Məhkəmə qərarları › İş №2-1(102)-2251/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2251/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2251/2019 04.09.2019 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1,Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı3 cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs “xxxx” MMC) iş üzrə Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili Vəkil2 iştirakı ilə İddiаçılar İddiaçı1,Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı3Səhmdar Cəmiyyətinin cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs “xxxx” MMC) 20 aprel 2018-ci il tarixli, E-1527 saylı qərarının ləğv edilməsi və 03.11.2016cı il tarixli, № 2016 1265 nömrəli şəh adətnamənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı 04 aprel 2019-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsi əsasında «X» adlı kombinasiya edilmiş əmtəə nişanı 12 may 2009-cu il tarixində 106529 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. Nişanın qorunma müddəti 31 iyul 2027-ci il tarixinədək uzadılmışdır və eyni zamanda 10 fevral 2017-ci il tarixindən etibarən «X» adlı kombinasiya edilmiş əmtəə nişanının sahibi Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Eyni zamanda “xxx x” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 avqust 2016-cı il tarixində 2016 00550 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 03 noyabr 2016-cı il tarixində “Konfirella təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1265 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı1 tərəfindən «X» adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 03 sentyabr 2007-ci il tarixində 2007173.3 nömrəli iddia ərizəsi Qazaxıstan Respublikasında verilmişdir və 18 sentyabr 2009-cu il tarixində «X» adlı peçenyenin təsviri 1007 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmışdır. 2016-cı ildən etibarən «X» adlı sənaye nümunəsinin patent üzrə hüquqları İddiaçı3nə verilmiş və 1007 n ömrəli patentin qorunma müddəti 03 sentyabr 2018-ci il tarixinədək uzadılmışdır. Birgə iddiaçılar İstehsalat Birliyi ”xxxx” Xüsusi Səhmdar Cəmiyyəti, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 Azərbaycan Respublikasının Standartlaşdırma və Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurasına etiraz ərizəsi edərək “X1” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1265 ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurası 20 aprel 2018-ci il tarixli, E-1527 qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İddiaçı1,Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx”Səhmdar Cəmiyyəti cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və X3 Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1527 saylı qərarının tamamilə ləğv edilməsi və Konfirella təsvirinin qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, № 2016 1265 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3420/2018saylı 11.09.2018-ci il tarixli qərardadına əsasən cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma,Metrologiya və X3 Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, “xxxx” MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3420/2018 saylı 26 noyabr 2018-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1527 saylı qərarının ləğv edilməsi və “X1” əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, № 2016 1265 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3420/2018 saylı 26 noyabr 2018-cı il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC apellyasiya şikayəti verərək,qərarınləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli 2-1(103)-760/2019-cu il saylı qərarı ilə 3-cü şəxs “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3420/2018 saylı 26 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdirki,"X” adlı əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə həmin peçenye təsviri 18 sentyabr 2009-cu il tarixində iddiaçıların adına Ukrayna və Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alındığından və üzərində həmin təsvir olan qənnadı məmulatları 3-cü şəxsin özü və digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal edildiyi və istehlakçılar arasında tanındığı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən qanunvericiliyin normalar ının tələbləri, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və Bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı 04 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə üçüncü şəxs “xxxx” MMC –yə məxsus konfirella təsviri əmtəə nişan 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 03.11.2016-ci il tarixində “xx xx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1265 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi 02.08.2016-ci il).Qeyd olunan əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X3 Komitəsində qeydiyyata alınan zaman və sonradan da iddiaçı tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurasında həmin nişanın ekspertizası aparılmış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X3 Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1527 saylı qərarı ilə «X1»nin qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, 2016 1265 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin etməmişdir. Məhkəmə müvafiq mə hkəmə ekspertizası təyin etmədən özü ekspert qimində çıxış edərək işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərinə və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasayalara əsasən (“X” adlanan) təsvirli peçenyelər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bundan əlavə məhkəmə Paris Konvensiyasının 6-cı maddənin (3) bəndinə istinad etməmiş və bu maddənin tələblərini pozmuşdur. Belə ki, Paris Konvensiyasının 6-cı maddənin (3) bəndinə əsasən, «İttifaqın hər hansı ölkəsində lazımı şə kildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır». Həmçinin məhkəmə əsassız olaraq “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə, “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2 və 6cı maddələrinə istinad etmişdir. Kassator qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçılar İstehsalat Birliyi”xxxx” Xüsusi Səhmdar Cəmiyyəti və “Ticarət evi xxxx”MMCnin iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxs və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunurki, İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsi əsas ında «X» adlı kombinasiya edilmiş əmtəə nişanı 12 may 2009-cu il tarixində 106529 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmış, nişanın qorunma müddəti 31 iyul 2027-ci il tarixinədək uzadılmış, eyni zamanda 10 fevral 2017-ci il tarixindən etibarən «X» adlı kombinasiya edilmiş əmtəə nişanının sahibi Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bundan əlavə, 18 sentyabr 2009-cu il tarixində «X» adlı peçenyenin təsviri 1007 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmış, 1007 nömrəli patentin qorunma müddəti 03 sentyabr 2018-ci il tarixinədək uzadılmış, 2016-cı ildən etibarən «X» adlı sənaye nümunəsinin patent üzrə hüquqları İddiaçı3nə verilmişdir. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 30 və 35-ci siniflərin əmtəələri və xidmə tləri üzrə 03 noyabr 2016-cı il tarixində “X1” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1265 nömrəsi ilə qeydiyyata alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qa nunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanı nın qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalan”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-quınquıes maddəsinə əsasən mənşə ölkəsin də lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfidən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür.V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən on larla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasımın 2-ci maddəsində qorunan əsaslərə tətbiqi sənət əsərləri və sənaye nümunələrinin də aid olduğu qeyd edilmişdir. Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr, həmin müqavilələr üzrə həyata keçirilmiş ödəniş sənədləri və gömrük sənədləri ilə “xxxx” MMC ilə aralarında müqavilə münasibətləri mövcud olduğu,“xxxx” MMC-nin distribütor kimi onlara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyi və həmin məmulatlardan birinin də "X” adlı qənnadı məmulatı (peçenyesendviç) olduğu təsdiq olunur. Bundan əlavə, 2009-cu ildə iddiaçıların adına istinad edilən Konvensiyaların üzvü olan Ukrayna və Qazaxıstan Respublikalarında qeydə alınmış «X» adlı kombinasiya edilmiş əmtəə nişanındakı qrafik təsvir (ay və üç ulduzdan ibarət) ilə 3-cü şəxs “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydə alınmış “Konfirello təsviri” əmtəə nişanlarındakı qrafik təsvir eynidir. Fərq yalnız birincidə təsvirin altında “xxxx” sözünün, ikincidə “X1” sözünün qeyd edilməsidir ki, bu sözlər də birinci hecalarına görə oxşardır. Bundan əlavə, «X» markasının Azərbaycan Respublikasında tanınması ilə bağlı 540 respondent arasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş sorğu zamanı respondentlərin 52 faizi həmin markanı tanıdığını təsdiq etmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, "X”adlı əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə həmin peçenye təsviriiddiaçıların adına Ukrayna və Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alındığından və üzərində həmin təsvir olan qənnadı məmulatları 3-cü şəxsin özü və digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal edildiyi və istehlakçılar arasında tanındığı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən yuxarıda istinad edilən normaların tələbləri, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası” nın, 27.11.1998-ci il tarixdən qoşulduğu “Ədəbi və Bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa,Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən,Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edirki, üçüncü şəxs “xxxx”MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı 04 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq,məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-760/2019 saylı 04 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar