Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1956/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair hüquq haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi) qarşı torpaq sahəsinə dair hüquq haqqında arayışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-659/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2006-cı il tarixli qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan1 600 m2 torpaq sahəsi təklif olunmuşdur. Buna müvafiq olaraq Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi ilə iddiaçının mərhum əri X11 arasında xx.xx.2006-cı ildə “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə X3 mülkiyyətinə veri lməsi haqqında” 362 nömrəli müqavilə bağlanmışdır.
2. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2006-cı il tarixli 104 nömrəli qərarı ilə ünvan1 küçəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 bələdiyyəyə məxsus torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq, X4 mülkiyyətinə ayrılmış, ünvan1 fərdi yaşayış evinin tikintisi üçün X9 təklif olunan torpaq sahəsinin situasiya planı da tərtib olunaraq ona təqdim edilmişdir.
3. X11 xx.xx.2013-cü il tarixində kəskin koronar çatmamazlığından ölmüşdür.
4. X4 xx.xx.2013-cü ildə vəfatı ilə əlaqədar vərəsələri İddiaçı, X2 və X5 ərizələri əsasında Bakı şəhəri 32 saylı notariat kontorunda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuş və Bakı şəhəri 32 saylı n otariat kontoru tərəfindən ünvan1 küçəsində yerləşən 600 m2 torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.
5. Bundan sonra iddiaçı Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə müraciət edərək ərinin adına verilmiş 600 m2 torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir.
6. Binəqədi Bələdiyyəsi xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, “Torpaq icarəsi haqqında” Qanunun 22.2-ci maddəsini əsas götürərək ərizə təmin edilməsindən imtina barədə qərar qəbul edilmişdir.
7. Bundan sonra iddiaçı xx.xx.2018-ci ildə torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmiş, cavabdeh orqan həmin ərizəyə cavab olaraq iddiaçıdan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılması barədə razılığı, torpağın normativ qiyməti barədə sənəd, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənədək bələdiyyə ilə birlikdə təsdiq etdiləri alqı-satqı aktı və dövlət rüsumunnu ödənilməsi barədə sənədi tələb etmişdir.
8. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixində cavabdehə müraciət edərək Ünvan1 yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olmuş 600 m2 torpaq sahəsinin mərhum X6 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat verilməsini xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********28 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir k i, Ünvan1 yerləşən və Binəqədi Bələdiyyəsinə məxsus olan 600 m2 torpaq sahəsinin mərhum X7 adına dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehlər olan Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Ünvan1 yerləşən 60 0 m2 torpaq sahəsinə dair çıxarışın alınması barədə hüququn mərhum X10 məxsus olması haqqında arayış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə hansı səbəbdən istinad etməsi aydın olmamışdır, çünki mübahisə obyekti olan torpaq sahəsi mərhum həyat yoldaşı X8 icarəsinə deyil, alqısatqı yolu ilə mülkiyyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində isə qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüquq un ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
12. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində mütəxəssislər tərəfindən sözügedən əmlakın texniki inventarlaşdırılma aparılan zaman torpaq sahəsinin üzərində 2 mərtəbəli, zirzəmili yaşayış evinin mövcud olduğu aşkar edilmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin bələdiyyənin inzibati ərazi vahidinə aid olması barədə hər hansı məlumat aşkar edilməmişdi r. Torpaq sahəsinin yerləşməsini müqayisə etmək üçün cizgi və sənədlər əlavə edilməmiş, faktiki göstərilən sahə yaşayış binalarının 6 metr məsafəsində ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisi olmuşdur.
13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Ünvan1 yerləşən 600 m2 torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - X10 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata götürülmüş və Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilməklə və üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb edilmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3157/2019 saylı qərarı ilə (hakim – E.Ə.Əliyev) iddianın rədd edilməsi qərara alınmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. İddiaçıya Binəqədi Bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəyləri nin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 104 nömrəli qərarı və həmin tarixli müqaviləsi ilə mərhum X9 ayrılmış 600 m2 torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən, eləcə də torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alınmadığından, cavabdehin imtinası qanunsuz sayıla bilməz.
16. Məhkəmə qərarından iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3157/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-3157/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
20. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 29cu maddəsinin İ-ci hissəsinə, 71-ci maddəsinin İ-ci hissəsinə istinad etsə də, nəticədə həmin normaların tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən vətəndaşın uzun müddət istifadəsində olmuş torpaq sahəsinin özəlləşdirilməsi üçün Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə müraciəti əsasında alqı-satqı yolu ilə əldə etdiyi və ödəniş etdiyi torpaq sahəsinə dair elektron çıxarışın v erilməsi məsələsini həll edərkən real vəziyyəti, obyektiv həqiqəti və qanunvericiliyin məntiqi mənasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onla təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunu n 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.
27. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
28. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etib arsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
30. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə b ələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.
31. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
32. Həmin Məcəllənin 56.6-cı maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının mümarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (xx.xx.2016-cı il tarixinədək olan redaksiya) 35. “İnzibati icraat haqqında” Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutuldu ğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
36. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhk əmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
41. Həmin Məcəllənin 92.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
42. Həmin Məcəl lənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü t ərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhd əliyi daxildir (H. Belçikaya qarşı, § 53). b) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). c) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X12rşı, § 29; X13rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqlilik lər nəzərə alınmalıdır (X12rşı, § 29; X13rşı, § 27). ç) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
48. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh orqanın iddiaçının daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edərkən ona istinad etmişdir ki, mübahisəli torpaq sahəsinin ayrılmasına müvafiq icra hakimiyyəti orqanının razılığı barədə, torpağın normativ qiyməti barədə və digər sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır.
49. Apellyasiya instansiyası məhkəməsi də Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, işə nə birinci instansiya məhkəməsində baxılması zamanı, nə də apellyasiya qaydasında baxılması zamanı qanunvericilikdə müəyyən edilmiş sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilini əsassızdır.
50. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunla təznimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması əsasları, 10-cu maddəsində qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərin siyahısı, 15-ci maddəsində isə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasları öz əksini tapmış dır.
51. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, torpaq sahəsinə dair çıxarış verilməsi tələbinə dair işlərə baxılarkən cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1813/2020 nömrəli qərarı).
52. İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqan qeyd olunan Qanunun 10-cu maddəsində göstərilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması barədə ərizəyə əlavə edilməli sənədlərin siyahısında olmayan digər sənədləri iddiaçıdan tələb etmiş, bununla da hazırkı qərarın 35-36-cı bəndlərində göstərilən normaların tələblərini pozaraq iddiaçının ərizəsini t əmin etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi mübahisəni hazırkı qərarın 25-29-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından araşdırmamış, nəticədə cavabdehin imtinasının əsaslı olduğunu qeyd etsə də, öz mövqeyini də əsaslandırmamışdır.
54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, mübahisə ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz mövqeyini əsaslandırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 37-40-cı, 42-44-cü bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
55. Hazırkı qərarın 40-41-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur və əsaslandırılması zəruri olan qərarın əsaslandırılmaması həmin qərarın kassasiya qaydasında ləğvi üçün əsasdır.
56. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
57. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
58. Beləliklə, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. Ap ellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10, 15-ci maddələrinin tələbləri baxımından işi yenidən araşdırmalı, cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən asılı olaraq əsaslı və qanuni qərar qəbul etməlidir.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.