Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2056/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikiqat vergi tutma, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə rezidentlər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbay can Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Honkonq Xüsusi İnzibati Ərazisində olan qeyri-rezidentə ondan aldığı malların dəyəri müqabilində ümumilikdə 5882 manat məbləğində pul köçürmüşdür.
2. Cavabdeh 21 fevral 2020-ci il tarixdə **********108800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının he sablanması barədə” qərar ilə Vergi Məcəlləsinin 13.2.16.14, 125 və 128-ci maddələrinə əsasən 2019-cu ilin 4-cü rübü üzrə 588,20 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini və qərarla tutulmuş pul vəsaitinin qaytarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyicisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu 128-ci maddədə nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş ) şəxslərdir. Cavabdeh vergi orqanı 128-ci maddəni tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüş, halbuki 128-ci maddə üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, 128-ci maddədə güzəştli vergi tutulan ölkələrlə yanaşı həmçinin şəxslər müəyyən edilmişdir (128.1 mad.) ki, bunlar rezidentlə əlaqədə olan qeyri-rezidentlərdir. Beləliklə 13.2.16.14-1 və 128 maddələrin tələblərinə görə 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi - əməliyyatlar və müvafiq ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi isə ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri-rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilən vergi iddiaçıdan tutula bilməz. Çünki aparılan əməliyyat nəticəsində Honkonqda gəlir əldə edilməmiş, qeyri-rezidentlə şəriklik halı yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergilər tam ödənilmişdir. Həmçinin, cavabdehin qanunların bu cür tətbiqi 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 14 iyun 2005-ci il tarixli 932-İİQ N°-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin müddəalarına da ziddi r. İlk növbədə Sazişin müddəaları Honkonq da daxil olmaqla, Çinin bütün ərazisini əhatə edir. Bundan əlavə, Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyri-rezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Odur ki, Sazişin tələblərinə görə də əgər Honkonqun rezidenti olan şi rkət Azərbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (başqa sözlə,iddiaçı ilə) qarşılı əlaqəsi olmadığı hallarda o heç cür Honkonqdakı fəaliyyətinə və əldə etdiyi mənfəətə görə Azərbaycanda vergiyə cəlb oluna bilməz.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2019-cu ilin 4-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 5.882 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tə rəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 30 yanvar 2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından, ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübünə 588,20 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə 21 fevral 2020-ci il tarixli, **********108800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilm işdir.
6. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunduğundan və həmin Məcəllənin 125.1.9-cu maddəsinə əsasən 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz dərəcəsində vergi tutulduğundan, iddia tələbi əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.L.Kərimli) iddia təmin edilmiş, 21 fevral 2020-ci il tar ixdə **********108800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmiş və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaçı Vergi Məcəlləsinin 128.3-cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi Honkonqda (ÇXR) təsis edilmiş şəxsə ödəniş etsə də, iddiaçı həmin qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüquq olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından (bununla bağlı heç bir sübut və ya dəlil təqdim olunmur), aparılan həmin əməliyyata görə Vergi Məcəlləsinin 125.1 və 125.1.9-cu maddələrinin təsiri altına düşən vergi ödəyicisi kimi onun ö dəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Bundan başqa, Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»in müddəaları da Razılığa gələn Dövlət kimi Azərbaycan Respublikasının müəssisəsinin mənfəətinin müvafiq hallar, yəni Razılığa gələn digər Dövlətdə daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərdiyi, habelə həmin müəssisələr (şəxslər) arasında idarəetmə, nəzarət olunması və ya kapitalda iştirakçılıqla bağlı hallar istisna olmaqla, yalnız öz ölkəsində vergiyə cəlb olunmasını nəzərdə tutur. Göstərilən “müvafiq hallar” isə hazırkı iş üzrə müəyyən edilmir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1209/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və H.Ü.Həmidov) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv e dilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)20/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) apellyasiya instansiyası məhkəməsinin 21(103)-1209/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) cavabdehin şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən Sazişin müddəalarının hazırkı mübahisəyə tətbiqi “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tələblərinin gözlənilməsi ilə şərtlənir. Lakin hazırkı iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının **********009300 saylı 12 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın müddəalarına əsasən iddiaçının apard ığı müvafiq əməliyyat üzrə inzibatçılıq qaydalarına riayət olunduğu, DTA-03 formasının gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli olan sənədlərlə birlikdə vergi orqanına təqdim edilməsi təsdiq olunmur və bu barədə hər hansı sənəd məhkəmə icraatı dövründə də təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əslinin saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi də iş üzrə müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində kameral vergi yoxlaması ilə bağlı 21 fevral 2020-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuş və İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, əgər qeyri-rezident Azərbaycanda nümayəndəlik vasitəsi fəaliyyət göstərmirsə, malların istehsalından, təqdim edilməsindən Azərbaycanın hüdudların kənarında gəlir əldə edibsə, həmin gəlirin mənbəyi Azərbaycan hesab olunmur. Bu ümumi qaydadan Məcəllənin 125.1.9, 13.2.16.14-1, 128-ci maddələrdə (rezident və qeyri-rezident qarşılıqlı əlaqədə olduğu üç ün) nəzərdə tutulan hallar istisna təşkil edir.
