Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2237/2020 16.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X5 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə və Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1054/2020 nömrəli qərarından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cəfərova X6 Respublikası Dövlət Aqrar Universiteti tərəfindən onun adına verilmiş «AGU 000112» nömrəli, xx xxxx 2016-cı il tarixli diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edərək, diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
2. Təhsil Nazirliyi iddiaçının xahişini təmin etməmiş və ona yazılı cavab verərək bildirmişdir ki, X8 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBU L EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı imtinanın dəlilləri ilə razılaşmamış, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X8 Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, AUG 000112 nömrəli diplomun tanınması barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gürcüstan Aqrar Universiteti tərəfindən verilmiş AUG 000112 nömrəli, xx xxxx 2016-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, ona Gürcüstan Dövlət Aqrar Universitetinin xx xxxx 2005-ci il tarixli qərarı ilə X2 Pedaqoqika fakultəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi verilmişdi r. O, həmin diplom üzrə ixtisasının tanınması barədə xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx xxxx 2018-ci il tarixli, C-8311/03-ANİ saylı məktubu ilə tələbin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi qeyd edilmişdir ki, X8 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)3788/2018 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin sadalan halları ilə bağlı cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-173/2019 nömrəli qərarı ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzr ə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və bildirmişdir ki, Qaydaların tələbinə əsasən Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavr təhsili üçün ümumi normativ müddət ən azı 5 il müəyyən edilmişdir. İddiaçının təhsil müddəti həmin müddətdən bir il az olduğundan iddia rədd edilməlidir.
9. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102) 1880/2019 nömrəli qərarı ilə (hakimlər S.Hüseynova (sədrlik edən və məruzəçi), İ.Dadaşov və K.Bədəlov kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçının hansı formada təhsil aldığı və hansı tarixlərdə sərhədi keçib-keçmədiyi məhkəmə araşdırmasının predmetini təşkil etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğunun verilməsi üçün məhkəmə iclası təxirə salınmış və müvafiq sorğu verilmişdir. Lakin apelyasiya məhkəməsi apardığı araşdırmanı yekunlaşdırmayaraq yuxarıda göstərilmiş qaydada qiymət ləndirmə aparmaqla iddia tələbinin əsassız olduğunu bildirmişdir.
11. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2250/2019 nömrəli qərarı ilə (hakimlər K.Abiyeva (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3877/2018 saylı qərarı ləğv edilməiş, iş üzrə yeni qərarın qəbul edilməklə iddia təmin edilməmişdir.
12. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(102)-608/2020 nömrəli qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qə rarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən zamana görə qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 2001-2005-ci illəri əhatə etdiyi üçün həmin dövr qüvvədə olmuş qanunvericiliyin təhlili zəruri olmuşdur. Digər tərəfdən, iddiaçının qiyabi formada təhsil aldığı barədə işin halını hansı sübut əsasında apelyasiya məhkəməsinin müəyyən etdiyi aydın deyildir.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1054/2020 nömrəli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 15.1. Kassasiya şikayətində deyilir ki, İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki mübahisə artıq iki dəfə Ali Məhkəmənin icraatında olub. Lakin apelyasiya instansiyası Ali Məhkəmənin qərarlarında qeyd edilən göstərişləri araşdırmamışdır. Apelyasiya inst ansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “işin hallarının araşdırılması prinsipi” və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddənin tələbləri pozulmuşdur. 15.2. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən xx xxxx 2019-cu il tarixdə 2-1(102)-1880/19 saylı qərarında müəyyən edilmişdir ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 217 saylı qərarı ilə «Çoxpilləli ali təhsil sistemində «bakalavr» hazırlığı haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən, «Bakalavr» hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan asılı olaraq, 3,5-4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdiril ir və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və ekstemat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müddəanın mətnindən göründüyü kimi, bakalavr hazırlığının müddəti əyani təhsil formasına münasibətdə müəyyən edilmiş, qiyabi formada təhsil müddətinin həmin dövr qüvvədə olmuş hansı qanunvericiliklə tənzimlənməsi məsələsi açıq qalmışdır. 15.3. Lakin Apelyasiya instansiyası Ali Məhkəmənin Qərarlarında qeyd edilən bu göstərişləri araşdırmadan qeyd etmişdir ki, “işin yuxarıda qeyd olunan hallarına görə, cavabdeh inzibati orqanın imtinası iddiaçının təhsil aldığı dövrdə qüvvəyə minmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrif ıkasiyası) Qaydalarımın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş) tələblərinə uyğun olmuşdur”. Bu nəticəyə gəlmənin əsasları müəyyən edilməməişdir. 15.4. Bundan başqa Ali Məhkəmənin Qərarı ilə müəyyən edilmişdir ki, “İddiaçı qızma X8 Universitetinin xx xxxx 2005-ci il tarixli qərarı ilə X2 Pedaqogika fakültəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi verilmiş, 2006-cı ildə iddiaçı X4 daxil olaraq ikinci ali təhsil üzrə diplom almış və həmin diplom da yoxlanılaraq Dövlət nümunəli təsdiq edilmiş və iddiaçı Təhsil Nazirliyinin sistemində olan Şəmkir rayonu Y.Əsgərov adma Koltəhnəli kənd tam orta məktəbində 15 ildən çoxdur ki, ingilis dili fənni tədris edir, yəni, pedaqoji fəaliyyət göstərir. Beləliklə, Təhsil Nazirliyi idd iaçını sözügedən pedaqoji işə götürməklə, faktiki olaraq iddiaçının təhsil sənədlərini tanımışdır.” 15.5. İşin faktiki haları bundan ibarətdir ki, iddiaçı 2001-ci ildə X9 Təsərrüfatı Universitetinin X2 pedoqoji fakültəsinə daxil olmuşdur. 2005-ci ildə filologiya, ingilis dili ixtisası üzrə bakalavr tam kursunu bitirmişdir. X8 Universiteti tərəfindən bu təhsilini təsdiq edən diplom verilmişdir. 2006-cı ildə isə X4 daxil olaraq ikinci ali təhsil üzrə diplom almış və həmin diplom da yoxlanılaraq dövlət nümunəli olması təsdiq edilmişdir. Hazırda Şəmkir rayonu Y.Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində ingilis dili fənni tədris edir və bu məktəbdə 16 ildir pedoqoji fəaliyyət göstərir. 15.6. Gürcüstan Respublikasının Təhsil haqqında Qanununa əsasən 5 illik təhsil sistemi ümumiyyətlə ləğ v edilmiş, istər əyani, istərsə də qiyabi təhsil sistemi 4 illik müddətdə tədris edilir, kakin məhkəmə tərəfindən işin qeyd edilən halları araşdırılmadan əsasız olaraq araşdrıma aparılmadan Qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə etirazlar
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları 17.1. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 17.2. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir k i, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadı ldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (-)... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin. 17.3 Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qa ydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümükünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 17.4. Proses iştirakçıları (tərəflər və ya onların etibarnamə üzrə nümayəndələri) işə şifahi məhkəmə baxışında və ya şifahi dinləmələr keçirilmədən yazılı icraat qaydasında baxılmasına münasibət bildirməmişdir. İddiaçının vəkili məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Laki n vəkilin nümayəndə qismində səlahiyyəti barədə etibarnamə işə əlavə olunmamışdır. 17.5. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Təhsil haqqında” Qanun Maddə 1.0.43. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 27.4. xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanı 2.2. Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ix tisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə Respublikasının Nazirlər Kabineti həyata keçirir. tutulmuş vəzifələri Azərbaycan 20. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları “ 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. 2.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları» 2.1. Bakal avriat-ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir. 2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8 əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.15 yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il ta rixli, 217 saylı qərarı ilə təsdiq edilmiş “Çoxpilləli ali təhsil sistemində «bakalavr» hazırlığı haqqında Əsasnamə” 1.3. «Bakalavr» hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan asılı olaraq, 3,5-4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfində təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mahiyyəti üzrə düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, cavabdeh iddiaçının təqdim etdiyi diplom əsasında ixtisasının tanınmasından imtinanı onunla əsaslandırmışdır ki, X8 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür.
