Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2026/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların soyadının dəyişdirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X4) “uşağın doğum akt qeydində dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)1172/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı üçüncü şəxs X4 ilə birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X15 adlı övladları var.
2. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək övladları X14 və X8 doğum haqqında akt qeydində dəyişiklik edilməklə baba adının soyad kimi göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh 29 aprel 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu səbəbdən iddiaçının övladlarına baba adı ilə soyad verilməsi ilə bağlı ərizənin təmin edilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraa t
4. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının övladları 17 mart 2017-ci il təvəllüdlü X5 və 26 aprel 2023-cü il təvəllüdlü X8 doğum haqqında akt qeydində düzəliş edilərək soyadlarının “Bəxtiyarlı” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 birgə nikahından 17 mart 2017-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X15 adlı iki uşağı anadan olmuşdur. İddiaçının X1 Bakı şəhəri Baş Səhiyyə İdarəsi X12 PHŞ-nin əməkdaşı olduğundan, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən əkshücum əməliyyatları il ə əlaqədar döyüş bölgəsinə ezam edilmiş və döyüşlər gedən ərazilərdə Füzuli, Ağdam rayonlarında yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyə olunmasında iştirak edərək, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Döyüşlərdə göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək təcili tibbi yardım avtomaşınlarının ön cəbhədə yaralı və şəhidlərin təxliyyə işlərinin təşkilində göstərdiyi xidmətlərə görə Fizuli rayon Diaqnostika Mərkəzinin direktorunun əmri ilə fəxri fərmanla təltif edilmişdir. Atası 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüş bölgələrində ön cəbhədə yaralı və şəhidlərin təxliyə işlərinin təşkilində şücaətlə iştirak etdiyindən, iddiaçı atasının adının əbədiləşdirilərək, gələcəkdə də övladlarının həyatında xüsusi rol oynamasını istədiyindən, övladları 17 mart 2017-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X8 doğum haqqında şəhadətnamələrində ata soyad qrafasında müvafiq dəyişiklik edilərək övladlarının soyadlarının atası Bəxtiyarın adına uyğun olaraq "Bəxtiyarlı” kimi müəyyən edilməsini arzulayır. Bundan əlavə hesab edirlər ki, "Bəxtiyarlı" soyadı övladlarının adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. İddiaçı övladlarının soyadının atasının adına uyğun olaraq "Bəxtiyarlı" müəyyən edilməsi üçün Cavabdehnə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-10209/2023 saylı qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10209/2023 saylı qərarı ilə (hakim X16) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, uşağın soyadı valideynlərinin soyadına uyğun olduğundan və soyadın dəyişdirilməsi üçün zərurətin nədən ibarət olması istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı əsaslandırılmadığından və bununla bağlı mötəbər sübutlar təqdim edilmədiyindən cavabdehin imtinası qanunazidd sayılmamalıdır. Başqa sözlə, cavabdeh qurumun imtinası ilə iddiaçının bu istiqamətdə qanunla qorunan hər hansı hüquqları pozulmamış, uşağın mənafeyinə zidd hərəkət edilməmişdir.
9. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya insta nsiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)-1172/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 21(112)-10209/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə Mülki Məcəllənin 26.1, 26.4-cü maddələrinə, Ailə Məcəlləsinin 190 və 192-ci maddələrinə istinad edi lərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
14. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər kəsin adını, ata adını və soyadını dəyişdirmək hüququ mövcuddur. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Lakin hazırki vəziyyətdə nə inzibati orqan, nə də məhkəmələr iddiaçının tələbinin rəddi ilə bağlı mövqelərini əsaslandırmışlar. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə
53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə
54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə
189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”
4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətə ndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.
24. İddia tələbindən görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı uşaqlarının doğum aktları qeydində soyadla bağlı hissədə dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamədə soyadın “Bəxtiyarlı” kimi göstərilməsi ilə bağlıdır.
25. Həm inzibati orqan, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının iddia tələbi əsassızdır. Bu qənaətə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci maddəsinə istinad edilmişdir. Həmin normada qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
26. Məhkəmə kollegiyası bildirir ki, rəhbər tutularaq iddianın rədd edilməsi üçün əsas hesab edilən bu norma imperativ norma olmaqla hər hansı bir alternativ seçim imkanı vermir. 27. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan fərqli olaraq ondan daha yüksək hüquqi qüvvəyə malik olan Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi qeyd edilmişdir. 28. “Bir qayda olaraq” birləşməsinin leksik mənası o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Başqa sözlə, uşağın soyadı adətən valideynlərin soyadı ilə müəyyən edilir, lakin bu qaydadan istisna mümkündür.
29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mövcud olan hallar iddiaçının atasının (uşaqların ata xətti tərəfdən olan babası) adının övladlarına soyad kimi seçməsi qəbul edilə bilən sayılmalıdır. Belə ki, iş materiallarında olan fəxri fərmanlarla müəyyən edilir ki, iddiaçının atası 2-ci Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı döyüş zonasına ezam edilmiş, müharibə aparılan zaman yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyəsində iştirak etmişdir (iş vər. 12,14). İddiaçı və arvadı həmin əsasa görə iddiaçının atasının adının uşaqlarının soyadı kimi qəbul edilməsini arzu etmişlər.
30. Qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının soyadı ilə müəyyən edilməsi barədə birbaşa qadağa olmadığından işin hazırkı vəziyyətində iddia əsaslı hesab edilməlidir.
31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad e tməyi məqsədə müvafiq hesab edir.
32. Həmin qərarda qeyd edilmişdir ki, “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müə yyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə m üvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər”.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uşaqlarına “Bəxtiyarlı” qoymaq istədiyi soyadında uşaqların mənafeyinə xələl gətirən, onların cinsinə uyğun olmayan və ya gülünc yaradan hal müəyyən edilmir. “Bəxtiyar” adı iddiaçının atasının adıdır, iddiaçının atasının torpaqların düşməndən azad olunmasında müəyyən xidməti oilmuşdur. İddiaçının arvadı-uşaqların anası da uşaqların soyadının dəyişdirilərək “Bəxtiyarlı” olmasını arzu etmişdir. Soyadın dəyişdirilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığı olmamışdır. Belə olan halda uşaqların “İsmayıl” soyadının dəyişdirilərək “Bəxtiyarlı” soyadı verilməsindən imtina üçün faktiki və hüquqi əsas olmadığından iddia əsaslı hesab edilməli, bununla bağlı doğum akt qeydində düzəliş ediliməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
34. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-1172/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. 17 mart 2017-ci il təvəllüdlü X5 və 26 aprel 2023-cü il təvəllüdlü X8 doğum haqqında akt qeydində düzəliş edilərək uşaqların soyadlarının dəyişdirilib "Bə xtiyarlı" müəyyən edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərar qətidir.