Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2221/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikasının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb i-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikasının iştirakı ilə) qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1099/2021 nömrəli iş üzrə 02.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı sağ gözündə 3% görmə ilə əlaqədar olaraq Bakı şəhəri 8 saylı poliklinikaya “088” nömrəli forma alınmasına dair müraciət etmiş, poliklinika həmin formanı dolduraraq iddiaçıya əlillik dərəcəsi verilməsi üçün “088” nömrəli formanı cavabdehə göndərmişdir.
2. Cavabdehin iddiaçıya ünvanlandığı 14.10.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, “müəyyən olunmuşdur ki, sizin əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019-cu il tarixə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Siz Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar verilibdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikasının iştirakı ilə) iddiaçının adına olan 30.07.2019-cu il tarixli 2709003AACD4 nömrəli forma 088 göndərişin qəbul edilməsi və həmin göndərişə əsasən iddiaçıya düşən 3-cü dərəcəli əlillik təyin olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (bundan sonra mətndə birinci instansiya məhkəməsi).
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağ gözündə 3% görmə ilə Bakı şəhəri 8 saylı poliklinikaya 088 nömrəli forma təmin edilməsi ilə əlaqədar müraciət etmiş, poliklinika 088 nömrəli formanı dolduraraq əlil liyin təyin edilməsi məqsədi ilə 088 nömrəli formanı cavabdehə göndərmiş, lakin cavabdeh qanunsuz imtina vermişdir, imtinanın səbəbləri: forma 088-in natamam doldurulması, ixtisslaşdırılmış müayinələrə və müalicəyə ehtiyac vardır. Sonradan özü birbaşa cavabdehə müraciət etsə də, alınan rəsmi cavabda sualları rəsmi cavabsız qaldığından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Birinci instansiya məhkəməsinin 06.08.2020-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 397/KES saylı ekspert rəyinə görə əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 nömrəli şəhər poliklinikasında İddiaçı adına 30.07.2009-cu il tarixli gönd əriş düzgün tərtib edilmiş, İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuş, İddiaçı mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliiyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambliopiya əmələ gəlmişdir.
6. Birinci instansiya məhkəməsinin 15.12.2020-ci il tarixli, 2-1(112)3484/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddiaçının iddia tələbinin təmin edilməsi, iddiaçı xx.xx.1986-cı ildə Ağsu şəhərində doğulmuş İddiaçı üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 30.07.2019-cu il tarixli 2709003AAC4D4 nömrə li forma 88 göndərişi əsasında üçüncü qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara almışdır.
7. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş 397 KEŞ saylı 16 oktyabr 2020-ci il tarixli rəyə, iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş AR Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliy in və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na istinad etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 15.12.2020-ci il tarixli, 2-1(112)-3484/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1099/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Vüsalə Baxışova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 15.12.2020-ci il tarixli, 2-1(112)-3484/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 30.07.2019-cu il tarixli 2709003AACD4 nömrəli forma 088 göndərişin qəbul edilməsi və həmin göndərişə əsasən iddiaçıya 3-cü dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsa snamə”nin (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi dövrdə qüvvədə olmuşdur) 1.4, 4.1-ci bəndlərinə, AR Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.2, 1.3-cü bəndləinə, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 1.6, 2.1-ci bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrinə, İPM-in 1.2, 14.3, 33.1, 73-cü maddələrinə, MPM-in 81-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı mübahisə əliilliyin təyini, yəni inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən ol unma ilə əlaqədardır (İPM-in 73.3.2-ci maddəsi). Bu halda isə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, həm əvvəl qüvvədə olan “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”, həm də hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq, şəxsin əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Başqa sözlə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin (iş üzrə üçüncü şəxs 8 nömrəli şəhər poliklinikası) həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komis siyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında (Forma 088) daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Lakin cavabdeh konkret hallara istinad edərək, göndərişin tam və düzgün doldurulmadığını bildirir (göndərişdə iddiaçının səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir, müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir, diaqnozdan məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna b ilər). Demək ki, qanunvericilik əlilliyin tibb müəssisələrinin göndərişi əsasında aparılmasını, əlilliyin qiymətləndirilməsinin isə məhz bu göndəriş əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsini imperativ qaydada tələb etdiyindən, məhkəmə də qərar qəbul edərkən bu iradəni rəhbər tutmalıdır. Yəni, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişi qiymətləndirərək, əlilliyi təyin etmək səlahiyyəti TSEK-lərə verildiyindən, sonuncular da bu qiymətləndirməni yalnız sözügedən göndərişlər əsasında həyata keçirə bildiyindən, digər sənədlər, hətta ekspert rəyləri adıçəkilən sənədləri əvəz edə bilməz.
11. İddiaçı apellyasiya məhkəməsinin qərarının surətini 28.07.2021-ci il tarixdə almış, apellyasiya məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadla dövlət hesabına vəkillə təmin edilmiş, 01.10.2021-ci il tarixdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbu edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbini rədd edən zaman göndərişin (Forma 088 arayışının) düzgün və tam doldurulmadığına istinad etmişdir. Bununla əlaqədar qeyd edilməsi zəruridir ki, hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nö mrəli şəhər Poliklinikası tərəfindən verilmiş göndəriş vərəqəsinin (Forma 088 Arayışı) nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formadır və həmin göndəriş forması nümunədə göstərilən qaydada tam olaraq doldurulmuşdur. İş materiallarına əlavə edilmiş və AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş etiraz ərizəsində də göndərişin düzgün doldurulması faktı öz əksini tapmışdır. Bununla bağlı qeyd edilməsi zəruridir ki, göndəriş forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən ol unması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir, (hazırda ləğv edilmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinə dair qərarının 2.5-ci bəndinə əsasən göndəriş forması bu qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişafı proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün tərtib edilir. Hazırkı iş üzrə apellyasiya instansiyası tərəfindən qərar qəbul edilən zaman göndərişin natamam doldurulmasına dair cavabdehin etirazı əsaslı hesab edilsə də, məhkəmə qanunvericiliyin tətbiqi zamanı yanlışlığa yol verərək, göndəriş təqdim edilməsi zamanı qüvvədə olmuş normaları yox, ondan sonra qüvvəyə minmiş normaları əsas götürmüşdür. Halbuki səhiyyə müəssisəsi tərəfindən verilmiş gönd əriş 30.07.2019-cu il tarixdə olmuş, həmin tarixdə isə hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları mövcud olmuşdur.
13. Səhiyyə müəssisəsi tərəfindən göndərilmiş Forma 88-də, habelə qiymətləndirmə rəyində də qeyd olunmuşdur ki, əsas diaqnoz “Monkulyar korluqdur. ODastiqmatizm, ambliopiya, Vis.ODO.G3 k/e (yüzdə üç),Vİs.OS-0.9 (onda doqquz), ağırlaşma kimi isə “Astiqamtizm OD mürəkkəb hipermetropik astiqmatizm” və ‘‘Ağırlaşmış katarakta, OD-fəsadlı yetişməmiş katarakta”dır. Hazırki iş üzrə həmin qüvvədən düşmüş qaydaların 2.2-ci bəndinin tətbiqi onunla səciyyələnir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də qəbul ed ilmiş və X1 tərəfindən təsdiqlənmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nın “Görmə pozğunluqları və korluq” adlı bölməsinin H54.4 alt bölməsinə əsasən Monokulyar korluq Bir gözün 3, 4, 5-ci dərəcəli və digər gözün 0, 1, 2 və ya 9-cu dərəcəli görmə pozğunluğudur. Həmin hissənin qeyd hissəsinə əsasən H54 rubrikasında görmə qabiliyyətinin pozulması termininə görmə qabiliyyətində zəif və ya sıfır pozulma hallarında 0 dərəcə, görmə qabiliyyətinin orta dərəcədə pozulması hallarında 1-ci dərəcə, ciddi görmə pozuntuları hallarında 2-ci dərəcə, korluq hallarında 3-cü, 4-cü və 5-ci dərəcələr və tam korluğa görə 9-cu dərəcə daxildir. Əvvəlki buraxılışda istifadə olunmuş “Zəif görmə” termini 1-ci və 2-ci dərəcələr ilə əvəz olunmuşdur ki, zəif görmə ilə əlaqə dar müalicəyə ehtiyacı olanlar ilə qarışıqlıq yaranmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.14-ci maddəsinə əsasən bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)t tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir. Qeyd edilənlərə əsasən məhkəmənin diqqətinə çatdırırıq ki, apellyasiya instansiyası tərəfindən Forma 88 göndərişinin natamam doldurulması müəyyən edilən zaman yanlışlığa yol verilmiş, göndərişin doldurulma anında mövcud olan qaydalar nəzərə alınmadan, ondan sonrakı dövrdə mövcud olan qaydalar əsas götürülmüş, “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında “monokulyar korluq”la bağlı nəzərdə tutulmuş əsaslar nəzərə alınmamış və nəticədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməmişdir ki, iddiaçının hüquqları pozulmuşdur. 14. “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının “Görmə pozğunluqları və korluq” adlı bölməsinin H54.4 alt bölməsində nəzərdə tutulmuş “monkulyar korluq” halı məhkəmə tərəfindən qiymətləndirilən zaman “göndəriş vərəqəsi”nin natamam doldurulması prizmasından deyil, mövcud vəziyyətin AR Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş təsnifatdaki hal əsas götürülməklə və buna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 2.5.14-cü bəndini əsas götürülməli idi. (hazırda həmin qərar qüvvədən düşmüşdür) Həmçinin apellyasiya instansiyası tərəfindən “göndərişin natamam” doldurulmasına dair cavabdehin etirazını əsas götürsə də, ümumiyyətlə müəyyən edilməmişdir ki, həmin göndəriş hazırda qüvvədən düşmüş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.16-cı bəndində nəzərdə tutulmuş müddətlərdə cavabdeh tərəfindən lazımı qaydada qiymətləndirilmişdirmi? Nəzərə alınması zəruridir ki, həmin Əsasnamənin 4.16-cı maddəsinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirməli və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul etməlidir. Hazırki göndəriş vərəqəsi 30.07.2019-cu il tarixində göndərilsə də, TSEK tərəfindən qiymətləndirmə 5 (beş) iş günü sonra həyata keçirilmiş və buna müvafiq olaraq yalnız 06.08.2019-cu il tarixində imtina verilmişdir.
15. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdeh özü həmin qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə nəzərə alınması zəruridir ki, yalnız göndərişin natamam doldurulması faktına istinadən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi məhkəmənin ədalətli qərar qəbul edilməsi ilə xarakterizə oluna bilməz. Göndərişin natamam doldurulması ilə bağlı cavabdehin etirazına uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza həyata keçirilmiş və ekspertiza idarəsi tərəfindən göndərişin düzgün doldurulması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası tərəfindən ekspertiza rəyini nəzərə almaması və buna uyğun olaraq məhkəmə qətnaməsi qəbul etməsi həqiqəti əks etdirmir və ləğv edilərək iddia tələbinin təmin edilməsi zərurətini ortaya çıxarır.
16. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də, apellyasiya instansiyası tərəfindən ekspert rəyinin əsas götürülməməsi qeyrimüəyyəndir. Nəzərə alınması zəruridir ki, birinci instansiyasının ekspertiza təyin edilən zaman ekspert qarşısında hazırkı iş üzrə konkret suallar qoymuş və buna uyğun olaraq ekspert tərəfindən tam və dolğun cavablandırılmışdır. Hazırkı iş üzrə apellyasiya instansiyası iddiaçının iddia tələbini rədd edən zaman ekspert rəyinin əsassızlığını tam müəyyən etməmiş, ‘'ekspert rəyinin” “səhiyyə müəssisənin göndərişi”ni və “göndərişin qiymə tləndirilməsi”ni əvəz edə bilməyəcəyi ilə kifayətlənmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilən zaman ekspert qarşısında konkret olaraq suallar qoyulmuş və göndərişin tam doldurulub-doldurulmaması, diaqnozu təsdiqləyən müayinələrin tam aparılıb-aparılmamasını və iddiaçıya əllilik dərəcəsinin təyini üçün onun ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyacı olub-olmamasını müəyyən edilməsi ilə bağlı 06.08.2020-ci il tarixində 2-1(112)-3484/2020 saylı qərardad qəbul etmişdir. Qərardadın icrası olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 X2 tərəfindən 01.09.2020-ci il - 16.10.2020-ci il tarixləri arasında ekspertiza keçirilmiş və buna dair 397/KEŞ saylı ekspert rəyi verilmişdir. Ekspert rə yinin nəticə hissəsinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 №-li şəhər poliklinikasında Gülnar Novruzovun adına 30.07.2019-cu il tarixli göndərişin düzgün tərtib edilməsi, aparılmış müayinələrin ona təyin edilmiş diaqnoza uyğun olması əks olunmuş, eyni zamanda sağ gözündə büllur bulanması-anadangəlmə kataraktanın olması müəyyən edilmişdir ki, cərahhiyə əməliyyatının icra olunması halında belə, xəstədə görmə itiliyinin artmayacağı öz əksini tapmışdır. Sonuncu hal onunla əsaslandırılmışdır ki, göz tam tənbəlləşmiş və dərin ambliopiya əmələ gəlmişdir.
17. Məhkəmə tərəfindən AR İPM-nin 73.3.2-ci maddəsinə istinadən iddia tələbini rədd etsə də, burada nəzərə alınmalı olan iddiaçının hüququnun mövcud olmaması deyil, iddiaçının hüququ nun təmin olunması üçün zəruri olan göndərişin natamamam doldurulması ilə bağlıdır ki, həmin göndərişin natamam doldurulubdoldurulmaması ilə bağlı ekspertizanın rəyi mövcuddur ki, həmin rəy göndərişin natamam doldurulmadığını təsdiq edir. Hər nə qədər cavabdeh göndərişin natamam doldurulduğuna istinad etsə də, bu halı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.2-ci bəndi ilə deyil, göndərişin verilməsindən sonraki tarixdə yani 2020-ci ilin yanvar ayında qüvvəyə minmiş qaydalara əsasən dəyərləndirmişdir ki, bu hal vətəndaşın hüquqlarının pozulması ilə səciyyələnir.
18. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 02.07.2021-ci il tarixli, 2-1(103)-1099/2021 nömrəli qərarının ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
19. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. «İnzibati icraat haqqında» Qanun: Maddə
20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai v ə ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə
22. İşə baxılmasında qərəzsizlik 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Maddə
23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Maddə
24. İşin hallarının obyektiv araşdı rılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət d airəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə
25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. 25.4. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına istifadə edə bilməz. 25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur. 25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.7. Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər. 25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 25.9. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada haqq müəyyən oluna bilər. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya mar aqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə
29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi 29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. 29.2. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. Maddə
31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması 31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. 31.2. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. 31.3. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur. Maddə
32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qan unun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublik asının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. [13] 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. 32.5. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. 32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur. Maddə
33. Ərizənin səlahiyyətl i inzibati orqana göndərilməsi 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. 33.3. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. 33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Maddə
45. İnzibati icraatda sübutlar 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan is tifadə oluna bilər. 45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə
51. İnzibati icraat haqqında xəbərdar etmə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borc ludur. 51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. 51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. 51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Maddə
52. İnzibati icraatın müddəti 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqın da qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddət i 90 gündən çox ola bilməz.
21. Mülki Prosessual Məcəllə: Maddə 101-1. İşdə iştirak edən şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. 101-1.2. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir. 101-1.3. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
22. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplə rə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal x ətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surət i tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.4. Zəruri hallarda sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayanadək, sübutların araşdırılmasını səlahiyyətli hakim qismində m əhkəmə tərkibinin üzvlərindən birinə həvalə edə bilər. 58.5. Zəruri hallarda məhkəmə, aydınlaşdırılması zəruri olan konkret halları göstərməklə, sübutların araşdırılması və ya toplanılması üçün başqa məhkəməyə müraciət edə bilər. 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. [43] 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Mə hkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən, həmçinin işin faktiki halları tam və hərtərəfli araşdırılmadığından və əlavə sübutlar tələb olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv edilməlidir.
26. Belə ki, işin 12-ci səhifəsində olan cavabdehin iddiaçıya ünvanlandığı 14.10.2019-cu il tarixli imtina cavabında yazılır ki, “müəyyən olunmuşdur ki, sizin əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin 2709003AACD4 saylı göndərişi əsasında 06.08.2019cu il tarixə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir”.
27. Əvvəla məlum deyil ki, həmin qərar kim tərəfində n verilmişdir.
28. Digər tərəfdən göndərişin natamam doldurulması barədə cavabdehin qənaəti açıqlamamaqla yanaşı hansı hüquqi normalara görə verilməsi məlum deyil.
29. Apellyasiya məhkəməsi tərəfindən sözügedən məsələ ilə bağlı cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan 4-cü fəslinin müddəalarının tələblərinə uyğun olaraq ümumiyyətlə inzibati icraat aparılıbaparılmaması araşdırma predmeti olmamışdır.
30. Eyni zamanda işin 63-66-ci səhifələrində olan Dövlət ekspertinin verdiyi 397/KEŞ saylı rəsmi ekspert rəyinə əsasən sözügedən göndəriş düzgün tərtib edilmişdir.
31. Həmçinin həmin ekspert rəyinə görə İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuş və onun mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması anadangəlmə katar aktanın olduğu müəyyən edilmiş, bununla yanaşı ekspert rəyinə müvafiq olaraq cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambliopiya əmələ gəlmişdir.
32. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən ekspert rəyinə formal yanaşaraq, ekspert rəyi ilə hansı səbəbə görə razılaşmadığını məhkəmə qərarında əsaslandırmamışdır.
33. Digər tərəfdən qeyd edilməlidir ki, işin 41-45-ci səhifələrində olan Tibbi-Sosial Ekspert Komissiyasının 2709003AACD4 nömrəli göndərişdə olan iddiaçıya qoyulmuş diaqnoz AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin iddiaçıya üçüncü dərəcəli əlilliyin müddətsiz o laraq təyin edilməsi üçün 2.5.14-cü bəndinə uyğun olsa da, apellyasiya məhkəməsi bu məsləni araşdırmamış, nəzərə almamışdır.
34. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
35. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kasasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli və iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan kassasiya şikayəti qalan hissədə (iddiaçının iddiasının təmin olunması hissəsində) təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçını n kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il tarixli, 2-1(103)-1099/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.