28. Apelyasiya məhkəməsi cavabdehin bu dəlilinin həqiqiliyini araşdırmış və Dövlət Sərhəd Xidmətinin iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli (qərarda bu tarix texniki səhvə yol verilərək 17 fevral qeyd olunmuşdur), 33/1162 saylı məktubuna əsasən müəyyən etmişdir ki, iddiaçının atası X3 xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2 002-ci ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-ü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək ölkə xaricinə giriş-çıxışı olmuşdur. İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
29. Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, 33/1162 saylı məktubunda həmçinin qeyd olunur ki, 2001-2003-cü il tarixlərdə yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının dövlət sərhədindən hərəkəti zamanı valideyninin şəxsiyyəti barədə məlumatları İAMAS-a qeyd olunmaqla dövlət sərhədindən buraxılırlar.
30. İşə baxmı ş apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx xxxxxx 1985ci il təvəllüdlü iddiaçının xx.xx.2003-cü ilədək yetkinlik yaşına çatmayan şəxs olması səbəbindən dövlət sərhədini valideyni ilə keçmə ehtimalı nəzərə alınsa belə, onun yetkinlik yaşına çatdıqdan sonrakı təhsil aldığı dövrü əhatə edən xx.xx.2003-cü il tarixdən 2005-ci ilədək Azərbaycan Respublikası dövlət sərhədindən keçməsi barədə hər hansı sənəd işin materiallarına əlavə edilməmişdir.
31. Məhkəmənin müəyyən etdiyi işin bu halı, iş materiallarına uyğundur. İddiaçının 2001-2003-cü illərdə təhsil aldığı ölkədə olması və təhsil alması inkar olunmasa belə, iddiaçının 2004-2005-ci illərdə təhsil aldığı ölkədə olub-olmaması faktı iş üzrə nəticəyə gəlmək üçün həlledici faktdır. Lakin bu fakt təsdiq olunmur. İddiaçının özü tərəfi ndən bu barədə sübut təqdim olunmur.
32. Buna görə də Azərbaycan Respublikası İPM-nin 12.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması üçün sorğu verilmiş və Dövlət Sərhəd Xidmətinin yuxarıda göstərilən xx xxxxxx 2019-cu il tarixli, 33/1162 saylı cavab məktubu alınmışdır.
33. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçının sözügedən Universitetdə bakalavr pilləsi üzrə rəsmi proqram müddəti 4 il müəyyən olunmuşdur. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur.
34. Belə olan halda məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Bu hal isə iddiaçının aldığı təhsilin həm məzmunun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «bakalavr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir.
35. Məhkəmə kollegiyası, kassatorun iş üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında araşdırılması zəruri sayılmış halların apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaması barədə dəlilləri ilə bağlı bildirir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə sadə təhlilə - iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış 4 illik təhsil müddətində (2001-2005-ci illərdə) təhsil aldığı olkədə olub-olmamasına əsaslanır ki, bu təhlil də cavabdehin imtina dəlilinin araşdırılması və qiymət verilməsi üçün kifayətdir.
36. Çünki iddiaçıya verilmi ş diploma əlavədə iddiaçının bakalavr pilləsi üzrə rəsmi proqram müddətinin 4 il olduğu göstərilmişdir və bu sənəd sübut kimi qəbul olunur. İddiaçının özü də təhsil müddətinin 4 il, formasının qiyabi olduğunu qəbul edir. İddianın həlli üçün də məhz bu müddətdə iddiaçının təhsil aldığı ölkədə olub-olmaması araşdırılmışdır. İddiaçının 2004-2005-ci illərdə xaricdə olmaması faktı, iddianın təmin olunmaması üçün müstəqil və yetərli əsasdır.
37. Buna gərə də kassasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas hesab olunmur. Apelyasiya instansiyası məhkəməsi qərarını bir qədər fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM -nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1054/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.