Məhkəmə qərarları › İş №2-1(102)-2022/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2022/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2022/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı, vaqonların hərəkət sürətinin tənzimləyiciləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, Fİ N: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(104)-63/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1982-ci il tarixdən Gəncə Lokomotiv deposunda elektrovoz maşinist köməkçisi vəzifəsi ilə başlamış, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Gəncə Lokomotiv deposunda elektrovoz maşinist köməkçisi, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci ilədək həmin depoda elektrovoz maşinisti, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Gəncə hissəsində daşınma şöbəsində lokomotiv tənzimləyicisi vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək ADDY-də operativ təlimat şöbəsinin Qazı-MəmmədUcar 2-ci qrup sahəsi üzrə qatar tənzimləyicisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qatar dispetçeri, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək YDD Hərəkətin təşkili və idarə edilməsi bölməsində Ucar-Gəncə sahəsinin 1-ci qrup qatar dispetçeri, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sahə növ bətçisi, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək qatar dispetçeri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ADY QSC İD Qərb istiqaməti xətti stansiyalarının qatar dispetçeri, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək sahə növbətçisi vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzinin qərb bölməsinə aparıcı dispetçer vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə Gəncə lokomotiv deposunda elektrovoz maşinist köməkçisi vəzifəsi ilə başlamış, həmin təşkilatda 40 ildən artıq stajı vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

6. Cavabde h iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" QSC-nin arayışında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Gəncə lokomotiv deposunda elektrovoz maşinist köməkçisi, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək elektrovoz maşinist köməkçisi, xx.xx.1986-xx.xx.1995-ci il tarixlərdə elektrovoz maşinisti, xx.xx.1995-xx.xx.1998-ci tarixlərdə Azərbaycan Dəmir Yolunun Gəncə hissəsində daşınma şöbəsində lokomotiv tənzimləyicisi, xx.xx.1998-xx.xx.2007-ci il tarixlərdə Azərbaycan Dəmir Yolları operativ təlimat şöbəsinin Qazı-Məmməd-Ucar 2-ci qrup sahəsi üzrə qatar tənzimləyicisi vəzifəsində işlədiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və Azərbaycan Respu blikası "xxxx" QSC-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələrdən istinad olunan siyahıda yalnız xx.xx.1982- xx.xx.1984-cü il tarixlərdə elektrovoz maşinist köməkçisi və xx.xx.1985-xx.xx.1995-ci il tarixlərdə işlədiyi elektrovoz maşinisti vəzifəsi istinad olunan siyahıda öz əksini tapmış və bu da 12 il 2 ay 16 gün təşkil edir. Yəni tələb olunan (12 il 6 ay) stajdan azdır. İddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə işlədiyi lokomotiv tənzimləyicisi vəzifəsi və xx.xx.1998-xx.xx.2007-ci tarixlərdə işlədiyi qatar tənzimləyicisi vəzifəsi istinad olunan siyahıda qeyd olunmamışdır. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-162 6/2022 nömrəli qərarı ilə (hakim: F.C.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd etmişdir ki, “iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Gəncə hissəsində daşınma şöbəsində işlədiyi lokomotiv tənzimləyicisi və xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci ilədək isə ADDY-də operativ təlimat şöbəsinin QazıMəmməd-Ucar 2-ci qrup sahəsi üzrə qatar tənzimləyicisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan i şlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVllİ bölməsinin 1-ci bəndində (vaqonların hərəkət sürətinin tənzimləyiciləri- 23001000—17863), eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21-ci) bölməsinin X1 lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4-cü) bəndində nəzərdə tutulmuşdur. Eyni zamanda, məhkəmə cavabdehin iddia ərizəsinə etirazına münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-ci il tarix ədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işləməsinə dair "xxxx" QSC-nin arayışında onun işlədiyini iddia etdiyi vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahının hansına aid olması, həmin vəzifələrin hansı kod altında göstərildiyinin qeyd olunmaması iddiaçının qeyd olunan müddətlər üzrə güzəştli iş stajının olmasını istisna edən hal sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVllİ bölməsinin 1-ci bəndində (teplovoz, elektrovoz maşinistləri və maşini st köməkçiləri- 23001000—14241) iddiaçının işlədiyi elektrovoz maşinist köməkçisi və elektrovoz maşinisti nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 12 il 2 ay 16 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 21 il 10 ay 26 gün güzəştli sığorta stajının olması öz təsdiqini tapmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir”.

8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməmə si barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-63/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.V.X2 /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1626/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək lokomotiv tənzimləyicisi və xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il ədək qatar tənzimləyicisi vəzifələrində işlədiyi illərin güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda olmadığını bildirmişdir..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVllİ bölməsinin 1-ci bəndində (vaqonların hərəkət sürətinin tənzimləyiciləri- 23001000—17863) nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 21 il 10 ay 26 gün güzəştli sığ orta stajının olması öz təsdiqini tapmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən “Əmək pensiyaları haqqında” Qanun 9.1-ci və 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddia ərizəsinə etiraza uyğun tərtib edilmişdir. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanun 9.1-ci və 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müv afiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericili klə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq u verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nö mrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağı r olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı: XXVİİİ bölmə, 1-ci bənd, vaqonların hərəkət sürətinin tənzimləyiciləri (2300100017863)

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxt ında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının güzəştli iş stajı mübahisələndirilir.

26. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.

27. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.

28. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə işlədiyi lokomotiv tənzimləyicisi vəzifəsi və xx.xx.1998-xx.xx.2007-ci tarixlərdə işlədiyi qatar tənzimləyicisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlanır.

29. Məhkəmə tərkibi iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək kassatorun arqumentinin əsassız olduğunu hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

31. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin arayışından görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdən Gəncə Lokomotiv deposunda elektrovoz maşinist köməkçisi vəzifəsi ilə başlamış, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Gəncə Lokomotiv deposunda elektrovoz maşinist köməkçisi, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci ilədək həmin depoda elektrovoz maşinisti, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Gəncə hissəsində daşınma şöbəsində lokomotiv tənzimləyicisi vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək ADDY-də operativ təlimat şöbəsinin Qazı-Məmməd-Ucar 2-ci qrup sahəsi üzrə qatar tənzimləyicisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qatar dispetçeri, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək YDD Hərəkətin təşkili və idarə edilməsi bölməsində Ucar-Gəncə sahəsinin 1-ci qrup qatar dispetçeri, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sahə növbətçisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qatar dispetçeri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ADY Q SC İD Qərb istiqaməti xətti stansiyalarının qatar dispetçeri, xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək sahə növbətçisi vəzifələrində çalışmışdır. Bu peşə üzrə iş stajı 40 il təşkil edir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən qatar dispetçeri vəzifəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aiddir.

32. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək lokomotiv tənzimləyicisi və xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci ilədək qatar tənzimləyicisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə g üzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVllİ bölməsinin 1-ci bəndində nəzərdə tutulmuş vaqonların hərəkət sürətinin tənzimləyiciləri (23001000—17863) peşəsinə uyğundur. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 21 il 10 ay 26 gün güzəştli sığorta stajının olması öz təsdiqini tapmışdır.

33. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, arayışlarda göstərilənlər iddiaçıya məxsus ******* nömrəli əmək kitabçası ilə də təsdiq edilir.

34. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(104)-63/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar