Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1964/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərtinin yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı və cavabdeh Bakı Şəhəri Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı Şəhəri Cavabdehə (bundan sonra mətndə cavabdeh) qarşı sərəncamın və qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Ba kı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1347/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayəti ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X1) məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamının və həmin sərəncam əsasında DƏDRX-in Bakı ərazi idarəsində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olmamışdır.
4. Bakı Apelyasiya Məhkəməsinin İn zibati kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1347/2020 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1634/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş həmin məhkəməyə göndərilmişdir.
5. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.
6. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və növbəti prosessual hərəkətlərin aparılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
7. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati akt ın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş i ddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilmə si müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
9. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1 Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (mədəni irs obyektlərinin) qorunmasından ibarətdir. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşular a) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 10. “Ətraf mühitin mühafizəsi haqqında” Qanun: Maddə
6. Həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq (1.1), sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq (1.3), ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək (1.6), insan həyatına və ətra f mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək (1.8), ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq (1.9), ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarına aiddir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin vəkili kasasiya məhkəməsində keçirilən məhkəmə i clasında şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
12. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. Kasasiya şikayətinin mümkünlüyü ilə bağlı kasasiya məhkəməsinin mövqeyi
13. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
17. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mübahisə olunan sərəncam qanuni əsasla verilmişdir. İddiaçı mülkiyyətində olan mənzilindən sərbəst istifadə edir. Sərəncam əsasında üçüncü şəxs tərəfindən inşa edilmiş tikili iddiaçının mənzilindən girişçıxışına maneçilik törətmir, sərəncam iddiaçının hüquqlarına toxunmur.
18. Apelyasiya məhk əməsi hesab etmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsi və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı maddəsinin işığında araşdırılmamışdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
20. Subye ktiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
21. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən ya lnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
22. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının yuxarıda istinad olunan qanunvericilik aktlarında təsbit edilmiş hüquqlarının olub-olmamasını və məhz bu kontekstdə onun Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında şərhi verilən müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan mübahisəyə mahiyyəti üzrə baxılmasından imtina etməsi iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi iddiaçın ın subyektiv hüquqa malik olması nəticəsinə gəlməmiş, yalnız onun belə hüquqa malik olmasını müəyyən etmək üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
25. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1347/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.