Məhkəmə qərarları › İş №2-1(102)-2126/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2126/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2126/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcların ümidsiz borc kimi silinməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əvəzləşdirmənin qanunsuz hesab edilməsi və borcun ümidsiz borc kimi silinməsi” tələbinə da ir iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-1916/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 01 dekabr 2008-ci il tarixinə dövlət büdcəsinə 364.411,44 manat məbləğində vergi borcu yaranmışdır. Vergi orqanı həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə cəmiyyətə qarşı onun 398.160,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 28 yanvar 2010-cu il tarixli, 2(81)-35/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MTK-dan 364.411,44 manat pulun əmlaka yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi, MMC-dən əlavə olaraq 5 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmişdir. 01 mart 2010-cu il tarixdə 364.411,44 manat vergi borcu cəmiyyətin şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sindən azaldılaraq “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də əks olunmuşdur.

2. Eyni zamanda iddiaçının 05.02.2010-cu il tarixə dövlət büdcəsinə 50.633,74 manat borcu yaranmış, həmin borcun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanı cəmiyyətin 458.574 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdrılmış açıq hərracda satılması barədə iddia tələbi ilə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə m üraciət etmişdir. 3. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 05.04.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər Vergilər Departamenti vergi borclarının məcburi alınması İdarəsinin cavabdeh İddiaçı MTK-ya qarşı siyahıya alınmış əmlakın açıq hərracdan satılmasına dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-nın 05.02.2010-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 50.633,74 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 458.574 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracdan satılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra şöbəsinin 15.05.2013-cü il tarixli arayışından görünür ki, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 05.04.2010-cu il tarixli, 2-(81)-1076/2010 saylı və 28.01.2 010-cu il tarixli, 2-(81)-35/2010 saylı icra vərəqələrinin icrası ilə bağlı borclu İddiaçı MTK-nın siyahıya alınmış əmlakları qiymətləndirici tərəfindən qiymətləndirilmiş və həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması üçün hərrac mərkəzinə göndərilmiş, lakin siyahıya alınmış əmlaklar satılmadığı üçün geri qaytarılmışdır.

5. İddiaçı MTK 04 aprel 2018-ci il tarixdə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 28 yanvar 2010-cu il tarixli, 2(81)-35/2010 saylı qətnaməsindən apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2018-cu il tarixli, 2-1(81)-35/2010 saylı qərardadı ilə ərizə təmin edilmiş, sözügedən qətnamədən cəmiyyət tərəfindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilmiş, apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının (İddiaçı MTK-nın həmin tarixə dövlət büdcəsinə vergi borcunun olmaması ilə əlaqədar) iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkə mə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin qanunsuz hesab edilərək silinmiş məbləğin bərpa edilməsini və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcdan qalan hissəsinin də (289.251,43 manat) ümidsiz borc kimi silinməsini xahiş etmişdir.

