Məhkəmə qərarları › İş №2-1(102)-2253/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2253/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2253/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2253/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaf iə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2-1(103)-766/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, məzuniyyətə çıxar kən məzuniyyət pulundan əlavə iki aylıq əmək haqqı məbləğində müavinət, ixtisas dərəcəsinə görə 15 faiz əlavə haqq nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona Ali Məhkəmə hakimlərinin maddi təminatına uyğun olaraq pensiya təyin edilməklə Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əmək haqqı məbləğində müavinət, ixtisas dərəcəsinə görə 15 faiz əlavə haqq nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 09 sentyabr 1985-ci il tarixdən ASSR Nazirlər Kabinetinin nəzdində Dövlət Arbitrajında dövlət arbitri, 1987-ci ildən ASSR Dövlət Arbitrajında dövlət arbitri, 1993-cü ildən Azərbaycan Respublikası Ali Arbitr Məhkəməsinin hakimi, 2000-ci ildən Azərbaycan Republikası İqtisad Məhkəməsində sədr müavini, 2007-ci ildən 03 aprel 2018-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublik ası Ali Soveti Milli Şurasının 25 fevral 1992-ci il tarixli, 78 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatının Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən ona 03 aprel 2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiyanın hesablanması zamanı qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Ali Məhkəmə hakimi kimi pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı e tirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2-1(81)4721/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə bhesab etmişdir ki, iddiaçının 03 fevral 1993-cü il tarixdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinə hakim təyin edilməsi və 2007-ci ilədək Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi işləməsi, onun ali məhkəmə hakimi statusuna malik iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, iddiaçının əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasına dair tələbi isə onun qanunvericiliklə təsbit edilmiş hüquqlarından irəli gəlmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2-1(103)-766/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı “qərar aldı” hissəsində “ixtisas dərəcəsinə görə 15 faiz əlavə haqq” sözləri “Azərbaycan Resublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 15 faiz miqdarında əlavə haqq tələbi onun əmək pensiyası nın Ali Məhkəmənin hakimlərinə verilən ikinci ixtisas dərəcəsinə görə deyil, “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19 oktyabr 2010-cu il tarixli, 1160 saylı sərəncama əsasən Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında verilən əlavə haqq nəzərə alınmaqla hesablanması ilə bağlı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106, 107, 109, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4, 20.7, 29, “Hakimlərin statusuna dair Avropa Xartiyası”nın 6.1, 6.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçı Azərbaycan SSR Dövlət arbitrajında arbitr, müstəqillik əldə edildikdən sonra isə Ali Arbitr Məhkəməsində, İqtisad Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində hakim vəzifələrində işləmişdir. İddiaçıya 2018-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin hakimi kimi yaşa görə əmək pensiyası təyin olunmuş və hakimlər üçün nəzərdə tutulmuş əlavələr pensiyanın hesablanması zamanı nəzərə alınmışdır. Lakin, iddiaçı ona Ali Məhkəmənin hakimlərinin maddi təminatına uyğun olaraq pensiya təyin olunmasını xahiş etmişdir ki, o Ali Məhkəmənin hakimi olmadığından və işlə diyi Ali Arbitr məhkəməsi heç vaxt Ali Məhkəmənin funksiyasını həyata keçirmədiyindən onun pensiyasının Ali Məhkəmənin hakimlərinin maddi təminatı əsasında hesablanması hüququn mütənasibliyi prinsipi ilə ziddiyyət təşkil etməklə həmin vəzifədə çalışmış hakimlərin hüquqlarının pozulmasına səbəb olardı. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 09 sentyabr 1985-ci il tarixdən ASSR Nazirlər Kabinetinin nəzdində Dövlət Arbitrajında dövlət arbitri, 1987-ci ildən ASSR Dövlət Arbitrajında dövlət arbitri, 1993-cü ildən Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinin hakimi, 2000-ci ildən Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini, 2007-ci ildən 03 aprel 2018-ci il tarixdək isə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 fevral 1992-ci il tarixli 78 saylı Qərarı ilə ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin, onun müavinlərinin və h akimlərinin maddi təminatının,tibbi və məişət xidmətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edimiş qaydada həyata keçirilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məlisinin 04 may 1993-cü il tarixli qərarı ilə Ali Məhkəmənin hakimlərinə, «Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-cü il tarixli Qərarı ilə isə AR Ali Arbitraj Məhkəməsinin hakimlərinə 2-ci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər Müdiri tərəfindən iddiaçıya verilmiş 04 sentyabr 2018-ci il tarixli, 136/2018 saylı arayışın surətindən mü əyyən edilir ki, 01 may 2018-ci il tarixdən Ali Məhkəməsinin hakiminin vəzifə maaşı 1824 manat müəyyən edilmişdir. Bundan əlavə, onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15 %-i miqdarında (vəzifə maaşının 45%-dən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. 01 oktyabr 2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 % həcmində aylıq pul təminatı ödənilir. 01 noyabr 2010-cu il tarixdən yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 % həcmidə haqq ödənilir. Həmçinin, hakimlərin məzuniyyətə çıxdığı vaxtdan iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 noyabr 2018-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə i ddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hazırda işləyən hakimlərin hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində məzuniyyət pulu və ildə 1 dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulunu və Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, ixtisas dərəcəsinə görə 15 % əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qanunvericiliyə ziddir. Onun işlədiyi dövrdə əmək haqqına ərizədə qeyd etdiyi 2 aylıq əmək haqqı məbləğində məzuniyyət pulu, 2 aylıq əmək haqqı məbləğində verilən müalicə pulu, eyni zamanda vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, ali ixtisas dərəcəsinə görə 15 % əlavə haqq hesablanmamışdır. Başqa sözlə, “Sosial sı ğorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən nəzərədə tutulduğu əlavələr onun üçün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növü hesab olunur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edil miş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Ali Arbitraj Məhkəməsinin hakimi vəzifəsində işləyərkən onun statusu ali qanunvericilik orqanının qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin statusu ilə eyni müəyyən edilmişdir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçıya apellyasiya instansiyası məhkəməsinin hakimi kimi yaşa görə əmək pensiyası təyin olunmuş, o Ali Məhkəmənin hakimi olmadığından və işlədiyi Ali Arbitr məhkəməsi heç vaxt Ali Məhkəmənin funksiyasını həyata keçirmədiyindən onun pensiyasının Ali Məhkəmənin hakimlərinin maddi təminatı əsasında hesablanması qanunvericiliyin tələblərin uyğun deyildir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 13-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada — hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir. 25 fevral 1992-ci il tarixində qəbul edilmiş“Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi müstəqil məhkəmə or qanıdır və onun səlahiyyətinə aid edilən işlər üzrə ali məhkəmə hakimiyyətini həyata keçirir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasınin «Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası barəsində 78 saylı, 25 fevral 1992-ci il tarixli qərarının 4-cü bəndinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidməti Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilsin. Sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, vaxtılə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Ali Arbitraj Məhkə məsi məhkəmə hakimiyyətinə aid olmaqla ali instansiya məhkəməsi olmuş və həmin məhkəmənin hakimlərinin maddi təminatı Azərbaycan Respublikası Ali Məhkəməsininmüvafiq vəzifəli şəxslərin maddi təminatına bərabər olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirməni düzgün hesab edir və iddiaçının Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinin hakimi olduğu, onun pensiya təminatı ilə bağlı məsələlərin həllində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri üçün müəyyən edilmiş qaydaların tətbiq edilməsini qanunamüvafiq hesab edir. Zamana görə qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi-təminatı ilə bağlı məsələlər isə aşağıdakı kimi tənzimələnmişdir: - 106-cı maddəsinə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarındavergilərdən azad olunan aylıq pul təminatı verilir (2010-cu il oktyabrın 1-dən qüvvəyə minmiş); - 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı(2010-cu il oktyabrın 1-dənəmək haqqı) məbləğində məzuniyyət haqqı verilir; - 109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Habelə, Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə verilməsi müəyyən edilmişdir. Sərəncam 2010-cu il noyabrın 1-dən qüvvəyə minmişdir. Maddələrin tələblərindən göründüyü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və yüksək hüquqi ixtisasına görə əlavə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 20.1.4-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qu lluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən,bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əməmk pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla (müxtəlif qaydada) əlavə ödənilir; - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artım lar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Şəxsin arzusuna əsasən həmin əlavə hesablanarkən hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanması müəyyən edilmişdir. Maddələrin tətbiqi ilə bağlı iddiaçının tələbinin mahiyyəti ondan ibarətdir ki, o, apellyasiya məhkəməsinin hakimi kimi işləyən dövrdə pensiya hüququnu qazansa da, lakin əvvəlki illərdə Azərbaycan Respublika sının Ali Arbitraj Məhkəməsinin hakimi olduğu üçün ona münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri üçün müəyyən edilmiş imtiyazlar nəzərə alınmaqla, ardıcıl gələn 60 ay ərzindəki əmək haqqı nəzərə alınmaqla qulluq illərinə görə əlavə hesablanmalıdır. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərar da Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). Bununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2-1(103)-766/2019 saylı qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar