Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2212/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ torpaq sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinə (bundan sonra cavabdeh) qarşı “istifadəsində olan Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-810/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 üzvlərinin xx.xx.1999-cu il, 8 saylı protokolundan Çıxarışa əsasən X3 məxsus olan, sahəsi 600 kv.m olan 93 saylı bağ sahəsi Bağçılığın nizamnaməsinə uyğun olaraq qohumu iddiaçıya verilmişdir.
2. X16 İşləri İdarəsi tərəfindən verilmiş 73 nömrəli orderlə Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi iddiaçıya verilmişdir. “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır. Torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi vardır. Bağçılıq yoldaşlığın bölgü eskizi təqdim edilmədiyindən bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Faktiki sahənin koordinatları əlavə olunmuşdur.
3. İddiaçı cavabdehə bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli imtina məktubları ilə sözügedən bağ sahəsinin digər fiziki şəxsin adına dövl ət reyestrindən qeydiyyatdan keçməsinə, bağ sahəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməsinə istinad edərək iddiaçının müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Nəriman Nərimanov adına NQÇ X8 Komitəsinin x xxxxxxx 1999-cu il tarixli 8 saylı protokoluna əsasən baldızı X2 razılığı əsasında ona Korgöz qəsəbəsində b ağçılıq üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan 93 saylı bağ sahəsi həmin tarixli 73 nömrəli orderlə ona verilmişdir. Həmin bağ sahəsində fərdi ev tikmiş və faktiki ailəsi ilə orada yaşayır. Onun adına olan həmin qanuni bağ sənədlərini iyun 2018-ci ildə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir ki, bağ sahəsini dövlət reyestrində qeydiyyata alıb ona mülkiyyətinə dair çıxarış versinlər. Cavabdeh xx xxxx 2018-ci il tarixli məktubla bağ sahəsinə çıxarış verməkdən imtina etmişdir. Tamamilə qanunazidd və əsassız olan həmin imtinanı onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan order və ya protokoldan çıxarış ərizə ilə təqdim edilməmişdir. Eyni zamanda X5 üzvlərinin siyahısında iddiaçının adının olmadığı bildirilmişdir. Həmin araşdırma cava bdeh tərəfindən vətəndaşın tələbini qəsdən təmin etməmək üçün başdansovdu aparılmışdır. Belə ki, iddiaçının ərizə ilə təqdim etdiyi xx.xx.1999-cu il tarixli 8 saylı protokoldan çıxarışda açıq-aydın göstərilmişdir ki, həmin bağ sahəsi ilkin olaraq X1 üzvü olan baldızı X3 ayrılmış və onun razılığı əsasında adına sənədləşdirilmişdir. Ona görə də, siyahıda onun adının aşkar olunmaması təbiidir. Birdə ki, bağ sahəsinin özəlləşdirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə bağ sahəsi üçün verilmiş order kifayət etməlidir. Cavabdehin xx xxxx 2018-ci il tarixli məktubunda inzibati orqan olaraq qanunvericiliyin tələblərini qəsdən pozduğundan şübhələndiyi üçün təkrarən ərizə ilə müraciət etmişdir. Həmin ərizədə onların qanunvericiliyin tələblərini pozmalarını şərh etməsinə baxmayaraq yenidən xx.xx.2018-ci il tarixli məktubla bağ sahəsinə çıxarış verməkdən imtina etmişdir. Bu dəfə də onun adı siyahıda aşkar olunmadığı əsas götürülmüşdür. İnzibati orqan olan cavabdehin hərəkəti qanunsuzdur.
7. Cavabdehin iddiaya dair etirazının məzmunu imtina məktublarının məzmuna uyğun olmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-476/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Nəriman Nərimanov adın NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 üzvlərinin xx.xx.1999-cu il, 8 saylı protokolundan Çıxarışa və X16 İşləri İdarəsi tərəfindən verilmiş 73 nömrəli orderə əsasən Bakı şəhəri, Korgöz qəsəbəsində 600 kv.m torpaq sahəsində yerləşən “93” nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət re yestrində ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinasında istinad etdiyi, bağ sahəsinin digər fiziki şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçməsi halı, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə təkzib edilmiş, belə ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər fiziki şəxs olan X4 adına ayrılmış 93/182 saylı bağ evinin tikintisinə ayrılmış torpaq sahəsinin plan-ölçü sənədindəki döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. İddiaçının mübahisəli torpaq sahəsinə qanunda nəzərdə tutulmuş mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmasının mövcud olması zəruridir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, Elmira Eyvaz qızı və X9, 2-1(103)-810/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırki işdən görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar mövcuddur. Sənədlər digər bağçılıq yoldaşlığına aiddir və göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya verilmiş 73 nömrəli order X16 İşləri İdarəsi verilməsinə baxmayaraq həmin bağ sahəsinin iddiaçıya verilməsinə dair xx.xx.1999-cu il tarixli, 8 saylı protokoldan çıxarış isə N.Nərimanov adına NQÇİ Həmkarlar Komitəsinin X1 sədri tərəfindən təsdiq edilmişdir. Həmçinin, məhkəm əyə təqdim edilmiş sənədlər kserosurətdir və notarial qaydada təsdiq edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan və qanunun normalarında nəzərdə tutulmuş əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinasi qanuni və əsaslı olmuşdur.
13. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 üzvlərinin xx.xx.1999-cu il, 8 saylı protokolundan çıxarışa X16 İşləri İdarəsi tərəfindən verilmiş 73 nömrəli orderə əsasən Bakı şəhəri, Korgöz qəsəbəsində 600 kv.m torpaq sahəsində yerləşən 93 nömr əli bağ sahəsi iddiaçının istifadəsinə ayrılmışdır. İddiaçı tərəfindən həmin bağ sahəsində mişar daşları ilə hesablanmış, iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Cavabdehin imtinasında istinad etdiyi bağ sahəsinin digər fiziki şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçməsi halı isə işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə təkzib edilmişdir. Belə ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər fiziki şəxs olan X4 adına ayrılmış 93/182 saylı bağ evinin tikintisinə ayrılmış torpaq sahəsinin plan-ölçü sənədindəki döngə nöqtələrinin koordinatları ilə üstüstə düşmədiyi müəyyən edilmişdir.
15. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyat ı üçün kifayət hesab edir. Hazırki işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahəsinin onun istifadəsinə verilməsinə dair protokoldan çıxarış və orderi cavabdehə təqdim etmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən etirazda və imtinada mübahisəli bağ sahəsinə dair Qanunun 8-ci və 10-cu maddəsində qeyd edilən sənədlərin təqdim olunması (olunmaması) ilə bağlı iddiaçı heç bir etiraz bildirilməmiş, bağın iddiaçının istifadəsinə verilməsi haqqında protokoldan çıxarışın və orderin mötəbərliyini mübahisə etməmişdir. 16. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən “Vətəndaşların qanuni istifadəsində fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəkı bağların altında olan torpaqla qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq mülkiyyətinə verilir”. 17. “Torpaq islahatı haqqında” Qanuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə x xxxxxx 2008-ci il tarixli Qanuna əsasən “Torpaq islahatları haqqında” Qanunun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir”. 18. “Torpaq is lahatları haqqında” Qanunun 10-cu maddəsinin 4-cü abzasına əsasən “fərdi yaşayış evlərinin, həyətyanı sahələrinə bağların altından olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir”.
19. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq üçün torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmasının mövcud olması zəruridir.
20. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 65-ci maddəsinə də istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.
23. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X6 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarını nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilər inin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin:
1. Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: 2. (-)...
3. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.
24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 25. 2 dekabr 2020-ci il tari xə kimi məhkəmə kollegiyasına işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair etiraz daxil olmamışdır.
26. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzv lərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 28. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarə çiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10, 1-ci bənd. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 10, 2-ci bənd. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə. 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: (-); 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; (-). Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçini n tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
33. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, Nəriman Nərimanov adına NQÇ X8 Komitəsinin x xxxxxxx 1999-cu il tarixli 8 saylı protokoluna əsasən baldızı N.B.Muxtarovanın razılığı əsasında ona Korgöz qəsəbəsində bağçılıq üçün ayrılmış ümumi sahəsi 600 kv.m olan 93 saylı bağ sahəsi həmin tarixli 73 nömrəli orderlə ona verilmişdir. Həmin bağ sahəsində fərdi ev tikmiş və faktiki ailəsi ilə orada yaşayır.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. İddiaçı bağ torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün iki sənədə istinad etmişdir.
36. Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 üzvlərinin xx.xx.1999-cu il, 8 saylı protokolundan çıxarışdan görünür ki, B.N.Muxtarovaya məxsus sahəsi 600 kv.m olan 93 saylı bağ sahəsi Bağçılığın nizamnaməsinə uyğun olaraq qohumu İddiaçı verilmişdir. X16 X14 Yoldaşlığının verdiyi 73 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Korgöz qəsəbəsində yerləşən 93 saylı bağ sahəsi iddiaçıya verilmişdir.
37. Hər iki sənəddə müvafiq olaraq X5 üzvlərinin protokolundan çıxarışa və Bağç ılıq Yoldaşlığın orderinə istinad edilmişdir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə bağ torpaq sahəsinə hüququn qeydə alınması uçun əsas müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur.
39. Yəni, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollek tiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.
40. İddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə, o cümlədən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası istinad etməmişdir.
41. İddiaçının istinad etdiyi order müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilməmişdir.
42. İddiaçının istinad etdiyi x xxxxxxx 1999-cu il tarixli protokoldan çıxarış isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərini n iclasının protokolundan çıxarışdır.
43. Çıxarışın məzmunundan görünür ki, X5 üzvləri 7 nəfər iştirak etmiş, iddiaçı X5na üzv qəbul edilmiş, 600 kv.m olan 93 saylı bağ sahəsi bağçılıq nizamnaməsinə uyğun olaraq iddiaçıya verilmişdir.
44. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcud olduğundan, qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.
45. Apelyasiya məhkəməsi təqdim edilən sənədlərin kserosurət olmaqla notarial qaydada təsdiq edilmədiyini bildirsə də, işin 6-7-ci səhifəsində həmin sənədlər notariat qaydada təsdiq edilmişdir.
46. Cavabdeh etirazında iddiaçının iddia etdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Ə.S.Səlimovun adına qeydə alındığını bildir miş, birinci instansiya məhkəməsi tərəfindən Ə.S.Səlimov üçüncü şəxs kimi icraata cəlb edilmiş, apelyasiya məhkəməsi işə baxan zaman məhkəmə iclasında onun iştirakını təmin etməmiş, hər hansı səbəb göstərmədən məhkəmə iclasının vaxtı və yeri barədə ona bildiriş göndərməmişdir.
47. İPM-in 92.0.3-cü maddəsinə görə belə halda məhkəmə qərarı kasasiya qaydasında mütləq ləğv olunmalıdır.
48. Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üçüncü şəxsin dinlənilmə hüququnun təmin edilməsi üçün yeni məhkəmə baxışına göndərilməli, iddiaçının istinad etdiyi torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi araşdırılıb nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
49. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələ blərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
50. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
51. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-810/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.