Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2029/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İcbari Sığorta Bürosu” X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-kommersiya hüquqi şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı “İcbari Sığorta Bürosu” X2 cavabdeh Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mənfəət vergisinə cəlb edilməsi barədə cavabdehin qərarlarının ləğv edilməsi və bu qərarların vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)-233/2024 nömrəli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********557800 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə 2014-cü il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 966.300,00 manat mənfəət vergisi hesablanmışdır.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********558500 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə 2015-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 2.524.740,00 manat mənfəət vergisi hesablanmışdır.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********560600 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə 2016-cı il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 116.080,00 manat mənfəət vergisi hesablanmışdır.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********100000 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə 2017-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 872.900,00 manat mənfəət vergisi hesablanmışdır. 5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********750000 nömrəli qərarı ilə 2018-ci il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 717.900,91 manat mənfəət vergisi hesablanmışdır. 6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli qərarı ilə 2019-cu il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 1.273.576,81 manat mənfəət vergisi hesablanmış dır. İş üzrə qəbul olunmuş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “İcbari Sığorta Bürosu” X6 Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli qərarların ləğv olunması və bu qərarların vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslan dırmışdır ki, “İcbari Sığorta Bürosu” X6 (“Büro”) “İcbari sığortalar haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə adı çəkilən qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin Qanunun tələbləri nəzərə alınmaqla, Mülki Məcəlləyə uyğun olaraq X6 kimi təsis edilən və fəaliyyət göstərən qeyrikommersiya təşkilatıdır. İddiaçı qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatından keçərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2011 tarixli qeyri kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və xx.xx.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin in Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeyri-kommersiya şöbəsinin vergi uçotu haqqında şəhadətnamə almışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə müxtəlif vaxtlarda mənfəət vergisi hesablanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya mənfəət vergisi və vergilərin gec ödənilməsinə görə faiz hesablanması barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli qərarlar vermiş və qərarlarını onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən Büronun iştirakçıları olan sığorta şirkətlərinin 2014-2019-cu illər ərzində Büroya ödədikləri təqvim haqları mənfəət vergisinə cəlb edilməli idi və bununla bağlı mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, vergilərin vaxtında hesablanıb ödənilmədiyi üçün həmin məbləğdən mənfəət vergisi hesablanmaqla yanaşı, gecikdirilmiş dövr üzrə faiz hesablanmalıdır. İddiaçı tərəfindən 27 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olaraq şikayətlər verilməklə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən Büronun bank hesablarından silinmiş ümumilikdə 5,485,283.92 manat məbləğində vəsaitin geri qaytarılmaqla, bank hesablarına bərpa edilməsi xahiş olunmuşdur. Lakin məsələ hələ də öz həllini tapmamış, müraciət də qeyd olunan tələb icra edilməmişdir. Vergi orqanı tərəfindən inzibati araşdırma üçün tələb edilən sənədlər mənfəət vergisi məbləğinin dəqiqləşdirilməsi məqsədini daşımışdır. Halbuki, iddiaçının şikayətində kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması deyil, vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi xahiş olunmuşdur. “İcbari Sığorta Bürosu” X6 qeyri-kommersiya təşkilatı olmaqla X6 təşkilatihüquqi formasında yaradıldığına və fəaliyyəti sahibkarlıq olmadığına görə Büroya mənfəət vergisinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, Bürodan mənfəət vergisinin hesablanması və tutulması tamamilə qanunsuz olmuşdur. Belə ki, “İcbari Sığorta Bürosu” X6 (bundan sonra - Büro) qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” Q anunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilib və fəaliyyət göstərir. Büro yalnız “İcbari sığortalar haqqında” Qanunun tələbləri və özünün Nizamnaməsi əsasında müəyyənləşdirilmiş hüquq və səlahiyyətlər daxilində, qanunda nəzərdə tutulan funksiyaların icrası məqsədilə fəaliyyət göstərir. Bür onun hər hansı təsərrüfat cəmiyyəti mövcud deyildir (yaradılmamışdır), hər hansı digər təsərrüfat cəmiyyətində iştirak etmir.
9. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 2019-cu il ərzində təqvim haqları üzrə 9.239.769,00 manat, faizlər üzrə 934.558,16 manat gəlir əldə edilməsi və xərclər nəzərə alınmaqla vergiyə cəlb edilən mənfəətin 6.835.165,16 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda faizlər üzrə əldə edilən gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergi nəzərə alınmaqla 2019-cu il üzrə mənfəət vergisi üzrə 1.273.576,81 manat vergi məbləği hesablanmalı olduğu halda 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2020-ci il tarixli “Kameral vergi yoxlamas ı üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmə haqqında məktub” göndərilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 1.273.576,81 manat, bu barədə vergi ödəyicisinə təqvim xx.xx.2020-ci il tarixli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən audit şirkətlərinin rəylərinə istinad edilərək təqvim haqlarının Büro üçün vergiyə cəlb edilən gəlir yaratmadığı bildirilmişdir. Həmin rəylərdə isə təqvim haqlarının vergidən azad olm ası ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq qeyd olunan məbləğlərin vergidən azad olunması iddiası əsassızdır.
10. Cavabdeh xx.xx.2021-ci il tarixli və 30 noyabr 2021-ci il tarixli vəsatətlər məhkəməyə təqdim edərək, iddia tələbinin xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli qərarların ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsini xahiş etmişdir. Belə ki, Baş İ darənin xx.xx.2017-ci il tarixli qərarları xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli qərarı isə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilməsinə baxmayaraq, həmin qərarlar xx.xx.2020-ci il tarixdə mübahisələndirilmişdir. Belə olan halda iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti müvafiq olaraq 1 ildən artıq müddətdə ötürmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli qərarlardan inzibati şikayət edilmişdir. Şikayətin araşdırılması məqsədilə iddiaçının müaraciəti vergi orqanının xx.xx.2017-ci il tarixli məktubla cavablanmışdır. İnzibati araşdırmanın aparılması üçün zəruri sənədlər təqdim edilmədiyindən müddət axımı dayandırılmışdır.
11. İddiaçın ın nümayəndəsi və vəkili vəsatətə dair yazılı izahat təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı “İSB” HŞİ cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 3 qərarından, xx.xx.2018-ci il tarixli qərarından, xx.xx.2019-cu il tarixli qərarlarından yuxarı inzibati orqana, bu qərarların verildiyi tarixdən bir neçə gün sonra şikayətlər vermişdir. 2017-ci ilin noyabr ayında, 2018-ci ilin iyul ayında və 2019-cu ilin iyun ayında qəbul edilmiş qərarlara müvafiq olaraq, verilmiş şikayətlər üzrə hazırkı vaxtadək yuxarı inzibati orqan tərəfindən hər hansı yekun qərar qəbul olunmamışdır. Cavabdeh inzibati orqanın sonuncu dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi məlumatdan görünür ki, idd iaçının şikayətləri vergi orqanında araşdırılır, yuxarı orqan iddiaçıdan müəyyən sənədlər tələb etmiş, lakin iddiaçı həmin sənədləri təqdim etmədiyinə görə şikayətə baxılmanın müddəti dayandırılmışdır. Cavabdeh vergi orqanının qərarlarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilən şikayətlər üzrə yuxarı orqan tərəfindən qərar qəbul olunmamışdır. Şikayətlərin baxılmasının müddətinin dayandırılmasına qanuni əsas olmamışdır. Çünki iddiaçı həm cavabdeh vergi orqanına, həm də yuxarı vergi orqanına dəfələrlə müraciət, şikayət və ərizələr göndərərək mənfəət vergisinin ödəyicisi olmadığına görə ondan tələb olunan sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda yuxarı inzibati orqan mövcud sənədlər əsasında verilmiş şikayət üzrə qərar qəbul etməli olduğu hald a bunu etməmiş və şikayətə baxılması müddətini dayandırmışdır. Qeyri-müəyyən müddətə şikayətin baxılmasının dayandırılması “İnzibati icraat haqqında” Qanunun tələbinə zidd olmaqla, iddiaçının pozulmuş hüququnun bərpası üçün müraciətinin cavabsız qalması onun hüquqlarının daha da pozulması ilə nəticələnmişdir. İddiaçının nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı “İcbari Sığorta Bürosu” X6 barədə xx.xx.2017-ci il tarixli üç qərarının, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və bu qərarların vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsait geri qaytarılması qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “İcbari Sığorta Bürosu” X2 nizamnaməsinə əsasən, “İcbari Sığorta Bürosu” X6 “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş, fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. İşin faktiki hallarına əsasən, cavabdeh vergi orqanının iddiaçı nın hal-hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablanmışdır. Vergi qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1-ci maddə). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə ç əkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1-ci maddə).
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatına və Azərbaycan Respublikasının Vergi Nazirliyində vergi uçotuna əsasən iddiaçı qeyrikommersiya qurumudur. Vergi Məcəlləsinin 13.2.42-ci maddəsinə əsasən, qeyrikommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər (43.5). Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər (43.6). Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından göründüyü kimi, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə müəyyən edilməmiş, cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X5) 12 mart 2024-cü il tarixli 2-1(103)-233/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
17. Apel lyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad etməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, həmin məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlə rdən biridir. İştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində təsbit edilmiş azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya məhkəməsi qeyd edir ki, iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2 -ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, iddiaçının vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. Apellyasiya məhkəməsi mənfəət vergisindən azadolmaların yalnız Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində nəzərdə tutulduğuna istinad edərək, həmin müddəada təsbit olunmuş azadolmaların dairəsində təq vim haqlarının müəyyən edilmədiyini qeyd edir. Apellyasiya məhkəməsi cavabdeh vergi orqanının apellyasiya şikayətində yazılanları olduğu kimi qərarında təkrarlayaraq, iddianın rədd olunmasına əsas kimi cavabdehin dəlillərinə istinad etmişdir.
20. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, “İcbari Sığorta Bürosu” X6 qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi haqqında Prezidentin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. Büronun yaradılması proseduru barədə qeyd olunmalıdır ki, istinad olunan Qanunun və Fərmanın icrası qaydasında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə Büronun təsis iclası çağırılmış, təsis iclasında Büronun təsis edilməsi ilə yanaşı, B üronun Nizamnaməsinin təsdiq olunması, Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi və s. təşkilati məsələlər barədə qərar qəbul olunmuşdur. Bu qərarların icrası qaydasında “İcbari Sığorta Bürosu” HŞİ qeyri-kommersiya hüquqi şəxsi kimi Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınmış, 06 dekabr 2011-ci il tarixdə isə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
21. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının M ülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilib və fəaliyyət göstərir. İş materialları ilə təsdiqini tapan göstərilən dəlillərə əsasən, “İcbari Sığorta Bürosu” X6 qeyrikommersiya təşkilatı olması mübahisəsizdir. Məhz Büronun qeyri-kommersiya təşkilatı olması və sahibkarlıq fəaliyyəti ilə bilavasitə məşğul olmasının qanunla qadağan olunmasına əsaslanaraq hesab edirik ki, Büro mənfəət vergisinin ödəyicisi deyildir.
22. Büro yalnız “İcbari sığortalar haqqında” Qanunun tələbləri və özünün Nizamnaməsi əsasında müəyyənləşdirilmiş hüquq və səlahiyyətlər daxilində, qanunda nəzərdə tutulan funksiyaların icrası məqsədilə fəaliyyət göstərir. İş üzrə müəyyən olunduğu kimi, Büronun hər hansı təsərrüfat cəmiyyəti mövcud deyildir (yaradılmamışdır), hər hansı digər təsərrüfat cəmiyyətində iştirak etm ir. “İcbari sığortalar haqqında” Qanunun 30, 31-ci maddələrində Büroya iştirakçı sığortaçılardan iştirak haqqı, təminat depoziti, təqvim haqqı və əlavə haqların ödənilməsi qaydaları və məbləğinə dair şərtlər müəyyənləşdirilmişdir. Göstərilən müddəaların tələbinə görə, Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən sözügedən haqlar Qanunun 32, 33-cü maddələrində nəzərdə tutulmuş kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi məqsədilə kompensasiya ödənişləri ehtiyatlarının mənbələridir. Yuxarıdakıları qeyd etməklə diqqətə çatdırılır ki, Büroya iştirakçılığı yalnız Qanunla müəyyən olunmuş formada və qaydada tənzimlənən sığortaçılardan ödənilən haqlar Büronun gəlirləri olmayıb, yalnız “maliyyə sabit liyi yastığı” funksiyası daşıyır.
23. Vergi Məcəlləsinin 13.2.37 və 13.2.39-cu maddələrinin mənası baxımından qeyd edirik ki, “İcbari Sığorta Bürosu” HŞİ Vergi Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş – “Rezident Müəssisə” - anlayışına cavab vermir, yəni, Büro –“Müəssisə” deyil. Bu iki müddəanın mənasından göründüyü kimi, İcbari Sığorta Bürosu HŞİ – Vergi Məcəlləsinin 13.2.37-ci maddəsində nəzərdə tutulan “Sahibkarlıq fəaliyyəti” ilə məşğul olmamışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, Veri Məcəlləsinin 103-cü maddəsinin xx.xx.2018-ci ilədək dövrdə qüvvədə olan redaksiyasında mənfəət vergisinin ödəyiciləri kimi yalnız Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr müəyyən olunmuşdur. İşdən göründüyü kimi isə, Büro barəsində cavabdeh vergi orqanının qəbul etdiyi mübahisələndirilən qərarlar 2014-2017-ci illəri əhatə edən dövrə aiddir.
24. Ümumiyyətlə, “İcbari Sığorta Bürosu” HŞİ-nin qeyri-kommersiya təşkilatı olmaqla sahibkarlıq fəaliyyətlə məşğul olmaq hüququ yoxdur və “İcbari sığortalar haqqında” Qanunun 27.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər.
25. Hazırki işin materiallarından məhkəmələrin müəyyən etdiyi hal ondan ibarətdir ki, Büronun hər hansı təsərrüfat cəmiyyəti yaradılmamış və hər hansı belə cəmiyyətdə iştirakı mövcud olmamışdır. Beləliklə, Mülki Məcəllənin 43.5 və 43.6-cı maddələrinin, “İcbari sığortalar haqqında” Qanunun 27-ci maddəsini n (o cümlədən, 28-32-ci maddələri) tələbləri baxımından və faktiki fəaliyyət sahəsinə görə “İcbari Sığorta Bürosu” HŞİ qeyrikommersiya təşkilatıdır, Vergi Məcəlləsinin 13.2.37, 13.2.39, 13.2.42-ci maddələrinin tələbləri baxımından Büro vergi ödəyicisi qismində “Müəssisə” hesab edilə bilməz və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi qəbul edilə bilməz. Ona görə də Büro Vergi Məcəlləsinin 103.1.-ci maddəsində nəzərdə tutulan mənfəət vergisinin ödəyicisi sayılmamalıdır. Vergi Məcəlləsinin 103.1-ci - Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir –müddəası Büronun mənfəət vergisinin ödəyicisi olmadığı nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan, bi r daha qeyd edirik ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olaraq bu müddəanın tətbiqi ilə Büronun mənfəət vergisinin ödəyicisi olmadığı nəticəsinə gəlmişdir.
26. Apellyasiya məhkəməsi isə yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməli və mübahisəyə məhz bu normaların işığında qiymət verməli olduğu halda bunu etməmiş, yanlış (qanunsuz) olaraq Vergi Məcəlləsinin 106-cı maddəsinə istinad edərək, həmin müddəada - mənfəət vergisindən azadolmalar sırasında “təqvim haqları”nın nəzərdə tutulmadığını qeyd etməklə, eynilə vergi orqanının apellyasiya şikayətindəki mülahizələrini təkrarlamaqla kifayətlənmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mənfəət vergisinin ödəyicisi subyekti olmadığı halda (Vergi Məcəlləsinin 13.2.37, 13.2.39, 103.1), mənfəət v ergisindən azadolmaları tənzimləyən (VM 106-cı maddə) müddəada Büronun adının “axtarılması və tapılmaması”nın bu işin həllində əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Qanunda hər hansı bir subyektin və ya fəaliyyətin hər hansı mükəlləfiyyətdən azadolma güzəştini əldə etmək üçün ilk növbədə həmin subyektin və ya fəaliyyətin mükəlləfiyyətin təsiri altında olması müəyyən olunmalıdır ki, sonra da ondan azadolma müəyyənləşsin. Bu baxımdan bir daha qeyd edirik ki, Vergi Məcəlləsinin 103.1ci maddəsinin təsiri altında Büronun mənfəət vergisinin ödəyicisi mükəlləfiyyəti olmadığı üçün Məcəllənin 106-cı maddəsində Büronun adının “azadolmalarda” olmaması təbiidir.
27. Apellyasiya instansiyası məhkəməsi İPM-in 12-14-cü maddələrinin, 68 və 69-cu maddələrinin tələblərini pozmuş, hətta “İcbari sığortala r haqqında” Qanunun 28-31-ci maddələrində nəzərdə tutulmuş Büroya ödənişlərin dairəsini, belə ödənişlərin məqsəd və təyinatını fərqləndirmədən, yalnız cavabdeh vergi orqanının apellyasiya şikayətində istinad etdiyi “təqvim haqları” mövzusuna hədəflənərək, Büroya hesablanan mənfəət vergisinin yalnız “təqvim haqları”ndan hesablandığı nəticəsinə gəlmişdir. Halbuki, iş materialında mənfəət vergisinin yalnız “təqvim haqları”ndan hesablandığı nəticəsinə gəlinməsi üçün vergi orqanı tərəfindən hər hansı dəlil-sübut təqdim olunmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmiş və etirazında bildirmişdir ki, iddiaçıya ödənilən təqvim haqlarının verg idən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. İştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqları nın təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Maddə
57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları 57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müav ininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.[394] [394] 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1385) ilə 57.1-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 57.1. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin vergi öhdəliyi yaranmadıqda h esabatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə aylıq gəlirin vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... Madd ə
72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.... Maddə
103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-r ezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. [749] 103.2. Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəslin məqsədləri üçün ona müəssisə kimi baxılır. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinin müddəaları bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilənlərə şamil edilmir. [749] 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2498) ilə 103.1-ci maddəyə “müəssisələr” sözündən sonra “, habelə sahibka rlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları” sözləri əlavə edilmişdir. Maddə
106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: 106.1.1. xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa; 106.1.2. qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;... 106.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, İcbari Sığorta Bürosunun gəlirləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatları tərəfindən həmin orqanlara (qurumlara) ödənilən faiz gəlirləri;[759] 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 106.1.5-ci maddəyə “Əmanətlərin Sığortalanması Fondunun” sözlərindən sonra “, İcbari Sığorta Bürosunun” sözləri əlavə edilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçm iş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həya ta keçirirlər. 43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommer siya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.... 31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
27. İcbari Sığorta Bürosu 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 27.1.1. Bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsi zamanı, həmçinin icbari sığortalara dair beynəlxalq sığorta sistemləri çərçivəsində iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək; 27.1.2. iştirakçılarının bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsi ilə əlaqədar mara qlarını dövlət hakimiyyət və yerli idarəetmə orqanlarında, habelə digər orqan və təşkilatlarda təmsil və müdafiə etmək; 27.1.3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər vermək; 27.1.4. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə hadisələrin araşdırılması və zərərlərin qiymətləndirilməsi ilə bağlı texniki ekspert müayinələrinin həyata keçiri lməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək; 27.1.5. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə Büronun iştirakçılarını təmsil etmək; 27.1.6. Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək; 27.1.7. bu Qanund a nəzərdə tutulan elektron informasiya sisteminin mövcudluğunu, istifadəsini və onun digər elektron informasiya sistemləri ilə əlaqələndirilməsini təmin etmək; 27.1.7–1. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta hadisələrinin sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən tədbirləri maliyyələşdirmək; 27.1.7–2. icbari sığortalara dair beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata keçirmək; 27.1.8. nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun digər funksiyaları həyata keçirmək. 27.2. Bu Qanunda nəzərdə tutulan hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı Büronun iştirakçısı olmalı və müvafiq icbari sığorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir. 27.3. Büronun nizamnaməsinə edilən dəyişikliklər hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu dəyişikliklərin Büronun bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğunluğu barədə Mərkəzi Bankın müsbət rəyi ilə birlikdə təqdim edilməlidir. 27.4. Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər. Maddə
28. Büroda iştirakın qaydası 28.1. Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı Mərkəzi Bankın ilkin razılığı ifadə olunan sənədin əlavə o lunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir. 28.2. İştirakçı sığortaçı ilə Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər Büronun nizamnaməsində nəzərdə tutulur. 28.3. İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir. 28.4. İştirak haqqının məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilir. Maddə
30. İştirakçı sığortaçıların təminat depoziti və təqvim haqları 30.1. Təminat depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi Büronun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödədiyi məbləğdir. 30.2. Təminat depozitinin məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilir. 30.3. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır. 30.4. Sığortaçı təqvim haqlarını Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi tarixdən bu Qanunun 29.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, Büroda iştirakına xitam verildiyi tarixədək ödəyir. 30.5. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi rübün birinci günündən növbəti rübün birinci gününədək olan dövr hesab edilir. 30.6. Təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5 faizi həcmində ödənili r. 30.7. Təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü ərzində Büronun müvafiq hesabına köçürülür. Maddə
31. İştirakçı sığortaçıların əlavə haqları 31.1. Kompensasiya ödənişlərinin verilməsi üçün Büronun kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur. 31.2. Büro tərəfindən tələb olunduğu halda əlavə haqların ona ödənilməsinə təminat yaratmaq məqsədi ilə sığortaçı Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydada şərti öhdəliklər ehtiyatı formalaşdırır. 31.3. İştirakçı sığortaçının ödəməli olduğu əlavə haqların məbləği onun bu Qanunda nəzərdə tutulmuş müvafiq icbari sığorta növünə aid sığ orta müqavilələri üzrə son bir il müddətində daxil olan sığorta haqlarının bütün iştirakçı sığortaçıların həmin növə aid sığorta müqavilələri üzrə həmin müddət ərzində daxil olan sığorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir. 31.4. Əlavə haqların ödənilməsinə zərurət yarandıqda, bu haqların hər bir konkret hal üzrə ödənilmə üsulu və müddətini Mərkəzi Bank müəyyən edir. Maddə
32. Kompensasiya ödənişlərinin təyinatı 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi ve rilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda; 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda 32.2. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə sığorta olunan, zərərçəkən üçüncü şəxs və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı, 5-ci fəsli üzrə isə sığortalı və ya sığorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər. 32.3. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə zərərçəkən üçüncü şəxs, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığorta olunan və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı, 5-ci fəsli üzrə sığorta olunan, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığortalı kompensasiya ödənişini almaq hüququna malikdirlər. 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Maddə
33. Kompensasiya ödənişlərinin həyata keçirilməsi 33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmi n ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. 33.2. Kompensasiya ödənişləri üzrə bu ödənişi almaq hüququna malik olan şəxslə Büro arasındakı münasibətlərə müvafiq icbari sığorta ilə bağlı faydalanan şəxs və sığortaçı arasındakı münasibətlər üzrə bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş tələblər tətbiq olunur. 33.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə s əbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin. 33.4. Kompensasiya ödənişləri müvafiq icbari sığorta növünə dair bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta ödənişlərinin verilməsi üçün nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilir. 33.5. Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və (və ya) zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Maddə 63–5. X12 çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların təqvim haqları 63–5.1. Bu Qanunun 63–4.3-cü maddəsində göstərilən birdəfəlik ödənişdən əlavə, X12 çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı təqvim ayı ərzində bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5 faizi miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayaraq Büronun müvafiq hesabına ödəyir. 63–5.2. Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir. 63–5.3. Təqvim haqlarının ödənilməsi qaydaları Mərkəzi Bankla razılaşdırılmaqla Büro tərəfindən müəyyən edilir. Maddə 63–6. Büronun cari öhdəliklər ehtiyatı 63–6.1. Büro tərəfindən bu Qanunun 63–4.3-cü maddəsində nəzərdə tutulan vəsaitlər və 63–5-ci maddəsində nəzərdə tutulan təqvim haqları hesabına iştirakçı sığortaçıların X11 fəaliyyət göstərməsi ilə əlaqədar Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə cari öhdəliklər ehtiyatı formalaşdırılır. 63–6.2. Büro cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin hərəkətinin ayrıca uçotunu aparır. 63–6.3. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydalar Mərkəzi Bankla razılaşdırılmaqla Büro tərəfindən müəyyənləşdirilir. 63–6.4. Cari öhdəliklər ehtiyatının vəsaitləri bu Qanunun 63-3.0.10-cu maddəsində nəzərdə tutulmuş iştirakçı sığortaçıların öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir. 32. “İcbari sığortalar haqqında” A zərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:...
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 3.1. iki ay müddətində:... 3.1.3. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan iştirak haqqının məbləğini müəyyən etsin; 3.1.4. həmin Qanunun 30.1.2-ci maddəsində nəzərdə tut ulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan təminat depozitinin məbləğini müəyyən etsin; 3.1.5. həmin Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların şərti öhdəliklər ehtiyatının formalaşdırılması qaydasını və həmin ehtiyatın məbləğini müəyyən etsin;... 3.1.12. həmin Qanunun 73.1-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun təsis iclasının çağırılmasını təmin etsin; 3.2. üç ay müddətində aktuari və sığorta vasitəçiliyi fəaliyyətlərinin inkişaf etdirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, sığorta şirkətlərində elektron informasiya sistemlərinin tətbiqinin təmin edilməsi və sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunması, habelə elektron im zadan istifadə etməklə sığorta əqdlərinin bağlanmasına imkan verən hüquqi bazanın yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçıların İcbari Sığorta Bürosunda iştirakının təmin edilməsi üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyy ət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. İddiaçı “İcbari Sığorta Bürosu” X6 qeyri-kommersiya təşkilatıdır.
37. Cavabdeh iddiaçının təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyini bildirib Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən iddiaçıya mənfəət vergisi hesablamışdır. İddiaçı qeyri-kommersiya təşkilatı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etmədiyini, mənfəət vergisinin ödəyicisi olmadığını, qanuna görə vergidən azad olunduğunu bildirib cavabdehin hərəkətini məh kəmə qaydasında mübahisələndirmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
38. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
40. Apellyasiya məhkəmə instansiyası gəldiyi nəticənin əsası kimi qeyd edir ki, iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığı nəzərə alınsa, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. Apellyasiya məhkəməsi mənfəət vergisindən azadolmaların yalnız Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində nəzərdə tutulduğuna istinad edərək, həmin müddəada təsbit olunmuş azadolmaların dairəsində təqvim haqlarının müəyyən edilmədiyini qeyd edir.
41. İddiaçı isə Vergi Mə cəlləsinin 13.2.37-ci, 13.2.39-cu və 103-cü maddələrinin tələbləri baxımından, eyni zamanda, “İcbari sığortalar haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə uyğun sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyinə istinad edərək qeyri-kommersiya hüquqi şəxsi kimi mənfəət vergisinin ödəyicisi olmadığını bildirmişdir.
42. İddiaçı “İcbari Sığorta Bürosu” X6 qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli, 165-İVQ nömrəli Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. “İcbari sığortalar haqqında” Qanunun və bu Qanunun tətbiqinə dair Fərmanın icrası qaydasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə Büronun təsis iclası çağırılmış, təsis iclasında Büronun təsis edilməsi ilə yanaşı, Büronun Nizamnaməsinin təsdiq olunması, Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi və s. təşkilati məsələlər barədə qərar qəbul olunmuşdur. Bu qərarların icrası qaydasında “İcbari Sığorta Bürosu” HŞİ qeyri-kommersiya hüquqi şəxsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınmış, 06 dekabr 2011-ci il tarixdə isə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
43. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qa nunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilib və fəaliyyət göstərir. 44. “İcbari sığortalar haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə həmin maddədə qeyd edilən funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 45. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasın ın Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2498) ilə Vergi Məcəlləsinin 103.1ci maddəsinə “müəssisələr” sözündən sonra “, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları” sözləri əlavə edilmişdir.
46. Vergi Məcəlləsinin 103.1-ci maddəsindəki bu dəyişikliyin mənfəət vergisinin ödəyicilərinin subyekt tərkibini genişləndiridiyini nəzərə alaraq, Kollegiya hesab edir ki, cavabdeh vergi orqanının hazırkı iş üzrə mübahisələndirilən qərarlarının 2019-cu ili əhatə edən dövrə aid hissəsinin qiymətləndirilməsi üçün “İcbari Sığorta Bürosu” HŞİ-nın digər təsərrüfat cəmiyyətləri vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığı və belə fəaliyyətdən gəlir əldə e dib-etmədiyi araşdırılmalıdır. 47. “İcbari sığortalar haqqında” Qanunun 27.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər. 28 noyabr 2014-cü il tarixli 1113-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 dekabr 2014-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1523) ilə 27.4-cü maddə əlavə edilmişdir.
48. İddiaçı Büro birbaşa və ya dolayısı (təsərrüfat cəmiyyəti yaratmaq və ya başqa cəmiyyətlərdə iştirak etmək) yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına istinad etmiş, cavabdeh vergi orqanı da öz növbəsində iddiaçının belə sahibkarlıq fəaliyyətindən gəlir əldə etməsinə dair dəlillər təqdim etməmiş, apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.
49. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Qanunun mənasına görə qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etdiyi halda mənfəət vergisinin ödəyicisi olacaq.
50. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
51. Cavabdehin mövqeyinə görə iddiaçının hesabın a daxil olan təqvim haqları iddiaçının gəliridir, iddiaçı gəlir əldə etmişdir və həmin gəlirə görə mənfəət vergisi ödəmələdir. 52. “İcbari sığortalar haqqında” Qanunun yuxarıda bəhs olunan normalarına görə təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır. Təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü ərzində Büronun müvafiq hesabına köçürülür.
53. Apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının hesabına daxil olan təqvim haqlarının onun sahibkarlıq fəaliyyətinin nəticəsi olaraq gəlir əldə etməsini araşdırmamışdır. 54. “İcbari sığortalar haqqında” Qanunun 27.4-cü maddəsinə görə Büro bu Qanunun 27.1-c i maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər. Cavabdeh və onunla razılaşan apellyasiya məhkəməsi iddiaçını mənfəət vergisinin ödəyicisi hesab edərkən təsərrüfat cəmiyyəti yaratması və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlsə də, məhkəmə iddiaçının təsərrüfat cəmiyyəti yaratması və ya belə cəmiyyətdə iştirak etməsi ilə bağlı araşdırma aparmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin “İcbari sığortalar haqqında” Qanunun tələbinə uyğun iddiaçının hesabına daxil olan vəsaitdən ayrıca olaraq başqa sahəyə sərf etməsi, ən əsası həmin vəsaitdən sahibkarlıq fəaliyyəti ilə əlaqəda r gəlir əldə etməsi barədə də araşdırma aparmamışdır.
56. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə görə qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır.
57. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur. Azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir.
58. Apellyasiya məhkəməsi cavabdehin dəlili ilə razılaşsa da, qeyri-kommersiya təşkilatı olan iddiaçının aldığı təqvim haqlarının vergidən azad olunan əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr olmadığına da ir gəldiyi nəticəni əsaslandırmamışdır.
59. Cavabdeh Vergi Məcəlləsinin 67 və 83-cü maddələrinə əsasən iddiaçıya mənfəət vergisi hesabladığını bildirmiş, apelyasiya instansiyası məhkəməsi cavabdehin Vergi Məcəlləsinin vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyən 67-ci maddəsinin tələblərinə əməl etməsini yoxlamamışdır.
60. Apellyasiya instansiyası məhkəməsinin bu cür araşdırma aparmadan nəticəyə gəlinməsi isə, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
61. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmi n hissədə şikayət təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “İcbari Sığorta Bürosu” X2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-233/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.