Məhkəmə qərarları › İş №2-1(102)-1999/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1999/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1999/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: malın müvafiq təsnifat koduna uyğunluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın müvafiq təsnifat koduna uyğunluğunun müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-820/2022 nömrəli, 15 iyul 2022-ci i l tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Satıcı “X9, İNC. OF ZHUHAİ” ilə alıcı İddiaçı MMC arasında bağlanmış CMS15012019 saylı, 15 yanvar 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında dəyəri 80242,00 ABŞ dolları təşkil edən soyutma avadanlıqları və onların ehtiyat hissələrinin alqı-satqısına dair müqavilə bağlanmışdır. 2. 10 dekabr 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X9, İNC. OF ZHUHAİ” tərəfindən göndərilmiş mənşə ölkəsi Çin Respublikası, istehsalçı Çin Respublikasının 177 ədəd Gree markalı kondisioner avadanlıqları İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün 10 dekabr 2020-ci il tarixdə gömrük bəyannaməsi təqdim edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsi tərəfindən verilmiş 13 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, 5 noyabr 2020 - 12 noyabr 2020-ci il tarixləri ərzində ilkin və kompleks ekspertiza keçirilmiş, A18850220 №li 28 avqust 2020-ci il tarixli invoys, yol nəqliyyat sənədi, gömrük bəyannaməsi və mallara baxış keçirilərək, yükün XİF MN-a uyğun təsnifat kodunun müəyyən edilməsi məqsədilə tədqiqat aparılmış, nəticədə İddiaçı MMC-nin ünvanına A18850220 №li 28 avqust 2020-ci il tarixli invoys üzrə idxal olunan 1-18-ci mövqe üzrə “Gree” markalı havanın temperaturu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan məişət kondisionerləri olması qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X4 mal nomenklaturasının 841581 təsnifat kodu əsasında gömrük rəsmiləşdirilmələrinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X10, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X4 mal nomenklaturasının ********** təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə id dia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 25 ildir mühəndislik fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət növü isitmə, soyutma, havalandırma avadanlıqlarının satışı, quraşdırılması və servisidir. MMC fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Aqrokompleks”i, Sumqayıt Şəhər Məhkəməsi, X6, “KFC" Amburan Mail, “Həştərxan” İş Mərkəzi, Saphire Otel və başqa böyük layihələrə imza atıb. Hazırda şirkətin 100-ə yaxın peşəkar əməkdaşı var. MMC dünyanın bir çox nüfuzlu şirkətləri ilə, həmçinin ÇXDR-nin X10 İnc. Of Zhuai şirkəti ilə sıx əməkdaşlıq edərək həmin şirkətin istehsal etdiyi avadanlıqların satışını, quraşdırılmasını və servisini həyata keçirir və bu şirkətin Azərbay canda rəsmi təmsilçisidir. MMC 2020-ci ilin noyabr ayının 2-də X10, İnc. of Zhuai şirkətininin 841581 təsnifat kodlu ilə ixrac etdiyi 18 adda 177 ədəd kondisioner hissələrini ixrac bəyannaməsinə və malların mənşə sertifikatına əsaslanaraq eyni təsnifat kodu ilə gömrük rəsmiləşdirməsindən keçirilməsi üçün idxal bəyannaməsini Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Lakin gömrük əməkdaşları idxal bəyannaməsini geri qaytararaq, müəssisənin idxal etdiyi kondisioner hissələrini 841582 təsnifat kodu altında bəyan etməsini tələb edib. Müəssisə bununla razılaşmayaraq idxal etdiyi kondisioner hissələrinə düzgün təsnifat kodunun təsdiq edilməsi üçün X3 İdarəsinə müraciət edib. Həmin İdarənin 13 noyabr 2020-ci il tarixli, 2200-015/0xx-xx/005992 nömrəli rəyində idxal olunan malların adı tamamilə əsass ız və absurd şəkildə havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri kimi və həmin malların adına tamamilə zidd olan 841582 təsnifat kodu (digər quraşdırılmış soyuducu qurğuları) verilib. Bununla da ekspert qanunsuz, əsassız və anlaşılmaz bir rəy verib. Belə ki, ekspertiza malların ixrac və idxal bəyannamələrində, idxal edilmiş malların mənşə sertifikatında göstərilən 841581 təsnifat koduna və bu günə qədər iddiaçının idxal etdiyi həmin mallara dair idxal bəyannaməsində istinad etdiyi 841510 təsnifat koduna tamamilə zidd olan yeni 841582 təsnifat kodu verib. Üstəlik bu azmış kimi, malın adını da X4 mal nomenklaturasında olmayan yeni bir ad kimi göstərib. X3 İdarəsinin verdiyi rəy üzrə müəssisənin idxal etdiyi malların 841 581 təsnifat kodu altında 5%-lik gömrük rüsumu ilə deyil, qanunsuz olaraq 841582 təsnifat kodu altında 15%-lik gömrük rüsumu ilə rəsmiləşdirilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıyla yanaşı müəssisənin əsassız olaraq artıq gömrük rüsumu ödəməsinə səbəb olur.

8. MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yazılı müraciətlə bağlı 09 dekabr 2020-ci ildə cavabdehin rəsmi elektron poçtundan cavab məktubu daxil olub. Məktubda qeyd edilib ki, İddiaçı MMC-nin direktoru X12 tərəfindən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyevə ünvanlanmış elektron müraciətinə X3 İdarəsində baxılaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və müəssisənin təqdim etdiyi kataloqlar əsasında aparılmış a raşdırmalarla yükün sənaye kondisioneri olmadığı, həmin malların multi-split sistemli bir neçə məişət tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılması müəyyən edilmişdir. Məktubda həmçinin qeyd edilir ki, iddiaçının idxal etdiyi mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN görə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, cavabdehin tabeliyində olan X3 İdarəsi növbəti dəfə iddiaçının idxal etdiyi kondisioner hissələrini split kondisioneri kimi tanıyaraq həmin malları 841582 təsnifat kodu altında müəyyən edib.

9. Yuxarıda qeyd edilən izahdan da göründüyü kimi, müəssisənin idxal etdiyi mallar hissələr şəklində gəlir və sonradan həmin hissələr istehsal prosesindən keç irilərək mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaradılır. Göründüyü kimi, split kondisionerlərin 15%-lik gömrük rüsumuna cəlb edilməsinə səbəb həmin malların hazır məhsul olması və heç bir istehsal prosesindən keçməməsidir. İddiaçı X10, İnc. of Zhuai şirkətinin ixrac sənədlərini araşdırarkən müəyyən edib ki, həmin istehsalçı şirkət müəssisənin idxal etdiyi malları kondisioner hissəsi kimi ixrac edir. Lakin təəssüf ki, MMC uzun illər ərzində bu fakta lazımi diqqət göstərməyərək həmin kondisioner hissələrini split kondisionerlərin təsnifat kodu altında idxal edib. Halbuki iddiaçının yuxarıda qeyd edilən izahından, istehsalçının ixrac bəyannaməsindən və malların mənşə sertifikatından göründüyü kimi, iddiaçının idxal etdiyi mallar məhz kondisioner hissələridir və 841581 təsnifat kodu altınd a sinifləşdirilməlidir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən idxal edilmiş mallar 3 noyabr 2020-ci il tarixdə **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxal edilmiş malların təsnifat kodu daha əvvəl MMC-nin eyni şirkətdən idxal etdiyi eyni malların təsnifat kodundan fərqli olduğu üçün mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməmiş, iddiaçının təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli, **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Mallar İddiaçı MMC-nin təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli, **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyindən 3 noyabr 2020-ci il tarixli, **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ləğv edilmişdir. Gömrük proseduru zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların təsnifat kodunun müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifat kodunun müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Bu günə kimi "Buxar Mühəndislik” MMC gömrük orqanına bununla bağlı müraciət etməmişdir.

11. İddiaçı MMC-nin 5 noyabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin X3 İdarəsində xx/xx/008191 daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu və Bakı Baş Gömrük İdarəsi tərəfindən X3 İdarəsinə göndərilən 1400-012/0xx-xx/008785 nömrəli 16 noyabr 2020-ci il tarixli sorğu əsasında İddiaçı MMC-nin ünvanın a ARV**********716 nömrəli 22 oktyabr 2020-ci il tarixli invoysla idxal olunmuş yükün X4 Mal Nomenklaturası (XİF MN) üzrə təsnifat kodunun təyininə dair müraciətlərə əsasən sorğular daxil olmuşdur. Sorğular üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və İddiaçı MMC tərəfindən təqdim olunmuş kataloqlar üzrə aparılmış araşdırmalar əsasında yükün sənaye kondisioneri olmadığı müəyyən olunmuşdur.

12. Belə ki, idxal olunmuş obyekt yığılmamış pərakəndə halda gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal olunmuş obyektlər mall arın təsvir və kodlaşdırmasına dair izahnamənin əsas təsfir qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə həmin izahnamənin 16-cı fəslinin 1-ci qeydinin 3-4 bəndinə istinadən “GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və xarici blok funksiyasını həyata keçirən kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 0 alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifatı aşağıdakı bu prinsiplər - malların mənşəyi, kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı, habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz təqdim olunan kataloqlar üzrə İddiaçı MMC tərəfindən idxal olunmuş kondisione rlər də müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar və s.) quraşdırılması göstərilmişdir. Elə bu göstərilən səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlərdir və sənaye kondisionerləri hesab olunmur. Belə ki, sənaye dedikdə, hasilat və istehsal sahələri nəzərdə tutulur. Hasilat sahəsinə yerin təkindən çixarılan sərvətlər aid olur. Emal sahəsinə isə istehsal vasitələri və istehlak mallarını istehsal edən sahələr aid olunur. Lakin idxal olunmuş kondisionerlər bu tipli obyektlərdə quraşdırılmamışdır.

13. Belə ki, faktiki olaraq bu kondisionerlər idxalçı tərəfindən təqdim olunan kataloqlar üzrə müxtəlif yerlərdə quraşdırılmışdır. Buna görə eyni markalı, müxtəlif modelli malların təsnifat kodu sistem halında xarakteri zə olunan obyekt təqdim olunmuş multi-split sistemli bir neçə müxtəlif tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılmışdır. Digər tərəfdən isə, İddiaçı MMC tərəfindən idxal olunmuş mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN üzrə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. İddia ərizəsində göstərildiyi kimi, MMC tərəfindən malların X4 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin X7 İdarəsinə müraciət edilmişdir. X7 İdarəsinin ekspertinin verdiyi rəy iddiaçını qane etmədiyi üçün o, məhkəməyə müraciət etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən haki m F.İ.Mədətli) iddianın təmin edilməsi, İddiaçı MMC-nin X10, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X4 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə və keçirilmiş ekspertiza üzrə alınmış ekspert rəyinə əsasən iddiaçı tərəfindən idxal olunan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən sənaye tipli kondisionerlərin hissələri olduğundan, qeyd olunan malların mənşə sertifikatına və ixrac bəyannaməsi nə uyğun olaraq “841581 00 90” nömrəli koda uyğun olduğu müəyyən edilməkdədir və beləliklə cavabdeh tərəfindən həmin malların 841582 nömrəli koda uyğunlaşdırılması düzgün deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-820/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin 2-1(103)-820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı aşağıda sadalanan işin halları və hüquq normalarının tələbləri baxımından əsassızdır və ləğv olunmalıdır.

21. Həmin qərarda qeyd olunan “nəzərə alınmalıdır ki, müxtəlif parametrli avadanlıqların hamısının bir yerdə vahid sistem şəklində işləməsini təmin etmək üçün mühəndis layihələndirmə və quraşdırma işlərinin apar ılması tələb olunur. İddiaçının idxal etdiyi mallar, hissələr şəklində gətirilməklə sonradan həmin hissələr istehsal prosesindən keçirilməklə mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaratması inzibati orqan tərəfindən nəzərə alınmamış, nəticədə idxal olunmuş malların hamısı ayrı-ayrılıqda kondisionerlər kimi qiymətləndirilmişdir ki, bu da düzgün olmamışdır” anlayışı ilə bağlı bildiririk ki, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin X3 İdarəsində xx/xx/008191 daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu və Bakı Baş Gömrük idarəsi tərəfindən X3 İdarəsinə göndərilən 1400- 12/0xx-xx/008785 nömrəli xx.xx.2020-ci il tarixli sorğu əsasında İddiaçı MMC- nin ünvanına ARV**********716 nömrəli xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş yükün X4 Mal Nomenklaturası (XiFMN) üzrə təsnifat kodunun təyininə dair müraciətlərə əsasən sorğular daxil olmuşdur. Sorğular üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və İddiaçı MMC tərəfindən təqdim olunmuş kataloqlar üzrə aparılmış araşdırmalar əsasında yükün sənaye kondisioneri olmadığı müəyyən olunmuşdur. Belə ki, idxal olunmuş obyekt yığılmamış pərakəndə halda gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırılmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal olunmuş obyektlər malların təsvir və kodlaşdırılmasına dair izahnamənin əsas təsfir qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə h əmin izahnamənin 16-cı fəslinin 1- ci qeydinin 3-4 bəndinə istinadən “GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və xarici blok funksiyasını həyata keçirən kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 0 alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifatı aşağıdakı bu prinsiplər - malların mənşəyi, kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı, habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz təqdim olunan kataloqlar üzrə İddiaçı MMC tərəfindən idxal olunmuş kondisionerlər də müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar və s.) quraş dırılması göstərilmişdir. Elə bu göstərilən səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlərdir və sənaye kondisionerləri hesab olunmur.

22. Həmin Qərarda qeyd olunan “qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının idxal etdiyi malların təqdim etdiyi və əsaslandığı sənədlərə görə 84158100 90 kod altında uyğunlaşdırılmasından cavabdehin imtinası qanunsuz olmuş, bu fakt məhkəmə icraatı zamanı alınmış ekspert rəyi ilə də təsdiqini tapmışdır. Belə ki həmin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, idxal olunan mallar 84158100 90 nömrəli koda uyğun gəlir. Lakin iş materiallarından göründüyü kimi inzibati orqan inzibati icraat dövründə verilmiş əsaslandırılmayan ekspert rəyinə əsasən idxal olunmuş malların əvvəlcə ********** koduna uyğun old uğunu bildirsə də, sonradan həmin malların tamamilə başqa 841510 kod altında rəsmiləşdirilməli olduğu göstərmişdir. Qeyd olunanlarla bir daha sübuta yetirilir ki, gömrük orqanının ona təqdim olunan malları əvvəlcə 841582 nömrəli, daha sonra isə 841510 nömrəli koda uyğunlaşdırılması düzgün olmamaqla yanaşı, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur” və “iddiaçı tərəf idxal etdiyi malların XİF MN-də göstərilən “841581 00 90 nömrəli koda uyğun olduğunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi Çin Respublikasında yerləşən “X10, İnc. Of Zhuai” şirkəti ilə bağladığı CMS15012019 saylı 15 yanvar 2019-cu il tarixli müqavilə, **********9330 saylı xx.xx.2020-ci il tarixli gömrük ixrac bəyannaməsi, A18850220 nömrəli xx.xx.2020-ci il tarixli invoysda, CCPİT********* *151 SERİYALİ 20C4404A0004/02804R saylı mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir” anlayışları İlə bağlı bildiririk ki, İddiaçı ASC-nin gömrük orqanına elektron formada təqdim etdiyi **********0299 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” adlı malların X4 mal nomenklaturası üzrə təsnifat kodu ********** “split- sistem”, 42-ci qrafasında invoys dəyəri 80242,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 143611,65 manat, 46-cı qrafasında statistik dəyəri 84477,44 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malların sövdələşmə qiyməti üsulu, müvafiq olaraq **********0299 sorğu nömrəli gömrük bəyannaməsinin əlav ə vərəqinin 33-cü qrafasında 50 ədəd “kondisionerlərin istifadə etmə qaydaları kitabları” adlı malların X4 mal nomenklaturası üzrə təsnifat kodu **********, 42-ci qrafasında invoys dəyəri 250,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 449,75 manat, 46-cı qrafasında statistik dəyəri 264,56 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malların sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən onun sərbəst iradəsinə əsasən bəyan olunmuşdur.

23. Həmin Qərarda qeyd olunan “Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, iddiaçı tərəf idxal etdiyi malların XİF MN-də göstərilən “841581 00 90” nömrəli koda uyğun olduğunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi Çin Respublikasında yerləşən “X9, İNC. OF ZHUHAİ” şirkəti ilə bağladığı CMS15012019 saylı, 15 yanvar 2019-cu il tarixli müqavilə, **********9330 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi, A18850220 nömrəli xx.xx.2020-ci il tarixli invoysda, CCPİT**********151 seriyalı 20C4404A0004/02804R saylı mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir.” anlayışı ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını, gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu, gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını, gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu, gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlayır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.

24. Həmçinin bildiririk ki, İddiaçı MMC Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin 13 noyabr 2020-ci il tarixli, 2200-015/0xx-xx/005992 nömrəli rəyi ilə razılaşmayaraq, 16 noyabr 2020-ci il tarixdə 20-054 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan məktub Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 9/3909 nömrəli ekspert rəyində bu iş üzrə ekspertizanın növü və ixtisas sahəsi “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı” və tədqiqat metodu ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikası seçilmişdir. Baxmayaraq ki məhkəmə “məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qərardad qəbul edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bu işin ekspertizasının tədqiqatı məhkəmə texniki ekspertizasının tədqiqatına aid deyildirsə, əsaslandırılmalı idi. Lakin heç bir əsaslandırma olmadan ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmçinin ekspert rəyində tədqiqat obyektləri 2-1(112)-3333/2021 №li inzibati iş üzrə ekspertizanın təyini haqqında xx.xx.2021-ci il tarixli qərardad və iş materialı olmuşdur. L akin işin obyektiv araşdırılması üçün qeyd olunan ekspert rəyinin tədqiqi hissəsində tədqiqat obyektləri sənaye tipli kondisionerlərin hissələri qeyd olunsa da iddiaçının idxal etdiyi mallardan nümunə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməmişdir. Bildiririk ki, malların X4 mal nomenklaturası üzrə kodlaşdırılmasının tam ekspertizası eyni zamanda malların xarici görünüşü əsasında aparılır.

26. Rəyin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatını aparan iqtisad şöbəsinin eksperti” qeyd olunan xüsusatlara istinad edərək hər hansı tədqiqat aparmamış, hər hansı bir metodikadan istifadə etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarını (“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 8415 mal mövqeyinə aşağıdakılar daxil edilir”) rəyə köçürmüş, idxal olunan maldan nümunə olmadan yalnız iş materiallarında olan məlumatlara əsasən rəy vermişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 9/3909 nömrəli ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyi sübut qismində nəzərə alına bilməz. İş üzrə bir halı da qeyd etməyi zəruri hesab edirik ki, belə bir mürəkkəb işin bu şək ildə araşdırılması ədalət mühakiməsinin keyfiyyətinə mənfi təsir göstərə bilər.

27. Buna görə də cavabdeh kassasiya şikayətində yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması” barədə 2-1(103)-820/2022 nömrəli 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 8.0.6. Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdi rilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Maddə 151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun gömrük bəyannaməsinin təqdim olunma vaxtını n və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlayır. Maddə 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların X4 mal nomenklaturasına uyğun kodu əsas götürülür. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X4 mal nomenklaturası X1 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X2 X4 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X4 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.3. Bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatı nı apararkən, gömrük orqanları X4 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Maddə 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı for mada rəy verir. Maddə 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. 30. “Gömrük tarifi haqqında” Qanun: Maddə

10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 31. “İnzibati icraat haqqında” Qanun: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASİYASİ MƏHKƏMƏ SİNİN NÖVQEYİ

35. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “X10, İnc. Of Zhuai şirkətindən idxal edilən kondisioner hissələrinin X4 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi” barədədir.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC “X10, İnc. Of Zhuai şirkətindən idxal etdiyi malların kondisioner hissələri olduğuna istinad edərək həmin malların X4 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsini istəyir. Cavabdeh isə iddiaçının idxal etdiyi malların sənaye tipli kondisioner hissələri deyil, 841582 00 90 kod altında məişət kondisionerləri olduğunu bildirərək həmin malların 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsindən imtina edir. İddiaçı idxal etdiyi malların kondisioner hissələri olmasını satıcı şirkətlə bağladığı müqavilə, malın ixrac bəyannaməsi, invoys sənədi və mənşə sertifikatındakı məlumatlarla əsaslandırır. Cavabdeh isə tələbin təmin olunmasına etiraz edərkən X3 İdarəsinin verdiyi ekspert rəyinə istinad edir.

37. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdi ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində ilkin və kompleks ekspertiza keçirilmiş A18850220 №li xx.xx.2020-ci il tarixli invoys, yol nəqliyyat sənədi, gömrük bəyannaməsi və mallara baxış keçirilərək, yükün XİF MN-a uyğun təsnifat kodunun müəyyən edilməsi məqsədilə tədqiqat aparılmış, nəticədə İddiaçı MMC-nin ünvanına A18850220 №li xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan 1-18-ci mövqe üzrə “Gree” markalı havanın temperaturu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan məişət kondisionerləri XİF MN üzrə kodu ********** olması qeyd edilmişdir.

38. Apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 8.0.6, 104.1, 104.2,150.1, 150.3, 151.1, 224.5, 319.4, 321.1, 321.3, 321.4, 322.2, 325.1, 325.2-ci maddələrini təhlil edərək qeyd etmişdir ki, “Hazırkı işdə inzibati icraat zamanı keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəydə aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr əsaslandırılmış qaydada təhlil aparılmalı olduğu halda, rəy yalnız nəticə hissəsindən ibarət olmaqla, eyni zamanda iddiaçının idxal etdiyi malların adının, havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri olaraq və həmin malların 841582 təsnifat koduna aid olduğu (digər quraşdırılmış soyuducu qurğuları) qeyd edilməklə, malın adı X4 mal nomenklaturasında olmayan yeni ad kimi müəyyən edilmişdir.”

39. Lakin tərəflər arasında iddiaçının idxal etdiyi malların kondisioner və ya sənaye tipli kondisionerin hissələri, eyni zamanda 841581 təsnifat koduna aid olub-olmaması ilə bağlı mübahisə yarandığından bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, həmin malların mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğun olubolmamasının, Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri X4 mal nomenklaturasının əsas şərhetmə qaydalarına uyğun olaraq malların X4 mal nomenklaturası üzrə **********, **********, yoxsa ********** XİF MN koduna uyğun olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3909 saylı 17 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan məlumatlara əsasən tədqiqat obyektlərinin, yəni İddiaçı MMC tərəfindən idxal olunan malların sənaye tipli kondisionerlərin hissələri olduğu müəyyən e dilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin hissələrinin mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğunluğu, yəni “841581 00 90” nömrəli koda uyğunluğu müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı iqtisadi mübahisəni həll edərkən haqlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 8415 - 8415 81 009 0 - digərləri, əd, 5; mal mövqeyinə istinad etmişdir.

42. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin analitik Tədqiqatlar laboratoriyasının baş laborantı, gömrük xidməti kapitanı X5 ifadə verərək bildirmişdir ki, ekspertizanın aparılması zamanı istinad edilmiş xx.xx.2022-ci il tarixli invoysun t arixində texniki səhvə yol verilmişdir. Rəy verilərkən əslində iddiaçının təqdim etdiyi A18850220 nömrəli xx.xx.2020-ci il tarixli invoys məlumatlarından, həmçinin internet informasiyasında olan məlumatlardan istifadə edilmiş, həmin məlumatlar hazırki işdə olan sənədlərlə tutuşdurularaq uyğunluq tətbiq edilmişdir. İddiaçının təqdim etdiyi kataloqdan da görünür ki, orada daxili və çöl tipli bloklar vardır. Split tipli kondisionerlərin sənaye tipli müəssisələrdə istifadə edilməsi nəzərdə tutulmamışdır. Faktiki baxışdan, eləcə də şəkillərə baxışdan sonra izahnaməyə əsaslanaraq iddiaçının gətirdiyi malların ayrı-ayrı müxtəlif bloklardan ibarət olan hissələr olduğu və birləşdirilərkən kondisioner olacağı müəyyən olunmuşdur. Bu baxımdan tərəfindən rəy verilərkən təqdim olunan malların, hissələri n daxili, tavan, kaset tipli bloklar olduğu nəzərə alınaraq hamısı kondisioner kimi götürülmüşdür. Qeyd etmişdi ki, idxal olunan mallardan bir neçə kondisioner yığmaq olardı.

43. Beləliklə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən idxal edilən mallar split kondisionerlərdən fərqli olaraq, inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyudulması ilə təmin edilməsi məqsədilə mərkəzi sistemlərdə istifadə olunmaqla müxtəlif təyinatlı binaların layihələrinə uyğun müxtəlif parametrli avadanlıqlar əsasında seçilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Lakin inzibati icraat zamanı aparılmış ekspertizanın nəticəsi olaraq rəy verilərkən təqdim olunmuş, iddiaçının idxal etdiyi malların hamısı ayrı-ayrılıqda bloklar kimi, yəni split kondisionerləri kimi nəzərə alınmışdır. Halbuki apellyasiya baxışı zamanı həmin ekspert rəyini vermiş Murad Fərzəliyev baxış keçirdiyi malların ayrı-arılıqda kondisioner hissələri kimi deyil, məhz kondisioner kimi nəzərə alınması üçün həmin malların ayrı-ayrılıqda işləməsinin mümkün olub-olmamasını, hər birinin gücünün split kondisioneri, yoxsa sənaye kondisionerinin hissəsi kimi işləmək imkanını verdiyini əsaslandıra bilməmişdir.

44. Belə olan halda kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, müxtəlif parametrli avadanlıqların hamısının bir yerdə, vahid sistem şəklində işləməsini təmin etmək üçün mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. İddiaçının idxal etdiyi mallar, hissələr şəklində gətirilmə klə sonradan həmin hissələr istehsal prosesindən keçirilməklə mərkəzləşdirilmiş soyutma isitmə sistemi yaratması inzibati orqan tərəfindən nəzərə alınmamış, nəticədə idxal olunmuş malların hamısı ayrı-ayrılıqda kondisionerlər kimi qiymətləndirilmişdir ki, bu da düzgün olmamışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının idxal etdiyi malların təqdim etdiyi və əsaslandığı sənədlərə (müqavilə, ixrac bəyannaməsi, invoys və mənşə sertifikatı) görə 84158100 90 kod altında uyğunlaşdırılmasından cavabdehin imtinası qanunsuz olmuş, bu fakt məhkəmə icraatı zamanı alınmış ekspert rəyi ilə də təsdiqini tapmışdır. Belə ki, həmin ekspert rəyi ilə müəyyən olunmuşdu ki, idxal olunan mallar 84158100 90 nömrəli koda uyğun gəlir. Lakin, inzibati orqan inzibati icraat dövründə verilmiş əsaslandırılmayan ekspert rəyinə əsasən idxal olunmuş malların əvvəlcə ********** koduna uyğun olduğunu bildirsə də, sonradan həmin malların tamamilə başqa- 841510 kod altında rəsmiləşdirilməli olduğunu göstərmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

46. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf idxal etdiyi malların XİF MN-də göstərilən “841581 00 90” nömrəli koda uyğun olduğunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi Çin Respublikasında yerləşən “X9, İNC. OF ZHUHAİ” şirkəti ilə bağladığı CMS15012019 saylı 15 yanvar 2019-cu il tarixli müqavilə, **********9330 saylı xx.xx.2020ci il tarixli gömrük ixrac bəyannaməsi, A1885022 0 nömrəli xx.xx.2020-ci il tarixli invoysda, CCPİT**********151 seriyalı 20C4404A0004/02804R saylı mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir.

47. Lakin cavabdeh orqan isə idxal olunan malların iddiaçının bəyan etdiyi təsnifat koduna uyğun olmayıb, başqa koda uyğunluğu qənaətinə əsaslandırılmayan ekspert rəyi əsasında gəlmişdir ki, bu fakt da məhkəmə araşdırmaları zamanı və işdə olan hər hansı sübutla öz təsdiqini tapmamışdır.

48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-820/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar