Məhkəmə qərarları › İş №2-1(102)-1998/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1998/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1998/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması) 15.12.2021 Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və s. tələblərinə dair Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(103)-1026/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağı dakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehin 15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmri ilə xidməti ezamiyyətdən geri çağırılmış, 31 iyul 2015-ci il tarixli, 1485 nömrəli əmri ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmişdir.

2. Cavabdeh tərəfindən İddiaçı Arif oğlu ilə bağlı müraciətə cavab olaraq vəkil Nümayəndə1 ünvanlanmış 10.03.2020-ci il tarixli, 7/25-189/25/20 saylı məktubda qeyd edilmişdir ki, A. Həsənovun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında qulluğuna “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli, 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin müvafiq müddəalarına uyğun olaraq, A zərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 31 iyul 2015-ci il tarixli, 1485 nömrəli əmrinə əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emosional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi”nə dair qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin yanvar ayında test imtahanı ilə XİN-də diplomatik xidmətə qəbul olunaraq attaşe vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin mart ayında attaşe diplomatik rütbəsi almış və 2009-cu ilin martında Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin attaşesi vəzifəsinə təyin olunmuşdur. 2010-cu ilin dekabrında XİN-in Ümumi Katibliyinin attaşesi, 2011-ci ilin avqustunda isə üçüncü katibi vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin iyul ayında Azərbaycanın Avstraliyadakı səfirliyinin üçüncü katibi vəzifəsinə təyin olunmuş və 2014-cü ilin dekabrında üçüncü katib diplomatik rütbəsi almışdır. 2015-ci ilin iyul ayında əməkdaşı olduğu Azərbaycanı n Avstraliyadakı səfirliyində korrupsiya faktları ilə bağlı XİN-ə və digər əlaqədar dövlət qurumlarına məlumat vermişdir. Korrupsiya faktları səfirlikdə saxta katibə ştatı göstərilərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, səfir Rövşən Cəmşidov və səfirliyin maliyyə müsahibi Araz Xasiyevin diplomatik statuslarından sui-istifadə edərək qanunsuz içki və siqaret biznesi və digər qanunsuz əməlləri barədə olub. 09 sentyabr 2015-ci ildə xarici işlər naziri tərəfindən ad çəkilməsə də “fəaliyyətlərində nöqsanlara yol verən və diplomat adına xələl gətirən əməkdaşlara” qarşı ən sərt tədbirlər görüləcəyi barədə hədə xarakterli fikirlər səsləndirilib. Məhz həmin vaxtdan onun diplomatik fəaliyyətinə xitam verilməsi barədə xarici işlər naziri tərəfindən məlum əmr imzalanıb. Əmrə isə saxtaka rlıqla 31 iyul 2015-c il tarixi qoyulub. Bunun ardınca 16 dekabr 2015-ci ildə XİN-nin mətbuat xidməti növbəti bəyanət yayaraq İddiaçı diplomatik rütbədən məhrum edildiyini və haqqında cinayət işinin başlanıldığını bildirib. İddiaçı 27 iyul 2015-ci ildə Avstraliyadakı səfirlikdən qayıtmalı olduğu halda Avstraliyada qalmışdır. Buna səbəb iddiaçının həyat yoldaşının hamilə olması və buna görə də təyyarədə uça bilməməsi (hamiləlikdə yaranmış fəsadla bağlı avstraliyalı həkim –Dr. Huda Younisin rəyi mövcuddur) olmuşdur. Bu tarixdən cəmi 4 gün sonra, 31 iyul 2015-ci il tarixli əmrlə onun diplomatik xidmətinə xitam verilmişdir. İddiaçı 15 iyul 1323 nömrəli əmrlə geri çağırılır, 31 iyul 1485 nömrəli əmrlə diplomatik qulluğuna xitam verilir və 15 iyuldan 31 iyula qədər 12 iş günü ərzində dalbadal 16 2 əmr imzalanır. Bu 12 günlük vaxt çərçivəsində bu qədər əmr imzalanması məntiqli və ağlabatan deyil. İddiaçı hesab edir ki, 31 iyul tarixi, 1485 nömrəli əmr iyulda deyil, sentyabr ayında tələsik hazırlanıb və imzalanıb. Çünki XİN–nin rəhbərliyi R. Cəmşidovun əməllərindən 07 iyul 2015-ci il tarixindən xəbərdar olmasına baxmayaraq, bu barədə nəinki heç bir tədbir görməmiş, əksinə cinayətkarcasına İddiaçı hədəf götürərək hüquqlarını pozmuşdur. İddiaçı 2 ay sonra, 07 sentyabr 2015-ci ildə məsələni cənab Prezidentin diqqətinə mətbuat vasitəsilə çatdırmağa çalışmışdır. Səfirlik tərəfindən İddiaçı göndərilən haqq-hesab cədvəlindən və bank hesabından çıxarışda göstərilib ki, İddiaçı və həyat yoldaşına Bakıya yola düşmək üçün bilet pulu və digər xərclər 14 avqust 2015-ci ildə ödənilib.Yuxarıdakı f aktlardan da göründüyü kimi, diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı 31 iyul 2015-ci il tarixli, 1485 nömrəli əmr sırf səfir Rövşən Cəmşidovun qərəzli və quru iftirasına, uydurma məlumatlara əsaslanan 07 iyul 2015-ci il tarixli SKBR/0171/15 nömrəli və 10 iyul 2015-ci il tarixli, SKBR/0172/15 nömrəli məktublar əsasında imzalanıb.

5. Cavabdeh iddia ilə əlaqədar bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1091 nömrəli, 27 iyun 2013-cü il tarixli əmrinə müvafiq olaraq Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin üçüncü katibi vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının X1 iki ilə yaxın xidmət etdikdən sonra, Azərbaycanın həmin ölkədəki fövqəladə və səlahiyyətli səfiri tərəfindən Azərbaycan Respubl ikasının Xarici İşlər Nazirliyinə SKBR/0171/15 nömrəli, 07.07.2015-ci il tarixli və SKBR/0172/15 nömrəli, 10.07.2015-ci il tarixli məktublar göndərilmişdir. Həmin məktublarda “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində göstərilən hallar öz əksini tapmış və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1323 nömrəli, 15 iyul 2015–ci il tarixli əmri ilə 27 iyul 2015-ci il tarixdən geri çağırılmışdır. Qanunvericiliyə uyğun olaraq geri çağırılan İddiaçı nəqliyyat xərclərinin dövlət hesabına ödənilməsinə baxmayaraq, o, nazirliyin əmrinə məhəl qoymamışdır. Müvafiq əmrdən sonra XİN-ə mütləq gəlməli halda nazirliyə gəlməmiş, hətta özünün və həyat yoldaşının diplomatik pasportlarını aidiyyəti idarəyə təhvil verməmişdir. Azərbaycan Respublikasının Avs traliya İttifaqındakı Səfirliyinin və XİN-nin kadrlar idarəsinin İddiaçıla əlaqə saxlayaraq yaranmış mövcud vəziyyətin tənzimlənməsi məqsədi ilə dəfələrlə etdikləri cəhdlər heç bir nəticə verməmişdir. Əksinə, İddiaçı olduğu ölkədən Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin fəaliyyəti ilə bağlı əsaslandırılmamış iddialarla Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına (qurumlarına) müraciətlər etməyə başlamışdır. İddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü bəndinin tələblərini pozaraq, xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etmişdir. Azərbaycan Respublikası Xarici İşlər nazirinin və Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı fövqəladə və səlahiyyə tli səfirinin öz səlahiyyətləri daxilində verdikləri əmr və göstərişləri yerinə yetirilməmişdir. Eyni zamanda o, öz hərəkətləri ilə qulluq keçdiyi dövlət orqanının işin pozmağa və əsaslandırılmamış iddiaları ilə həmin orqanın, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş şəxslərin nüfuzunu aşağı salmağa cəhd etmişdir. Yuxarıda qeyd olunanlar və baş vermiş pozuntu halı ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair XİN-nin Kadrlar İdarəsinin xidməti qeydi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.2, 18.0.4, 18.0.12, 20.1.7 və 33.1.6-ci maddələrinə uyğun olaraq, XİN-nin 1485 nömrəli, 31 iyul 2015-ci il tarixli əmrinə əsasən İddiaçı 2015-ci il 31 iyul tarixindən diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. Xi dməti vəzifələrini kobud şəkildə pozduğuna və diplomatik xidmətlə bir araya sığmayan hərəkətlər törətdiyinə görə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci və 11.3-cü maddələrinə uyğun olaraq, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2149 nömrəli, 23 noyabr 2015-ci il tarixli əmrinə əsasən üçüncü katib diplomatik rütbəsindən məhrum edilmişdir. İddiaçı ötən illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin onun barəsində çıxardığı əmrlər ilə razılaşmadığı halda, şikayət vermək hüququna malik olmasına baxmayaraq, 14.05.2020-ci il tarixinədək Azərbaycan Respublikasının məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etməmişdir. Beləliklə də, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən olunan fərdi əmək münasibətlərinin həllində iddia müddətlərini ötürmüşdür. Cavabdeh əsassız olduğu üçün iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4540/2020 saylı qərardadı (hakim Miminat Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan şikayət vermək üçün qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmışdır. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə 2015-ci ildə məlumatlı olsa da, iddia ilə məhkəməyə 2020-ci ilin 15 may tarixində müraciət etmişdir. Eləcə də, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir.

8. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(103)-1026/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aidə Hüseyn) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4540/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 35.1, 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2, 62.3, 64.1, 73.1-ci maddələrinə əsəslanmış və belə hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsinə dair iddia, qanunvericilikdə müəyyən edilmiş (30 günlük) iddia müddəti buraxılmaqla verildiyi üçün həmin iddia mümkün sayılmamalıdır.

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı məzmun baxımından apelyasiya şikayətinə uyğun kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-c ı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İnzibati akt indiyə kimi iddiaçıya təqdim edilməmişdir. Yalnız əmək kitabçası cavabdeh tərəfindən 10 mart 2020-ci il tarixli məktubla qeydiyyatda olduğu Sumqayıt şəhərində yerləşən valideynlərinin yaşadığı ünvana göndərilmişdir. Belə olan halda müddətin axımı başlanmamış hesab edilməlidir. Bu səbəbdən də iddia mümkünsüz hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə

20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qa nunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə ar aşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri v əzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə

34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik ak tlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 15. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə

3. Xidməti davranışın hüquqi tənzimlənməsi 3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlar ının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır. Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə

6. Loyallıq 6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. 6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifə lərin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. 6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. Maddə 7.1 Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə

9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 23.1 Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 16. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən kənar verilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa olunması 11.2. Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. 11.3. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

17. Əmək Məcəlləsi: Maddə

5. Bu Mə cəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələri ni kobud şəkildə pozduqda; (-). Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).

2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (-). Maddə

79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üz vü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsi ndə göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar http://frameworks.e-qanun.az/46/f_46943.html

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (-);

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən po zulduğu gündür. 18. “İnzibati icraat haqqında” Qanun Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

19. İnzibati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət i nstansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 20. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2004-cü il 16 №-li Fərmanı 13.8. müəyyən edilmiş qaydada Nazirliyin mərkəzi aparatının və xaricdəki nümayəndəliklərin işçilərini, habelə Nazirlik sisteminin digər işçilərini öz səlahiyyətləri çərçivəsində vəzifəyə təyin edir və vəzifədən azad edir; 13.11. müəyyən edilmiş qaydada xaricdəki nümayəndəliklərin əməkdaşlarının rotasiyasını hə yata keçirir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə qərardadı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmi n şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianı n iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün ol masıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş qeyd olunan əmrin ləğvinə yönəldiyindən, bununla bağlı həlledici və əsas iddia tələbi mübahisələndirmə növündə iddiaya aiddir. Qeyd olunmalıdır ki, iddiaçının digər tələbləri əsas iddia tələbinə və həmin tələbin həllinə bağlıdır.

31. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, təqdim olunma inzibati orqan tərəfindən maraqlı şəxsə inzibati akt barədə məlumatın çatdırılmasını və ya bu barədə onun məlumatlı olmasını ehtiva edir.

32. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, bu qərarın 18-ci bəndində istinad olunmuş normaya görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat veri ldiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Müddətin axımı yuxarıda qeyd olunan anlamda inzibati aktın şəxsə təqdim olunduğu və inzibati aktın hüquqi qüvvəyə mindiyi vaxtdan başlayır. Başqa sözlə, inzibati aktın təqdim olunması qeyd olunan norma anlamında həmin inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi və yaxud bu barədə həmin şəxsə rəsmi mənbədən məlum olduğu halları da əhatə edir.

33. Hazırkı iş üzrə mübahisələndirilən əmrin iddiaçıya təqdim olunması ilə bağlı nəzərə almaq lazımdır ki, iddiaçı cavabdehin ona münasibətdə qəbul etdiyi həmin əmr barədə məlumatlandırılmış və ya ən azından bu barədə məlumatlı olmuş, həmin vaxtdan uzun müddət ərzində qeyd olunan əmri mübahisələndirməmişdir.

20. Bel ə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehin 15 iyul 2015-ci il tarixli, 1323 nömrəli əmri ilə 27 iyul 2015-ci il tarixdən tutduğu vəzifədən azad edilərək ezamiyyətdən geri çagırılmışdır. Qanunvericiliyə uyğun olaraq geri çağırılan iddiaçının nəqliyyat xərcləri dövlət hesabına ödənilmiş, həmin əmrdən sonra iddiaçı XİN-ə mütləq gəlməli olduğu halda nazirliyə gəlməmiş, hətta özünün və həyat yoldaşının diplomatik pasportlarını aidiyyəti idarəyə təhvil verməmişdir. Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi və cavabdehin kadrlar idarəsi tərəfindən iddiaçı ilə əlaqə saxlamağa cəhd edilmiş, lakin onunla əlaqə yaratmaq mümkün olmamışdır.

21. Bundan əlavə, 31 iyul 2015-ci il tarixli əmrlə iddiaçının diploma tik xidmət orqanlarında qulluğuna xitam verildikdən sonrakı dövrlərdə əmək haqqı alması, xidməti vəzifələrinin icrası və ya iş vaxtı ərzində iş yerində olması barədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, həmin hallarla bağlı iddiaçının passiv davranışı onun məsuliyyət sferasına aid edilməlidir.

22. Bundan başqa, iddiaçı olduğu ölkədən Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına (qurumlarına) çoxsaylı müraciətlər ünvanlamış, onlardan müvafiq tədbirlərin görülməsi ilə bağlı yardım istəmişdir.

23. Göründüyü kimi, iddiaçı qeyd edilən səbəblərdən işdən azad olunduğu barədə məlumatlı olmuş, lakin inzibatı aktı mübahisələndirməmiş, həmin aktdan şikayət verm ək üçün qanunvericiliklə müəyyən olunmuş müddəti buraxmışdır.

24. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi müəyyənliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

25. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etm əyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər.

26. Belə mübahisələrə baxılması zamanı həmçinin nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəs i sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur.

27. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs həm də qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejiminə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəli yin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İPM-in 24-cü maddəsinə görə həmin məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ötürülmüş müddətin üzürlü səbəbdən buraxıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və buraxılmış müddətin bərpası barədə müvafiq ərizə ilə müraciət etməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kolle giyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 1(103)-1026/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar