Məhkəmə qərarları › İş №2-1(102)-2161/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2161/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2161/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(103)1656/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyun 2021-ci il tarixli, **********016300 nömrəli qərarına əsasən 1-ci rüb 2021-ci il hesabat dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 21.025,33 manat hesablanmışdır

2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 sentyabr 2021-ci il tarixli, **********285800 nömrəli qərarına əsasən 2-ci rüb 2021-ci il hesabat dövrü üzrə vergi orqanı tərəfindən ap arılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.411,30 manat hesablanmışdır.

3. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi Ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir, Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( ƏƏSMN ) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən 2021-ci ilin 1-ci rübünün aktiv əmək müqavilələrinin və əmək haqqı məbləğlərinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübünün işçi sayında və əmək haqqı məbləğlərində azalma müşahidə edilmişdir. Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müd dəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Məktubda qeyd olunan məsələlərə dair hər hansı sualı olarsa, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin müvafiq struktur bölmələri ilə əlaqə saxlaya bilər.

4. İşdə olan vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış təqdim edilmişdir. Həmin çıxarışda fiziki şəxslərin adları və müqavilələrinin bağlanma tarixləri və hazırki statusları göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 20296,6 manat sosial sığorta borcunun onun şəxs i vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ona yəni, İddiaçı 01 iyun 2021-ci il tarixli qərarla 21025 manat və 09 sentyabr 2021-ci il tarixli qərarla isə 8411,3 manat borc məbləğinin hesablanmasına dair qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir müddətdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu yaxınlarda ona bəlli olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 20296.6 manat borc yazılmışdır. Həmin borcdan 832,39 manatı işsizlikdən sığorta fonduna ödənilməli olan borcdur. O, fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə daim əməl etmiş, vergi, sosial sığorta və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin borcun hansı işçilərə və hansı hesabat əsasında ona yazılması bəlli deyil. Bununla bağlı müraciət etsə də, bu halın onun tərəfindən sübut edilməli olduğunu bildirmişlər. Göstərilən əsaslarla razı olmamaqla bildirmək istəyir ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü onun üzərinə qoyur. Bu isə qanunvericiliyin tələblərinə tamamilə ziddir. Qeyd etmək istəyir ki, hesablanmış borcun hansı əsaslarla hesabla nması ona bəlli deyil. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilən borc məbləğinin haradan yaranması, hansı dövrü əhatə etməsi, borc məbləğinin əsas və ya pensiya borcu olması ona məlum deyil. Halbuki onun sığorta haqqı üzrə heç bir borcu yoxdur, hesabatları, ödəmələri vaxtı vaxtında həyata keçirdiyi halda cavabdeh əsassız olaraq onun bir sıra hüquqlarını, öhdəliklərini həyata keçirməyə maneçilik törədir, şirkətin maraqlarını və qanuni mənafelərini ciddi şəkildə pozur, bu, müəssisədə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyinin əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********249300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tə ləb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 21025 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli **********016300 nömrəli 'Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.

9. Həmçinin bildirilmişdir ki, aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********541800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər, sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hes abında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 8411,3 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.

10. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisin dən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən 2021-ci ilin 1-ci rübünün aktiv əmək müqavilələrinin və əmək haqqı məbləğlərinin mövcud olmasına baxmayara q, 2021-ci ilin 2-ci rübünün işçi sayında və əmək haqqı məbləğlərində azalma müşahidə edilmiş və kameral vergi yoxlamaları ilə əlavə olaraq hesablama aparılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, sözügedən qərarların qəbul edilməsinə əsas olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və qərarın qəbul edilməsinə əsas olmuş işin faktiki halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin halları təkzib edən hər-hansı sübut isə iddiaçı tərəfindən məhkəmə icraatına təqdim edilə bilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasi ya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1656/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) K assasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə kameral yoxlama aparılması barədə mənim tərəfimdən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi vərəqəsi, dövlət torpaq sahələrinin icarəsi üçün vərəqə, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi, icbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsi-bəyannamələr məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sübutlar tədqiq edilməmişdir. Həmin sübutlarla təsdiq edilir ki, mənim ödənilməmiş heç bir vergi borcum olmamış, cavabdeh tərəfindən vergilər əsassız olaraq hesablanmışdır.

18. Şikayət olunan məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, mənim tərəfindən təqdim edilmiş sübutlara münasibət bildirilməmiş, həmin sübutlar məhkəm ə tərəfindən tədqiq edilməmişdir. Hesab edirik ki, məhkəmə həmin bəyannamələr əsasında vergilərin hesablanması üçün ekspertiza təyin etməli və ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək iş üzrə qərar çıxarmalı idi.

19. Cavabdeh tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında heç bir məktub göndərilməmiş, heç bir zəruri sənəd tələb edilməmişdir. İş materiallarında olan "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktubdan görünür ki, həmin məktubun kimə və ya hansı vergi ödəyicisinə ünvanlandığı məlum deyildir. Belə ki, məktub yalnız formal olaraq sübut qismində məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə həmin sübutun kimə ünvanlandığını yoxlamamışdır. Həmin məktub iş üzrə ona ünvanlanmış mə ktub deyildir.

20. Bundan əlavə, iş materiallarında olan həmin məktubdan görünür ki, məktub elektron üsulla göndərilmiş formatda deyildir. Bu səbəbdən Vergi Məcəlləsinin 70.2-1.2-ci maddəsinə əsasən məktub mənim ünvanıma poçt vasitəsilə göndərilməli idi. Lakin cavabdeh tərəfindən mənim ünvanıma məktub göndərilməsi barədə heç bir poçt qəbzi təqdim edilməmişdir.

21. Buna görə də cavabdehin Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergiləri hesablanması qanunsuz hesab edilməli və xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar ləğv edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi analoji işlər üzrə qərarlarında belə mövqe ifadə etmişdir ki, vergi orqanının vergi Ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, mək tub və ya digər sənədlərin (onların surətləri) vergi ödəyicisinə çatdırılması və vergi ödəyicisı tərəfindən alınmasını təsdiq edən sübutlar olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2151/2021 saylı, xx.xx.2021-ci il tarixli vergi qanunvericiliyi xx.xx.2021-ci il tarixli **********016300 nömrəli və xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli qərarlar qəbul edilərkən həmin qərarların, həmçinin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktubun iddiaçının hüquqi ünvanına sifarişli məktubla çatdırılmasını və ya şəxsən təqdim olunmasını nəzərdə tutmuşdur. Hazırkı işdə cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 21190***-*******0 nömrəli və xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli qərarların və "kameral vergi yoxlaması üçü n zəruri olan sənədlərin tələb edilməsi barədə" məktubun Vergi Məcəlləsinin 70.2-ci maddəsində müəyyən edilən qaydada mənə çatdırılması və tərəfindən alınmasını təsdiq edən sübut mövcud olmamışdır. Bu səbəbdən hesab edirik ki, şikayət olunan qərar qanunsuzdur və qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə şikayət olunan qərarı qəbul edən zaman inzibati prosessual qanunvericiliyin tələblərini pozmuş, yalnız cavabdeh tərəfindən təqdim edilmiş sübutları tədqiq etmiş və onlara hüquqi qiymət vermiş, iddiaçının təqdim etdiyi İnternet Vergi İdarəsində iddiaçıya məxsus elektron kabinetdən əldə edilmiş vergilər üzrə vərəqə, dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi, icbari tibbi sığorta üzrə şəxsi hesa b vərəqəsi məhkəmə iclasında tədqiq edilməmiş və qiymətləndirilməmişdir. Halbuki, həmin sübutlar iddiaçının ödənilməmiş heç bir vergi borcunun olmadığını təsdiq edən zəruri sübutlar olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçı istinad etdiyi dəlilin, yəni zəruri sənədin onda olmasının təsdiqi kimi həmin sənədləri nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ər izə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya gen iş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə tam və hərtərəfli araşdırılmamış, işin düzgün həll edilməsi üçün lazım olan sübutlar tələb edilməmiş və tədqiq edilməmişdir.

29. Halbuki İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Məlum olduğu kimi, hazırkı mübahisənin predmetini iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən qəbul edilmiş iddiaçıya 21025 manat vergi məbləğinin hesablanması barədə 01 iyun 2021-ci il tarixli və 8411,3 manat vergi məbləğinin hesablanması barədə 09 sentyabr 2021-ci il tarixli qərarlarının ləğv edilməsi təşkil edir.

31. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işdə olan (iş səh.13) cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********016300 saylı 01 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “bəyannamə və hesabat dövrü: 1-ci rüb 221”.

32. Həmin qərarda həmçinin yazılmışdır ki, “bəyannamə və hesabat növü: muzdlu işlə əlaqədar ödəmə mənbəyində t utulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat).”

33. Yəni, kameral vergi yoxlaması yuxarıda göstərilmiş 4 (dörd) növ vergi və məcburi dövlət ödənişləri üzrə keçirilmiş və sözügedən qərarda iddiaçının 21.025,33 manat məbləğində borcu hesablanmış lakin həmin borcun hansı 4 növ vergi və məcburi ödənişlər üzrə hesablanması ayrıca olaraq qeyd edilməmişdir.

34. Digər tərəfdən, cavabdehin adıçəkilən kameral vergi yoxlaması qərarından göründüyü kimi, iddiaçının təqdim etdiyi bəyannamədə borcun olmaması, yəni 0,00 manat göstərilmişdir.

35. Belə olan halda apellyasiya məhkəməsi iddiaçıdan, onun tərəfindən bəyannamənin verilib-verilməməsini aydınlaşdırmalı idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.

36. Bununla yanaşı qeyd edilməlidir ki, işin 12-ci səhifəsində olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********285800 saylı xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “bəyannamə və hesabat dövrü: 2-ci rüb 2021”.

37. Həmçinin həmin qərardakı bəyannamə və hesabat növü 1 iyun 2021-ci il tarixli qərarında olan vergi və məcburi dövlət ödənişləri ilə eynidir, yəni 4 (dörd) növdən ibarətdir.

38. Lakin sözügedən qərarda iddiaçının borcu vergi və məcburi dövlət ödənişləri üzrə 8.411,30 manat olaraq yazılsa da, 1 iyun 2021-ci il tarixli kameral vergi yoxlaması qərarında da olduğu kimi, sözügedən 4 (dörd) növ üzrə ayrıca olaraq açıqlanmamışdır.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumiyyətlə, onun dövlət büdcəsinə borcun olm aması barədə mövqeyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınaraq adıçəkilən vergi və məcburi dövlət ödənişlərinə dair 4 (dörd) növü üzrə araşdırılma aparılmalı və həmin məsələ tam və hərtərəfli tədqiq edilməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.

40. Bununla yanaşı iddiaçı sözügedən məsələ ilə bağlı hətta ekspertiza təyin edilməsini də xahiş etmiş, lakin apellyasiya məhkəməsi buna formal yanaşaraq, münasibət bildirməmişdir.

41. Halbuki adıçəkilən 4 (dörd) növ vergi və məcburi dövlət ödənişlərinin məbləğləri üzrə 1 (muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi), 2 (məcburi dövlət sosial sığorta), 3 (işsizlikdən sığorta) və 4 (icbari tibbi sığorta haqları ayrı-ayrılıqda işçilərinə dair aylara müvafiq olaraq hesablama barədə açıqlama olması zəruridir və bu açıqlama t əqdim edilməlidir.

42. Apellyasiya məhkəməsi bu məlumatları aldıqdan sonra iddiaçının real öhdəliklərini müəyyən etməlidir.

43. Çünki, bu öhdəliklər verilən bəyannamə üzrə hər bir işçi üçün hər hansı təqvim ayında əldə etdiyi gəlirə münasib olaraq hesablanır və nəticədə işəgötürənin (iddiaçının) öhdəliyini müəyyən edir.

44. Lakin apellyasiya məhkəməsi bunu etməyib, öz qərarında yazmışdır ki, “Sözügedən qərarların qəbul edilməsinə əsas olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və qərarın qəbul edilməsinə əsas olmuş işin faktiki halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.”

45. Beləliklə apellyasiya məhkəməsi hazırkı inzibati mübahisənin həll edilməsinə səthi və formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1656/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar