Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2213/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya icraatına xitam verilməsi; şikayətin geri götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 202 2-ci il tarixli 21(103)-2258/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının qanuni nümayəndəsi X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/20 22 saylı, 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2258/2022 nömrəli qərarına əsasən (hakimlər H.Ü.Həmidov, R.Ə.Eyvazov, C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-3677/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçıya “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3677/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh kassasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmiş və həmin ərizənin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
10. İPM-in 97.2-ci maddəsinin tələbinə görə, sifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə sifahi məhkəmə baxışı keçirilməmişdir və kassasiya şikayətinin geri götürülməsi barədə cavabdehin ərizəsi məzmun baxımından istinad olunan normaların tələblərinə uyğundur.
12. Eyni zamanda kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, İPM-in 97.3 -cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə kassasiya icraatına xitam verilir.