Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2148/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının x1 Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət nümunəli diplomun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı x1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-13 80/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2008-2013-cü illərdə Bakı İslam Universitetində ilahiyyatçı-islamşünas ixtisası üzrə təhsil almış, ona 25.06.2013-cü ildə 2914 nömrəli diplom verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək onun 2914 nömrəli diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verildiyinin təsdiq olunmasını xahiş etmişdir.
3. Cavabdeh 31.01.2019-cu il tarixli, 9-1161/31-24 nömrəli məktubla iddiaçıya onun adına yazılmış 2914 №-li diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci inst ansiya məhkəməsindəki icraat
4. İddiaçı 7 iyun 2019-cu il tarixdə cavabdehə məhkəməyə müraciət edərək “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq 5 il əyani təhsil aldıqdan sonra 2013-cü ildə Universiteti bitirmişdir. Ona Universitet tərəfindən “İlahiyyatçiİslamşünas” ixtisası üzrə tam kursu bitirməsi barədə 25 iyun 2013-cü il tarixli 2914 №-li diplom verilmişdir. Lakin təşkilatlar tərəfindən onun adına yazılmış 2914 №-li diplom ciddi təhsil sənədi kimi qəbul olunmur və tanınmır. 2009-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qan uni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən BİU-nun fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermişdir. Lisenziya verilərkən Universitetdə təhsil alan bütün tələbələr, o cümlədən onun barəsində məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir (05.12.2018-ci il tarixli 134 saylı arayış iddia ərizəsinə əlavə olunur). Buna baxmayaraq Təhsil Nazirliyi ona dövlət nümunəli təhsil sənədi verməmişdir. O, həmin diplomun tanınması barədə Təhsil Nazirliyinə müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2009-cu il tarixli 143 nömrəli fərmanına və Təhsil Nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə BİU-nun fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Lakin iddiaçının adına BİU tərəfindən yazılmış 25 iyun 2013-cü il tarixli 2914 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, qüvvədən düşmüş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. İPM-in 33cü, 47.2-ci, 68.2-ci və 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təl im-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci və 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil Nazirinin 09 noyabr 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4cü bəndlərinə əsasən İddiaçı iddiasının heç bir hüquqi əsası olmadığından onun iddia tələbi rədd edilməlidir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-2441/2019 saylı iş) 20 dekabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı BİU-da təhsil aldığı 2008-2013-cü illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bu qənaət ondan irəli gəlir ki, həmi n təhsil müəssisəsi iddiaçının təhsilə başladığı 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirdi və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz..
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının (hakimlər X6məruzəçi, X9 və X5, 2-1(103)-899/2021 saylı iş) 15 sentyabr 2021-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə inzibati orqana müraciət etmədiyindən iddia mümkün sayıla bilməz.
12. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X10 və X3, 2-1(102)-71/2021 saylı iş) 9 fevral 2021-cu il tari xli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının hüquqi marağını yox, onun müraciətindəki və iddia ərizəsindəki tələbinin formalaşması zamanı istifadə olunan ifadələrin fərqli olmasını əsas götürməklə, onun cavabdeh inzibati orqana ilkin müraciətinin olmamasına görə iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11məruzəçi, Tağızadə Mirzə Nəsib oğlu və X2, 2-1(103)-1380/2021 saylı iş) 1 4 iyul 2021-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı İslam Universitetinə universitetin lisenziyasının olmadığı dövrdə 2008-ci il tarixdə daxili test imtahanı yolu ilə qəbul olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçıya onun 2013-cü ildə, yəni artıq təhsil müəssisəsinin lisenziyasının olduğu müddətdə bitirməsi ilə bağlı dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsindən imtina etməkdə haqlı olmuşdur. O ki qaldı iddiaçının təhsil aldığı müəssisədə bir qrup tələbələ rin başqa təhsil müəssisənə köçürülməsinə Nazirliyin etiraz etməməsinə, qeyd olunan hal iddiaçıya dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi barədə cavabdeh inzibati orqan üçün öhdəlik yaratmır. Beləliklə, iddiaçı tələb etdiyi dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün onun iddia tələbi təmin edilə bilməz.
17. İddiaçı 3 sentyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
18. İddiaçının təhsil aldığı müddətdə (2008-2013) həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Həmin təhs il müəssisəsi 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də, 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu İldə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməzdi. 19. “Təhsil haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi verilir. Həmin sənədin verilməsi də məhz inzibati orqan olan Təhsil Nazirliyinin vəzifəsidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Təhsil haqqında” Qanun: 2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 22. 24 aprel 2020-ci il tarixli 58-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 662) ilə 27.1-ci maddədə “Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil” sözləri “Təhsil” sözü ilə əvəz edilmişdir. 23. “Təhsil haqqında” 7 oktyabr 1992-ci il tarixli Qanun (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): Maddə
3. Vətəndaşların təhsil hüquqları (-). Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. (-).
9. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər. Maddə
5. Təhsil və din Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Maddə
8. Təhsil haqqında sənəd
1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə
13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu tə hsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna mal ikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. 24. “Dini etiqad azadlığı haqqında” Qanun (20 avqust 1992-ci ildə qəbul edilmişdir): Maddə
6. Dini təhsil (4 may 2021-ci ildə qəbul edilmiş redaksiya) 6.1. Azərbaycan Respublika sı Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 6.2. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. 6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. 6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. 6.5. Ali dini təhsil və din i orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. 6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. 25. 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 2 iyun 2009-cu il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 314) ilə 6-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa for malarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 21 dekabr 2010-cu il tarixli 38-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin adında və mətnində, 11-ci maddəsinin üçüncü hissəsinin 6-cı bəndində, 12-ci maddəsinin üçüncü hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 29-cu maddəsinin on birinci abzasında birinci halda “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci i l tarixli 162-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 604) ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır və maddəyə beşinci hissə əlavə edilmişdir. 4 may 2021-ci il tarixli 309-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, İ kitab, maddə 545) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə
6. Dinin məktəblə münasibəti Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təh sil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər. Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Maddə
7. Dini qurumlar Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olu nurlar. Maddə
10. Dini-təhsil müəssisələri (4 may 2021-ci il tarixli 309VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, İ kitab, maddə 545) ilə 10-cu maddə ləğv edilmişdir). Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini təhsil müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Dini təhsil müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsa sında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrinlə təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. 26. 7 iyun 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 171) ilə 10cu maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliyyə t göstərirlər. 27. 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 2 iyun 2009-cu il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 314) ilə 10-cu maddədə yeni məzmunda ikinci hissə əlavə edilmişdir, ikinci hissə üçüncü hissə hesab edilmişdir və üçüncü hissədə “Əyani ali və orta dini” sözləri “Dini” sözü ilə əvəz edilmişdir. Maddə
12. Dini qurumların dövlət qeydiyyatına alınması Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlar da həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər. 28. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”: 1.Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhs ili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; (-); 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; (-).
7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; (-).
29. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X23 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə ( 2 noyabr 2009-cu ilə qədər olan redaksiya): 6-1. K omitənin fəaliyyət istiqamətləri aşağıdakılardır: (-); 6-1.4. dini qurumların dövlət qeydiyyatını həyata keçirir; 6-1.5. öz səlahiyyətləri daxilində dini tədris ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir; (-).
7. Komitənin əsas vəzifələri aşağıdakılardır: (-); 7.10. Dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi (10 mart 2008-ci ilə qədər qüvvədə olan redaksiya); 7.10. Dini tədris müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə təsdiq edilməsi, dini tədrisin keyfiyyətini müəyyən etmək üçün ekspert rəyinin verilməsi (2 noyabr 2009-cu ilə qədər qüvvədə olan redaksiya); 7.10. dini təhsil müəssisələrinin fəaliyyətinə xüs usi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının təsdiq edilməsi, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verilməsi (2 noyabr 2009-cu il tarixli redaksiya); (-).
9. Komitənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır; (-); 9.6. Respublikada mövcud olan dini təhsil müəssisələrinin fəaliyyət barədə məlumatlar almaq, bu müəssisələrdə dini təhsilə bağlı yoxlamalar aparmaq, onların fəaliyyətində mövcud qanunvericiliyi zidd hərəkətlər olduğu təqdirdə dinin mərkəz və ya müvafiq dövlət orqanları qarşısında bu barədə məsələ qaldırmaq; (-).
30. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: (-); 8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir. (-). 5 fevral 2021-ci il tarixli 1282 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 fevral 2021-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 124) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi h aqqında Əsasnamə”nin 8.26-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 8.26. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir; “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında 2 sentyabr 2002-ci il tarixli Qaydalar (21 dekabr 2015-ci ildə ləğv edilmişdir):
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1 995-ci il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamə: (-)
42. Ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. Tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. (-).
32. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin t əmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
33. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.
34. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
36. İddiaçı 2008-2013-cü illərdə Bakı İslam Universitetində təhsil almış, 2013-cü ildə universitet iddiaçıya ali təhsili bitirməsinə görə diplom vermişdir.
37. İddiaçı ona verilən diplom dövlət nümunəli olmadığından, cavabdehin ona dövlət nümunəli diplom verilməli olduğunu bildirmişdir.
38. Cavabdehin dəlillərinə görə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli fərmanına və Təhsil nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. İddiaçının adına universitet tərəfindən yazılmış 25 iyun 2013-cü il tarixli 2914 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə a li təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, qüvvədən düşmüş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. İPM-in 33-cü, 47.2-ci, 68.2-ci və 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci və 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil nazirinin 9 noyabr 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4-cü bəndlərinə əsasən iddiaçının iddiasının heç bir hüquqi əsası olmamışdır.
39. Cavabdehin dəlilləri qısaca xarakterizə olunsa, cavabdeh hesab edir ki, Bakı İslam Universitetinə lisenziya 2009-cu ildə verildiyindən, lisenziya verildikdən sonra universitetdə tələbə qəbulu qaydaları X15 tərəfindən aparıldığından, iddiaçı isə bu tarixdən əv vəl, yəni 2008-ci ildə universitetə qəbul olunduğundan, iddiaçı universitetə qəbul edilən vaxt universitetin fəaliyyəti ilə bağlı lisenziyası olmadığından və iddiaçı tələbə qəbulu qaydalarına uyğun qəbul edilmədiyindən ona dövlət nümunəli diplom verilə bilməz.
40. Məhkəmə kollegiyası vurğulayır ki, 2009-cu ildə və ondan sonra Bakı İslam Universitetinə qəbul edilən və həmin universiteti bitirən məzunlara dövlət nümunəli diplomlar cavabdeh tərəfindən təsdiq edilərək verilməsi və cavabdehin Bakı İslam Universitetini bitirən məzunlara dövlət nümunəli diplom verilməsində özünü səlahiyyətli hesab etməsi işin mübahisə olunmayan halıdır.
41. Bakı İslam Universitetinin dövlət qeydiyyatı ilə bağlı qeyd olunmalıdır ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətn aməyə əsasən 17.03.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X23 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati-hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə 5 il müddətinə lisenziya verilmişdir.
42. Universitetin 17 mart 1997-ci il tarixdə qeydə alınmış nizamnaməsində universitetin Q afqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir.
43. Bakı İslam Universitetinin X23 üzrə Dövlət Komitəsində 27 iyun 2002-ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır...
44. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə aydınlıq gətirmək üçün ilk növbədə “Dini etiqad azadlığı haqqında” Qanu nun 6-cı maddəsinə istinad edilməlidir. 45. “Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada olmuşdur: Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 46. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir: Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbi yə prosesini həyata keçirə bilərlər. 47. 21 dekabr 2010-cu il tarixli Qanun ilə 6-cı maddəsinin dördüncü hissəsində, “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 48. 10 iyun 2011-ci il tarixli Qanun ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır. 49. 4 may 2021-ci il tarixli Qanun ilə 6-cı maddə yeni (hazırda qüvvədə olan) redaksiyada verilmişdir. 50. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar.
51. İşdə olan sənədlərdən görünür ki, Bakı İslam Universitetini n yaranması aşağıdakı qaydada baş vermişdir.
52. SSRİ Nazirlər Soveti yanında X22 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi fəaliyyətə başlamış, Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmri ilə Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmış, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilib Qafqaz İslam Universiteti adlandırılmış və Nizamnaməsi dövlət qeydiyyatına alınmış, Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən qeydiyyatdan keçmiş, Azərbaycan Respubli kası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə X23 üzrə Dövlət Komitəsi yaradılmış və dini (təhsil) müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə verildiyindən, Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 nömrəli Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatından keçmişdir.
53. Bakı İslam Universiteti “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10-cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. 54. 7 oktyabr 1992-ci il tari xli “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar.
55. Bununla bağlı ali dini təhsil müəssisəsinin 2009-cu ilin noyabr ayına qədər Təhsil Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra hüquqi status alması barədə hər hansı qanunvericilik norması olmamışdır. 56. “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi (ən azından mübahisə edilən dövrlə bağlı) həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. 57. “Təhsil haqqında” qanunvericiliyin tələbinə görə dövlət təhsil müəssisəsini bitirmiş məzunlara vahid formada dövlət sənədi cavabdeh tərəfindən verilir.
58. İddiaçının da Bakı İslam Universitetini bitirməsinə görə diplom nümunəsi cavabdeh tərəfindən verilməlidir. 59. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulduğundan, iddiaçının təhsil aldığı Bakı İslam Universiteti əvvəl Ədliyyə Nazirliyində, sonra isə X23 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alındığından və dini qurumların dövlət reyestrinə daxil edildiyindən fəaliyyəti qanuni olmuşdur.
60. Azərbaycan Respublikası Pre zidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir.
61. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qayda ları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
62. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömr əli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nda ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir.
63. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 15 fevral 2011-ci ildə əlavə edilmiş 3.1-1-ci bəndində qeyd edilmişdir ki, təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Qanunla müəyyən edilir (21 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir). 64. 2 sentyabr 2002-ci il tarixdə təsdiq edilmiş Qaydalarda da ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir.
65. Bundan başqa, 2 sentyabr 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əlavə 2də “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun Məbləğləri”ndə fəaliyyət növü kimi ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi və buna görə 5.500 manat dövlət rüsumu müəyyən edilməsi barədə 17.5-ci bənd 6 avqust 2009-cu il tarixli 143 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 avqust 2009-cu il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 619) ilə əlavə edilmişdir.
66. Göründüyü kimi, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında avqust 2009-cu ilə qədər ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi olmasına dair hər hansı müddəa olmamışdır.
67. Odur ki, iddiaçının təhsil aldığı Bakı İslam Universitetinin 2009-cu ilədək fəaliyyəti barədə lisenziya almalı olması barədə cavabdehin dəlilləri əsaslı hesab edilmir. 68. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur.
69. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə m ərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərmiş ali təhsil müəssisəsi olmuşdur.
70. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməmişdir.
71. İddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur.
72. Odur ki, iddianın rədd olunması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı old uğundan kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1380/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.