Məhkəmə qərarları › İş №2-1(102)-2114/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2114/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2114/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xronometraj metodu ilə müşahidə aparılması, xronometraj metodu ilə müşahidənin nəticələrinə görə əlavə vergilərin hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İd arəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli **********668000 saylı, 10.10.2019-cu il tarixli **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)449/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmiş, həmin tarixli Kommersiya hüquqi şəxslər in Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. 2. 24 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********653600 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 68.812,28 manat əlavə vergi məbləği hesablanmışdır. 3. 20 may 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********545100 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 86.640,38 manat əlavə vergi məbləği hesablanmışdır. 4. 25 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ver gilərin hesablanması haqqında **********668000 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 32.952,82 manat təşkil etmişdir. 5. 10 oktyabr 2019-cu il tarixli Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin vergiləri hesablanması haqqında **********442200 nömrəli Qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 30.317,00 manat əlavə vergi hesablanmışdır. 6. 22 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********511800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 69.680.88 manat məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24 aprel 2019-cu il tarixli **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli **********668000 saylı, 10.10.2019-cu il tarixli **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi barədə ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir.

8. Tərəflər mübahisələndirilən qərarların mahiyyətinin və tərəflərin eyni olmasını nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsini xahiş etmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanması barədə 24.04.2019-cu il tarixli **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)-68/2020 saylı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanması barədə 25 sentyabr 2019-cu il tarixli **********668000 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-211/2020 saylı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanması bar ədə 10.10.2019-cu il tarixli **********442200 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-322/2020 saylı inzibati işlər Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-322/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: İ.R.Quliyev) bir icraatda birləşdirilmişdir.

9. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixdə Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur. Fəaliyyət dövrü ərzində MMC öz üzərinə düşən vergi və digər öhdəliklərini vaxtı - vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı - vaxtında vergi orqanına bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 24 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********653600 nömrəli qərarına əsasən, aparılmış kameral yoxlama nəticəsində MMC-yə 68.812,28 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 1.755,70 manat təşkil etmişdir. Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar sətrinin cəmi olan 60.9301,18 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə göstərilmişdir. 20 may 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilə r Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********545100 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 86.640,38 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 46.846,74 manat təşkil etmişdir. 25 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikasın Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********668000 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 32.952.82 manat vergi məbləği hesablanmışdır.Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. 10 oktyabr 2019-cu il tarixli Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İ darəsinin vergilərin hesablanması haqqında **********442200 nömrəli Qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 30.317 manat əlavə vergi hesablanmışdır. Tərəflərindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi 0.00 manat təşkil edir. 22 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********511800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 69.680,88 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı büt ün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddia rədd edilməlidir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-76/2021 saylı, 04 may 2021-ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli **********668000 saylı, 10.10.2019-cu il tarixli **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarları ləğv edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin təqdim etdiyi sənədlərdəki uyğunsuzluğu sübut edə bilməmiş, yalnız son xronometraj müşahidənin nəticəsinə görə dövriyyə ilə uyğunsuzluğu əsas götürmüşdür. Vergi ödəyicisinin dövriyyəsinin stabil olmaması, bununla bağlı iddiaçının dəlillərinin araşdırılması da müəyyən olunmur.

13. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-449/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: İ.K.Dəmirov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-76/2021 saylı, 04 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün fakti ki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd etmişdir ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xronometraj metodu ilə müşahidənin aparıldığı avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci ildən başlayaraq 15 iş günü müddətində vaxtı olmuşdur. İş materiallarından müəyyən olunduğu kimi üç gün müddətində iddiaçı MMC-də aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçı MMC-nin satış dövriyyəsinin birinci gün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması nəticəsində iddiaçı MMCnin orta günlük satış dövriyyəsinin 44183,0 manat olmasının müəyyən edilməsi özüözlüyündə şübhə doğurur, yəni iki gün ərzində iddiaçı MMC-nin ümumiyyətlə satış dövriyyəsi olmamış, 14 avqust 2018-ci il tarixdən sonrakı günlərdə isə iddiaçı MMC-nin satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub- olmayacağı 2 saylı Ərazi Vergilər Departamentinə məlum olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 2 0.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Maddə 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə... borcludur. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair ve rgi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Maddə 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bi lər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Maddə 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox ( aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Maddə 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və y a istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü m addəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə ver ilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şik ayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, mübahisələndirilən qərarlar (24.04.2019, 25.09.2019, 10.10.2019 və 22.11.2019-cu il tarixli) iddiaçı MMC-də 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidəsinin nəti cəsinə əsaslanmaqla qəbul edilmişdir. Yəni, vergi orqanı üç gün ərzində (11, 13 və 14 avqust 2018-ci il tarixlərdə) iddiaçı MMC-də xronometraj metodu ilə müşahidə aparmış, 11 avqust 2018-ci il tarixli akta görə iddiaçı MMC-nin həmin tarixdə satış dövriyyəsi 132.550,49 manat təşkil etmiş, 13 və 14 avqust 2018-ci il tarixli "xxxx" aktlarda isə iddiaçı MMC-nin həmin tarixlərdə satış dövriyyəsinin olmadığı göstərilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş 24.04.2019, 25.09.2019, 10.10.2019 və 22.11.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərarlarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onların hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidələrin nəticələrinin qanuni olub-o lmamasına hüquqi qiymət verərkən birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur. Bu qənaət, hazırki qərarın 28-ci bəndində öz əksini tapmış 50-1.1.-50-1.6-cı maddələrin tələblərinə görə də düzgün hesab edilir ona görə ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xronometraj metodu ilə müşahidənin aparıldığı avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci ildən başlayaraq 15 iş günü müddətində vaxtı olmuşdur. İş materiallarından müəyyən olunduğu kimi, üç gün müddətində iddiaçı MMC-də aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçı MMC-nin satış dövriyyəsinin birinci gün (11.08.2018-ci ildə) 132.550,49 manat olması, digər iki gündə (13 və 14 avqust 2018-ci ildə) isə satış dövriyyəsinin olmaması, nəticədə iddiaçı MMC-nin orta günlük satış dövriyyəsinin 44.183,50 manat olmasının müəyyən edilməsi özü-özlüyündə şübhə doğurur, yəni iki gün ərzində iddiaçı MMC-nin ümumiyyətlə satış dövriyyəsi olmamış, 14 avqust 2018-ci il tarixdən sonrakı günlərdə isə iddiaçı MMC-nin satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı 2 saylı Ərazi Vergilər Departamentinə məlum olmamışdır. Halbuki, cavabdeh İdarə Vergi Məcəlləsinin 37.1- 37.4, 67.1 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlarından istifadə etməklə, iddiaçı MMC-nin dövriyyəsini müəyyən edə bilərdi. Yəni, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər arasında hazırki mübahisə ilə analoji müba hisələr olmuş, həmin mübahisələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş olsa da, buna baxmayaraq analoji mübahisələrin yaranması davam etmişdir. Əgər vergi ödəyicisi həqiqətən də mütəmadi olaraq vergidən yayınmaq niyyəti ilə dövriyyəsini az göstərirsə, inzibati orqan bunu əsassız kameral yoxlamalar ilə yox, vergi qanunvericiliyinin imkan verdiyi digər yoxlamalar ilə sübut edə bilər və qanunvericiliyin verdiyi digər vasitələrdən istifadə edə bilər.

26. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə yanaşı kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənas ından göründüyü kimi, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, məhkəmə tərkibi hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz.

27. Məhkəmə tərkibi qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan d övr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən ed ərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir.

28. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş qərarlar qanunsuz və əsassız olmuşdur.

29. Məhkəmə tərkibi hesab edir ki, apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-449/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar