Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1975/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, maddi və mənəvi ziyanın ödənil məsinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizənin təmin edilməməsinə dair 16 may 2023-cü il tarixli, 2-1(103)-1662/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və s tajına daxil edilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin vəzifəli şəxslərinin üzərinə öhdəlik kimi qoyulması tələbini irəli sürmüşdür.
2. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-13610/2022 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1662/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13610/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı Apell yasiya Məhkəməsinə müraciət edərək, həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində işləmədiyini, vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı olmadığını qeyd etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-1662/2023 nömrəli qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bu cür ərizələr daxil olduğu təqdirdə vəkillə təmin edilmə barədə əriz ə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılır.
8. Dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, qərardadın ləğv edilməsini, ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət q ədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qə bul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
16. Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər..... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8.Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasi ya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdırlar. Həmçinin qeyd olunmalıdır ki, aşkar surətdə əsassız kassasiya şikayətinin verilməsi üçün proses iştirakçısına dövlət büdcəsi hesabına vəkil təyin edilməsi, dövlət büdcəsi vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan tərzdə xərclənməsi ilə nəticələnə bilər.
21. İş materiallarından və dövlət hesabına vəkillə təmin olunması barədə ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının maddi vəziyyətinin aşağı olmasını təsdiq edən sübutlar yoxdur. Ərizəyə əlavə olunmuş ƏƏSMN-nin iddiaçının işaxtaran (işi və qazancı olmayan şəxs) olması haqqında arayışın etibarlılıq müddəti xx.xx.2022-ci il tarixə qədərdir.
22. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
23. Qeyd olunmalıdır ki, ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, ərizəçin in hüquqlarından sui-istifadə etdiyi apelyasiya məhkəməsinin qeyd etdiyi hallardan aşkar görünür. Bu mənada əsassız kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-ci il tarixli, 21(103)-1662/2023 nömrəli qərardadı dəyişdirilmədən s