Məhkəmə qərarları › İş №2-1(102)-2028/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2028/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2028/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması, işə bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023cü il tarixli, 2-1(104)-157/2023 nömrəl i qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti mayoru İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

2. Əmrin verilməsinə əsas İddiaçı “öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə” xx.xx.2022-ci il tarixli ərizəsi olmuşdur.

3. İddiaçı daha sonra (texniki səhv olaraq xx.xx.2022 qeyd olunmuşdur) ərizə ilə cavabdeh orqana müraciət ed ərək bildirmişdir ki, onun növbəti əmək məzuniyyətində olması və məzuniyyətinin başa çatması nəzərə alınmadan xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Tərəfindən ərizə yazılarkən səhhətində müəyyən problemlər olduğu üçün düşünmədən bu addımı atdığını, ona görə də hal-hazırda təəssüf hissi keçirməklə, peşman olduğunu bildirmişdir. Öhdəsində 3 azyaşlı uşağının olmasını, 2009-cu ildən hal-hazıradək qüsursuz xidmətini nəzərə alaraq işə bərpa olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa olunma sını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu iş yerində Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində çalışmış, gömrük xidməti mayoru olmuşdur. Gömrük Xidmətində işlədiyi 13 illik dövr ərzində rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmiş, heç vaxt barəsində intizam tənbehi tədbiri tətbiq olunmamışdır. xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə dəvət olunmuş, ona xx.xx.2022-ci il tarixdə atası Məmmədov Mehirə məxsus Göygöl rayonunun ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektində atası ilə müştəri arasında olan insident bar ədə suallar verilmişdir. Həmin vaxt psixoloji gərginlik altında olduğu, işdən azad olunması barədə ərizə yazarkən səhhətində müəyyən problemlər olduğu üçün qarşı tərəfin təzyiq və təkidləri qarşısında etik davranış qaydalarına uyğun olaraq dözümlülük göstərmədən və düşünmədən bu addımı atmışdır. Ona görə də hal-hazırda təəssüf hissi keçirməklə peşmandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinin tələbinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini ge ri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Onun işdən azad olunması barədə ərizə məzuniyyətdə olduğu vaxt yazılmışdır. Məzuniyyət dövründə keçirdiyi psixoloji sarsıntılara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il daxil olmaqla "arterial hipertoniya diaqnozu ilə ambulator müalicədə olmuşdur. Bu səbəbdən də məzuniyyətimin başa çatacağı gündən 1 gün qabaq Dövlət Gömrük Komitəsinin sədri cənab X1 azad olunması barədə yazdığı ərizəni peşmançılıq keçirdiyi üçün etibarsız hesab olunması barədə məktubla müraciət etmişdir. Lakin ərizəsinə heç bir məhəl qoyulmamış və pozulmuş əmək hüquqları işəgötürən tərəfin dən bərpa olunmamışdır.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - AR ƏM) 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sabiq gömrük əməkdaşı İddiaçı məzuniyyətdə olduğu vaxt xx.xx.2022-ci il tarixli ərizə ilə Komitə rəhbərliyinə müraciət edərək, öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-lQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra-Əsasnamə) 121-ci maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Belə ki, hazırkı iddia üzrə iddiaçı qismində çıxış edən İddiaçı öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair yazdığı ərizə nəzərə alınmış, Komitənin müvafiq əmri ilə Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Sorğuda qeyd edilən Əsasnamənin 123-cü maddəsinə əsasən, gömrük orqan larında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməsi ilə bağlı müvafiq tələbə sabiq əməkdaş riayət etməmiş, tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 6-cı bəndinin tələblərinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə bildiriş göndərir. Eyni zamanda əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin ra zılığı ilə yol verilir. Yuxarıda qeyd olunan qərarın tələblərinə cavabdeh orqan tərəfindən xx.xx.2022-ci tarixli, 1000-180/180-26 /009698 nömrəli məktubla riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR İPMnin 38.1-ci maddəsinin tələbinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR ƏM-nin 2 96.2-ci maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-2093/2022 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin olunması, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Qərb Ərazi Baş Gömrük İdarəsi - Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, Gömrük xidməti mayoru vəzifəsinə bərpa edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2 022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdən vəzifədən azad edilməsini qeyd etmiş, həmin ərizədə işdən azad edilməsinin səbəbini göstərməmiş, gömrük orqanının vəzifəli şəxsi kimi bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə məlumat verməmişdir. Cavabdeh inzibati orqan da iddiaçının işdən azad edilməsi səbəbini araşdırmadan ərizədə göstərilən gün müvafiq əmri vermişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsində göstərilən hallardan (yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər halları) biri olduqda ərizədə gö stərildiyi gün əmək müqaviləsinə xitam verilə bilərdi. Başqa sözlə, əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilərkən işçi işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Ərizədə, əmək müqaviləsinə xitam verilməsinin günü konkret göstərildiyi halda, işəgötürən xəbərdarlıq müddətini gözləmədən, yəni ərizədə göstərilmiş tarixdə əmək müqaviləsinə xitam verə bilər. Bu zaman, işçi, ərizəsində əmək müqaviləsinə xitam verilməsinin bu qaydada, yəni xəbərdarlıq müddətinin gözlənilmədən xitam verilməsinin səbəbini (məsələn: yeni yaşayış yerinə köçməsini, başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını və s.) göstərməlidir. Lakin tərəflərin istinad etdikləri ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş edən iddiaçı xəbərdarlıq müddətinin gözlənilm əməsinin səbəbini ərizədə göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati orqan xəbərdarlıq müddəti gözlənilmədən əmək münasibətlərinə xitam verilməsinin səbəbini araşdırmadan iddiaçı ilə xidməti münasibətlərinə xəbərdarlıq müddətini gözləmədən xitam verməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının gömrük orqanlarında xidmətinə öz arzusu ilə xitam verilməsi ilə bağlı bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə yazılı məlumat verməməsinin səbəbləri də araşdırılmamışdır. Bundan əlavə Əmək Məcəlləsinin 69.6-cı və 111- ci maddələrinin birgə təhlili ona deməyə əsas verir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi saxlanılır və həmin dövrdə əmək müqaviləsinin pozulmasına və işçinin intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir. Odur ki, cavabdeh iddiaçını məzuniyyət müddətinin qurtardığı gündən sonra işə çıxmalı olduğu tarixdə onu tutduğu vəzifədən azad etməli idi. Hazırkı iş üzrə iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr onun əmək məzuniyyətində olduğu müddətdə verilmiş, cavabdeh tərəfindən əmr verilən tarixdə iddiaçının məzuniyyətdən geri çağırılması və işə çıxması ilə bağlı hər hansı bir əmr verilməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(104)-157/2023 nömrəli qərarı (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və F.Ə.Mehtiyev) ilə cavabdehin apellyasiya şikayə ti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2093/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarı aşağıda sadalanan işin halları və hüquq normalarının tələbləri baxımından əsassızdır və ləğv olunmalıdır.

14. Gəncə Apellyasiya Məhkəməsi gömrük qanunvericiliyini tənzimləyən normaları görməzdən gələrək, öz qərarında inzibati aktın maddi-hüquqi cəhətdən yoxlanılmasına Əsasnamə ilə başlasa da, bu prosesi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə davam etdirmişdir.

15. Belə ki, Əsasnamənin 121-ci maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının (DGK) təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

16. Bu maddənin mətnindən aydın olur ki, təşəbbüskarlıq gömrük orqanı tərəfindən göstərilə bilməz, halbuki sabiq əməkdaş öz təşəbbüsü ilə xidmətinə xitam verilməsi barədə ərizə yazmışdır.

17. İddiaçının xidmətinə xitam verilməsinə dair qəbul edilmiş inzibati aktın mövcudluğu İddiaçı tərəfindən yazılmış ərizə ilə şərtləndirilməlidir.

18. Əgər işçi heç bir təzyiq olmadan öz təşəbbüsü əsasında ərizə yazaraq, xidmətinə xitam verilməsini işəgötürəndən xahiş edir və ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd edirsə, həmin ərizənin inzibati orqan tərəfindən icra edilməməsi konstitusion hüquqların pozulmasına səbəb olur.

19. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin tələblərinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır və heç kəs zorla işlədilə bilməz.

20. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdən vəzifədən azad edilməsini qeyd etmiş, həmin ərizədə işdən azad edilməsinin səbəbini göstərməmiş, gömrük orqanının vəzifəli şəxsi kimi bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə məlumat verməmişdir.

21. Bu məsələ Azərbayca n Respublikası Əmək Məcəlləsi ilə deyil, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin birinci bəndi ilə tənzimlənir. Həmin müddəanın tələbinə əsasən, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü əsasında xitam verilə bilər.

22. Həmin Əsasnamənin 123-cü maddəsinə əsasən, gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməlidir.

23. İşçinin öz vəzifəsini yerinə yetirməməsi, yəni müvafiq maddənin tələbinə əsasən birbaşa tabe olduğu rəisi işdən çıxmasına dair yazılı surətdə xəbərdar etməməsi, onun xidmətinə xitam verilməsinə mane olmur, çünki bu işəgötürənin deyil, işçinin məsuliyyəti ilə əlaqəli normadır.

24. Gəncə Apellyasiya Məhkəməsi öz qərarında AR ƏM-nin 69.3-cü maddəsinə istinad edərkən nəzərə almalı idi ki, bu normanın dispozisiyası işçiyə səlahiyyətverici normalara aiddir, yəni işçi normada qeyd olunan hallar olarsa, xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsini ləğv edə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(104)-157/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə Gömrük orqanlarında xidmət-Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Re spublikası vətəndaşlarının (bundan sonra "vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müd dət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:... 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. 27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Həmin qanuna əsasən vətənd aşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləri Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradıl madan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerin ə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Maddə

111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə

70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir..... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şika yəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsaslar müəyyən edilməmişdir.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifa yətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkə məsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1600/147E nömrəli əmri ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 20 təqvim günü müddətində istifadə edilməmiş əmək məzuniyyəti verilmişdir. İddiaçı məzuniyyətdə olduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə işdən azad olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, elə həmin tarixdə cavabdeh tərəfindən qeyd edilən ərizə əsasında iddiaçının xidmətinə xitam verilməsi barədə mübahisələndirilən əmr qəbul edilmişdir.

39. Bu qərarın 29-ci bəndində istinad olunan normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati məhkəmə mübahisəyə dair obyektiv qanunauyğun və əsaslı qərarın qəbul olunması üçün işin düzgün həlli məqsədlərinə xidmət edən zəruri faktiki və hüquqi halları, həmin hallara tətbiq edilməli olan normaları xidməti vəzifəsinə görə müəyyən etməyə borcludur. Bu inzibati məhkəmənin qanuna və konstitusiyaya, eləcə də qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir.

41. Belə mübahisələrə baxılması zamanı həmçinin nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanu nvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar olaraq qanunvericilikdə dövlət qulluqçularına münasibətdə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur.

42. Eyni zamanda qeyd olunmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs həm də qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejiminə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət sferası ilə əhatə olunur.

43. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından yuxarıda istinad edilən qanunvericilik normalarında təsbit olunmuş və bu qərarın 41-42-ci bəndlərində qeyd olunmuş davranış standartlarının iddiaçı tərəfindən pozulmadığı iş üzrə materiallarla sübuta yetirilir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət qulluğu, o cümlədən onun xüsusi növləri haqqında qanunvericiliyin müqayisəli və əlaqəli təfsiri baxımından, dövlət qulluqçularının əmək fəaliyyəti, xüsusən də onların əmək və sosial hüquqları ilə bağlı həmin qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli zamanı Əmək Məcəlləsinin müvafiq n ormalarının tətbiqi yolverilən və hətta zəruridir. Əmək Məcəlləsində tənzimlənmiş həmin münasibətlərin sahəvi qanunvericilikdə yenidən nəzərdə tutulmasına qanunvericilik texnikası və sistematikası baxımından ehtiyac yoxdur və qanunverici də bu yanaşmadan çıxış edərək sahəvi qanunlarda göndərici normalar nəzərdə tutmağı daha məqsədəuyğun hesab etmişdir.

45. Belə ki, Əmək Məcəlləsinin 5-ci maddəsinə görə, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq norma lar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci maddəsinə görə, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcə lləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ən azından iddiaçının məzuniyyətdə olduğu dövrdə onu n təşəbbüsü ilə xidmətinə xitam verilməsi barədə müraciətin səbəblərini, xüsusən də onun məzuniyyətdə olmasını nəzərə alaraq araşdırmalı, onun dinlənilmə hüququnu təmin etməli idi. İddiaçının məzuniyyət müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin olmadığı nəzərə alındıqda, onun məzuniyyət müddəti xx.xx.2022-ci il tarixədək davam etmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək işdən azad olunması barədə verdiyi ərizəsinin etibarsız sayılmasını və işinə bərpa olunmasını xahiş etmişdir. Cavabdeh əsaslı səbəb göstərmədən iddiaçını öz işinə qaytarmaqdan imtina etmiş və xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya yenidən ümumi əsaslarla gömrük orqanlarına xidmətə qəbul olunması üçün mö vcud qaydalar barədə izahat vermişdir.

47. Yuxarıda istinad olunan normaya görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

48. Qeyd edilməlidir ki, iddiaçının onun xidmətinə xitam verilməsi barədə müraciəti məzuniyyətdə olduğu dövrdə onun xidmətinə xitam verilməsinın yolverilməzliyi ilə bağlı həmin tələbə riayət olunmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bir tərəfdən, məzuniyyətdə olduğu dövrdə iddiaçı işdə sayılmır, digər tərəfdən isə, işdə sayılmayan iddiaçının xidmətə xitam verilməsinə dair qərar son nəticədə inzibati orqan tərəfindən qəbul olunur. Bundan başqa, dövlət qulluğu, eləcə də onun xüsusi növləri haqqında qanunvericiliyin məqsədləri baxımından inzibati orqanlar kadr potensialının hazırlanması, inkişafı, həmin potensialdan səmərəli istifadə olunması və onların hüquqlarının təmin olunması üçün məsuliyyət daşıyırlar. Bu baxımdan uzun müddət qüsursuz xidmət etmiş dövlət qulluqçusu olan iddiaçıya münasibətdə cavabdehin davranışı dövlət qulluğu haqqında qanunvericiliyin məqsədlərinə uyğun sayıla bilməz.

49. Bundan başqa, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsində gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi ilə bağlı əsaslar təsbit edilmişdir. Həmin əsaslar sırasında gömrük orqanının vəzifəli şəxsinin təşəb büsü ilə onun xidmətinə xitam verilməsi də nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin əsaslar, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının təşəbbüsü üzrə onun xidmətinə xitam verilməsi ilə bağlı istinad olunan normada nəzərdə tutulmuş səlahiyyət imperativ və mütləq deyil, diskresion səlahiyyətə aiddir (Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər). Diskresion səlahiyyətə malik olduğu hallarda cavabdeh gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə onun xidmətinə bütün hallarda qeyd-şərtsiz xitam verilməsi barədə qərar qəbul etməyə borclu deyildir və qərar qəbul edərkən (xidmətə xitam vermə və ya bundan imtina barədə) diskresion səlahiyyətin, xüsusən də səlahiyyətverici normanın və müvafiq qanunu n məqsədlərindən (ratio legis) çıxış etməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətindən düzgün və qanunun məqsədlərinə uyğun istifadə etməyə borcludur. Diskresion səlahiyyətdən səhv istifadə olunması və ya inzibati orqanın ümumiyyətlə diskresion səlahiyyətə malik olduğunu bilməməsi həmin səlahiyyətin səhv həyata keçirilməsi kimi qiymətləndirilir və nəticədə qəbul olunmuş qərarın qanunsuz sayılmasını şərtləndirir.

50. Hazırkı mübahisəyə münasibətdə cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, hətta konkret məsələyə münasibətdə diskresion səlahiyyətə malik olduğunu bildiyi və bundan çıxış edərək qərar qəbul etdiyi iş üzrə materiallardan görünmür.

51. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 21(104)-157/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar