Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-223/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 21(103)-1837/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı DSMF-nin Yasamal rayon şöbəsinin 17 iyun 2014-cü il tarixli qərarına əsasən pensiya təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il, həmçinin xx.xx.2006-xx.xx.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, əmək kitabçasında xx.x x.1992-xx.xx.1997-ci illərdə qeyd olunmuş müəssisələrin arxiv sənədləri saxlanılmadığından, həmin illərin sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir". İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında əksini tapmış xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il, həmçinin xx.xx.2006-xx.xx.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasın vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya stajı hesablanarkən xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi "Sparklinq Star" Səhmdar Cəmiyyətində baş direktor, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinə kimi isə həmin səhmdar səmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”ndə ("AzərSlov Steklo" B.M) direktor, həmçinin, xx.xx.2006xx.xx.2007-ci il dövründə "X3" şirkətində Sumqayıt şəhəri üzrə sahə rəisi vəzifəsində işlədiyi illərin də əmək stajına daxil edilmədiyi ona məlum olmuşdur. Bununla əlaqədar DSMF-ya ünvanladığı xx.xx.2020-ci il tarixili müraciətinə **********01 №-li, 02 dekabr 2020ci il tarixli məktubları ilə cavab da verilmişdir ki, Fondun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən guya xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubları ilə ona məlumat verilmişdir. xx.xx.2021-ci il tarixində cavabdehin (+994)50235 7103 mobil nömrəyə SMS ilə aşağıdakı mövzuda məlumat daxil olmuşdur: "xx.xx.2021-ci il tarixli etirazınıza baxılmışdır və bildiririk ki, əmək kitabçanızda xx.xx.1992-xx.xx.1997-ci illərdə qeyd olunmuş müəssisələrin arxiv sənədləri saxlanılmadığından, həmin illərin sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir". Halbuki, onun əmək kitabçasında 1975-ci ildən əmək fəalyyətinə başlaması qeyd olunmuşdur və öz ərizəsi ilə işdən çıxarkən, "Bakkondisioner" EİB-nin xx.xx.1992-ci il tarixli, 120 № li əmrində də qeyd olunmuşdur ki: "Уволен переводом в Акционерное Общество «Спаркинг Стар, по ст 36п 5КЗОТ Азерб.Республики с xx.xx.1992-года". Əmək fəaliyyətinin fasiləsiz davamı olaraq xx.xx.1992-xx.xx.1994-cü il dövründə “Sparklinq Star” SC-nin baş direktoru, xx.xx.1994xx.xx.1997-ci il dövründə həmin S.C-nin strukturunda fəaliyyət göstərən Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsinin ("AzerSlov Stekio" B.M-nin) baş direktoru vəzifəsində işləməsi də əmək kitabçasında öz əksini tapmışdır. Sonradan da əmək fəaliyyəti fasiləsiz davam etmişdir. “X3" şirkəti ilə bağlanmış xx.xx.2005-cı il tarixli əmək müqaviləsi şərtlərinə əsasən aylıq əmək haqqı məbləği 690,91 AZN (altı yüz doxsan manat doxsan bir qəpik) olmaqla, xx.xx.2006-cı il tarixindən şirkətin Sumqayıt şəhəri üzrə metal (polad) yığımı ilə əlaqədar sahə rəisi vəzifəsində fəaliyyət göstərmişdir.xx.xx.2007-ci il tarixində öz ərizəsi ilə könüllü olaraq işdən ayrılmışdır. xx.xx.2006-xx.xx.2007-cü il üzrə əmək fəaliyyəti əmək kitabçasında (aldadıldığı ona sonradan məlum olmuşdur) öz əksini tapmamışdır. Lakin 04 saylı, 31 iyul 20 06-cı il tarixli, 12 saylı, 12 sentyabr 2006-cı il tarixli, 14 saylı, 21 noyabr 2006-cı il tarixli müqavilələrə əsasən onun təmsilçiliyi ilə İQLİM BAİB-i arasında malmaterialların (qara metal yonqarı və qırıntısı) alınması və daşınması da onun tərəfindən təşkil olunmuşdur. Sahə rəisi vəzifəsində işlədiyi xx.xx.2006-xx.xx.2007-ci illərdə həm Bakı şəhəri, şəhər ətrafı ərazilərindən və həm də Sumqayıt şəhəri üzrə qara metal yonqarı və qırıntılarının yığılmsı, alınması, həmçinin də daşınması işləri ilə məşğul olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasına tələbinə dair müraciətinin müsbət həllinin mümkün olmamasınının səbəbi iddiaçının xx.xx.1992xx.xx.1994-cü illlərdə işlədyi " Sparklinq Star" Səhmdar Cəmiyyətinin, xx.xx.1994xx.xx.1997-ci illərdə Səhmdar Cəmiyytin strukturunda fəaliyyət göstərən “Şüşə məmulatları Sənaye İstehsalat müəssisəsi”nin ("AzərSlov Steklo" B.M) arxiv sənədlərinin saxlanılmaması ilə əlaqədar olmuşdur. Belə ki, həmin müəssisələrdə direktor vəzifəsində işlədyi əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənəd (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) tapılmadığına xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “X3” şirkətində işlədiyi dövrlər üzrə heç bir sosial sığorta ödənişləri edilməmiş və məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat aşkar olunmamışdır. Buna görə də həmin dövrlərin onun sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunv ericiliyin tələblərinə uyğun deyildir.
7. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1077/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova ) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 1992-1997-ci illərdəki əmək fəaliyyəti digər sənədlərlə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın həmin müddətlərı sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslıdır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1837/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.M.Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş,İddiaçının əmək kitabçası üzrə xx.xx.1992xx.xx.1994 və xx.xx.1994 - xx.xx.1997 dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia tələinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********199300 №-li məktubda bildirilmişdir ki, “dövlət reyestrində "SPARKLİN STAR" Cəmiyyəti xx.xx.1993-ci il tarixdə 267 nömrə ilə (qeydiyyat şəhadətnaməsi və niizamnaməsi işə əlavə olunmuşdur) və "xxxx" Birgə Müəssisəsinin xx.xx.1993-cü il tarixdə 569 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.” (İş vərəqi 74-87).Ən azından, sözügedən məlumatların mövcudlğu isə onu deməyə əsas verir ki, iddiaçının rəhbəri olduğu adıçəkilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmişdir. Cavabdeh tərəfindən isə bütün bunlar nəzərə alınmamış, iddiaçının xey rinə olan hərtərəfli araşdırmadan yayınmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamış və “İnzibati İcraat” haqqında qanunun 24.3-cü, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci, İPM-nin 12.1-ci, 58.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı k assasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
21. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs.
18. Azərbaycan Respublikasının Nazir lər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1.1-ci bəndinin 1-ci yarımbəndi. əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kit abçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21.Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 19 (a) bəndində qeyd o lunan prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
24. Belə ki, iddiaçının dəqiqləşdirilmiş tələbi əmək kitabçasında əksini tapmış xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il, həmçinin xx.xx.2006xx.xx.2007-ci il dövrlərindəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasın vəzifəsinin cavabdehə həvalə edilməsidir.
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının xx.xx.1992 xx.xx.1994-cü il və xx.xx.1994 - xx.xx.1997-ci il dövrlərdəki əmək fəaliyyətini onun sığorta stajına daxil edilməsindən imtinasını əsassız saymış və iddia tələbini həmin hissədə təmin edərək, iddiaçının əmək kitabçası üzrə xx.xx.1 992 - xx.xx.1994 və xx.xx.1994 - xx.xx.1997 dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul etmişdir.Həmin qərardan iddiaçı tərəfdən kassasiya şikayəti verilməmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının xx.xx.1993 - xx.xx.1997-ci il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı mövqeyini əsaslı hesab edərək qeyd edir ki, «Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcbur i dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
27. İş materiallarından görünür ki, iddiaçıya ilkin pensiya təyinatı DSMF-nin Yasamal rayon şöbəsinin 17 iyun 2014-cü il tarixli qərarına əsas aparılmışdır.
28. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesa blanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin 1-ci yarımbəndi isə aşağıdakıları nəzərdə tutur: - əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədləri n mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
29. Qeyd edilən maddi normaların tələblərindən göründüyü kimi, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı sığorta olunanların iş stajı əmək kitabçasına əsasən hesablanır.
30. İddiaçının iş materiallarında olan xx.xx.1976-cı il tarixli ИТ-İ ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki: “-10-cu sıra qeydinə əsasən: xx.xx.1992ci ildə "xxxx" Səhmdar Cəmiyyətinə direktoru vəzifəsinə təyin edilmiş (əmr №2, 07.07.92.); - 11-ci sıra qeydinə əsasən; xx.xx.1994-cü il tarixində isə Azərbaycan-X1 baş direktoru vəzifəsinə keçirilmiş (əmr №4, xx.x x.1994);- 12-ci sıra qeydinə əsasən: xx.xx.1997-ci il tarixində isə həmin vəzifəsindən “MP “Erkin” müəssisəsinə köçürülməklə azad edilmişdir. (əmr № 34, xx.xx.1997) Bununla yanaşı apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Səhmdar Cəmiyyəti xx.xx.1993-cü ildən Azərbaycan-X2 isə xx.xx.1993-cü il tarixdən hüquqi şəxs kimi müvafiq qaydada qeydə alınıblar.
31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddiaçının xx.xx.1993 xx.xx.1997-ci il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya instnasiyası məhkəməsinin iddiaçının "xxxx" Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində işlədiyi xx.xx.1992 - xx.xx.1994-cü il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilm əsi ilə bağlı mövqeyini qismən əsaslı sayaraq aşağıdakıları qeyd edir:
33. İş materiallarından görünür ki, "Sparkinq Star" Səhmdar Cəmiyyətinin qeydiyyat tarixi ilə iddiaçının əmək kitabçasında həmin cəmiyyətdə işlədiyi dövrlərlə bağlı qeydlərdə uyğunsuzluq vardır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə onun xx.xx.1992 xx.xx.1994-cü illərdə "Sparkinq Star" Səhmdar Cəmiyyətində direktor vəzifəsində işlədiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********199300 №-li məktubda bildirilmişdir ki, “dövlət reyestrində "SPARKLİN STAR" Cəmiyyətinin xx.xx.1993-ci il tarixdə 267 nömrə ilə qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.”
34. Hazırkı qə rarın 15-17-ci bəndində istinad edilən hüquq normalarının tələbinə görə, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Eyni zamanda, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxsdir.
35. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, dövlət qeydiyyatına alınmamış müəssisə tərəfindən işə götürmə hüquqi cəhətdən mümkün deyildir. Yəni, hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmasa o, işəgötürən kimi işə işçi qəbul edə bilməz.
36. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və nə ticədə əsassız olaraq iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində işlədiyi xx.xx.1992 – xx.xx.1993-cü il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilməsi qənaətinə gəlmiş bununlada hazırkı qərarın “15-16“ bəndində qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətini qismən əsaslı hesab edir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının xx.xx.1992-xx.xx.1993-cü il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində ləğv edilməlidir.
40. İddia həmin hissədə rədd edilməlidir, kassasiya qalan hissədə təmin olunmamalıdır.
41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məh kəməsinin İnzibati kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 21(103)-1837/2022 tarixli qərarı iddiaçının xx.xx.1992-xx.xx.1993-cü il dövrlərində əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.