18. Bu nəticə həmçinin Azərbaycan bağladığı ikiqat vergitutmanın aradan qaldırılması yönəlmiş bir sıra beynəlxalq Sazişlərin müddəaları ilə, o cümlədən 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 14 iyun 2005-ci il tarixli 932-İQ N°-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin müddəaları ilə üst-üstə düşür.
19. Apellyasiya instansiya məhkəməsi öz qərarında mübahisələndirilən vergini gəlir vergisi kimi, qeyri-rezidenti vergi ödəyicisi kimi tanımış, lakin bununla belə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 128.1 -ci maddəsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur, yəni yuxarıda qeyd olunan Fərmanla təsdiq edilmiş Siyahıya daxil olan güzəştli vergi tutulan ölkələrin rezidenti (qeyri-rezident) öz ölkəsində fəaliyyəti ilə əldə etdiyi gəlirdən heç bir şərt olmadan, yəni Azərbaycanın rezidenti ilə qarşılıqlı əlaqəsi olub-olmasından asılı olmayaraq Azərbaycanın xeyrinə vergi ödəməlidir. Halbuki, bu mövqe düzgün deyildir. Belə ki, əgər qanunverici VM-nin 13.2.16.14-1-ci maddəsində "bu məcəllənin 128-ci maddəsində nəzərdə tutulan" söz ifadəsini ancaq güzəştli vergi tutulan ölkələrə aid edirdisə, onda həmin maddədə "bu Məcəllənin 128.3-cü maddəsində nəzərdə tutulan" göstərilməli idi. Buna görə VM 13.2.16.14-1-ci maddəsində "bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan" söz ifadəsi tək güzəştli vergi tutu lan ölkələrə yox, həm də "şəxslərə" sözünə aiddir. "Şəxslər" isə VM 125.1-ci maddəsinə əsasən sözü gedən gəlir vergisinin ödəyicisi və Azərbaycanda fəaliyyət göstərməyən qeyri-rezidentdir. Məcəllənin 128.1-ci maddəsində isə həmin verginin hansı hallarda qeyri-rezidentdən ödəmə mənbəyindən tutulması göstərilmişdir.
20. Odur ki, istər beynəlxalq Sazişə görə, istərsə Azərbaycan vergi qanunvericiliyinin qeyd olunan tələblərinə görə güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən gəlir vergisi qeyri-rezidentin rezidentlə əlaqəsi olduğu halda birincidən tutula bilər. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1 -ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Məhz bu səbəbdən iddiaçı tərəfindən edilən ödəniş üzrə qeyri-rezident tərəfindən Azərbaycan mənbəyindən gəlir əldə edildiyi üçün qeyd edilən əməliyyat ödəmə mənbəyində verginin tutulması tamamilə əsaslıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrdə gəlirin əldə edilibedilməməsi və ya qarşılıqlı əməliyyat apardığı qeyri-rezidentlərl ə şərikliyinin olubolmaması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinin tətbiqi baxımından əhəmiyyətsizdir. Belə ki, Məcəllənin 13.2.16.14-1-ci maddəsi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulmasını müəyyən etmişdir ki, həmin maddənin tələbində iddiaçının qeyd etdiyi istisnalar nəzərdə tutulmamışdır. Yəni, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələr istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilir.
22. Hazırkı vəziyyətdə iddia çının Çin Xalq Respublikasında əldə etdiyi mənfəətə görə həmin ölkədə vergini ödədiyi halda, təkrarən həmin mənfəətə görə Azərbaycan Respublikasında vergi tutulması kimi hal mövcud deyil. Əlavə olaraq, iddiaçıya hesablanmış verginin ona münasibətdə ümumiyyətlə əldə edilmiş mənfəətlə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən, iddiaçının tələbi o halda haqlı hesab edilə bilərdi ki, iddiaçı Çin Xalq Respublikasında göstərdiyi sahibkarlıq fəaliyyətinə görə mənfəət əldə etsin, həmin mənfəətə görə vergini o ölkədə ödəsin, buna baxmayaraq iddiaçının həm sahibkarlıq fəaliyyəti ilə əlaqədar Sazişin tərəfi olan digər ölkədə əldə etdiyi mənfəətə görə Azərbaycan Respublikasında təkrarən ona vergi hesablansın və tutulsun. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası): Maddə 13.2.16.14-1. Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. Maddə
92. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə g örə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (...) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə
128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir 128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezid entin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. 128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 24. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hök uməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş (Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 932-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir): Maddə
1. Əhatə olunan şəxslər X1 gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Maddə
2. Əhatə olunan vergilər
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur.
2. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəlikləri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir.
3. Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusən aşağıdakılardır: a) Çində: (i) fiziki şəxslərin gəlir vergisi; (ii) xarici investisiyalı müəssisələrin və xarici müəssisələrin gəlir vergisi; (bundan sonra “Çin vergiləri” adlanır); b) Azərbaycanda: (i) hüquqi şəxslərin mənfəət vergisi; (ii) fiziki şəxslərin gəlir vergisi; (bundan sonra “Azərbaycan vergiləri” adlanır).
4. Bu Saziş həmçinin, imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq, yaxud onların əvəzinə tutulan eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları öz müvafiq vergi qanunvericiliklərində baş verən hər bir əhəmiyyətli dəyişiklik barədə bir-birinə məlumat verməlidirlər. Mad də
3. Ümumi anlayışlar
1. Kontekstdən başqa məna alınmırsa, bu Sazişin məqsədləri üçün: a) “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su resurslarının kəşfiyyatı və işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir;
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkil də pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və apellyasiya instansiya məhkəməsinin qərarını ləğvi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin tərəflər arasında mübahisələnd irilməyən hallarına görə iddiaçı 2019-cu ildə Honkonq ərazisində olan qeyri-rezidentə ümumilikdə 5882 manat məbləğində pul köçürmüşdür (qeyri-rezidentdən aldığı malların dəyəri müqabilində) və Honkonq Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Eyni zamanda, iddiaçı köçürülən puldan 10% məbləğində ödəmə mənbəyində vergi tutmamış və dövlət büdcəsinə ödəməmişdir.
30. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi orqanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi 2 hala istinad edir: 1) Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin tətbiqi zamanı 128-ci maddənin bütün müddəaları birgə nəzərə alınmalı və tətbiq edilməli dir. Başqa sözlə, güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən gəlir vergisi qeyri-rezidentin rezidentlə əlaqəsi olduğu halda (rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə) birincidən (yəni, iddiaçıdan) tutula bilər; 2) İddiaçıdan vergi tutulması “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin müddəalarına ziddir.
31. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Vergi Məcəlləsi nin 13.2.16.14-1ci maddəsinin tətbiqi
32. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla).
33. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
34. Hər iki maddənin birgə təhlili onu deməyə əsas verir ki, qeyri-rezident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125ci maddənin təsir dairəsinə düşür.
35. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və vergiyə cəlb edilməlidir.
36. İddiaçı hesab edir ki, güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə bütün şəxslər (rezidentlər) tərəfindən edilən ödənişlər deyil, yalnız güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dol ayısı ilə sahib olan, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibi olan rezidentlər müvafiq ödəniş etdikdə, məhz həmin ödəniş ödəmə mənbəyində vergiyə cəlb edilməlidir və öz mövqeyinin əsası kimi Vergi Məcəlləsinin 128.1-ci maddəsinə istinad edir.
37. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 128-ci maddəsi “Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir “ adlanır və rezidentin (Azərbaycan Respublikasında qeydə alınmış vergi ödəyicisinin) güzəştli vergi tutulan ölkədə və ya ərazidə əldə etdiyi gəlirlərdən vergi tutulması ilə bağlı məsələni tənzimləyir. Başqa sözlə, həmin müddəa rezidentin (məhz o rezident ki, güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezi dentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdir, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibdir) güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə etdiyi zaman tətbiq olunur.
38. Hazırkı halda isə, iddiaçı (rezident) güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə etməmişdir. Əksinə olaraq, Honkonq rezidentinə müvafiq ödənişlər köçürməklə, qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə səbəb olmuşdur ki, həmin ödənişlər yuxarıda qeyd olunan maddələrin (125.1 və 125.1.9) tələblərinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur.
39. Beləliklə, iddiaçının Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin tətbiqi zamanı 128-ci maddənin bütün müddəaları birgə nəzərə alınmalı və tətbiq edilməli olm ası ilə bağlı dəlilləri əsassızdır və hazırkı işin halları ilə uyğunsuzluq təşkil edir. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin hazırkı işə tətbiqi 40. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin 1-ci maddəsinə əsasən Saziş Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Həmin Sazişin 3-cü maddəsinin (c) bəndinə əsasən isə “Razılığa gələn Dövlət” və “Razılığa gələn digər Dövlət” terminləri - kontekstdən asılı olaraq, Çini, yaxud Azərbaycanı bildirir.
41. Həmin Sazişin 3-cü maddəsinin (a) bəndinə əsasən isə “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su resurslarının kəşfiyyatı və işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir.
42. Qeyd olunmalıdır ki, 1 iyul 1997-ci ildən sonra X2 Respublikasının tərkibində xüsusi inzibati bölgədir və əldə edilən razılığa əsasən (Böyük Britaniya və Çin Xalq Respublikası arasındakı 1985-ci il tarixli Razılaşmaya əsasən), 2047-ci il ə qədər Honkonq xüsusi idarəetmə sistemi olan ərazi kimi qalacaq və Çin bu adanın daxili işlərinə müdaxilə etməyəcək. “Bir dövlət, iki sistem” konsepsiyası çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edir. Bununla yanaşı, Honkonq qanunvericilik, polis qüvvələri, milli pul, vergilər, miqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyur və beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır, o cümlədən Çin Xalq Respublikası Honkonqun ərazisində hər hansı vergilər tətbiq etmir və Honkonqun digər dövlətlər və təşkilatlarla müstəqil müqavilələr bağlamaq hüququ var. (mənbə: https://treaties.un.org/doc/Publication/UNTS/Volume%201399/v1399.pdf).
43. Eyni zamanda, Honkonq digər dövlətlərlə (o cümlədən Çin Xalq Respublikasının özü ilə) ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında müxtəlif Sazişlər imzalamışdır (mənbə: https://www.ird.gov.hk/eng/tax/dta_inc.htm).
44. Hazırkı halda, Honkonq Xüsusi İnzibati Ərazisi ilə Azərbaycan Respublikası ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı hər hansı Saziş mövcud deyildir və Çin Xalq Respublikasının vergitutma qanunları Honkonq Xüsusi İnzibati Ərazisində tətbiq edilmir. Başqa sözlə, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin müddəaları iddiaçı tərəfindən Honkonq Xüsusi İnzibati Ərazisində olan qeyri-rezidentə edilmiş ödənişlərə münasibətdə nəzərə alına bilməz.
45. Odur ki, iddi açının ikiqat vergi tutma halının mövcudluğu ilə bağlı dəlilləri əsassızdır.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1809/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.