Məhkəmə qərarları › İş №2-1(102)-2111/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2111/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2111/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1014/2021 nömrəli iş üzrə 11.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Nərimanov rayon şöbəsinə qarşı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məblə ğinin 26.10.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddiа tələbinin qismən təmin еdilməsi, İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilm iş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, AR Konstitusiyasının 26, 60-cı maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 9.4, 20.1, 20.8-1, 32.1.1-ci maddələrinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 20.14, 21.4-cü maddələrinə, İPM-in 2.2, 2.2.3, 34.1, 68.1ci maddələrinə istinad etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 11.03.2021-ci il tarixli, 2-1(103)-1014/20 21 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki ay lıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin 26.10.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqında” Qanunun 1.0.1, 20.1, 20.8-1, 20.8.1, 20.8.2-ci maddələrinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 2 0.9, 21.4, 21.14-cü maddələrinə, “Əmək pensiyaları haqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələriin şərh edilməsinə dair Azərbaycan Respuublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarına, həmçinin İPM-in 82-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

6. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 26.11.2007-ci ildə prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmiş, prokurorluq orqanlarında xidmətini davam etdirmiş, 06.08.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 saylı sərancamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbayca n Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, hazırda da hakim kimi fəaliyyətini davam etdirir, məhz hakim təyin olunduğuna görə prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir.

7. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

8. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

9. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən prokurorluq işçilərinin əm ək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.

10. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 11. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 20.8.3-cü maddələri müəyyən edir ki, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı pr okurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

12. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiy asının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.

13. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.120.1,11-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

14. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında ” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır.

15. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda (Bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir) orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan ödənc kimi kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr" (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət i llərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı nəzərdə tutulmuşdur.

16. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)1014/2021 nömrəli qərarı ilə iddianın rədd olunan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkə mə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

18. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (24 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab e dir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiаçı İddiaçı 05.12.2019-cu il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Nərimanov rayon şöbəsinə qarşı iddiа ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə mürаciət еdərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatın ın, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin 26.10.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul еdilməsini хаhiş еtmişdir.

25. Beləliklə iddiaçı iddia ərizəsində göstərir ki, təqaüdə çıxarkən ona prokurorluq orqanlarında işləmiş prokuror işçisi kimi ƏƏMSN-in 26.11.2007-ci il tarixli 1273 saylı qərarına əsasən qulluq stajına görə pensiya təyin olunmuş və o prokurorluq orqanlarında xidmətini dav am etdirmiş, lakin 06.08.2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və hazırda həmin məhkəmədə hakim işləyir (iddia məhkəməyə 05.12.2019-cu il tarixdə təqdim etmişdir- qeyd Ali Mıhkəmənindir).

26. Lakin işdə olan (iş səh. 72, 73) DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 28.09.2020-ci il tarixli, **********3 saylı məktubunda deyilir ki, “Bildiririk ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 26 noyabr 2007-ci il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir”.

27. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan (iş səh. 53) DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İd arəsinin eyni məhkəməyə ünvanlanmış “pensiya işinin göndərilməsi haqqında” adlanan 05 may 2020-ci il tarixli, **********3 saylı məktubunda deyilir ki, “vətəndaş İddiaçı idarə tərəfindən hər hansı pensiya ödənilmir. Bu səbəbdən də adıçəkilən şəxsə dair idarədə hər hansı məlumat mövcud olmadığından məktubunuzda qeyd etdiyiniz məsələlərə münasibət bildirilməsi tərəfinizdən mümkün deyil”.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi 11.03.2021-ci il tarixli qərarında İPM-in 82-ci maddəsinə istinad etdiyini yazsa da, həmin maddənin tələblərinə apellyasiya məhkəməsi tərəfindən riayət edilməmişdir.

29. Belə ki, İPM-in 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və fakt lar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. Göründüyü kimi, apellyasiya məhkəməsi işə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyyəti üzrə baxır.

31. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nə sübutlar, nə də faktlar (faktiki hallar) baxımından hazırkı inzibati mübahisəyə tam və hərtərəfli baxılmamış, nəticə etibarı ilə də iddiaçının hansı növ pensiya alması dəqiq olaraq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi 11 mart 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində yazır ki, “Azərbaycan Respublikası Baş Prokurorluğunun 11.09.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 07.199102.1993-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq işləyərkən 200% vəzifə maaşı almışdır, 03.1993-06.1996-cı ilə kimi Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində; Xidmət illərinə görə 45% əmək haqqı almışdır.”

33. Daha sonra apellyasiya məhkəməsi qərarında qeyd edir k i, “cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya pensiya orqanının 26.11.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilən zaman iddiaçının prokurorluq orqanlarında 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan pensiyanın məbləği azaldılmışdır və 01.06.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir.”

34. Beləliklə apellyasiya məhkəməsi eyni bir cümlədə göstərir ki, iddiaçıya pensiya orqanının 26.11.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, sonra isə həmin cümlənin davamında yazır ki, “pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756,80 manat... əmək pensiyası təyin edilmişdir”.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi belə qənaətə qərarda yazıldığı kimi “Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən” gəlir.

36. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının pensiya işi hazırkı inzibati işin materiallarında mövcud deyil və cavabdeh tərəfindən pensiya işinin məhkəməyə təqdim edilməsi faktı məhkəmə iclas protokollarında öz əksini tapmamışdır.

37. Halbuki iddiaçın ın pensiya işinin tələb edilərək tam və hərtərəfli araşdırılması hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün həlledici əhəmiyyət kəsb edir, belə ki, iddiaçıya prokuror işçisi kimi pensiya təyin olunduğu halda onun hazırda iddiada tələb etdiyi ödənişlərin vaxtı ilə alıb-almaması barədə prokurorluğa sorğu göndərilməlidir.

38. Lakin apellyasiya məhkəməsi bunu etməməklə İPM-in 12.1, 58.7, 68.2, 82-ci maddələrinin müddəalarını pozaraq iş üzrə qanuna uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hi ssədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)-1014/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar