Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2176/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: dövlət qulluqçusunun vəzifədən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və hüquqi yardım üzrə vəkil xərcinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08. 2021-ci il tarixli, 2-1(103)-1514/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20.05.2020-ci il tarixli **********0 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı 20.05.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla 24.05.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 20.05.2020-ci il tarixli, **********0 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı dövlət qulluğuna bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ondan vəkilə hüquqi yardım üçün ödədiyi 500 manat məbləğində pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2016-cı ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Astara Rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda inzibati vəzifə kateqoriyası üzrə baş məsləhətçi təyin olunmuşdur. 2 il ərzində həmin fondda işləmiş, 2018-ci ilin sentyabrında 3-də yeni rəhbər təsdiq olunduqdan s onra, sonuncu ona qarşı qərəzlik etməyə başlasa da o, öz vəzifələrini layiqincə icra etməyə çalışmışdır. Lakin bəzi hallarda ondan asılı olmayan səbəblərdən problemlərlə rastlaşmışdır. Belə ki, yoxlamağa getdiyi ailələrin ailə tərkibi və sayı, ümumiyyətlə, yoxlanılacaq ailələr barədə rəhbərliyin yaratdığı maneəlerdən asılı olaraq heç bir məlumatı olmurdu. Belə halların birində iddiaçı yoxlamada olduğu zaman özünü təmsilçi kimi təqdim edən qadından şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin qadın vəsiqənin özündə olmadığını bildirmişdir. Qadın iddiaçıya ailənin 4 nəfərdən ibarət olduğu və bir uşağın talessemiya xəstəsi olduğu barədə məlumat vermişdir. İddiaçı ona təqdim olunmuş məlumatları aktda qeyd etmiş, vətəndaşın nə müayinə zamanı, nə də sonradan heç bir şikayəti və vətəndaşdan heç bir tə minatı olmamışdır. Sonradan əldə etdiyi məlumatlara əsasən, şöbə rəhbəri X1 ondan nazirliyə təqdimat yazıb. Heç bir zaman şöbə müdirinin və sektor müdiri Elçin Məlikovun tapşırıqlarına laqeyd münasibət göstərməmiş, lakin dəfələrlə onu sektordan uzaqlaşdıracaqları barədə məlumat vermişdir. Çünki, vətəndaşlar tərəfindən ünvanlı sosial yardımla bağlı VEMTASA ötürülən müraciətlərin evlərdə müayinəsinin vaxtında icra olunmamasını onlara bildirmişdir. Onun əsas vəzifələrindən biri ünvanlı dövlət sosial yardımı üzrə ailələrin maddi-məişət şəraitlərinin sisteminin yoxlanmasıdır. Bir neçə dəfə iddiaçıdan təqdimat yazılmış, lakin onu vəzifəsindən kənarlaşdırmağa nail ola bilməmişlər. X DSMF-nin Astara rayon şöbəsinə vəzifəyə gəldikdən sonra 2019-cu ilin oktyabrda ondan təqdimat yazmışdır. Ona veri lmiş töhmətdə prosessual qaydalar ciddi şəkildə pozulmuşdur. 2020-ci ilin mayın 20-də nazir Sahil Babayevin **********0 əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Faktiki olaraq vəzifəsini yerinə yetirməyə maneə olmuş və onun səlahiyyətində olan başqa şəxsə həvalə etmişlər. Digər tərəfdən onun dövlət qulluğuna xitam verilməsi barədə əmr guya pozuntu etdiyinə əsas olan hal kimi nəzərdə tutulmuş hadisədən 7 ay sonra verilmişdir ki, bu da Qanunun tələblərinə ziddir.
4. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 15.05.2020-ci il tarixli **********4 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, Fondun Astara r ayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi İddiaçı ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşların maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı ciddi nöqsanlara yol vermişdir. iddiaçı vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildiyi üçün işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərur ət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiqinə mane olmur. Bununla bağlı iddaçının yazılı izahatı alınmışdır. Beləliklə, cavabdehin əmri qanuni və əsaslıdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1098/2021 nömrəli 09.02.2021-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia ərizəsi rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, ünvanlı sosial yardım ilə bağlı vətəndaşın maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmış və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktd a qeyd etmişdir. Həmin hadisə aşkar edildiyi vaxtdan (22.10.2019cu il) 1 ay keçməmiş xidməti araşdırma başlanmış (07.11.2019-cu il), xidməti araşdırma yekunlaşdıqdan sonra 15.05.2020-ci il tarixdə DSMF-nin direktoru Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xidməti məruzə ünvanlamış və 20.05.2020-ci il tarixində sözügedən əmr qəbul edilmişdir. Beləliklə, cavabdehi əmri qanuni və əsaslı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 21(103)-1514/2021 nömrəli qərarına əsasən (sədrlik edən Cahangir Yusifov, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsin in 2-1(112)-1098/2021 nömrəli 09.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərarı iddiaçıya 23.08.2021-ci il tarixində təqdim edilmişdir.
11. İddiaçı 22.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-1514/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatda olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Lakin nə 20.05.2020-ci il tarixli əmrdə, nə də birinci instansiya məhkəməsinin qərarında iddiaçıya nə üçün ağır intizam tənbehinin verilməsi əsaslandırılmamışdır.