8. Cavabdeh 17 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, 25 sentyabr 2019-cu il tarixə iddiaçının şəxsi hesab vərəqəsində dövlət büdcəsinə ödənilməmiş borcu mövcud deyildir. Həmçinin, iddiaçının müraciətində göstərilənlərlə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən qanunauyğun tədbirlər görülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 4 dekabr 2019-cu il tarixdə 2 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 364.411,44 manat vergi borcu məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borc olduğuna (yəni məhkəmə qətnaməsinin qanuni qüvvədə olduğu müddət ərzində) və cəmiyyətin şəxsi hesab vərəq əsində “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq, heç bir xəbərdarlıq edilmədən cəmiyyətin cari vergi öhdəliklərinin yerinə yetirilməsi zamanı yaranmış 277.486,99 manat artıq ödəmə müxtəlif vaxtlarda hissə-hissə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca aid edilməklə əvəzləşdirmə adı altında silinmişdir. Qeyd olunan artıq ödəmələrin əvəzləşdirmə adı ilə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilmiş borca silinməsi cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Cəmiyyətin cari fəaliyyəti zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnamələri əsasında əmlaka yönəldilmiş borclara silinməsi üçün heç bir qanuni əsas olmamışdır. Belə ki, sözügedən borclar məhkəmə qətnamələri ilə artıq əmlaka yönəldilmişdir və belə olan halda əmlakın satılması yolu ilə ödənilməlidir. Başqa sözlə, vergi orqanı tərəfindən cəmiyyətin cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrdən əmlaka yönəldilmiş borclara çıxılması cəmiyyətin cari borclarının və faizlərin artması ilə nəticələnmişdir və bu da onun vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1, 90.3 və 90.4-cü maddələrinə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra, qətnamə ilə təmin edilmiş borcun dövlət büdcəsinə ödənilməsi yalnız icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda sa tılması nəticəsində əldə olunmuş vəsait hesabına həyata keçirilə bilər. Məhz bu səbəbdən də, məhkəmə qətnaməsi ilə vergi ödəyicisinin borcu əmlaka yönəldildikdə, həmin borc vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”yə keçirilir və vergi orqanı tərəfindən həmin borca nəinki faizlərin hesablanması, həmçinin həmin borcun dövlət büdcəsinə alınması ilə bağlı hər hansı qanunamüvafıq tədbirlərin (bank hesablarına sərəncamların qoyulması, borc bildirişlərin göndərilməsi və s.) görülməsi dayandırılır. Vergi orqanı tərəfindən cəmiyyətin 07 iyul 2016-cı il tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 08 iyul 2016-cı il tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsi (silinməsi) nəinki yuxarıda qeyd olunan qanunveric ilik normalarının, eyni zamanda Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. Qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət edən həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir, lakin bu hüququndan verginin tutulması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçi vəsində istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərarın mövcudluğu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Bununla yanaşı, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki, vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırda isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 277.486,99 manat artıq ödəmənin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla “əvəzləşdirmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “əvəzləşdirmənin nədən ibarət olduğunu açıqlamamış və bu barədə iddiaçıya ümum iyyətlə hər hansı məlumat verməmişdir. Halbuki vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilmiş ümumilikdə 364.411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı günə, 1 dekabr 2013-cü il tarixə təsadüf edir. Qeyd olunan müddət başa çatdıqdan sonra, hətta vergi borcunun əmlaka yönəld ilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa belə, tələb etmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 avqust 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Sözügedən məhkəmə işi üzrə icraata xitam verildiyi üçün, vergi borcunun dövlət büdcəsinə alınması ilə bağlı hazırda qüvvədə olan hər hansı məhkəmə aktı mövcud deyil. Belə ki, əvvəl məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat məbləğində vergi borcundan cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sində vergi borcu qalmışdır ki, qeyd olunan vergi borcu il ə bağlı qüvvədə olan hər hansı məhkəmə aktı olmadığı və həmin borcun 5 illik tələb etmə müddəti artıq çoxdan keçdiyi üçün, həmin vergi borcu vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sindən azaldılaraq “vergilər üzrə vərəqə”yə keçirilmiş və ümidsiz vergi borcu kimi silinmişdir. Qeyd olunan silinmə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Vergi orqanı məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364.411,44 manat məbləğində borcun şəxsi hesab vərəqəsi üzrə qalmış (cədvəldə göstərilən) hissəsini 5 illik tələb etmə müddəti başa çatdığından silmişdir. Bununla da dolayısı ilə vergi orqanı tərəfindən cəmiyyətin artıq ödəmələri hesabına qanunsuz silinmiş vergi borc məbləğlərinin də tələb etmə müddətinin keçdiyini bir daha təsdiq etmişdir. B aşqa sözlə, əgər məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat borc cəmiyyətin artıq ödəmələri hesabına vergi orqanı tərəfindən qanunsuz olaraq silinməsəydi, məhkəmə qətnaməsi ilə iş üzrə icraata xitam verildiyi andan 5 illik tələb etmə müddəti keçdiyindən sözügedən borc tamamilə silinərdi. Beləliklə, hesab edilir ki, cəmiyyətin cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin əvəzləşdirilmiş məbləğlər artıq ödəmə kimi bərpa edilməli və məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumi borc ümidsiz borc kimi silinməlidir.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsi ilə müəyy ən edilmiş müddətdə vergi öhdəliyi yerinə yetirilmədiyi üçün 2009-cu il 01 dekabr tarixə dövlət büdcəsinə 364.411,44 manat borcu yaranmış, Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri qaydasında iddiaçının 398.160 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində həmin borc dövlət büdcəsinə ödənilmədiyindən yaranmış borcun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə 398.160 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılması üçün 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə müraciət edilmişdir. İşə baxılarkən məhkəmə iclasında cəmiyyətin nümayəndəsi iddia tələbində qeyd olunanları qəbul etmişdir. Məhkəmənin 2(8 1)-35/2010 saylı, 2010-cu il 28 yanvar tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 364.414.44 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir. Eyni zamanda iddiaçının 2010-cu il 05 fevral tarixə dövlət büdcəsinə 50.633,74 manat borcu yaranmış, həmin borcun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə cəmiyyətin 458.574 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi ilə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2010-cu il 05 aprel tarixli, 2-(81)-1076/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən də şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sində olan 50.633,74 manat məbləğində borc həmin vərəqədən azaldılaraq, şəxsi hesab vərəqəsinin “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”sinə işlənilmişdir. Məhkəmə qətnamələri aidiyyəti üzrə icraya yönəldilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qətnamələrin icrası ilə əlaqədar siyahıya alınmış əmlaklar qiymətləndirici tərəfindən qiymətləndirilmiş və həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərr ac vasitəsilə satılması üçün hərrac mərkəzinə göndərilmiş, lakin siyahıya alınmış əmlaklar satılmadığı üçün geri qaytarılmışdır. Qətnamələrin icrası mümkün olmadığından icra vərəqələri aidiyyəti üzrə məhkəməyə qaytarılmışdır. Eyni zamanda iddiaçı tərəfindən qətnamələr üzrə borcun ödənilməsi həyata keçirilməmişdir. Bu müddət ərzində iddiaçının qətnamələrin icrası ilə bağlı “əmlaka yönəldilən məbləğ üzrə vərəqə” üzrə hər hansı ödəniş həyata keçirməməsinə baxmayaraq, “vergilər üzrə vərəqə”yə artıq ödədiyi 277.486.99 manat məbləğində ödəniş Vergi Məcəlləsinin tələbləri qaydasında 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı, 2010-cu il 28 yanvar tarixli qətnaməsi üzrə olan borca aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə əsasən, verg ilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2010-cu il 05 aprel tarixli, 2-(81)1076/2010 saylı qətnaməsi üzrə olan 50.633,74 manat borcun 50.420,74 manatı “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən silinmiş, qalan 213 manatı isə iddiaçı tərəfindən ödəmə tapşırığı əsasında ödənilmişdir. Bundan sonra, iddiaçı apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermiş, 2(81)-35/2010 saylı iş ü zrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 aprel tarixli qərardadı ilə müddət bərpa olunmuş və iş baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən iddiaçı vergi orqanı tərəfindən texniki yanlışlıq səbəbindən iddiadan imtina edilmişdir. Belə ki, eyni adla qeydiyyatdan keçmiş digər müəssisə olan "xxxx" MMC-nin (hüquqi şəxs barədə məlumat əlavə edilir) dövlət büdcəsinə borcu olmadığından yanlış olaraq iddiadan imtina olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2018-ci il 30 avqust tarixli, 22(103)-398/2018 saylı qərardadı ilə iddiadan imtina təsdiq edilmişdir. Sonradan iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 07 noyabr tarixli, 2-2 (102)-468/2018 saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Bundan sonra vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmiş 364.411,44 manat borc şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmışdır. İddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş və qətnamə üzrə borca aid edilmiş 277.486,99 manat məbləğində ödəniş nəzərə alınaraq, iddiaçının dövlət büdcəsinə olan borcları azaldılmışdır. İddiaçının tələbetmə müddəti keçmiş borcları isə 2019-cu il 28 iyun tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilə rinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Eyni zamanda məhkəmə qətnamələri olmasaydı belə, iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid olacaqdı. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdikləri onun formal mülahizələrindən ibarətdir və hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı ilə idd iaçının iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi işin faktiki hallarına uyğun gəlmir. Şəxsi hesab vərəqəsinə əsasən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir.

14. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.02.2021-ci il tarixli, 2-1(103)-443/2021 nömrəli qərarı ilə Bakı İnzi bati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 2-1(102)-829/21 nömrəli (hakimlər İlqar Hüseynov – sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 17.02.21-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

19. Ali Məhkəmənin mövqeyinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmədiyi nəzərə alınmalı idi. Belə ki, iddiaçının iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı onun tərəfindən artıq ödənilmiş vergi məbləğinə münasibətdə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və bu hərəkətlərin nəticələrinin aradan qaldırılmasını tələb edir. Bu baxımdan, məhkəmə iddiaçının iddia tələbinin həmin hissəsinə münasibətdə Vergi Məcəlləsinin 85.5-ci maddəsini tətbiq etməkdə və işin hallarının araşdırılmasını həmin normanın dispozisiya şərtlərinə uyğun aparmaqda haqlı olmamışdır. Həmçinin məhkəmə həmin normada nəzərdə tutulmuş 5 illik müddətə əsaslanmaqla 2012-ci il 13 iyun tarixə mövc ud olmuş 110.380,48 manat artıq ödəmənin vergi orqanı tərəfindən 2012-ci il 18 iyun tarixdə, 2012-ci il 15 iyul tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmənin isə 2012-ci il 10 avqust tarixdə vergi borclarına münasibətdə cavabdehin hərəkətlərini məhkəmə qaydasında yalnız yeddi ildən artıq müddət keçdikdən sonra mübahisələndirdiyini qeyd etsə də, MTK-nın 2016-cı il 07 iyul tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 2016-cı il 08 iyul tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsinə (əvəzləşdirilməsinə) münasibətdə iddianın əsassızlığına dair gəldiyi nəticəni əsaslandırmamışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(103)-1916/2021 nömrəli (hakim lər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MTK-nın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdı r.

21. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MTK-nın cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi (silinməsi) qanunsuz və əsassızdır. Məhkəmənin və cavabdehin istinad etdikləri Vergi Məcəlləsinin 88-ci maddəsi cavabdehin mübahisələndirilən hərəkətinin qanuni əsası kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə Vergi Məcəlləsinin 85.5-ci maddəsini hazırkı mübahisəyə münasibətdə düzgün təfsir etməmişdir. Bu səbəbdən də cavabdehin hərəkəti qanunsuz hesab edilməli, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə iddia tələbi təmin ed ilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, iddiaçının dövlət büdcəsinə vergi borcu məbləği yaranmış, bundan sonra onun ödədiyi məbləğlər həmin vergi borclarının ödənilməsinə aid edilmişdir. Məhkəmə qətnamələri olmasaydı belə, iddiaçı tərəfindən mütəmadı olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid ediləcəkdi. Digər tərəfdən, hazırkı halda borcun əmlaka yönəldilməsi ilə bağlı qərarın icrası mümkün olmadığından, icra məmuru icra vərəqəsini məhkəməyə qaytarmışdır. Göründüyü kimi, icra məmuru borcun ödənilməsini təmin edə bilməmiş və artıq bununla bağlı heç bir hərəkət edə bilmədiyindən icra vərəqə sini geri qaytarmışdır.

23. Məhkəmənin iddiaçının ərizəsinə əsasən “əvəzləşdirmə” və “silinmə” ifadələrindən istifadə etməsi və hətta bunu dəlil kimi irəli sürməsi işin hallarına uyğun gəlmir. Müəssisənin şəxsi hesab vərəqəsindən aydın görünür ki, iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ nə “silinmə”, nə də “əvəzləşdirmə” adlı əməliyyatlara məruz qalmamışdır. İddiaçının dövlət büdcəsinə etdiyi vergi ödənişləri onun şəxsi hesab vərəqəsində yaranmış borclarını bağlamışdır. Burada hər hansı bir “silinmə” və “əvəzləşdirmə” əməliyyatı aparılmamışdır. İddiaçı sözügedən ifadələri işlətməklə məhkəmə kollegiyasını yanlış istiqamətə yönəltmiş və nəticədə hüquqlarının pozulması görünüşünü yaratmağa nail olmuşdur. Halbuki, iddiaçının şəxsi hesab vərəqəsinin və işin hallar ının hərtərəfli araşdırılması qeyd olunan dəlillərin həqiqətə uyğun olmadığını aydın göstərərdi.

24. Vergi qanunvericiliyində vahid vergi borcu anlayışı vardır və borcların bu və ya digər kateqoriyaya bölünməsi nəzərdə tutulmamışdır. Borc məbləğlərinin şəxsi hesab vərəqəsində olan bu və ya digər qrafada əks etdirilməsi onun xarakterini dəyişmir. Həmçinin nəzərə alınmalıdır ki, bu qrafalar uçot məqsədləri üçün informativ xarakter daşıyır. Məhkəmə və iddiaçı unutmuşdur ki, müəssisənin dövlət büdcəsinə olan 364411,44 manat borcunun tutulması ilə bağlı 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı, 28.01.2010-cu il tarixli qətnaməsi öz hüquqi qüvvəsini itirmişdir. Başqa sözlə desək, həmin borc artıq məhkəmə qətnaməsi ilə ödənilməsi təmin edilmiş borclar kateqoriyasından çıxmış v ə adi borclar kimi şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən edilmiş ödənişlər həmin borcların ödənilməsinə aid edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

26. Vergi Məcəlləsi: Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını n məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə

87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və mali yyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 87.5. Bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğl ər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır. Maddə

88. Vergilər üzrə borcların ödənilməsi qaydası 88.1. Vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 8 8.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulm ası qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

27. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərə k, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin d əlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil e tdiyi kasasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı mübahisə iddiaçı tərəfindən artıq ödənilmiş vergi məbləğinin məhkəmə qərarı ilə təmin edilmiş əmlaka yönəldilmiş borclara aid edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və həmin hərəkətlərin nəticələrinin aradan qaldırılması, yəni mübahisələndirilən məbləğin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunması və məhkəmə qərarı ilə əmlaka yönəldilən borcun qalan hissəsinin müddətin keçməsi ilə əlaqədar ümidsiz borc kimi silinməsi ilə bağlıdır.

34. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddəsinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli qərarına əsasən “Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra sənədi (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri).

36. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasi bətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergi qoymanın elementlərindən biri kimi vergiödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlər inin tətbiq edilməsi yolverilməzdir.

37. VM-in 65, 89 və 90-cı maddələrinə görə, vergi orqanının borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətləri nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi ö hdəliklərinin yerinə yetirilməsini təmin etməkdə haqlıdırlar. Bu müddət keçdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

38. Yuxarıda istinad olunan normalara görə, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Nəzərə almaq lazımdır ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının məhdudlaşdırılmasıdır. Belə ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

39. Bununla bağlı qeyd olunmalıdır ki, həmin normaya görə inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh əmlakın siyahıya alınması ilə bağlı diskresion səlahiyyətə malikdir. Yəni cavabdeh vergi borcunun ödənilməsinə nail olmaq, həmin məqsədə çatmaq üçün yaranmış vergi borclarının ödənilməsini təmin etməyə yararlı, zəruri və proporsional üsul, vasitə seçməyə borcludur. Bu onun məsuliyyət sferasına aiddir. Hazırkı mübahisəyə münasibətdə vergi borcu məhkəmə qərarı ilə əmlaka yönəldilmiş və həmin əmlakın satılması yolu ilə ödənilməsi təminata alınmışdır. Vergi borcunun ödənilməsi ilə bağlı həmin qaydanın və ya üsulun tətbiqi üzrə risklər də cavabdehə aid edilməlidir. Bu mənada sözügedən vergi borcları məhkəmə qətna mələri ilə iddiaçının əmlakına yönəldildiyi üçün həmin əmlakın satılması yolu ilə ödənilməsi təmin oluna bilər. Başqa sözlə, cavabdehin iddiaçı tərəfindən cari fəaliyyət çərçivəsində vergi borcları üçün ödədiyi məbləğdən artıq ödəmənin əmlaka yönəldilmiş borclara çıxılması əsaslı sayıla bilməz.

40. Bundan başqa, qeyd edilməlidir ki, “əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə” işlənilmiş borcun şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmasında ifadə olunan hərəkətin qanuni əsası cavabdeh tərəfindən göstərilməmiş və cavabdeh həmin hərəkətini əsaslandırmamış, həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh onun mübahisələndirilən hərəkətinin qanuni əsası qismində Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad etməkdə haqlı sayıla b ilməz. Belə ki, həmin maddənin müddəaları artıq ödəmənin vergi borcuna aid edilməsi ilə bağlı normativ əsasları deyil, vergilər üzrə yaranmış borcun ödənilməsi ardıcıllığını müəyyən edir. Bundan əlavə, artıq ödənilmiş vergi məbləğinin məhkəmə qərarı ilə təmin edilmiş əmlaka yönəldilmiş borclara aid edilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmiş, bunun səbəbləri iddiaçıya açıqlanmamışdır. Halbuki, yuxarıda istinad olunan normaların mahiyyətinə görə, cavabdeh artıq ödəmə barədə vergi ödəyicisinə məlumat verməyə, vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilməli, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilməlidir. Cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinə əməl olunmamışdır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin müəssisənin dövlət büdcəsinə olan 364.411,44 manat borcunun tutulması ilə bağlı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-35/2010 saylı, 28.01.2010-cu il tarixli qətnaməsi hüquqi qüvvəsini itirdiyindən, həmin borc məbləğinin artıq məhkəmə qətnaməsi ilə təmin edilmiş borclar kateqoriyasından çıxması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-2(103)-389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının (İddiaçı MTK-nın həmin tarixə dövlət büdcəsinə vergi borcunun olmaması ilə əlaqədar) iddiadan i mtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Odur ki, hazırki mübahisə Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qərardadı qəbul edilənə kimi vergi orqanı tərəfindən aparılmış əməliyyatlarla bağlı olduğundan, kassasiya şikayətinin həmin dəlili də əsassız sayılmalıdır və apelyasiya instansiyası məhkəməsi qərarının ləğv edilməsi üçün əsas kimi nəzərdən keçirilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə onun cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və mə hkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətin keçməsi ilə bağlı sildiyi borcdan başqa) ümidsiz borc kimi silinməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

43. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(103)-1916/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar