Məhkəmə qərarları › İş №2-1(102)-2201/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2201/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2201/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; işin hallarının lazımi qaydada araşdırılmaması; ekspert rəyinin mötəbərliyi; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; sonradan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmənin mümkünlüyü; hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-928/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışa əsasən X3 verilmiş 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinə verilmiş üzvlük kitabçası və bütün sənədlərin ləğv olunması, "xxxx" Bağçılıq cəmiyyətində hal-hazırda istifadəsiz qalmış 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinin İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. 2. 318 nömrəli bağçının üzvlük kitabçasına əsasən İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 31 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən "xxxx" bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağç ılıq cəmiyyəti bağından sahəsi 1.000 kv.m olan 297, 298 nömrəli bağ sahəsi 05 aprel 1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.

3. İddiaçı ayrılmış (üzvlük kitabçası 318) Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 297, 298 nömrəli bağ sahəsinin planı tərtib edilmişdir.

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən olan “297”, “298” saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 oktyabr 2021 -ci il tarixli, **********24 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir. Həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasə n İddiaçı tərəfindən göstərilən bağ sahəsinin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtin a edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı, 27 oktyabr 1987-ci il tarixli qərarı ilə "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli çıxarışa əsasən "xxxx" Bağ massivində hazırda istifadəsiz qalmış Əzizbəyov rayonu Dübəndi bağ massivində yerləşən 12.05 ha torpaq sahəsi göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 1/2 cənub küçəsində 297 və 298 saylı bağ sahələri ayrılmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya "xxxx" Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmadığı, təqdim edilən protokoldan çıxarışın düzgün tərtib edilmədiyi, idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə "xxxx" Bağçılıq yoldaş lıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumatın mövcud olduğu, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman bağ sahəsində mərzçəkmə və hasarlanma işlərinin aparılmadığının müəyyən olunduğu, göstərilən bağ sahəsinin ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşdiyi bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 141.1, 141.2, 157.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2-ci maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız hesab eləmişdir.

8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında eyni dəlilləri təkrarlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 28 apre l 2022-ci il tarixli qərardadı əsasında təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 10/3322 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaq GPS aləti vasitəsi ilə koordinatları qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir (həmin koordinatlar ekspert rəyində göstərilmişdir); Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür; Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsinin ərazisi "xxxx" bağçılıq-bostançılıq (yoldaşlıq təsərrüfatı) cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktı ərazisinə düşür.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 04 avqust 2022-ci il tarixli, **********99 nömrəli məktubda göstərilmişdir ki, İdarənin arxiv əsaslarında iddiaçının adına "xxxx" bağçılıq yoldaşlıq birliyi nəzdində, Dübəndi bağ massivində yerləşən 297, 298 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir; sözügedən bağ sahəsi dövlət reyesrtində qeydiyyatdan keçmədiyi üçün göstərilən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi və sahələrin sənəd üzrə üst-üstə düşməsini müəyyənləşdirmək mümkü n olmamışdır; mövcud vəziyyətdə iddia olunan torpaq sahəsi Dübəndi bağlar massivində yerləşən "xxxx" kollektiv bağçılığın təsdiq olunmuş Ayrıc Aktının hüdudlarından kənarda yerləşir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə, həmin bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

13. Cavabdeh həmin qərar dan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onları təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barəd ə dəlili qəbul edilmir, ona görə ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzluqla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz.

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

17. Cavabdeh kassasiya şikayətində imtina məktubunda və iddi a tələbinə qarşı verdiyi etirazdakı dəlilləri və işin hallarını təkrarlamış, əlavə olaraq isə qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi dövründə mütəxəssis rəyinin verilməsi üçün “X4 və Ekspertiza Mərkəzi” MMC-yə tamamilə fərqli ərazi göstərmiş, məhkəmə isə araşdırmanı sonradan göstərilən yer üzrə aparmışdır. Halbuki, növbəti göstərilən yer inzibati icraat çərçivəsində iddiaçı tərəfindən İdarənin mütəxəssislərinə göstərilməmiş, həmin yer üzrə müvafiq araşdırma aparılmamışdır (iddiaçının fərqli ərazilər göstərməsi ilə bağlı sübut olaraq ortofoto görüntüsü kassasiya şikayətinə qoşma edilir). Yuxarıda sadalanan hallardan göründüyü kimi birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsə rrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak b arəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Mülki Prosessual Məcəllə Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəl lənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağ a borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 82-ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün İPM-in 96.5.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə nail olmaqdır.

26. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanu nun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə üzvlərin iclasının protokolundan çıxarışa və onun əsasında verilmiş üzvlük kitabçasına istinad etmişdir.

27. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövc udluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir.

28. Bunu müəyyən etmək üçün isə aşağıdakı səbəblərə görə işin halları üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmamış zəruri əlavə araşdırmaya və qiymətləndirməyə ehtiyac vardır.

29. Belə ki, ilkin olaraq nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən bağ sahəsinə dair hüquq müəyyənedici sənəd qismində istinad etdiyi "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarış və onun əsasında tərtib edilmiş üzvlük kitabçası cavabdeh orqan tərəfindən qanunsuz hesab edilməklə müvafiq hüquq müəyyənedici sənədlər kimi qəbul edilməmiş, onların düzgün tərtib olunmadığı göstərilmişdir. Cavabdeh sənədlərin qanunsuzl uğu ilə bağlı mövqeyini onunla əsaslandırır ki, "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır, təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir, həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur.

30. Cavabdehin etirazının dəlilləri nəzərə alındığında bu o anlama gəlir ki, iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim olunan sənədlərin mötəbərliyi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş işin hallarının obyektiv araşdırılmasına dair normanın tələblərinə görə, ilk növbədə, məhz inzibati orqanda sözügedən sənədlərin mötəbərliyi ilə bağlı məsələ lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə icraatı zamanı aparılan araşdırma isə inzibati orqanı tamamilə əvəz edəcək formada deyil, İPM-in 58.6-cı maddəsinə əsasən inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında olmalıdır. Bu mənada, apellyasiya məhkəməsinin bu məsələ üzrə araşdırması və ondan irəli gələn qiymətləndirməsi İPM-in 12 və 82-ci maddələrinin tələblərinə zidd olmaqla, yetərli və qəbul edilən hesab oluna bilməz.

31. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər.

32. Bu mənada, iddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi protokoldan çıxarışdan müəyyən olunur ki, ona ayrılan torpaq sahəsi daha əvvəl bağçılıq tərəfindən X3 verilmiş 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsi olmuşdur. Lakin cavabdeh orqan tərəfin dən birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim olunmuş "xxxx" bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısında 59-cu sırada Şıxıyev Rəfailin adı qeyd olunmuş və ona 15-ci cənub küçəsindəki 281-ci bağın verildiyi göstərilmişdir. Bundan başqa, "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı, 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışda X1 ərizəsi əsasında sözügedən bağ sahəsinin iddiaçıya verildiyi göstərilsə də, iş materialları üzrə belə bir ərizə də müəyyən olunmur.

33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilkin üzvlərin siyahısında olmamış, özünün də bildirdiyi kimi sonradan siyahıda daxil edilmişdir, odur ki, iddiaçının üzvlərin siyahısına sonradan daxil edilməsinin qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən ara şdırılmalı və buna hüquqi qiymət verilməli idi.

34. İş materiallarındakı bağçılığa aid sənədlərdən həmçinin görünür ki, X3 ayrılan sahənin ünvanı və nömrəsi fərqlidir. Digər tərəfdən, 297 və 298 nömrəli bağlar bir neçə müxtəlif küçədə göstərilmiş və fərqli şəxslərə verilmişdir. "xxxx" Bağçılıq Bostançılıq Cəmiyyətində isə ümumiyyətlə, 1/2 Cənub küçəsinin olduğu bəlli deyil.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə cavabdehin dəlili də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır.

36. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçıl ıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Hazırki işdə apellyasiya məhkəməsi bu qaydada davranmamışdır.

37. Mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işd əki digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ekspert rəyi aparılmış tədqiqata əsaslanmalı, qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyi müstəqil aparılmış tədqiqata əsaslanmadıqda, kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənlər eynilə təkrarlanmaqla nəticəyə gəlindikdə, məhkəmələr həmin ekspert rəyinin mötəbərliyi və sübut kimi nəzərə alınması məsələsini müzakirə etməlidirlər. Bu zaman, həm də, xüsusi bilik tələb olunan məsələ üzrə kommersiya hüquqi şəxsin mütəxəssisi tərəfindən rəy verilməsinin qanunvericiliklə yol verilənliyi diqqətə alınmalıdır.

38. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsin in bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır.

39. Hazırki işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən halın araşdırılması üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 10/3322 nömrəli ekspert rəyini qərar çıxararkən mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi də bununla razılaşmışdır. Lakin həmin ekspert rəyi “X4 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyində göstərilənlərin eynilə təkrarlanmasına əsaslanır. Rəyin özündə də mütəxəssis rəyinə əsaslanıldığı göstərilir.

40. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi ekspert rəyinin mötəbərliyini və sübut kimi nəzərə alınmasının mümkünlüyünü lazımi qaydada müzakirə etməmişdir. Əvvəla, həmin rəy tamamilə kommersiya hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənləri təkrarlayır. Kommersiya hüquqi şəxsi tərəfindən belə bir rəyin verilməsinin mümkünlüyünə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməli idi. Digər tərəfdən isə, ekspert in müstəqil tədqiqat apardığı da müəyyən olunmur. Xüsusən də, tədqiqat zamanı cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alındığı görünmür. Bu hal ona görə əhəmiyyətlidir ki, cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşməsini bildirir. Belə olan halda, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Qeyd edilən məsələ həm də ona görə vacibdir ki, iddiaçı bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir və belə iddia o halda təmin edilə bilər ki, sahənin bağçılığa ay rılmış ərazinin daxilində yerləşməsi müəyyən edilmiş olsun.

41. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin protokoldan çıxarışın "xxxx" bağçılıq-bostançılıq cəmiyyəti tərəfindən deyil, X5 Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilməsi və həmin cəmiyyət kommersiya təşkilatı hesab olunduğundan onun belə bir səlahiyyətinin olmadığı ilə bağlı dəlili üzrə də araşdırma və qiymətləndirmə aparmamış, bununla da, İPM-in 87.8-ci maddəsinin pozuntusuna yol vermişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

43. Yuxarıda göstəril ənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar