslandırılmış və yazılı etiraz şəkildə məhkəmənin diqqətinə çatdırılsa da, qeyd olunan hallar əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və qeyd edilən dəlillərə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tikinti obyektinin istismarına icazə icraatı çərçivəsində qanunvericiliklə tələb olunan sənədlərin olub-olmaması araşdırılmamış və məhkəmə iddiaçı t ərəfindən məhkəməyə təqdim edilən və tikinti obyektinin istismarına icazə verilməsi üçün tələb edilən sənədlər siyahısına aid olmayan sənədləri sadalamaqla kifayyətlənmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri nəzərə almış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş dəlillər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilən dəlillər və sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmalı və hüquqi qiymət verilməli idi. Lakin məhkəmə qərarının məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, hazırkı mübahisə üzrə məhkəmənin mövq eyi ədalətli olmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmiş və sözügedən məhkəmə qərarı qanunvericiliyin tələblərinə uyğun və düzgün əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti” Məcəlləsi: Maddə

102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda o byektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazə barədə qərarın surətini əlavə edir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilmə si tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2. Sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. 102.5. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə ilə bağlı sənədləri tikinti obyekti sökülənədək və ya müvafiq sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun arxivə təhvil verilənədək saxlamağa borcludur. 102.6. Məlumatlandırma icraat ının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət reyestrinə göndərə və ya bilavasitə təqdim edə bilər. 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqa nının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. 102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Apellyasiya məhkəməsi mübahi sənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. İş materiallarına əsasən hazırda mübahisə olunan qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 66 saylı sərəncamına əsasən, tikintisi başa çatmış, 2 mərtəbəli ticarət obyektinin vətəndaş X2 obyektin sənədləşdirilməsinə icazə verilmişdir. Müvafiq aidiyy əti təşkilatlar tərəfindən rəylər verilmiş, istismara hazırlıq aktı təqdim edilmiş, həmin istismara hazırlıq aktında, həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 texniki müayinə rəyində obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri əks olunmuş, obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ƏMDX ilə icarə müqaviləsi bağlanılmış və iddiaçıya 28 iyun 2022-ci il tarixli **********02 nömrəli çıxarış verilmişdir.

25. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerl i icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 1 yanvar 2018-ci il tarixədək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazəni yerli icra hakimiyyəti tərəfindən verilə bilərdi. 1 yanvar 2018-ci il tarixdən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcədə şəhərsalma kadastrının aparılması cavabdehə həvalə olunmuşdur.

26. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1313/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxla nılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1313/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar