Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2073/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-1(107)-309/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 19 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, aparılan araşdırma zamanı qeyri-yaşayış binasının ümumi s ahəsi 271,9 kv.m olduğundan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan hündürlüyü ən çoxu 5 m, sahəsi 100 kv.m olan birmərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərə deyil, Məcəllənin 74-cü maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aid edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2021-ci il 7 yanvar tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunsuz hesab edilməsi və Şəki rayonu, Öryət kənd i ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal-qara fermasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Şəki rayonu 2 saylı notariat kontorunda 2018-ci il 9 mart tarixdə 4Ə-55 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,35 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə əldə etmişdir. Bu barədə iddiaçının adına cavabdeh tərəfindən 2018-ci il 27 mart tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan 0.35 ha torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri-yaşayış binasına (mal-qara ferması) çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı Şəki rayonu, Öryət kəndində yerləşən qeyri-yaşayış binasının (tövlə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 2019-cu il 12 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə 2018-ci il 19 mart tarixli, A№244650 saylı torpaq sahəsinin planı və ölçüsü, 2018-ci il 27 mart tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlə t reyestrindən çıxarış və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi əlavə edilsə də, inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 80-cı maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektl əri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən, eyni zamanda ərazidə inşa edilmiş çoban evi təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində yalnız baş planda göstərildiyindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 3 may tarixli, 2-1(116)-477/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz hesab edilmiş və onun üzərinə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsində iddiaçının inşa etdirdiyi kənd təsərrüfatı ilə bağlı obyektə (mal -qara ferması) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının inşa etdirdiyi malqara fermasının ölçüsü 100 kv.m-dən artıq olduğu üçün həmin obyektin tikintisinə məlumatlandırma icraatı şamil olunduğu üçün onun tərəfindən icra hakimiyyətinə məlumat verilmiş, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi icra hakimiyyətinin baş memarı tərəfindən təsdiqlənmişdir. Tikinti başa çatdıqdan sonra icra hakimiyyətinə məlumat verilmişdir. Həmçinin daşınmaz əmlakın 2019-cu il 26 dekabr tarixli müayinə baxış aktının surətində qeyd edilmişdir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır, daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktik i 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66.4 kv.m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29.4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bi lavasitə məlumat verilməsini təsdiq edən sənəd əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-1(107)-309/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 3 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildirilməlidir ki, inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 8 0-ci maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməlidir. Məhkəmə kollegiyası isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və habelə 80.1-ci maddəsini tətbiq etməkdə səhvə yol vermişdir, halb uki Məcəllənin 79.1.1-ci maddəsi sözügedən tikiliyə aid deyil (burada söhbət 100 kv.m. olan bir mərtəbəli tikilidən gedir), 80.1-ci maddəsi isə ümumiyyətlə fərdi yaşayış evlərinə aiddir. Yuxanda qeyd olunanları nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli qərarı ləğv olunmalı, iş üzrə iddia tələbi rədd edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə iddiaçı bildirmişdir ki, iddiaçının inşa etdirdiyi mal-qara fermasının ölçüsü 100 kv.m-dan artıq olduğu üçün həmin obyektin tikintisinə məlumatlandırma icraatı şamil olunduğu üçün onun tərəfindən icra hakimiyyətinə məlumat verilmiş, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi icra hakimiyyətinin baş memarı tərəfindən təsdiqlənmişdir. Tikinti başa çatdıqdan sonra icra hakimiyyətinə məlumat verilmişdir. Həmçinin daşınmaz əmlakın 2019-cu il 28 dekabr tarixli müayinə baxış aktının surətində qeyd edilir ki, ümumi torpaq sahəsi sənəd üzrə və faktiki 0.35 ha-dır. Daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 270.5 kv.m, faktiki 337.8 kv.m, əsas sahə sənəd üzrə 230 kv.m, faktiki 271.9 kv.m, köməkçi sahə sənəd üzrə 40.5 kv.m, faktiki 66,4 kv m-dir. Torpaq sahəsi qonşu sahələrlə əhatə olunmuşdur. Sahəsi 29 4 kv.m olan quş damı icazəsiz tikilidir. Ferma binası eskiz layihəsinə uyğun tikilmişdir. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib, Tikililər kommersiya xətlərinin mühafizə zolağına düşmür. Beləliklə, k assasiya şikayəti əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;... Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş pl anı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun y oxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərindən göründüyü kimi iddiaçının inşa etdirdiyi malqara fermasının ölçüsü 100 kv.m-dən artıq olduğu, bununla da həmin obyektin tikintisinə məlumatlandırma icraatı şamil olunduğu üçün onun tərəfindən yerli icra hakimiyyətinə məlumat verilmiş, tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsi icra hakimiyyətinin baş memarı tərəfindən təsdiqlənmişdir. Tikinti başa çatdıqdan sonra da bu barədə icra hakimiyyətinə məlumat verilmişdir.
20. Daşınmaz əmlakın 2019-cu il 26 dekabr tarixli müayinə-baxış aktına görə, ferma binası eskiz layihəyə uyğun tikilib. Ərazidə yerləşən çoban evi eskiz layihədə yalnız baş planda göstərilib. Tikililər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.
21. Cav abdehin əsas dəlili ondan ibarətdir ki, inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsi 271.9 kv.m olduğundan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində göstərilən tikintisinə icazə tələb olunmayan və həmin Məcəllənin 80-ci maddəsində göstərilən məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyekti olmadığından, həmçinin sözügedən Məcəllənin 74-cü maddəsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tiki nti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməlidir. Məhkəmə kollegiyası isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və habelə 80.1-ci maddəsini tətbiq etməkdə səhvə yol vermişdir, halbuki Məcəllənin 79.1.1-ci maddəsi sözügedən tikiliyə aid deyil (burada söhbət 100 kv.m. olan bir mərtəbəli tikilidən gedir), 80.1-ci maddəsi isə ümumiyyətlə fərdi yaşayış evlərinə aiddir.
22. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci maddəsində aşkar olaraq göstərilir ki, bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Başqa sözlə, Məcəllədə məlumatlandırma icraatı ilə bağlı şərtlər eyni ilə Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə də tətbiq edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.
24. İstinad edilən normada nəzərdə tutulan şərtlər iddiaçı tərəfin dən ödənilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 21(107)-309/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.