13. İddiaçının faktiki olaraq öz vəzifəsini yerinə yetirməsinə maneə olmuş və onun səlahiyyətində olan iş i başqa şəxsə həvalə etmişlər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. Digər tərəfdən iddiaçının dövlət qulluğuna xitam verilməsi barədə əmr guya onun pozuntu etdiyinə əsas olan hal kimi nəzərdə tutulmuş hadisədən 7 ay sonra verilmişdir ki, bu da Qanunun tələblərinə ziddir.
14. Azərbaycan Respublikası Prezidentinin 24.06.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.9-cu yar ımbəndinə əsasən fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Qanun isə xidməti yoxlamanı dövlət orqanının rəhbərinin aparmasına yol verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərinin belə bir səlahiyyəti olmuş olsa idi, şəxsin dövlət qulluğundan azad edilməsi barədə əmri də özü qəbul etməli idi. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda isə belə bir qayda mövcud deyil. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təq dim etməmişdir. c. Tərəflərin mülahizələri
16. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
17. Cavabdeh işə yazılı qaydada baxılmasına etiraz edərək işə cavabdehin nümayəndəsinin iştirakı ilə şifahi baxılmasını xahiş etmişdir.
18. Ali Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 96.4-cü maddəsinə əsasən məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Hazırkı iş üzrə isə qeyd edilən əsaslar olmadığından məhkəmə kollegiyası işə yazılı məhkəmə icraatı qaydasında b axılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
20. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-) 25.2.6. dövlət qulluğundan azad edilməsi.
21. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəm adi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
22. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiy yətləri hüdudunda onları qərəzsiz həll etməli; (-) 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
23. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 24. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirm əyə borcludur.
25. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
26. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
27. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir
28. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı barəsində ən ağır intizam tənbehi tətbiq edilmiş, belə intizam tənbehinin tətbiq edilməsi səbəbləri əsaslandırılmamışdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
36. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, əmək funksiyalar ının icrasında yol verildiyi nöqsanlara görə iddiaçıya töhmət verilmiş, əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdirinin 18.10.2018-ci il tarixli **********8 nömrəli və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun 19.10.2018-ci il tarixli **********5 nömrəli məktubu qeyd edilmişdir.
37. Daha sonra isə iddiaçı yenidən dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, ünvanlı sosial yardım ilə bağlı vətəndaşın maddiməişət şəraitinin müayinəsinin keçirilməsi zamanı müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmış və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktda qeyd etmişdir.
38. Hazırkı qərarın 21-ci bəndində göstəri lən normanın məzmunundan görünür ki, vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə dövlət qulluqçusu barəsində dövlət qulluğundan azad etmə növündə intizam tənbeh tədbiri tətbiq oluna bilər.
39. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçının vətəndaşın maddi-məişət şəraitinin müayinəsi zamanı yol verdiyi pozuntu, həmin vətəndaşın təkrar maddi-məişət şəraitinin yoxlanılması zamanı-22.10.2019-cu il tarixində aşkar edilmiş, Dövlət Sosial Müdafiə Fondunun direktorunun 07.11.2020-ci il tarixli **********2 saylı Əmri ilə iddiaçının xidməti fəaliyyətinin araşdırılması başlanılmış, DSMF-nun Astara rayon şöbəsinin 24.12.2019-cu il tarixli əmri ilə növbəti məzuniyyətə buraxılmış, xidməti araşdırma çərçivəsində iddiaçıdan və DSMF-nin Astara rayon şöbəsi nin Sosial yardım və müavinətlər sektorunun müdirindən izahatlar alınmış, xidməti araşdırmanın nəticəsində Fondun direktorunun xidməti məruzəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli 20.05.2020-ci il tarixli iddiaçının dövlət qulluğuna xitam verilməsi haqqında əmri ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, barəsində danışılan hadisə aşkar edildiyi vaxtdan (22.10.2019-cu il) 1 ay keçməmiş xidməti araşdırma başlanılmış (07.11.2019-cu il), xidməti araşdırma müddəti Qanunun tələb etdiyi 1 aylıq müddətə daxil edilmir. Xidməti araşdırma yekunlaşdıqdan sonra 15.05.2020-ci il tarixdə DSMF-nin direktoru Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xidməti məruzə ün vanlamış və 20.05.2020-ci il tarixində iddiaçının mübahisələndirdiyi əmr qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən əmri qəbul edərkən 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə əməl etmişdir.
40. Kassatorun DSMF-nin xidməti araşdırma aparmaq səlahiyyətinin olmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil apellyasiya şikayətində də qeyd edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 24.06.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqın da Əsasnamə”nin 5.6.9-cu yarımbəndinə əsasən Fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Belə olan halda, DSMF-nin yerli orqanı sayılan Astara rayon Şöbəsinin əməkdaşı barədə xidməti araşdırma aparmaqda DSMF səlahiyyətli olmuşdur.
41. Hazırkı qərarın 28-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)1514/2021 nömrəli qərarı də yişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 21(103)-1514/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.