Məhkəmə qərarları › İş №2-1(102)-2161/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2161/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2161/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il ta rixli, 2-1(103)-2016/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 19.12.2019-cu il tarixdən Vergilər Nazirliyinin X1 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsinə və iş təcrübəsinə görə 19.12.2019-cu il tarixdən 19.03.2020-ci il tarixədək bağlanmışdır.

2. Vergilər Nazirliyinin **********452400 №-li, 24.04.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrinə əsasən Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin 22.04. 2020-ci il tarixli, **********966900 nömərli xidməti məruzəsi əsas göstərilməklə Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi – 3-cü dərəcəli müfəttiş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərə k cavabdehin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehin 19.03.2019-cu il tarixli, **********323100 nömrəli əmri ilə VN yanında Bakı şəhəri X1 Departamentinin Vergi Ödəyicilərinə xidmət İdarəsinin vergi ödəyicilərin in məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə altı ay müddətinə stajçı təyin edilmişdir. 19.09.2019-cu il tarixdən VN-nin Bakı şəhəri X1 üzrə baş İdarəsinin vergi ödəyicilərinə xidmət idarəsinin vergi ödəyicilərinin məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin stajçı vəzifəsinə sınaq müddətinə təyin edilmişdir. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə və DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən dövlət vergi orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdehin əmri qanunsuz və əsassızdır. Əvvəla cavabdeh əmək müqaviləsinə xitam verərkən o, ambulator müalicədə olmuşdur. Hansı ki, 800861 nömrəli əmək qabiliyyəti olmaması vərəqindən də görünmüşdür ki, o, hiportonik diaqnozu ilə 24.04.2020-ci ildən 27.04.2020-ci il tarixədək 5 saylı şəhər poliklinikasının ambulator müalicəsində olmuşdur. Baxmayaraq ki, xəstə olmağı barədə iş yerinə də telefonla məlumat vermişdir. İşin hallarından görünür ki, onun əmək müqaviləsinə nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, nə də DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsi ilə nəzərdə tutulmuş əsaslar yoxdur. Yəni işəgötürən əmrin faktiki və hüquqi əsasını da müvafiq şəkildə əmrdə göstərməmiş və əsaslandırmamışdır. İşə götürənin əmrinə əsasən ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 əməkdaşa avtomatik olaraq 190 manat məbləğində bi rdəfəlik yardım təyin edildiyi, bunlardan 7 əməkdaşın müvafiq poçt şöbələrinə gedərək qeyd olunan vəsaitin əldə edildiyi və yalnız daxili təhlükəsizlik baş idarəsinin müdaxiləsindən sonra onun geri qaytardıqları qeyd edilmişdir. Əmrdən də görünmüşdür ki, ittiham olunduğu əmələ görə o, 190 manat pulu nə almadığı, nə də büdcədən adına köçürülmədiyi halda onun əmək müqaviləsinə xıtam verilmiş, lakin həmin məbləği almış və sonradan büdcəyə qaytarmış əməkdaşlara hazırkı əmrlə töhmət verilmişdir. Bugünədək işə götürən tərəfindən ona nə əmrin rəsmi surəti, nə də son haqq hesabı ödənilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh iddiaya dair etirazını təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmış dır ki, iddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq, dövlət tərəfindən koronovirus pandemiyası ilə bağlı işsiz vətəndaşlara verilən 190 manat birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixində şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə qeydiyyatdan keçmiş, qeyd olunan halla bağlı araşdırma başlanılmış, 15.04.2020-ci il tarixində iddiaçı ilə izahat işləri aparılmışdır. O, izahatında müraciətin səhvən qeydə alındığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı yaranmış vəziyyətdən suiistifadə etməyə çalışmış, öz hərəkətinin nəticəsinin qarşını almaq əvəzinə məsuliyyətdən boyun qaçırmış və bununla da o, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız bəhrəl ənmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol vermişdir. Həmin hərəkətləri ilə iddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidmət intizam” Qaydalarının 4.3, 4.8, 4.9, 4.11 və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2 və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı öz hərəkətləri ilə vergilər nazirinin 09.12.2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini pozmuş və bununla da vergi orqanının nüfuzuna ziyan vurmuşdur. İddiaçı 24.04.2020-ci il t arixindən 27.04.2020-ci il tarixinədək ambulator qaydada müalicə aldığını və bu barədə iş yerinə məlumat verdiyini bildirsə də, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində keçirdiyi xəstəliklə bağlı vergi orqanına hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Aparılan xidməti araşdırma nəticəsində vergi orqanının əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 əməkdaşına avtomatik olaraq birdəfəlik yardımın təyin edildiyi, onlardan 7 əməkdaşın müvafiq poçt şöbələrinə yaxınlaşaraq həmin yardımı aldıqları müəyyən edilmişdir. Ancaq vergi orqanının 7 əməkdaşının həmin yardımı almaq üçün özlərinin və ya ailə üzvlərinin müraciət etdiyi müəyyən edilmiş və onlardan 3 əməkdaşın dövlət qulluqçusu (rütbəl i şəxs) olduğu aşkar edilmişdir ki, həmin şəxslər tutduqları vəzifədən azad olunmuşdurlar. Qeyd olunan halda diferensial yanaşmanın səbəbi həmin şəxslərin ali savadlı vəzifəli şəxslər olması və ən əsası öz iradə ifadələri ilə müraciət etmələri olmuşdur. Bununla yanaşı, iddiaçı 24.04.2020-ci il tarixli əmrin surətinin ona təqdim olunmadığını və son haqqhesabın ödənilmədiyini bildirsə də, 01.05.2020-ci il tarixində iddiaçı ilə təhvil-təslim işləri aparılmış, müvafiq əmr ona elan edilmiş, son haqq-hesab hesablanmış və müvafiq məbləğ bank hesabına köçürülmüşdür.

6. Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmay a görə əmək haqqının hesablanması tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli 2-1(112)-1579/2021 nömrəli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilmiş, cavabdehin **********452400 nömrəli, 24.04.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və 24.04.2020-ci il tarixindən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ö dənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh inzibati orqan tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76cı maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmr iddiaçıya münasibətdə qanunsuz və əsassızdır.

9. Cavabdeh həmin qərar və qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 21(103)-2016/2021 nömrəli qərarına əsasən (sədrlik edən Səadət Bəktaşi, hakimlər Azər Hüseynov və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli 2-1(112)-1579/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə iddianın mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Müddətin bərpası barədə qərardaddan verilmiş şikayətə münasibətdə isə qeyd edilmişdir ki, hazırkı iş üzrə prosessual müddət onun təqsiri olmadan buraxıldığından inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardadı qanuni və əsaslı olmuşdur.

12. Məhkəmə qərarı cavabdehə 30.08.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 27.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il ta rixli, 2-1(103)-2016/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə prosessual müddəti bərpa edən birinci instansiya məhkəməsi iddiaçının vəkil vasitəsilə təmsil edildiyini nəzərə almamış və prosessual müddətin buraxılmasının iddiaçının prosessual hüquqi biliklərinin olmaması səbəbindən, yəni onun təqsiri olmadan baş verdiyini hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşaraq qeyd olunan əsası təkrarlamış və öz növbəsində prosessual normanın əhəmiyyətli dərəcədə pozuntusuna yol vermişdir. İddiaçını peşəkar hüquqi xidmət göstər ən vəkil təmsil etdiyi halda məhkəmə aidiyyətinin pozulmasını, nəticədə isə iddia müddətinin ötürülməsini vətəndaşın hüquqi biliklərinin olmaması ilə əlaqələndirmək qətiyyən düzgün deyildir.

15. Bakı İnzibati məhkəməsinin 28.04.2021-ci il tarixli 2-1(112)-1579/2021 nömrəli qərarı ilə birlikdə prosessual müddətin bərpası barədə həmin məhkəmənin 16.03.2021-ci il tarixli 2-1(112)-1579/2021 nömrəli qərardadından da tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsinə nəzər saldıqda məlum olmuşdur ki, həmin məhkəmə tərəfindən yalnız Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-1579/2021 nömrəli yekun qərarından verilmiş apellyasiya şikayətinə münasibət bildirilmişdir. Başqa sözlə, yekun qərarla birlikdə 16.03.2021 -ci il tarixli 2-1(112)-1579/2021 nömrəli qərardaddan verilən apellyasiya şikayətinə baxılmanın nəticəsi barədə qərar qəbul edilməmişdir.

16. İddianın mahiyyətinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmri qəbul edilən tarixədək, o cümlədən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən 24.04.2020-27.04.2020-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Müvafiq xəstəlik vərəqəsi ilk dəfə iddiaçı tərəfindən məhkəmə baxışı zamanı iş üzrə dəlil qismində təqdim edilmişdir. Başqa sözlə, qeyd olunan sənədin və əmək qabiliyyətini müvəqqəti itirməsinə dair məlumatın işəgötürənə təqdim edilməsi barədə hər hansı sü but iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

17. Məhkəmənin istinad etdiyi normaların tətbiqi zamanı işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi barədə işəgötürəni məlumatlandırıb-məlumatlandırmaması nəzərə alınmalıdır. Əks halda, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə məlumata malik olmayan işəgötürən tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsində müəyyən edilən məhdudiyyət öz əhəmiyyətini itirmiş olur. Başqa sözlə, iddiaçının qərəzli şəkildə yol verdiyi hərəkətsizliyi nəticəsində qeyd olunan normaların tətbiqi mümkün olmamışdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlarda ziddiyyətli məqamların mövcudluğunu nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmadan qəra r qəbul etmişdir.

18. İddiaçı bir tərəfdən 23.04.2020-ci il tarixində səhhəti pisləşdiyi üçün işdən icazə alaraq evə getdiyini bildirmiş, digər tərəfdən isə 20.04.2020-02.05.2020-ci il tarixlərində koronovirus xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq distant üsulla (evdən) “ZOOM” proqramı vasitəsilə keçirilmiş onlayn təlimdə iş yerinə gəlmədən iştirak etmişdir. İddiaçı xəstəlik vərəqəsini 27.04.2020-ci il tarixində işə çıxdığı gün belə iş yeri üzrə təqdim etməsə də, məhkəmələr bu halı nəzərə almamışdır. İddiaçının mövqeyinə görə o, xəstəlik vərəqəsini verməyə cəhd etmiş, lakin ondan həmin vərəqəni qəbul edən olmamışdır. Halbuki, iddiaçı mübahisələndirilən əmrin qəbul edilməsindən sonra dəfələrlə vergi orqanına müxtəlif məzmunlu məktubla ünvanlamış, lakin həmin müraciətlə rdə xəstəlik vərəqəsinin mövcudluğuna toxunmamış və həmin vərəqəni müraciətlərinə əlavə etməmişdir. Başqa sözlə, iddiaçının hər bir halda xəstəlik vərəqəsini rəsmi poçt göndərişi vasitəsi ilə göndərmək imkanı olmuş, o isə bunu etmədiyindən xəstəlik vərəqəsinin mövcudluğu barədə inzibati orqan ilk dəfə olaraq Yasamal Rayon Məhkəməsində gedən məhkəmə baxışı zamanı məlumat əldə etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(103)-2016/2021 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının e-sosial.az saytında qeydiyyatdan k eçməsi ilə əlaqədar cavabdeh tərəfindən araşdırma aparılmış və 15.04.2020-ci il tarixində izahatı alınmış, ona müraciətinin etibarsız sayılması barədə ƏƏSMN-yə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin izahatdan sonra elə həmin gün iddiaçı qaynar xətlə əlaqə saxlayaraq məlumat vermək istəmiş, lakin telefonlarına cavab verilmədiyindən o, 17.04.2020-ci il tarixində həmin orqana teleqram vuraraq müraciətinin etibarsız sayılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmrində göstərilmişdir ki, ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 nəfər əməkdaşa avtomatik olaraq birdəfəlik yardım təyin edilmiş, bunlardan 7 nəfər əməkdaş müvafiq poçt şöbələrinə gedərək qeyd edilən vəsaiti əldə etmiş və yaln ız daxili Təhlükəsizlik Baş İdarəsinin müdaxiləsindən sonra geri qaytarmışlar. Həmin pulu alan 7 nəfər əməkdaşın hər birinə mübahisələndirdiyi əmrlə töhmət verilmiş, həmin 190 manat birdəfəlik yardımı nə almadığı, nə də hesabına köçürülmədiyi halda isə onu işdən çıxarmışlar. Cavabdeh orqanın hərəkətləri Əmək Məcəlləsinin 73, 76, 188.2, 300-cü maddələrinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. c. Tərəflərin mülahizələri

20. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

21. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

22. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadı ğını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-) ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

24. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəng i pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

25. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq a ltı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi

27. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

28. Azərbaycan Respublikasının 12.06.2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

29. Həmi n Əsasnamənin 76-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

30. Həmin Əsasnamənin 80-ci maddəsinə əsasən vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

31. Həmin Əsasnamənin xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir.

32. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

33. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

35. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh tərəfindən 19.12.2019-cu il tarixində Vergilər Nazirliyinin X1 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Cavabdehin daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı iddiaçının faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq 190 manat birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixində müraciət etməsi müəyyən edilmiş və bununla bağlı 15.04.2020-ci il tarixində iddiaçının izahatı alınmışdır. İddiaçı izahatında müraciəti qardaşı ilə bağlı etməsini, 190 manat almaq üçün müraciət etmək fik rində olmamasını bildirmişdir. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsində işin araşdırılmış hallarından görünür ki, 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmuşdur.

40. Məhkəmələr tərəfindən iddiaçının tələbi təmin olunaraq cavabdeh inzibati orqanın 24.04.2020-ci il tarixli, **********452400 nö mrəli əmri İddiaçı aid hissədə ləğv edilsə də, cavabdeh məhkəmələrin mövqeyini əsassız hesab edir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr prosessual müddətin ötürülməsi və iddiaçının əmək qabiliyyətinin olması məsələlərinə hüquqi qiymət verərkən səhvə yol vermişdir.

41. İlk növbədə, prosessual müddətin ötürülməsi ilə bağlı kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı cavabdehin dəlillərinə hüquqi qiymət vermiş və öz mövqeyini qərarında qeyd etmişdir. Cavabdeh iddia edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual müddətin ötürülməsinin üzrlü sayılması barədə qərardaddan verilmiş şikayətə qiymət verməmişdir. Lakin məhkəmə öz qərarında qeyd etmişdir ki, işə apellyasiya instansiyası mə hkəməsi tərəfindən baxılarkən iddiaçının prosessual müddəti üzrlü səbəbdən ötürdüyü müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 24.04.2020ci il tarixində qəbul edilmişdir. İddiaçı həmin aktın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə 11.05.2020-ci il tarixində (1 ay ərzində) ilkin olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2853/2020 nömrəli 21.05.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilmiş və hazırlıq iclasına təyin edilmişdir. Sonradan cavabdehin vəsatəti əsasında Yasamal Rayon Məhkəmənin 2(004)-2853/2020 nömrəli 27.08.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılması əsas göstə rilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Daha sonra iddiaçı tərəfindən verilmiş hazırkı iddia ərizəsi 02.09.2020-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı tərəfindən hazırki iş üzrə prosessual müddət onun təqsiri olmadan buraxıldığından inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(112)-1579/2021 nömrəli qərardadı qanuni və əsaslı olmuşdur.

42. İddianın mahiyyəti ilə bağlı kassatorun dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işə məhkəmə lər tərəfindən baxılarkən 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmuşdur.

43. Göründüyü kimi, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh inzibati orqan tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasən vergi orqanını n vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir (bax: hazırkı qərarın 27-ci və 29-cu bəndləri).

44. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri iddiaçıya münasibətdə əsassız və qanunsuzdur. Məhkəmələr haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir.

45. Hazırkı qərarın 32-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğun u sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(103)-2016/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 21(103)-2016/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar