Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2007/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1213/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, İddiaçı MMC-də yanvar 2017 - iyun 2019-cu il dövrü üzrə vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci insta nsiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 04 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı eyni zamanda, ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş xx xxxxxx 2019cu il tarixli, **********188906 nömrəli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanının növbədənkənar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-də yanvar 2017 - iyun 2019-cu il dövrü üzrə vergi və digər icbari ödənişlərə dair qanunverisiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması barədə qərar verilmiş, vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********148279 saylı akt əsasında İddiaçı MMC vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilərək, buna dair xx.xx.2019-cu il tarixdə **********186998 saylı qərar qəbul edilmişdir. Həmin qərar üzrə əlavə hesablanmış 18 2110,87 manat vergi borcu və 73843,27 manat maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesabından silinmişdir. Lakin vergi orqanı tərəfindən təkrar İddiaçı MMC-də yenidən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Halbuki Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üşün Vergi Məcəlləsində nəzərdə tutulmuş qanuni əsaslar olmamışdır.
5. Cavabdeh müvəqqəti xarakterli müdafiə tədbirin barədə ərizəyə qarşı yazılı etirazında ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xx.xx.2018-ci il tar ixli **********148081 saylı qərarı ilə İddiaçı MMC-də (yanvar 2017-fevral 2018) növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2019-ci il tarixli **********148279 saylı aktla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsi üzrə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-ci il tarixli **********148279 saylı qərar çıxarılaraq, yoxlama ilə vergi ödəyicisinə 182110,87 manat əlavə vəsait hesablanmış və 73843,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama materiallarının təhlili zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin cari bəyannaməsinin 221.15 sətrində 448,71 min manat sair xərc göstərildiyi halda yoxlama ilə həmin xərc silinmiş, lakin ak tda sair xərclərin azaldılması səbəbləri qeyd edilməmişdir. Bundan başqa cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş cari mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərcləri göstərilmədiyi halda səyyar vergi yoxlaması ilə 44,48 min manat ezamiyyə xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmiş, lakin aktda bu barədə müvafiq qeydlər aparılmamış, habelə həmin xərcləri təsdiq edən sənədlər yoxlama materiallarına əlavə edilməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Odur ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə əsasən, xx.xx.2019cu il tarixli **********188906 saylı qərarla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin nəinki iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar, hətta səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri qanunvericilikdə göstərilən qərarlardan birini çıxarır. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur. Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın id diaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın mübahisələndirilməsi özlüyündə inzibati akt sayılmadığından mümkün sayılmırsa, həmin qərarın icrasının dayandırılmasına yönəlmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə mümkünlük şərtləri mövcud deyildir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə inzibati mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, İddiaçı MMC-də səyyar vergi yoxlaması keç irilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və mübahisələndirilən qərarın icrası ilə bağlı hər hansı digər hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2532/2019 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(102)208/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2532/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsaslarının konkret olaraq göstərilməsinə və bu əsaslar olmadan həmin yoxlamanın keçirilməsinin qanunsuz olmasına istinad edərək vergi ödəyicilərinin həm vergi yoxlamalarının təyin olunması ilə bağlı əsaslarını, həm də yoxlamanın nəticələrini mübahisələ ndirmək hüquqları olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1, 40.2, 41.2ci maddələrundən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi qanunvericiliklə birbaşa olaraq iddianın böyük ehtimalla uğurlu olması ilə şərtləndirilmişdir. Başqa sözlə, işin ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi hallarda belə tədbirlər tətbiq oluna bilər. Apelyasiya instansiya məhkəməsi iddianın uğurlu olması ehtimalının olubolmamasını ümumiyyətlə araşdırmamışdır. Yuxarıda qeyd olunan normanın tələbindən isə məlum olur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması ilə bağlı işə baxarkən məhkəmələr mütləq şəkildə ilkin olaraq işin faktiki və hüquqi hallarının araşdırmalı və yalnız i ddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda iddiaçının vəsatəti əsasında qərardad qəbul etməli və gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68.1 və 69.4-cü maddələrinin tələbləri baxımından da əsaslandırmalı idi. Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası İPM-in sözügedən maddələrinin tələblərini pozaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halları, həmçinin iddianın uğurluluq ehtimalını araşdırmamış və nəticə etibarı ilə iş üzrə əsaslandırılmamış qərardad qəbul etmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1213/2020 nömrəli qərardadı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və V.Ağayev) cavabdeh Azərbayc an Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3825/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şi kayətinin dəlillərinə görə, aşağı instansiya məhkəmələrində də qeyd edildiyi kimi səyyar vergi yoxlaması ilə bağlı qəbul edilən səyyar vergi yoxlamasının başlanılması haqqında qərar, o cümlədən səyyar vergi yoxlaması aktı inzibati akt hesab olunmur. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbinə əsasən hər hansı aktın inzibati akt hesab olunması üçün aşağıda qeyd edilən tələblərə cavab verməlidir: inzibati orqan tərəfindən qəbul edilməlidir; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməlidir; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələrə yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri formasında olmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi haq qında qərar və səyyar vergi yoxlaması aktı qeyd edilən tələblərin bir neçəsinə cavab verməsinə baxmayaraq, hüquqi və fiziki şəxs üçün hüquqi nəticə yaratmaması səbəbindən inzibati akt hesab olunmur. Odur ki, məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın “İnzibati İcraat haqqında Qanun 59.1-ci maddəsində qeyd edilən inzibati aktın rekvizitləri ilə bağlı tələblərə cavab verməsinə əsaslanaraq, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara inzibati akt kimi yanaşması hüquqi əsasa malik deyildir. b. Kassasiya şikayətinə qarşı etiraz
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi Maddə 36.6 vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı m əlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. 18. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2 inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: Maddə 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; Maddə 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; Maddə 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; Maddə 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; Maddə 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; Maddə 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni ə saslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə
41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlə rlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, ist inad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY A ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin nəvbədənkənar vergi yoxlaması keçirilməsi barədə qə rarın inzibati akt olmaması və ondan şikayət verilməsinin mümkünsüzlüyü bürədə dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin dəlilləru rədd etmişdir. 23.1. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ müəyyən olunmuşdur. 23.2. Bundan başqa, vergi orqanının səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş qərarları publik hüquq sahəsinə (vergitutma və vergi nəzarəti) aid olan yazılı inzibati aktlardır və bu aktların hüquqi nəticəsi vergi ödəyicisi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasından ibarətdir. Yalnız bu qərar çıx arıldıqdan sonra səyyar vergi yoxlaması keçirilə bilər. Həmin qərarlar yazılı inzibati aktın «İnzibati icraat haqqında» Qanunun 2.0.2ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələri törədir və 59.1-ci maddəsində nəzərdə tutulan bütün rekvizitlərinə malikdir. Qərarın məzmununda bütün yazılı inzibati aktlarda olduğu kimi həmin qərarlardan şikayət vermə müddəti və qaydası qeyd edilir. 23.3. Hazırkı iddia ilə mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın özündə də qeyd olunmuşdur ki, «Qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət verilə bilər».
24. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsi ilə bağlı məhkəm ə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə araşdırması İPM-nin 12, 41.2 və 58-ci maddəsinin tələblərinə uyğun deyildir.
25. Belə ki, İPM-nin 41.2-ci maddəsi, inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edərkən, məhkəmədən işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasını aparmağı tələb edir və bu araşdırmanın nəticələri iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməyə əsas verdiyi halda ərizənin təmin olunması barədə qərardad çıxarmaq səlahiyyətini müəyyən edir. Eyni zamanda həmin normada göstərilir ki, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir.
26. İPM-nin 41.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir k i, məhkəmələr mübahisələndirilən qərarın qanunauyğunluğunun ilkin araşdırmasını aparmalıdır. Apelyasiya instansiyası məhkəməsi də işə baxarkən bu cür araşdırma aparmış və qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında vergi orqanının nümayəndəsi hazırda mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas kimi tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlamasının aktında dürüst olmayan və təhrif olunmuş məlumatların aşkar edildiyi, buna görə də tərəflərindən yenidən yoxlama aparılmasına zərurət yarandığını bildirilmişdir. Nümayəndə qeyd etmişdir ki, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixl i qərar qəbul edilən gün şirkət tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi təqdim edilmiş, həmin bəyənnamədə ezamiyyət xərcləri şişirdilərək təxminən 448.000 manat göstərilmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinin şirkət tərəfindən qərar qəbul edilən gün deyil, yoxlama dövründən əvvəl təqdim edildiyini, buna dair bütün sənədlərin vergi yoxlayıcısına tərəflərindən vaxtında göndərildiyini və vergi orqanının nümayəndəsinin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsinin vergi yoxlaması aparıldığı dövrdən sonra təqdim edilməsi barədə fikrinin əsassız olduğunu bildirmişdir. İş materiallarından eyni zamanda görünür ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən sübutların təqdim edilməsi üç ün tərəflərə vaxt veriərək məhkəmə iclası təxirə salınmış və növbəti məhkəmə iclasında vergi orqanının nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsi təqdim edilmiş, həmin bəyənnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixində, səyyar vergi yoxlaması başlayan xx.xx.2018-ci il tarixdən əvvəl, yəni yoxlama dövrü başlanmamışdan əvvəl təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə m əlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi iddiaçı tərəfindən səyyar vergi yoxlaması başlandığı g ünədək vergi orqanına təqdim edilmiş və yoxlama dövründə həmin bəyannamələr nəzərə alınmışdır.
27. Göründüyü kimi məhkəmələrin həll etməli məsələlərdən biri - iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsinin nə vaxt (xx.xx.2019-ci il tarixədək və ya bu tarixdən sonra) təqdim edilməsini müəyyən etməkdən ibarət olmuşdur.
28. Apelyasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi iddiaçı tərəfindən səyyar vergi yoxlaması başlandığı günədək vergi orqanına təqdim edilmiş və yoxlama dövründə həmin bəyannamələr nəzərə alınmışdır”.
29. Apelyasiya instansiyası məhkəməsinin bu cür əsaslandırmasına baxmayaraq, iddiaçı t ərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsinin nə vaxt təqdim edilməsi iş materiallarından müəyyən olunmur. Məhkəmə ümumi şəkildə “iş materiallarından görünür” ifadəsini işlətmiş olsa da, bəyannamənin nə vaxt təqdim olunmasının hansı sübutla təsdiq edildiyi göstərilməmişdir. Bu da sözügedən qərarın, İPMnin 69.4-cü maddəsində məhkəmə qərarının əsaslandırma hissəsi üçün müəyyən olunmuş tələblərə cavab verməməsi deməkdir. İPM-in 92.0.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
30. Yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 1(103)-1213/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir. 2-