Məhkəmə qərarları › İş №2-1(102)-2060/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2060/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2060/2021 23.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Təhsildə X1rşı iş üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsindən imtina; tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 4.07.2021-ci il tarixli, 2-1(103)-1163/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2018-ci ildə Aleksandr Qriqoryeviç və X2 adına Vladimir Dövlət Universitetini bakalavr dərəcəsi üzrə qiyabi formada “Hüquqşünas” ixtisası üzrə bitirmiş, Rusiya Federasiyası, Vladimir şəhəri, Aleksandr Qriqoryeviç və X2 adına Vladimir Dövlət Universiteti tərəfindən ona 4314 qeydiyyat nömrəli ******* 1017937 saylı 30.06.2018-ci il tarixli diplom verilmişdir.

2. İddiaçı ona verilmiş ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair 11.12.2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələ binin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən elektron formada iddiaçıya ünvanlanmış ərizədə qeyd edilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aleksandr Qriqoryeviç və X3 adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş hüquqşünas ixtisası üzrə 4314 nömrə ilə qeydə alınmış, 30.06.2018-ci il tarixində verilmiş bakalavr dərəcəsi üzrə diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Vladimir şəhəri, Aleksandr Qriqoryeviç və X2 adına X4 hüquqşünas ixtisasını bitirmiş və bu barədə ona 4314 saylı 30 iyun 2018-ci il tarixli bakalavr dərəcəsi üzrə diplom verilmişdir. O, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh orqanın verdiyi imtina qanuni əsaslara söykənmədiyindən, o cümlədən AR Nazirlər Kabinetinin təsdiq etdiyi nostrifikasiya bar ədə qaydalara zidd olduğundan X6 tərəfindən verilmiş həmin diplom Azərbaycan Respublikası ərazisində tanınmalı və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Cavabdeh orqanın təşkil etdiyi komissiyanın tərkibində dilşünas olmadığından onun rus dili bilmə səviyyəsinin (qeyriqənaətbəxş hesab olunması) müəyyən edilməsi mümkün deyildir. Nostrifikasiya haqqında qaydalarda tədris dilini bilmə səviyyəsinin, yoxlanılması deyil, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin qaydalarda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə əsas verən üç əsas amil var və tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi bura d axil deyildir. Şəhadətnamənin verilməsindən o halda imtina edilə bilər ki, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olsun; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olsun (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməsin.

5. Bakı İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli qərardadı ilə hazırkı inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

6. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, ona müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən, onun ixtisasının AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədi yi müəyyən edilmişdir. Qaydalarının 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1) Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2) Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xaric dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Az ərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Sözügedən Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr’ln V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26 və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respubli kasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018 -ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə görə təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir, 2.1.49-cu bəndinə görəı isə təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da, iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Mil li Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Göstərilənlərə və «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43, 11.1-ci maddələrinin tələblərindən belə məlum olur ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır.

7. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-4262/2020-ci il tarixli qərarına görə (hakim Rüstəm Kərimli) idd ianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının Rusiya Federasiyasının təhsil müəssisəsi olan Vladimir Dövlət Universitetinin normativi üzrə orada təhsil almaq üçün tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən (bunu təkzib edən sübut yoxdur), Azərbaycan Respublikası Təhsil Nazirliyi tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 4314 nömrə ilə qeydə alınmış 30.06.2018-ci il tarixli bakalavr dərəcəsi ilə diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanunazidd sayıla bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli, 21(103)-1 163/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Azər Hüseynov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-4262/2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı iddiaçıya 12.08.2021-ci il tarixində təqdim edilmişdir.

13. İddiaçı 01.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli, 2-1(103)-1163/2021 nömrəli qərarını ləğv edərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏM Ə İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üçün tədris dilini bilmə səviyyəsinin yoxlanılması nəzərdə tutulmamışdır. Həmin Qaydalarda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə əsas verən üç amil var və tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi bura daxil deyil. Lakin cavabdeh əsassız olaraq həmin meyar üzrə qiymətləndirmə aparmışd ır. Həmçinin, iddiaçı rus dilini normal qaydada bilir, danışır, yazır. Rus dilində aldığı ixtisası mənimsəyir və kifayət qədər bu sahədə bilikləri vardır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X7 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil s ahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.

19. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndində qeyd edi lir ki, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

21. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən, Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.

22. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının m üvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

23. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin dok toranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

24. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

30. Kassatorun mövqeyinə görə cavabdeh orqan ona münasibətdə Qaydalarda nəzərdə tutulmadığı halda tədris dilini bilməməsinə istinad edərək diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir.

31. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının ixtisas üzrə tədris dilini bilməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılaraq iddiaçının tədris dilini tələb olunan səviyyədə bilməməsi müəyyən edilmişdir.

32. İşə apellyasiya instansiyası məhkəməsində ba xılarkən iddiaçı ilə məhkəmə qərardadı əsasında 01.06.2021-ci il tarixində müsahibə aparılmış və müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş diskə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmiş və iddiaçının təhsil aldığı dili bilmə səviyyəsinin qənaətbəxş olmadığı faktı bir daha öz təsdiqini tapmışdır.

33. Hazırkı qərarın 18-ci bəndində isə qeyd olunmuşdur ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli old uğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur

34. Qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

35. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 14.07.2021-ci il tarixli, 2-1(103)-1163/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli, 21(103)-1163/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar