Məhkəmə qərarları › İş №2-1(102)-2070/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2070/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2070/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “R.N. X2 BİZNES” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə İddiaçı “R.N. X2 BİZNES” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşd ırılması Baş İdarəsinə qarşı “cinayət təqibinə xitam verilməsi barədə qərarın təqdim edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(103)-2020/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən X1 ünvanlanmış məktubda bildirilmişdir ki, “R.N. X2 BİZNES” MMC barədə ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir.

2. Cavabdeh tərəfindən “R.N. X2 BİZNES” MMC-nin (VÖEN: **********) direktoru Aytən Ələsgərliyə ünvanladığı məktubd a bildirilmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinə aidiyyəti üzrə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxılaraq, ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Cəmiyyətdə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X1 xx.xx.2022-ci il tarixli **********140200 nömrəli məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi ilə bağlı qəbul edilmiş qərarının “R.N X2 Biznes” MMC-yə təqdim olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçıda aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli Səyyar vergi yoxlaması aktına və “Vergi ödəyicisinin vergi qanunvericiliyin in pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında, yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında, yəni 4.306,8 4 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında, yəni 165,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3482/2021 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/202 1 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-3482/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-l(102)-2286/2021 saylı Qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən göndərilən 27 yanvar 2022ci il tarixli məktuba əsasən iddiaçı barəsində əsassız olaraq başlanılmış ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cinayət işi nə xitamla bağlı qərarın iddiaçıya təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixində müraciət edilmiş, vergi orqanı tərəfindən göndərilmiş cavab məktubunda isə Azərbaycan Respublikası CPM-nin 282.1-ci maddəsinə əsasən, qəbul edilmiş qərardan, müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmuş, lakin qərar iddiaçıya təqdim olunmamışdır.

5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunması istənilən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, məlum olduğu kimi istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilmiş prosessual qərardır. Belə ki, “R.N. X2 BİZNES” MMC-də xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı məlumat ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X1 xx.xx.2022-ci il tarixli **********140200 nömrəli məktubla göndərilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin göndərilməsi nəzərdə tutulan şəxslərin dairəsi Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi ilə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.43-cü maddəsinə əsasən prosessual qərar - cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Göründüyü ki mi Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin həmin Məcəllənin 281.1-ci maddəsində göstərilənlərdən başqa digər şəxslərə göndərilməsi nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin cavabdeh vergi orqanından tələb edilməsi və həmin qərarın “R.N. X2 BİZNES” MMC-yə təqdim edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün iddiaçının iddia tələbi rədd edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-6145/2022 nömrəli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın cinayətprosessual fəaliyyətindən irəli gələn müraci ətlərə baxılmasına dair mübahisələr inzibati və məhkəmə nəzarəti qaydasında baxılan işlərin sərhədində yerləşir. Belə ki, qeyd edilən müraciət üzrə tələb olunan məlumat (qərar) ictimaiyyətə açıq məlumat deyil. Həmin qərarın təqdim edilməsi halları cinayət prosessual qanunvericiliklə şərtlənir. Odur ki, həmin qərarın təqdim edilməsi (müraciətə baxılması) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmir. Hazırki iddia inzibati orqanın cinayət-prosessual fəaliyyətindən irəli gəldiyi üçün mümkün hesab edilməməlidir.

8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruz əçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 11 avqust 2022-ci il tarixli, 21(103)-2020/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-6145/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddiaya baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt ye rinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzibati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

13. İddiaçı tərəfindən hazırki tələblə bağlı məhkəməyə müraciət edilmədən öncə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edilsə də, qərar iddiaçıya təqdim olunmamışdır.

14. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 2.1, 2.2, 2.2.3, 8.2-8.5, 34.1, 35.1, 35.3, 87.4-87.7-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə

3. Qanunun tətbiq dairəsi..... 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb e dən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır...... Maddə

58. Sübutların araşdırılması qaydası..... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkə mə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır...... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat..... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər...... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-cü bənd. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

20. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şi kayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1-ci maddələrinə görə, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddiaçının tələbi də, inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aiddir.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsas ən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 21(103)-2020/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar