Məhkəmə qərarları › İş №2-1(102)-2102/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2102/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2102/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işə bərpa və sair tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-964/2021 nömrəli iş üzrə 23.06. 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (əvvəlki Azərbaycan Respublikasının Vergilər Nazirliyi) qarşı Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun onun vergi orqanlarında xidmətinə xitam verilməsinə dair “İntizam tənbehi tədbirinin görülməsi barədə” 17 yanvar 2020-ci il tarixdə Sahir Məmmədxanov tərəfindən imzalanmış əmrin ləğv olunması, onun öz əvvəlki işinə və vəzifəsinə bərpa olunması, 17 yanvar 2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olm aqla əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” 17 yanvar 2020-ci il tarixli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. O, 2011-ci ildən etibarən vergi orqanlarında xidmət edir. Bu günədək xidmət etdiyi vergi orqanında hər hansı intizam tənbehi almamış, daima nümunəvi xidmət keçmişdir. Hal-hazırkı mübahisənin yaranmasına səbəb kimi onu bildirmişdir ki, o, qarşıdan gələn 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürmək istəmişdir, lakin vergi orqanının rəhbərliyi tərəfindən onun konstitusion hüququ olan seçib seçilmək hüququ əsassız olaraq əngəllənmişdir. Belə ki, onun namizədliyinin qeydiyyatdan keçirilməsi üçün müvafiq seçki komissiyasına təqdim etməli olduğu iş yerindən tələb olunan sənədlərin (iş yerindən arayışın və gəlirlər barədə arayışın) ona verilməsindən imtina olunmuş, açı q-aşkar təhdid edilərək namizədliyi irəli sürəcəyi halda işdən uzaqlaşdırılacağı ilə hədələnmişdir. Məhz bununla bağlı olaraq o, yanvar ayının 9-u tarixində Prezident Administrasiyasına getmiş, öz şikayətini bildirmək istəmiş, lakin buna nail olmayaraq, əksinə şərlənərək məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş yerində də bu barədə məlumatlı olsalar da, intizam tənbehi adı altında tələm-tələsik və qanunsuz şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, onun törətdiyi iddia edilən intizam tənbehi kimi göstərilən işə gəlməməsi 09 yanvar tarixində polis əməkdaşları tərəfindən saxlanılması və həmin tarixdə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsi ilə əlaqədar olmuşdur. Bir tərə fdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyevin imzaladığı 14 yanvar 2020-ci il tarixli, **********351000 nömrəli məktub onun yaşayış yeri üzrə ünvana göndərilərək işə gəlməməsinin üzrlü olması ilə bağlı sənədin təqdim olunması tələb edildiyi halda, digər tərəfdən də həmin tarixdə vergi orqanlarında istifadə edilən AVİS (X1) proqramında qeydiyyata alınmış və Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanov tərəfindən 17.01.2020-ci il tarixdə imzalanmış “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilir. Bu halın özü verilən əmrin qanunsuz və qərəzli olduğunu açıq şəkildə sübuta yetirir. Belə ki, intizam tənbehi verildiyi halda onun izah atı alınmamış, işə gəlməməsinin səbəbləri araşdırılmamış, işə çıxmadığı günlərdə onun inzibati həbsdə olduğu nəzərə alınmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” 14 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmış və 17.01.2020-ci il tarixdə imzalanmış əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilməklə aşkar qanunsuzluğa yol verilmiş, onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Onun yol verilmiş qanunsuzluğun aradan qaldırılması barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qaldığından, qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiəsini xahiş etmək məcburiyyətində qal mışdır. Onunla əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə intizam tənbehi şəklində xitam verilərkən onun izahatı alınmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmək qanunvericiliyinin tələbləri gözlənilməmiş, intizam tənbehi səlahiyyəti olmayan şəxs tərəfindən qanunvericiliyin pozulması ilə onun işdə olmadığı və inzibati həbs çəkdiyi gündə verilmişdir. Cavabdehin bu hərəkəti maddi ziyan vurmaqla yanaşı, ona böyük mənəvi sarsıntı da gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını zəruri edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)3287/202 0 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 80-cı maddələrinə, Vergi Məcəlləsinin 31-ci maddəsinə, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 34, 46, 75-ci maddələrinə, İPM-in 2.2.1, 2.2.7, 32.1, 52, 58.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)- 3287/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdi r. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 23.06.2021-ci il tarixli 2-1(103)-964/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, İlham Kərimli və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-3287/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin istinad etdiyi normaları tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmalarının gedişatında onun işdən azad edilməyinin tərəfindən cavabdehlə olan xidməti və əmək münasibətləri ilə bağlı yol verilmiş pozuntularla əlaqədar olduğu sübuta yetirilməmiş, əksinə onun məhz siyasi motivlər üzündən cəzalandırıldığı dolayısı ilə öz sübutunu tapmışdır. Məhkəmənin yekun qərarının əsaslandırma hissəsində də istinad edilən qanun normaları onun cavabdeh tərəfindən üzürsüz səbəbdən işə çıxmamağına görə deyil, məhz inzibati qaydada həbs edilməyi ilə bağlı cəzalandırıldığını aydın şəkildə göstərir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İnti zam tənbehi tədbirinin görülməsi barədə” 14 yanvar 2020-ci il tarixli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. Halbuki, məhkəmə tərkibinin nəzərinə çatdırmaq istəyir ki, o, 2011-ci ildən etibarən vergi orqanlarında xidmət etmişdir və xidmət etdiyi müddət ərzində vergi orqanında hər hansı intizam tənbehi almamış, daima nümunəvi xidmət keçmişdir. Hal-hazırkı mübahisənin yaranmasının səbəblərini də o, həm iddia ərizəsində, həm də apelyasiya şikayətində ətraflı şəkildə göstərmişdir. Belə ki, o, ölkədə keçirilmiş parlament seçkilərində öz namizədliyimi irəli sürmək istəmiş, lakin vergi orqanının rəhbərliyi tərəfindən mənim konstitusion hüququ olan seçilmək hüququm əsassız olaraq əngəllənərək namizədliyinin qeydiyyatdan keçirilməsi üçün müvafiq seçki komissiyasına təqdim etməli olduğu iş yerindən tələb olunan sənədlərin ona verilməsindən imtina olunmuş, açıq-aşkar təhdid edilərək namizədliyini irəli sürəcəyi halda işdən uzaqlaşdırılacağında hədələnmişdir. Məhz bununla bağlı olaraq o, yanvar ayının 9-u tarixində Prezident Administrasiyasına getmiş, öz şikayətini bildirmək istəmiş, lakin buna nail olmamış, əksinə ərazidə xidmət çəkən bəzi polis əməkdaşları tərəfindən şərlənərək məhkəmənin qərarı ilə 10 gün müddə tinə inzibati qaydada həbs edilmişdir. İş yerində də bu barədə ona məlum olmayan şəkildə dərhal məlumat almış, şəxsi maraqlarından və qorxularından intizam tənbehi adı altında tələm-tələsik və qanunsuz şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərarına gəlmişlər. Halbuki, onun törətdiyi iddia edilən intizam tənbehinin verilməsinə əsas kimi göstərilən işə gəlməməyi əvvəlcə xəstələnməyi, sonra isə 09 yanvar tarixində polis əməkdaşları tərəfindən saxlanılmağı və həmin tarixdə də Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməyi ilə əlaqədar olmuşdur. Onun izahatı alınmadan, onun inzibati həbsdə olduğunu bilərək həbs müddətinin başa çatmasını gözləmədən cavabdehin və onun həmkarlar ittifaqı təşkilatının tələm-tələsik şəkildə qəbul etdikləri belə bir qərar qanun normalarını pozmaqla yanaşı, Vergilər nazirinin 30 dekabr 2015-ci il tarixli, **********016000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarına intizam tənbehinin verilməsi” Qaydalarına da zidd olaraq çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki, cavabdehin hərəkətləri qanunazidd və əsassız olduğu qədər, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı da bir o qədər əsassız və qeyri-qanunidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallara lazımi hüququ qiymət verilməmiş, obyektiv və hərtərəfli məhkəmə araşdırmasının aparılması təmin edilməmiş, işin bütün hallarının müəyyən edilərək obyektiv məhkəmə araşdırmasının aparılması üçün zəruri olan digər pros essual hərəkətlər yerinə yetirilməmiş, nəticədə cavabdehin öz mülahizəsinə uyğun şəkildə məhkəməyə məlumat verdiyi formal və qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yerilməmiş hallara istinad edilməklə onun hüququnun pozulmasına yol açan qərara imza atılmışdır. Bu zaman inzibati-prosessual qanunvericiliyin də müddəaları heçə sayılmış, maddi və prosessual qanun normalarının çoxsaylı pozuntularına yol verilmişdir.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(103)-964/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

11. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 96.4-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (07 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir)

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda İddiaçı xidməti fəaliyyəti zamanı heç bir üzrlü səbəb olmadan işə bir neçə gün gəlməmiş, işə gəlməməsi barədə işlədiyi vergi orqanına xəstə olması barədə məlumat versə də, daha sonra həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilmiş, İddiaçı 09.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün məhkəmə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmiş və bununla da vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. İddiaçı kassasiya şikayətində Vergilər Nazirinin 30.12.201 5-ci il tarixli, **********016000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Vergi orqanları əməkdaşlarına intizam tənbehinin verilməsi” Qaydalarına əsaslanaraq bildirmişdir ki, əməkdaşdan asılı olmayan səbəbdən xidməti vəzifələrinin və ya əmək funksiyalarının yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi intizam xətası sayıla bilməz. Bununla bağlı qeyd etməliyik ki, İddiaçı xəstə olması ilə əlaqədar işə gəlməməsini bildirməsi, daha sonra 09.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol verməsi və bunun nəticəsində məhkəmə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inz ibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edildiyinə görə işə gəlməməsi əməkdaşdan asılı olmayan səbəb kimi qiymətləndirilə bilməz. Əksinə qeyd olunan əməllərinin hər birində şəxsin məqsədyönlü şəkildə hərəkət etdiyi və onların nəticəsini dərk etdiyi aşkar şəkildə görünür. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müq aviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31-ci maddəsi. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır: 31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək; 31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək; 31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq. Azərbaycan Re spublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin: 34-cü maddəsi. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirmək;dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qo rumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq; 46-cı maddəsi. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə; 75-ci maddəsi. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə att estasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

13. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

17. Belə ki, iddiaçı kassasiya şikayətində yazır ki, “mən 2011-ci ildən etibarən vergi orqanlarında xidmət etmişəm və xidmət etdiyim müddət ərzində vergi orqanında hər hansı intizam tənbehi almamış, daima nümunəvi xidmət keçmişəm.”

18. Bununla əlaqə dar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2011-ci ildən vergi orqanlarında işləməklə daima nümunəvi xidmət keçməsi, iddiaçının bir gün hər hansı bir intizam pozuntusunun törətməyəcəyinə qarantiya vermir, yəni öz yerində daima normal işləmiş bir şəxs, işdə nə vaxtsa xidmət və əmək münasibətləri ilə bağlı pozuntu törədilməyəcəyindən sığortalanmayıb.

19. Digər tərəfdən, iddiaçı kassasiya şikayətində göstərir ki, onun cəzalandırılması, özünün yazdığına görə “məhz siyasi motivlər üzündən cəzalandırıldığım dolayısı ilə öz sübütunu tapmışdır”.

20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, sözügedən dəlil iş üzrə hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır, hətta yuxarıda qeyd olunduğu kimi, iddiaçı kassasiya şikəyətində bu məsələ ilə bağlı “dolayısı ilə” kimi qeyri-müəyyən sözdən istifadə etmişdir.

21. İddiaçı kassasiya şikayətində bununla yanaşı göstərmişdir ki, cavabdeh təşkilatının qəbul etdiyi qərara Vergilər nazirinin 30 dekabr 2015-ci il tarixli, **********016000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarına intizam tənbehinin verilməsi” Qaydalarına da zidd olaraq çıxarılmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İntizam tənbehi tədbirinin görülməsi” barədə 17.01.2020-ci il tarixli **********042900 saylı əmrinə əsasən Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırmasına görə, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin V ergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı 08.01.2020ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan 10.01.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X2 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı 08.01.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və 10.01.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Mə hkəməsindən daxil olmuş 09.01.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı 09.01.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir. Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 08.01.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, 09.01.2020-ci il tarixdə A zərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1, 4.3, 4.8 və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 15.12-ci bəndini rəhbər tutaraq kiçik vergi xidməti müşaviri, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi əmr edilmişdir.

23. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 16.01.2020-ci il tarixli, 1 saylı “münasibət bildirilməsi haqqında” məktubundan görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsinin Vergi ödeyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad olunması məsələsinə münasibət bildirilməsi haqqındakı müraciətə Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin iclasında baxılmışdır. Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İ darəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara, vergi işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə göstərilən maddə ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

24. Belə olan halda apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının vergi orqanlarında xidmətinə qanunvericiliyin tələblərinə əməl olunmaqla xitam verilmişdir.

25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İ PM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 21(103)-964/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar