Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2246/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müstəqil qaydada şikayət verilə bilməyən qərardad; İPM 83.3.4) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)-2050/2024 nömr əli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il ta rixli yazılı vəsatət ilə müraciət edərək hazırkı iş üzrə artıq keçən ildən Bakı İnzibati Məhkəməsinə eyni predmet üzrə “sərəncamın ləğvi” üzrə iddia daxil olduğu üçün (hakim N.Abıyev) hazırkı işin həmin işə, yəni e-2-1(112)-16100/2023 nömrəli iş üzrə İddiaçı1 olan inzibati işə birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-4746/2024 nömrəli qərardadı ilə (hakim A.Almazova) Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)4746/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-3823/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)-3823/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi və 2-1(112)4746/2024 nömrəli inzibati iş üzrə məhkə mə icraatına 2-1(112)-3823/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır.
5. Həmin qərardaddan iddiaçılar İddiaçı2 və İddiaçı4 birgə apellyasiya şikayəti vermişlər.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)-2050/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur.
7. Apellyasiya instansiyası məhkəməsi İPM-in 56.1, 56.2, 56.3, 83.3.4-cü maddələrinə istinad edərək şikayətinin mümkün sayılmaması nəticəsinə gəlmişdir.
8. İddiaçı4 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının qanunsuz hesab edilərək, işl ərin birləşdirilməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı yeni qərardad çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, İPM-in maddələrin məzmunundan da görünür ki, hakim qərardad qəbul edən zaman İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsində “Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır” ifadəsində məhkəmənin ayrı-ayrı hakimlərinin deyil konkret bir hakimin icraatında olan işləri ehtiva edir. İPM-də müxtəlif hakimlərin icraatında olan işlərin bir icraatda birləşdirilməsi ilə bağlı maddə yoxdur. Lakin bir hakimin icraatında olan işlərin bir icraatda birləşdirilməsi ilə bağlı maddə İPM-də mövc uddur. Bu səbəbdən bir çox hallarda hakimlər müxtəlif hakimlərin icraatında olan işləri bir icraatda birləşdirirlər və bu zaman İPM-ə istinad edirlər. Bu isə o deməkdir mövcud məsələ, yəni müxtəlif hakimlərin icraatında olan işlərin bir icraatda birləşdirilməsi ilə bağlı məsələ konkret Qanunda nəzərdə tutulmadığından birləşdirilimə ilə bağlı İPM-in maddələlərinin şərh olunmasına ehtiyac vardır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə
56. Müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Maddə 8
3. Şikayətin mümkünlüyü 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. 83.3. Aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz:... 83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyan ın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti əsassızdır.
12. İlk öncə qeyd edilməlidir ki, hüquq nəzəriyyəsinə əsasən hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. Hüquq normalarının icra edilməsi tələbinə görə iki nö vü olur: İmperativ (konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir) və Dispozitiv (subyektlərə digər davranış imkanlarıda verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəların müqaviləyə daxil edilməsi.)
13. Hazırkı qərarın 10-cu bəndinə qeyd olunan İPM-in 83.3.4-cü maddəsində qeyd edilmişdir ki, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz.
14. Göründüyü kimi, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməsinin yolverilməzliyi inzibati prosessual qanunvericilikdə imperativ xarakter daşımışdır.
15. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. ( İPM-in 83.1 və 83.4-cü maddələri)
16. Həmçinin nəzərə alınmalıdır ki, müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi barədə məhkəmə qərardadı iddianı mahiyyəti üzrə həll etmədiyi üçün məhkəmənin həmin qərardadının tərəflərin hüquq və maraqlarına hər hansı həlledici təsir imkanını ehtiva etmədiyi də nəzərə alınmalıdır.
17. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, iddiaçı tərəfindən müstəqil qaydada mübahisələndirilməsi mümkün olmayan məhkəmə aktından şikayət verildiyi üçün apellyasiya şikayətini mümkün saymamaqda apellyasiya məhkəməsi haqlı olmuşdur.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(103)-2050/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.