Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-211/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; gömrük orqanlarında xidmətə bərpa edilmə; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-1904/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 422Ş saylı, xx.xx.2009-cu il tarixli əmrə əsasən gömrük orqanlarında xidmətə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin aşağıda qeyd olunan əmrləri ilə iddiaçıya: 100/529Ş saylı, xx.xx.2013-cü il tarixli əmr ilə ona həvəsləndirmə tədbiri qaydasında bir aylıq vəzifə maaşı həcmində pul mükafatı, 100/594Ş saylı, xx.xx.2015-ci il tarixli əmr ilə növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 100/126Ş saylı, xx.xx.2016-cı il tarixli əmr ilə təşəkkür elan edilmiş, 100/195Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə “Gömrük xidməti əlaçısı” döş nişa nı ilə təltif edilmiş, 100/779Ş saylı, xx.xx.2017-ci il tarixli əmrə əsasən intizam məsuliyyətinə cəlb edilmiş və xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, 100/910Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə xx.xx.2017-ci il tarixdə tətbiq edilmiş intizam tənbehi vaxtından əvvəl götürülmüş, 100/1272Ş saylı, xx.xx.2018-ci il əmrlə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin vəzifəsinə təyin edilmiş, 1000/102Ş saylı, xx.xx.2019-cu il tarixli əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət ha qqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmiş, 100/1545Ş saylı, xx.xx.2018-ci il tarixli həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/081Ş saylı, xx.xx.2020-ci il tarixli əmrə əsasən həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi medalı ilə təltif edilmişdir. 1000/674Ş saylı, xx.xx.2022-ci il tarixli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə xx.xx.2022-ci i l tarixli 1000/959Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə İddiaçı Gömrük Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsindən azad edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük xidmətinə xitam verilmişdir. (Əmrin verilməsinə əsas Daxili Təhlükəsizlik İdarəsinin arayışı olmuşdur.) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edər ək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Şimal Gömrük mühafizə dəstəsinə mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. O, 07 may 2010-cu ildə həmin idarənin böyük mühafizəçisi, 03 noyabr 2011-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin mobil gömrük bölməsinin Baş inspektoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı 14 may 2012-ci il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Baş inspektoru vəzifəsinə təyin edilmişdir. 28 aprel 2014-cü il tarixdə iddiaçı DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. İki ay sonra 30 iyun 2014-cü il tarixdə DGK-nin əməliyyat-axtarış şöbəsinin Böyük inspektoru vəzifəsinə, 05 iyul 2016-cı il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 noyabr 2017-ci il tarixdə DGK-nin Balakən Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. 25 avqust 2018-ci il tarixdə R. Fətullayev DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, Dövlət Gömrük Komitəsində işlədiyi on dörd il ərzində bir sıra mükafatlara, fərmanlara, medallara, təşəkkürlərə və vaxtından əvvəl xüsusi rütbənin verilməsi kimi təltiflərə layiq görülmüşdür. Belə ki, İddiaçı xx.xx.2011-ci il tarixdə təşəkkür elan edilmiş, xx.xx.2013-cü il tarixdə pul mükafatı ilə mükafatlandırılmış, xx.xx.2015-ci il tarixdə vaxtından əvvəl növbəti xüsusi rütbə verilmiş, xx.xx.2016-cı il tarixdə təşəkkür elan edilmiş, xx.xx.2017-ci il tarixdə Dövlət Gömrük Komitəsinin fəxri fərmanı, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanın fəxri fərmanı mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda ona xx.xx.2018 və xx.xx.2020-ci il tarixlərdə növbəti xüsusi rüt bənin vaxtından əvvəl verilməsi mükafatı ilə, xx.xx.2021-ci il tarixdə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif edilmişdir. İddiaçıya eyni zamanda 26 yanvar 2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik (1992-2022)" yubileyi medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə İddiaçı Gömrük Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə onun işdən azad edilməsini onunla əlaqələndirilmişdir ki, R. Fətullayev rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmiş, əməliyyat-axtar ış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarət tələb olunan şəkildə həyata keçirməmiş, məxfi kargüzarlı işini qanunamüvafiq qaydada təşkil etməmiş, bu səbəbdən əməliyyat-axtarış fəaliyyəti nəticəsində aşkar edilən hüquqpozma faktlarının göstəriciləri qənaətbəxş olmamış, xidməti araşdırmaların nəticələrinə təsir göstərməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrini qanunsuz və əsassız hesab edilməli və həmin əmr İddiaçı münasibətdə ləğv edilməldir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinə baxdıqda qanunların pozulduğu nu və İddiaçı qarşı qərəzli bir münasibətin ortaya çıxdığı aydın olunur. Belə ki, iddiaçının işdən çıxarılması üçün verilmiş əmrdə yalnız ümumi sözlər sadalanır. Bildirilir ki, rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmişdir. Onun işinin yarıtmaz şəkildə təşkil etməsinə dair hər hansı bir fakt sadalanmır. Sadəcə ümumi sözlər qeyd olunmuşdur. Yuxarıda iddiaçının gömrük orqanlarında xidmətə başladığı dövrdən-14 il ərzində ən kiçik vəzifədən və rütbədən yüksəldiyinin şahidi olunur. 2018-ci ildən o, idarə rəisi vəzifəsinə təyin edilir. Bu müddət ərzində göstərdiyi xidmətlərə, gördüyü işlərə görə dəfələrlə təltif və medallar alır. Amma son bir yoxlama ilə onun işinin yarıtmadığı ortaya çıxmasının göstərilməsi inzibati orqan tərəfindən qərəzli bir yanaşmadır və inzibati icraat ha qqında qanunun pozulmasıdır. İddiaçının işdən xaric edilməsi ilə bağlı gətirilən ikinci bir əsas isə qeyd edildiyi kimi «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməməsi göstərilirb. Lakin iddiaçının rəhbərlik etdiyi idarədə hansı bir vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi göstərilmir. Yenə də yuxarıda qeyd edildiyi kimi beş il ərzində idarə rəisi olduğu zaman həmişə orden, medal, vaxtından əvvəl rütbə alan iddiaçını heç bir əsas gətirmədən öz işinin öhdəsindən gələ bilmədiyi vurğulanır. Dövlət Gömrük Komitəsinin sədrinin 1000/213ş nömrəli əmrində göstərilən digər əsaslar da heç bir fakta söykənmədən qərəzli bir münasibət göstərməklə, heç bir qanuna və fakta əsaslanmadan gömrük orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı Az ərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə «Gömrük orqanlarında Xidmətkeçmə haqqında» Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq gömrük orqanlarından xaric edilib. “Gömrük orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar intizam və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində i ntizam tənbehlərindən biri tətbiq oluna bilər. Qeyd edilən qanunvericlik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir. Bu Əsasnamənin 69-cu bəndində nəzərdə tutulmuş intizam tənbehləri gömrük orqanlarının vəzifəli şəxsi barədə yalnız üç halda verə bilərlər. Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş qadağanedici normaları pozduqda. Həmin Əsasnamənin 44-cü bəndində nəzərdə tutulmuş halda vəzifəli şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə görə. Amma yuxarıda göstərilən q adağanedici, öhdəlik qoyucu normaların heç biri pozulmamışdır. Bu halda nəinki Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 69-cu bəndinin 7-ci hissəsini, ümumiyyətlə heç bir intizam tənbeh təbirləri tətbiq edilə bilməz. Bütün yuxarıda qeyd edilən qanunvericilik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir.
6. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, Əməliyyatİstintaq Baş İdarəsinin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportuna qoşma edilən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə Komitənin 20 fevral 2023-cü il tarixli 1000/047 nömrəli Sərəncamının icrasına dair arayış da, habelə həmin Baş İdarənin 6 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında iddiaçı tərəfindən yol verilmiş nöqsanlar göstərilmişdir. 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raporta əlavə edilmiş arayışda və 06 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatda qaldırılan məsələ 28 mart 2023-cü il tarixdə Əməliyyat-istintaq Baş İdarəsində məsul vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilmiş və iclas protokollaşdırılmışdır. Müəyyən edilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmiş, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzif ələrini yerinə yetirmələrinə nəzarəti tələb olunan şəkildə həyata keçirməmiş, aparılan araşdırma zamanı izahat verdikdən sonra barəsində “gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşacağını və gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirməklə xidməti araşdımanın nəticəsinə təsir göstərməyə cəhd etmiş, Əməliyyat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X14 şöbə əməkdaşlarının fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, əməliyyat-axtarış fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları dərindən mənimsəməmiş, həyata keçirdiyi əməliyyat işləri üzrə etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdiyi məlumatlar haqqında arayışlar yazmamış, Əməliyya şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X15 etibarlı şəxslərlə keçirdiyi görüş haqqında tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazmış, ilkin əməliyyat-yoxlama işinin ümumiləşdirilmiş arayışını liter işinə deyil, etibarlı şəxsin qovluğuna əlavə etmiş, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnikleytenantı X11 etibarlı şəxslərlə keçirdiyi görüşlər haqqında arayışların hər bir hissəsinin məzmununu əhatəli şəkildə yazmamış, etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə edilmiş məlumatlar barədə arayışlar yazmamış, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X7 tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazılmış, etibarlı şəxslərlə əlaqə yaratmamışdan öncə həmin şəxslərlə görüş keçirdiyi brədə arayışlar tərtib etmiş, Əməliyyat şöbəsi rəisinin müavini, gömrük xidməti mayor X12, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X16, böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı X5, şöbənin əməliyyat müvəkkilləri, gömrük xidməti baş leytenantı X8 və gömrük xidməti baş leytenantı X6 etibarlı şəxs kimi cəlb edilən şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdikləri məlumatlar barədi arayışlar yazmamış, Əməliyyat və təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X9 bəzi hallarda tabelliyindəki əməkdaşların icraatlarındakı işlər üzrə prosessual hərəkətləri vaxtında həyata keçirilməsinə nəzarət etməmiş, böyük təhqiqatçı, gömrük xidməti kapitanı X13 icraatını apardığı 11000-0498/21 n ömrəli inzibati xəta haqqında iş üzrə maddi sübutu protokol əsasında götürməmiş, şöbənin təhqiqatçıları, gömrük xidməti kapitanı X10 icraatında olan 11000-04 f49/22 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilən qərarın surətini şəxsin ünvanına göndərməmiş, gömrük xidməti kapitanı X2 icraatını apardığı 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə protokolu tərtib etdikdən 11 gün sonra baxılması üçün vəzifəli şəxsə göndərmiş, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, vəzifəsində Gömrük xidməti mayoru X3 Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı vəzifəsində şlədiyi dövrdə icraatını apardığı 11000-1743/21 nömrəli inzibati xəta haqqında iş üzrə barəsində icraat aparıla n şəxsə işə baxılmanın vaxtı və yeri haqqında düzgün məlumat verməmiş, bununla da həmin əməkdaşlar xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşlar. Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 73-cü maddələri ilə göstərilmişdir ki, intizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 yoİ verdiyi intizam xətasından 2 ildən artıq vaxt keçmişdir. Xidməti vəzifəsinin i crasına laqeyd yanaşaraq xidməti intizam qaydalsının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar rəhbər tutularaq xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddi açı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(112)-9164/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə gömrük orqanlarında xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “gömrük orqanlarından xaric edilmə” tədbirinin tətbiqini isə müstəsna tədbir kimi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə və ya xidmə ti vəzifələrin mütəmadi olaraq yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Xidməti vəzifələrin mütəmadi pozulması isə intizam tənbehi olan əməkdaşın altı ay ərzində təkrar pozuntuya yol verməsi sayılır. Hazırkı iş araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçıya bundan əvvəl “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Komitənin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İddiaçı həmin əmrdən məlumatlı olmuş, lakin mübahisələndirməmişdir. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 1000/2013Ş saylı inzibati akt intizam tənbehi olan iddiaçının xidməti intizam qaydalarının təkrarən pozulması əsası ilə qəbul edildiyindən, Əsasnamənin 69-1, habelə Qaydaların V hissəsinin 33-cü bənd inə müvafiq olaraq iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. Cavabdeh inzibati orqanın apardığı inzibati icraat üzrə qəbul etdiyi sözügedən əmr “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından mütənasib sayılmalıdır.
9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-1904/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, Vəkil2 və G.Abbasova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd edilmişdir ki, cavabdeh iddiaçı barəsində mübahisələndirilən əmri qəbul edərkən diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdiyi müəyyən olunur.
12. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.7, 14.1, 14.2, 14.3, 16.2-ci maddələrinə, Əmək Məcəlləsinin 72-ci maddəsinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2, 44, 69, 69-1, 71, 72, 74, 75, 76, 120-ci bəndlərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gö mrük orqanlarının vəzifəli şəxslərinin X17”nin 3.1, 3.3, 3.3.6, 3.5, 12.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2001-ci il tarixli 080 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gömrük X4”nın 2, 8, 21, 22, 23, 31, 33, 44-cü bəndlərinə istinad etmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətini iddia ərizəsi və etiraza verilən münasibətə uyğun əsaslandırmış və aşağıda qeyd edilən maddi hüquq normalarının pozulmasını qeyd etmişdir: -Əmək Məcəlləsinin 189-cu maddəsi. Belə ki, həmin maddəyə görə inti zam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 2-ci bəndinə görə Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. İş materiallarına əsasən 08 sentyabr və 02 dekabr 2022-ci il tarixlərində iddiaçı barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərinin verilməsinə də əsas olmuş hallar eyni zamanda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 m art 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunda və 34/150/010398 nömrəli təqdimatında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrində sadalanıb. Bu hal onu göstərir ki, 08 sentyabr 2022-ci il tarixdə və 02 dekabr 2022-ci il tarixdə törətdiyi intizam xətasına görə təkrarən 30 mart 2023-cü il tarixdə təkrarən verilib. -Əmək Məcəlləsinin 72-ci maddəsi. Belə ki, həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması, əmək vəzifələrinin kobud formada pozulması hesab edilir. Lakin iş materiallarından aydın olur ki, iddiaçı intizam xətasına verilməsinə əsas kimi 2020-2023-cü ilin car i ayları ərzində olan hərəkətlərinə münasibətdə tətbiq edilib. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunda və 34/150/010398 nömrəli təqdimatında iddiaçının intizam xətası törətməsinin əsas hissəsi 02 Dekabr 2022-ci il tarixdən əvvəlki aylara və illərə düşür. Bu zaman 02 Dekabr 2022-ci il tarixdən əvvəlki pozuntuya görə olan intizam xətalarını mütəmadi, təkrar pozuntu, verilmiş intizamdan nəticə çıxarmaması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən raportda və təqdimatda 02 dekabr 2022-ci il tarixdən sonra olan hər hansı bir intizam xətası göstərilmir. -“İnzibati İcraat haqqında” Qanunun 11.1 və 22-ci maddələri. Belə ki, həmin maddələrə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə və öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Lakin cavabdeh mübahisələndirilən əmri qəbul edərkən ümumi sözləri sadalamaqla, ümumi qanunların pozulmasını qeyd etməklə kifayətlənmişdir. -Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 73-cü maddəsi. Belə ki, həmin maddəyə görə İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. İddiaçı intizam tənbehinin verilməsi 2020-2023-c ü ilin mart ayının 5-a qədər olan dövrü əhatə edir. Son iki ili götürdükdə bu 06 mart 2021-ci ilə qədər olan dövr üçün olan intizam xətalarına görə intizam tənbehi verilə bilər. Amma Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunda və 34/150/010398 nömrəli təqdimatında iddiaçının intizam xətası törətməsinin əvvəli iki ildən bir il iki ay 6 gün əvvəlki dövrünə əhatə edir. Demək olar ki, raportda və təqdimatda göstərilən hallar intizam xətası hesab edilsə belə hansı xətanın hansı tarixdə göstərilməsi mümkün deyil. Amma bunların əsasən koronavirus pandemiyasının ilk aylarında edilməsi heç bir şübhə doğurmur. Bu halda qeyd edilən maddənin tələbləri pozulmuş və Bakı Apellyasiya Məhkəməsi bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək fun ksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Maddə
189. İntizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 17. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:
1. Gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digə r normativ hüquqi aktlarından ibarətdir.... Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
16. Gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bi r yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.
44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əm r və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onu n barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud sur ətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər...
71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.
72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq və zifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər.
73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir.
18. Azərbaycan Respublikası Gömrük X4: 22.Xidməti intizamın kobud surətdə pozulmasına aiddir: 1) «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi; 2) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinə dair sənədlərin, gömrük rəsmiləşdirilməsi və ya gömrük nəzarəti zamanı saxlanılmış və ya müsadirə edilmiş əmlakın, habelə şəxsi nömrəli möhürün, tabel silahının itirilməsi; 3) üzürlü səbəb olmadan əməkdaşın bütün iş günü xidmət yerinə gəlməməsi; 4) əməkdaşın alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə xidmət yerinə gəlməsi, habelə xidmət yerin də həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; 5) «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi; 6) əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən xidməti vəzifələrin yerinə yetirilməməsi; 7) xidmət vaxtı ərzində, bilavasitə xidmət yerində inzibati hüquqpozmalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş c iddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
23. Məhkəmə kollegiyas ı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsinə, onun əvvəlki iş yerinə bərpa edilməsinə və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə yönəlmişdir.
25. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmət etmiş və 25 avqust 2018-ci il tarixdə DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi dövrdə ona münasibətdə həvəsləndirmə və mükafat tədbirləri tətbiq edilm işdir. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydasının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə iddiaçıya töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Bundan sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin (iddiaçının rəhbəri olduğu) 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 fevral 2023-cü il tarixli 1000/047 nömrəli sərəncamının icrası nəticəsində həmin idarənin fəaliyyəti yoxlanılmış, 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raport və 34/150/010398 nömrəli təqdimat əsasında hazırda mübahisələndirilən 30 mart 2023-cü il tarixli, 1000/213Ş nömrəli əmr verilmişdir.
26. Mübahisələndirilən əmrdə qeyd edilmişdir ki, iddiaçı İdarə rəisi kimi fəaliyyəti ərzində gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların aşkarlanması, onlar üzrə icraatın və təhqiqatın aparılması, hüquqpozma törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti fəaliyyətlərini düzgün təşkil və ona nəzarət etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq q eyd etmişdir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 1000/2013Ş saylı inzibati akt intizam tənbehi olan iddiaçının xidməti intizam qaydalarının təkrarən pozulması əsası ilə qəbul edildiyindən, Əsasnamənin 69-1, habelə Qaydaların V hissəsinin 33-cü bəndinə müvafiq olaraq iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. Cavabdeh inzibati orqanın apardığı inzibati icraat üzrə qəbul etdiyi sözügedən əmr “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından mütənasib sayılmalıdır.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin ədalətli məhkəmə araşdırması hüququ vardır.
29. Lakin apellyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmiş, əldə edilən sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir.
30. Belə ki, yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının rəhbəri olduğu idarənin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması nəticəsində aşkar edilmiş nöqsanlar olmuşdur.
31. İddiaçı kassasiya şikayətində qeyd edir ki, raport və təqdimatda xx.xx.2022-ci il tarixdən, yəni iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edildikdən sonra onun fəaliyyətində yeni nöqsanın və pozuntunun aşkar edildi göstərilməmiş və həmin pozuntulara görə o artıq cəzalanmışdır, bu səbəbdən 02 Dekabr 2022-ci il tarixdən əvvəlki pozuntuya görə olan intizam xətalarını mütəmadi, təkrar pozuntu, verilmiş intizamdan nəticə çıxarmamamsı kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu istiqamətində, yəni işdən çıxarılmanın əsasları və bunun əvvəlki intizam tədbiri ilə əlaqəli olduğu istiqamətində araşdırma aparmamışdır.
33. Mübahisələndirilən əmrdən də işçinin hansı konkret yeni əməllərə görə işdən azad edildiyi açıq şəkildə göstərilməmiş, sənəddə əsasən ümumi ifadələr yer almış, lakin konkret sübutlara əsaslanan arqumentasiya yer almamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfdən təqdim edilən sübutlar və sənədlər araşdırılmalı, işdən çıxarma əmri konkret hansı yeni əməllərə əsaslandığı açıqlanmalıdır. Başqa sözlə iddiaçı intizam cəzası aldıqdan sonra eyni əmələ görə işdən çıxarılı b, yoxsa işdən çıxarma üçün tamamilə yeni hallar və pozuntular mövcud olmuşdur.
35. Apellyasiya məhkəməsi qeyd edilənləri araşdırarkən həmdə “Ne bis in idem” prinsipini (eyni pozuntuya görə iki dəfə cəza verilməməsi) nəzərə almalıdır. Bu prinsip daha çox cinayət hüququna aid olsa da, bəzi hallarda intizam cəzaları baxımından da əmək mübahisələrində də tətbiq edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsində də qeyd edilmişdir ki, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 36. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə qeyd edilib ki, Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalar ı ilə tənzimlənir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bir işçi eyni intizam pozuntusuna görə həm töhmət, həm də işdən çıxarılma kimi iki fərqli cəza ala bilməz.
38. Beləliklə, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan ziddiyyətli məqamların və sübutların mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, mübahisəyə hazırkı qərarın 16-18-ci bəndlərində qeyd olunan maddi və 19 “a” bəndində qeyd olunan prosessual hüququ normalarının t ələbləri baxımından qiymət verməli, bundan sonra düzgün nəticəyə gəlməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-1904/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.