Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2032/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra orqanının hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçıların icra sənədi olmadan yaşayış sahəsindən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Pr obasiya Şöbəsinə qarşı (üçüncü şəxslər: X4, X5, X8) “mənzildən çıxarılmanın qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1-(103)-1376/24 nömrəli qərarından üçüncü şəxs Ə.Sultanova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)695/2021 saylı qətnaməsi ilə cavabdehlər X2 və X3 iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X6 təhvil verilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəriman ov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli İcra vərəqəsində borclular X2 və X3 Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X6 təhvil verilməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 saylı icra sənədi üzrə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılan e-2(005)5080/2022 saylı mülki işlə bağlı mübahisəyə mahiyyət i üzrə baxılıb qəti qərar qəbul edilənədək icraatın dayandırılması barədə Nərimanov rayon İcra Şöbəsinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək iddiaçının yaşadığı Bakı ş, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7, mənzil 134-dən icra məmuru tərəfindən qanunsuz çıxarılmasının dayandırılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “iddiaçının yaşadığı Bakı ş, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7, mənzil 134-dən icra məmuru tərəfindən qanunsuz çıxarılmasının dayandırılmasına dair Bakı şəhəri Nərim anov rayon İcra və Probasiya Şöbəsinin üzərinə öhdəlik qoyulması” kimi dəyişdirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7850/2023 saylı qərardadı ilə X8, X4 və X5 iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. İddiaçı2 və İddiaçı3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək hazırkı iş üzrə İddiaçı1 ilə birlikdə ünvan 1 ünvanında daimi yaşadıqlarını bildirmiş, iş üzrə birgə iddiaçı kimi nəzərə alınmalarını xahiş etmişdirlər.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7850/2023 saylı qərardadı ilə İddiaçı2 və İddiaçı3 iş üzrə inzibati məhkəmə icraatına birgə iddiaçı qismində iştirakları nəzərə alınmışdır.
9. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddi anın dəyişdirilməsinə dair ərizədə iddiaçıların yaşadıqları ünvan 1 ünvanından Nərimanov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7850/2023 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “iddiaçıların yaşadıqları ünvan 1 ünvanından Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçıların icra sənədi olmadan həmin yaşadıqları mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7850/2023 saylı digər qərardadı ilə X8, X4 və X5 hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının əsaslandırması:
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov rayon İcra Şöbəsinə müraciət edərək Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 saylı icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
13. Şöbə rəisinin xx.xx.2023-cü il tarixli 1309-54757/2022-15-18 nömrəli məktubuna əsasən iddiaçının xahişi nəzərə alınmamışdır. Əsas kimi "İcra haqqında” Qanunun 17.1-ci maddəsi göstərilmişdir.
14. İddiaçı ərizədə "Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 saylı icra sənədi üzrə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsində qaldırılan e2(00 5)-5080/2022 saylı mülki işlə bağlı mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraatın dayandırılması barədə qərar" qəbul edilməsini xahiş etmişdir.
15. İcra şöbəsinin gəldiyi nəticə fakt və hüquq baxımından əsassızdır, belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin müqavilələrlə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatın və çıxarışların ləğv edilməsi; həmin əmlaka iddiaçının mülkiyyət hüququnun tanınması; əmlaka dair mülki yyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır.
16. Hazırda həmin iddia üzrə e-2(005)-5080/2022 nömrəli mülki iş məhkəmənin icraatındadır. Göründüyü kimi 2(005)-695/2021 nömrəli icra sənədi üzrə icraat aparılan iş üzrə iddianın mübahisə predmeti e-2(005)-5080/2022 nömrəli mülki iş üzrə iddianın predmeti ilə eynidir. İddia ərizəsinə əlavə:
17. İddiaçılar iddia ərizəsinə əlavə təqdim etmiş, əlavəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci tarixli, 4 nömrəli qərarının 2, 3.1, 3.2, 5.1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 2.1-ci bəndinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə, “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15, 42, 77, 79, 79-1-ci maddələrinə, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin etirazı:
18. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular X2 və X3, tələbkar X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq tələbkar X6 təhvil verilməsi qət edilmişdir.
19. İcra sənədi Nərimanov rayon icra şöbəsinin icraatına xx.xx.2022-ci ildə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün tələbk ar və müvafiq məhkəməyə göndərilmişdir.
20. Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında cavabdeh tərəfindən tərtib edilmiş icraata başlama haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə rəsmi qaydada borclular X4 və X5 tərəfindən qəbul edilmişdir.
21. İcra sənədinin icrası borclular tərəfindən könüllü icra müddəti ərzində icra edilmədiyinə görə, həmin şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilindən çıxarılmalarını təmin etmək üçün xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində icralar təyin edilmiş, həmin zaman mənzilin qapısı bağlı olduğuna görə təyin edilmiş icra hərəkətləri təxirə salınmışdır.
22. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi borclular X2 və X3, tələbkar X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair hissəsində icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nə müraciət edilmiş və icra sənədi xx.xx.2022ci il tarixdə Nərimanov RPİ-i tərəfindən həmin hissədə icra olunmuşdur.
23. İcra sənədi üzrə borclu X4 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, yekun məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verdiyini bildirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müşayiətedici məktubunun surətini ərizəsinə əlavə etmiş və nəzərə alınmasını xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmiş və icra sənədinin icrası təxirə salınmışdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müraciətə cavab verilməmişdir. X1 şikayəti xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına daxil edilmişdir və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsinin tələbinə əsasən icra sənədinin icrası dayandırılmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərardadına əsasən X1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir.
26. Bundan sonra icra hərəkətləri təzələnmiş və xx.xx.2022-ci il tarixə yenidən icra təyin edi lmiş, həmin zaman mənzilin qapısı bağlı olduğuna görə təyin edilmiş icra hərəkətləri təxirə salınmışdır.
27. Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı cavabdeh tərəfindən yenidən xx.xx.2023-cü il tarixə icra təyin edilmiş, lakin mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri təxirə salınmışdır. Növbəti təyinat xx.xx.2023-cü il tarixə təyin edilmiş və mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri növbəti dəfə təxirə salınmışdir. Nərimanov RPİ-i tərəfindən X2 mülkiyyətində olan və icra sənədində qeyd olunan mənzilin dələduzluq yolu ilə özgəninkiləşdirilməsi faktına əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Hə mçinin sorğuda qeyd edilmiş İddiaçı1 ilə bağlı bildirilmişdir ki, "xxxx" MMC-nin İddiaçı1 təqdim etdiyi arayışa əsasən, o, bina istismara verildiyi gündən bu günədək Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında rəsmiləşdirilmiş “Green Park” yaşayış kompleksindəki 134 saylı mənzildə yaşayır. Üçüncü şəxsin etirazı:
28. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X8 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir.
29. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədi ilə uydurma iddia qaldırmışlar və bu yolla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Məhkəmə sorğusu və arayışlar: 30. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı1 ünvan 5 ünvanında yerləşən yaşayış binasının 134 saylı mənzilində yaşayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
31. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(112)-7850/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıların yaşadıqları ünvan 1 ünvanından cavabdeh tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmiş, iddiaçıların icra sənəd i olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 143 nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
32. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 və ailə üzvləri faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 134 saylı mənzildə hazırda yaşayırlar, üçüncü şəxslər isə sözügedən mənzildə yaşamırlar.
33. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-443/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən tələbkar X8 şikayətində icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün könüllü icra müddəti verildiyini, daha sonra mənzilin boşaldılması üçün 4 dəfə vaxt təyin edildiyini, təyin edilmiş vaxtlarda qapının bağlı olması və borclunun ev də olmaması ilə əlaqədar icra sənədinin icra edilməsinin təxirə salındığı qeyd etmişdir. Eyni zamanda həmin iş üzrə məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru izahatında icra sənədinin icrası zamanı heç bir hərəkətsizliyi olmadığını, icra hərəkətlərinin həyata keçirilməsinə hər dəfə borclu tərəfindən maneələr yaradıldığını bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda da bir neçə dəfə qapının bağlı olması səbəbi ilə icra hərəkətlərinin təxirə salındığı qeyd olunmuşdur.
34. Qeyd edilən mənzildə İddiaçı1 (bina istismara verildiyi gündən) ailə üzvləri ilə birlikdə yaşadıqları və dəfələrlə mənzilin boşaldılması üçün icralar təyin edilməsi işin mübahisəsiz halıdır.
35. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müvafiq icra hərəkətləri n həyata keçirilməsi üçün əsas olaraq göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 saylı qətnaməsində cavabdehlər X2 və X3 iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X6 təhvil verilməsi qərara alınmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində (icra sənədinin verildiyi tarix: xx.xx.2022-ci il) cavabdeh (borclu) qismində X2 və X5 qeyd olunmuşdur.
36. İddiaçı və ailə üzvlərinin sözügedən mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı və icra sənədi müəyyən olunmamışdır. 3
7. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun qeyd edilən hərəkətləri məhkəmə aktının icrasının davamı kimi qiymətləndirilə bilməz. Qeyd edilən halda, yəni icra məmurunun icra sənədi ilə əhatə olunmayan həmin hərəkətlərinin qanuniliyinə qiymət verməyə səlahiyyətli məhkəmə məhz inzibati məhkəmədir.
38. Hazırkı iş üzrə icra qurumunun qeyd edilən hərəkətləri nəticəsində iddiaçıların mənzil hüquqlarına müdaxilənin olması mübahisəsizdir. Lakin həmin müdaxilənin həyata keçirilməsi üçün qanuni əsas – qüvvədə olan məhkəmə qərarı və ona uyğun verilmiş icra sənədi olmadığına görə müdaxilə qanuni hesab edilə bilməz.
39. Məhkəmə hesab edir ki, iddiaçıların mənzildən çıxarılmasına münasibətdə icra sənədi olmadığından cavabdehin onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, K azım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 134 saylı mənzildən çıxarılmasına yönəlmiş hərəkətləri qanuna ziddir və iddiaçıların mənzil hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. Üçüncü şəxs Ə.Sultanova həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
41. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1376/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7850/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişd ir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi yalnız həmin işin tərəfləri və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri üçün məcburidir. Hazırkı iş üzrə iddiaçı və onun ailə üzvləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən xx.xx.2021-ci il tarixli, 2(005)-695/2021 saylı icra sənədi üzrə nə tərəflərdən biri, nə də həmin işdə iştirak edən digər şəxsdir. Başqa sözlə, cavabdeh icra orqanının yuxarıda qeyd edilən icra sənədinə əsasən iddiaçının və onun ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilindən çıxarılması barədə üzərinə düşən öhdəliyi qoyulmamışdır.
43. Üçüncü şəxs Ə.Sultanova apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və tələbin təmin e dilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, qəbul edilmiş qərarla məhkəmə əmlaka heç bir aidiyyəti olmayan şəxslərin mənzil hüququnu qorumaq adı ilə cavabdehin əmlakından istifadə etmək, sərəncam vermək və istədiyi formada sahib olmaq hüququndan məhrum etmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi qeyd olunan normaya istinad edərək qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin yalnız, həmin işin tərəfləri və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq var isləri üçün məcbur olduğunu qeyd etmiş və bununla da, iddiaçı və onun ailə üzvlərinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə nə tərəflərdən biri, nə də həmin işdə iştirak edən digər şəxslər olduğunu vurğulamışdır.
46. Üçüncü şəxs Ə.Sultanova hesab edir ki, məhkəmənin mövqeyi yanlışdır, belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində cavabdehlər X2 və X3 iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onlar həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçı X6 təhvil verilməsi göstərilmişdir. Bununla da, aydın olunur ki, icra vərəqəsi iki hissə dən ibarətdir. Birinci hissə cavabdehlər X2 və X3 iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması. İkinci hissə isə mənzil boşaldılaraq iddiaçı X6 təhvil verilməsidir. Qeyd olunan hissəyə təkcə iş üzrə cavabdehlər şamil deyil, həmçinin mənzilin daxilində məskunlaşmış şəxslərə və yerləşdirilmiş əşyalara şamil edilir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 48. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
7. İcra sənədlərinə aid tələblər 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i...
49. Mülki Prosessual Məcəllə (MPM):... Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə on ların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
50. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
52. Apellyasiya instansiyası məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
53. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərə findən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
56. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi yalnız həmin işin tərəfləri və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri üçün məcburidir (MPM-in 233.3-cü maddəsi). Hazırkı iş üzrə iddiaçı və onun ailə üzvləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən xx.xx.2021-ci il tarixli, 2(005)-695/2021 saylı icra sənədi üzrə nə tərəflərdən biri, nə də həmin işdə iştirak edən digər şəxsdir. Başqa sözlə, yuxarıda qeyd edilən icra sənədinə əsasən cavabdeh icra orqanının üzərinə iddiaçının və onun ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilindən çıxarmaq öhdəliyi qoyulmamışdır.
58. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə ə sas vermir.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1376/24 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.