Məhkəmə qərarları › İş №2-1(102)-2262/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2262/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2262/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) 31.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı "kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-40/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarından iddiaçı və ca vabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında Ali Məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha. sahəsi olan 586ə saylı bağ sahəsi tam pay hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir.

2. DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş AA seriyalı 045097 saylı xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha. sahəsi olan 586ə saylı bağ sahəsinə dair hüquq sahibi İddiaçıdur. Həmin sənədə əsasən torpa q sahəsinin təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - bağ sahəsi, mülkiyyət növü – xüsusi, sənəd üzrə və faktiki sahəsi – 0.12 ha., sənədin əsasları – notarius X6 (şəhadətnamə 72), xx.xx.2012-ci il tarixli 4Ə-05/1292 nömrəli bağışlama müqaviləsidir. 3. "xxxx" ASC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti Xidmətinə ünvanladığı 30 noyabr 2017-ci il tarixli məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 232 saylı Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yonun lahiyələndirilməsi və tikintisi” layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Əmlak Məsələl əri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən müəyyən olunmuş 77 ədəd torpaq sahəsinə dəymiş ziyanla bağlı dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 1.047.911,01 manat kompensasiya hesablanmışdır. Cəmiyyət tərəfindən həmin vəsaitin ayrılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət olunması nəzərdə tutulmuşdur. Yaranmış zərurətlə əlaqədar “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı müstəqil qiymətləndirici tərəfindən aparılmış qiymətləndirməyə münasibət bildirilməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX-03/xx-xx-1020 saylı 28 sentyabr 2018-ci il tarixli məktubundan g örünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiya ödənilməsi üçün vəsait ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış və baxılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmiş müraciətə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə edilmiş sorğuya cavab olaraq əldə edilmiş məlumatdan göründüyü kimi, “Novxanı-Pirşağı” avtomobil yolunun tikintisi altına düşən və İddiaçı də daxil olmaqla 77 nəfər sakinə məxsus müvafiq torpaq sahələri mövcud qaydalara uyğun olaraq qiymətləndirilmiş və həmin torpaq sahələrinə görə hesablanmış 1.047.911,01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat, 01 qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi üçün vəsait ayrılması barədə Agentlik tərəfindən 27 dekabr 2017-ci il tarixli 2/16-8311 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmiş, lakin hal-hazıra kimi vəsait ayrılmamışdır. Müvafiq qaydada vəsait ayrıldığı təqdirdə bütün sakinlərə, o cümlədən, İddiaçı hesablanmış kompensasiyanın ödənilməsi təmin ediləcəkdir.

5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin H-3/16-7101 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış əmlaka dəyən ziyan barədə kollektiv ərizəyə Azərbaycan Avtomobil Yol ları Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, ərizədə qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Vəsait ayrıldıqdan sonra sözügedən layihə çərçivəsində dəymiş ziyanla bağlı kompensasiya ödənişi məsələsi öz həllini tapacaqdır. 6. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 232 saylı Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərin in və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən “NovxanıPirşağı (Sahil yolu) avtomobil yonun lahiyələndirilməsi və tikintisi” layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Tikinti altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş 77 ədəd torpaq sahəsi sahiblərinə dəymiş ziyanla bağlı müstəqil qiymətləndirici tərəfindən 1.047.911,01 manat kompensasiya hesablanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən 77 ədəd daşınmaz əmlaka görə cəmi 1.047.911,01 manat məbləğində vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində ona məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində ona dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəs inin dəyəri olaraq 16000 manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 manat pulun, cəmi 21062,75 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və həmin məbləğin onun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər” planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayı, Göradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində layihələndirilmiş avtomobil yolunun asfalt örtüyünün çəkilişi tam başa çatmış və yekunlaşmışdır. Göradil bağlar massivi ərazisində yerləşən və bir sıra vətəndaşlara, o cümlədən, ona məxsus olan 12 sot bağ torpaq sahəsi həmin avtomobil yolunun mühafizə zolağına düşdüyü üçün orada inşa edilmiş hasarlar və darvazalar sökülmüşdür. Eləcə də, onun torpaq sahəsinin hasarı və darvazası əvvəlcədən hər hansı bir xəbərdarlıq edilmədən sökülmüşdür. Həmin 12 sot bağ-torpaq sahəsi ona 2001-ci ildə Qarabağ Müharibəsi veteranı olduğuna görə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan X3 və İstismarı Birliyi tərəfindən verilmiş və sonra da məhkəmə qərarları əsasında özəlləşdirilərək çıxarış əldə olunmuşdur. Bu məsələ ilə əlaqədar olaraq, o da daxil olmaqla bağ mülkiyyətçiləri olan 77 nəfər kollektiv Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və digər orqanlara yazılı formada müraciətlər etmişdir. İndiyə qədər həmin müraciətlərlə bağlı müsbət nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsi barədə 27 dekabr 2017-ci il tarixində Nazirlər Kabinetinə 2/16-8311 saylı məktub göndərilməsinə və Maliyyə Nazirliyinin ona 28 sentyabr 2018-ci il tarixində DX - 03/03 - 03-1020 saylı cavab məktubu olmasına baxmayaraq, ona dəymiş zərər hələ də ödənilməmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi ziyan kimi müvafiq məbləğlərdə kompensasiya cavabdehdən tutulmalıdır.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan X3 və İstismarı Birliyi tərəfindən Goradil ərazisində ona 12 sot bağ sahəsi istifadəyə verilmiş və sonra da məhkəmə qərarı əsas ında özəlləşdirilmiş və çıxarış əldə etmişdir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus (çıxarış № **********73) 12 sot torpaq sahəsindən yalnız 103.89 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 4986 manat 72 qəpik kompensasiya hesablanmışdır. İddiaçı ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil y olunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “NovxanıPirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən, o cümlədən, yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s. həyata keçirilmişdir. Sözügedən layihədə tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza mövcud olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqla rın dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmiş və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-347/2020 saylı qərarı ilə (hakim: M.C.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”n ın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Novxanı Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus olmaqla, onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000,0 manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin - 5062,75 manat, cəmi 21062,75 qəpik pul kompensasiya olaraq dövlət büdcəsi hesabına cavabdehdən iddiaçının xeyrinə tutularaq onun hesabına ödənilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə bağlı iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan torpaq sahəsinin 200.0 kv.metr hissəsinin tikinti altına düşməsi və bu səbəbdən dolayı iddiaçı tərəfindən həmin ərazidə inşa edilmiş daş hasarın sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur.

12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b ) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V,M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-347/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1217/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: N,İ.Rəsulbəyova və İ.K.Hüseynov ) kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 saylı 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

17. Kassasiya instansiyasının mövqeyinə görə“..... apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət ehtiyacları üçün alınan dövrdə bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, beləliklə də mübahisə li torpaq sahəsinə görə ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etməmişdir”. Bundan başqa iş materiallarında iddiaçıya aid torpaq sahəsinin hasar və darvazasının mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur. Bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, buna baxmayaraq iddia bu hissədə də təmin edilmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-40/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-347/2020 saylı 17 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. sahəsi olan bağ torpaq sahəsinin 200 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 5333 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmiş məlumatlar üzrə, həmçinin iddiaçının torpağı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşdiyi üçün Bakı şəhəri 26 saylı notariat ofisində aparılmış notariat hərəkətləri üzrə ən yüksək qiyməti - 0.06 ha torpaq sahəsinin 16.000 manata rəsmiləşdirildiyini nəzərə alaraq hesab edib ki, iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən hissəsinə görə kompensasiya hesablanan zaman həmin qiymətin götürülməsi daha məqsədəmüvafiqdir. Odur ki, iddiaçının mühafizə zolağına düşən və iddiasında tələb etdiyi 200 kv.m. torpaq sahəsinə görə 5333 manat kompensasiyanın (0,06 ha -- 16000 manat olduğu halda, 0,02 ha -- x; x = 0,02 ha x 16000: 0,06 = 5333 manat) ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir.

20. Apellyasiya instansiyası məhkəməsi “daş hasarın və darvazanın sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq– 5062,75 manat pul un tutulması” ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçıya aid torpaq sahəsinin hasar və darvazasının torpağın dövlət ehtiyacı üçün alındığı dövrdə ümumiyyətlə mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur. Bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlar hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında da öz əksini tapmışdır.

21. Həmin qərardan iddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)40/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qərarın ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, iddiaçıya nisbətdə iddianın təmin olunmasını və cavabdehə nisbətsə i sə iddianın təmin edilməməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

22. İddiaçının şikayətində qeyd edilir ki, məhkəmə kollegiyası iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən 200 kv.m hissəsinin (ekspert rəyinə əsasən həmin sahə 222kv m olmuşdur. ) dövlət ehtiyacı üçün alındığı dövrdə, yəni 2017-ci ildə qiymətin hansı meyarla, yəni notariat idarələrində aparılmış alqısatqı müqavilələrində müəyyən olunmuş qiymətlərlə, yoxsa "Azəravtoyol ASC-nin xx.xx.2017-ci il tarixli məktubunda istinad olunan müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlərlə götürülməli olduğuna münasibətdə qeyd edilir ki, mövcud inzibati praktikaya əsasən dövlət ehtiyacı üçün alınmış torpaq sahəsin in bazar qiymətinin müstəqil qiymətləndiricinin verdiyi rəy əsasında deyil, həmin dövrdə notariat idarələrində bağlanmış alqı-satqı müqavilələrindəki qiymətlər əsasında müəyyən edilməsi qəbul edilir. Məhkəmə Kollegiyası torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeyd edilmiş məlumatlar üzrə, həmçinin İddiaçının torpağı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşdiyi üçün Bakı şəhəri 26 saylı notariat ofisində aparılmış notariat hərəkətləri üzrə qiyməti — 0.06 ha. Torpaq sahəsinin 16.000 manata rəsmiləşdirlməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən hissəsinə kompensasiya hesablanan zaman həmin qiyməti n götürülməsi daha məqsədəuyğundur. Odur ki, iddiaçının mühafizə zolağına düşən və İddiaçının tələb etdiyi 200 kv.m torpaq sahəsinə görə 5333 manat kompensasiyasının ödənilməsi daha ədalətli və məqsədə uyğundur." O ki qaldı, daş hasarın və darvazanın sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq — 5062, 75 manat pulun tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, iş materiallarında iddiaçıya aid olan torpaq sahəsinin hasar və darvazasının torpağın ehtiyacı üçün alındığı dövrdə ümumiyyətlə mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının daş hasarının və darvazanın sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 5062.75 manat pulun tutulması ilə bağlı iddia tələbi sübuta yetirilmədiyi təqdirdə təmin oluna bilmə z." Məhkəmənin, 2023-cü ildə daha ədalətli və məqsədə uyğun hesab etdiyi torpaq sahəsi 7 il bundan əvvəl, yəni 2017-ci ildə cavabdeh tərəfindən zəbt edilib. Məhkəmə ekspertin səlahiyyətlərini üzərinə götürərək iddiaçıya dəyən zərəri riyazi üsulla belə hesablayıb,{ 0.06 ha-16000 manat olduğu halda, 0.02 ha -x;x=0.02 ha x 16000; 0.06 =5333 manat), beləliklə, kompensasiyanın 5333 manat olduğunu müəyyən edir və bu forma üzrə hesablanmasını daha ədalətli və məqsədəuyğun hesab edir{.?) Məhkəmə belə xarakterli mübahisələrin həll olunmasının konstitutsiyon qaydasına baxmağı özünə rəva görmür. Bundan başqa, məhkəmə kollegiyası "daş hasarın və darvazanın sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq5062,75 manat pulun tutulması" ilə bağlı münasibətdə qeyd edilir ki, iş materiallarında iddiaçıya aid torpaq sahəsinin hasar və darvazasının torpağın dövlət ehtiyacı üçün alındığı dövrdə ümumiyyətlə mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur" məhkəmənin bu barədə sübut olunmaması qənaəti tamamilə əsassızdır. Çünki iş materiallarında darvazanın və daş hasarın sökülməsini təsdiq edən fotoşəkillərdə hasarın sökülməsi öz təsdiqini tapmışdır.

23. Cavabdehin şikayətində qeyd edilir ki, sözügedən ərazi yaşayış məntəqəsi olduğundan, orada avtomobil yollarının mühafizə zolağı mövcud deyildir. Həmin ərazidə yalnız avtomobil yollarının təhkim zolağı tətbiq olunur ki, “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir.

24. Bir sözlə yaşayış məntəqələrində avtomobil yollarında hərəkət hissəsindən kənarda olan ərazilər yerli icra hakimiyyəti orqanı və bələdiyyələrin balansında və ya vətəndaşların xüsusi mülkiyyətindədir.

25. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, iddia ərizəsində İddiaçı tərəfindən göstərdiyi 200 kv.m. olan torpaq sahəsi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7765 saylı 06 fevral 2023-cü il tarixli ekspert rəyinində qeyd olunan 222 kv.m torpaq sahəsi (Agentliy tərəfindən etiraf edilən 103 kv.m. istisna olmaqla) yol tikintisi ilə əlaqədar istifadə olunmadığı, habelə həmin torpaq sahəsinin üzərində avtomobil yollarının mühafizə zolağı müəyyən olunmadığından (avtomobil yolunun yaşayış m əntəqəsində keçdiyinə görə), kompensasiyası hesablanması əsassızdır.

26. Həmçinin, ekspert rəyinə əlavə olunmuş sxemdən də görünür ki, 222 kv.m torpaq sahəsi tam avtomobil yolunun altına düşmür və bir çox hissəsi avtomobil yolundan kənardır.

27. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə görə kvadrat metr sahəsi məhz “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun” altına düşmüş (mühafizə zolağı olmadığına görə nəzərə almamaqla) və düşən hissənin planı, ölçüləri və koordinatları göstərilməklə, tam müəyyənləşdirilməmiş və natamam araşdırma aparılmışdır.

28. Bundan əlavə, qiymətlə bağlı münasibətdə apelyasiya instansiyası məhkəməsinin kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmiş məlumatlar üzrə, həmçinin iddiaçının iddia etdiyi torpağı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşdiyi üçün Bakı şəhəri 26 saylı notariat ofisində aparılmış notariat hərəkətləri üzrə ən yüksək qiyməti - 0.06 ha torpaq sahəsinin 16.000 manata rəsmiləşdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən hissəsinə görə kompensasiya hesablanan zaman həmin qiymətin götürülməsi daha məqsədəmüvafiqdir.

29. Odur ki, iddiaçının mühafizə zolağına düşən və iddiasında tələb etdiyi 200 kv.m. torpaq sahəsinə görə 5333 manat kompensasiyanın (0,06 ha -- 16000 manat olduğu halda, 0,02 ha - x; x = 0,02 ha x 16000: 0,06 = 5333 manat) Ödənilm əsi daha ədalətli və məqsədəmüvafiqdir.

30. Eyni zamanda apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən 20162017-ci illərdə (yuxarıda adı çəkilən layihənin icrası ilə bağlı torpaqların dövlət ehtiyacı üçün alındığı dövrdə) Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahələrinə dair bağlanan alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi və həmin alqı-satqı müqavilələrində müəyyən olunmuş torpağın 1 kv.m-nin qiyməti barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahəsində Notariat Baş İdarəsinə məhkəmə sorğusu göndərilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2017 -ci il ərzində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahələri ilə bağlı notariat hərəkətlərinə dair məlumatlar aşağıdakı kimidir: Bakı şəhəri 26 saylı notariat ofisində 0.11 ha torpaq sahəsinin 26.500 manata; 0.06 ha torpaq sahəsinin 16.000 manata; Abşeron rayon 1 saylı notariat ofisində 0.04 ha torpaq sahəsinin 1.508 manata; 0.10 ha torpaq sahəsinin 4.000 manata; 0.04 ha torpaq sahəsinin 2.500 manata; 0.07 ha torpaq sahəsinin və üzərində olan 234.8 kv.m fərdi yaşayış evinin 40.000 manata rəsmiləşdirilmişdir. Məhkəmələr, əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.

31. Əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacla rı üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alman torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

33. Qeyd etdiyimiz kimi, Bakı şəhəri 26 saylı notariat ofisi və Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən apelyasiya instansiya məhkəməsinin sorğusuna göndərdiyi cavab məktubunda görünür ki, müqavilələrə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahələri 2017-ci il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 26.66 manat, 24.09 manat, 3.77 manat, 4 manat, 6.25 manat, və 170.29 (üzərində fərdi yaşayış evinin olmaqla) manat olmuşdur. Yuxarıda istinad edilən məlumata əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 26.66 manat, 24.09 manat və 6.25 manat aid edildiyindən (170.29 manata üzərində fərdi yaşayış ev olan torpağı istisna olmaqla), onların o rta göstəricisi (26.66+24.09+6.25)/3= 19 manat edir.

34. Beləliklə iddiaçının yol tikinti altına düşən 1 kv.m torpaq sahəsinə görə çıxarılan orta satınalma qiymətini nəzərə alınmaqla ümumilikdə (19 x 103.89 kv.m) = 1973,91 manat təşkil edir.

35. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə tərəfimizdən verilən etirazda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçı X4 məxsus (çıxarış № **********73) 12 sot torpaq sahəsindən yalnız 103.89 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla 4986 manat 72 qəp. kompensasiya hesablanmışdır.

36. Hesab edirik ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır.

37. Göründüyü kimi, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi avtomobil yolunun mühafizə zolağı qorunmayan hissəsinə aiddir, həmin torpaq sahəsindən iddiaçı sərbəst surətdə sahiblik və istifadə etməsinin hər hansı bir maneənin olması müəyyən edilməmişdir, əksinə həmin torpaq sahəsinin iddiaçının tərəfindən hasarlandığı və həmin hasarın daxilində yerləşdiyi müəyyən edilir ki, bu da torpaq sahəsinə hər hansı məhdudiyyətə məruz qalmasını inkar etməklə iddiaçı tərəfindən sərbəst surətdə sahiblik və istifadə edilməsi qənaətini qaçılmaz edir. Kompensasiya isə o zaman ödənilə bilər ki, torpaq sahəsindən istifadəyə maneə yaradılsın və bunun əvəzi pul, əmlakar və sair formada ödənilməklə qarşılanmalıdır. Lakin qeyd edilən xüsusat iş üzrə tədqiq edilmiş əsaslı şübhə yaratmayan sübutlarla təkzib edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşm əyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 40. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər h ansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qan una uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edə n ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası işin materiallarını və kassasiy a şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə gör ə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn iş in hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apell yasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

49. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Belə ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı tələbi “Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində ona məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı, 0.12 ha. ümumi sahəsi olan bağ torpaq sahəsinin 200.0 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində ona dəymiş zərərin, yəni 200.0 kv.metr torpaq sahəsinin dəyəri olaraq 16000 manat, daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin – 5062,75 manat pulun, cəmi 21062,75 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və həmin məbləğin onun hesabına ödənilməsi barədə qərar qəbul edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir.

51. Hazırki işdə iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin bir hissəsinin dövlət ehtiyacı üçün götürüldüyü və bununla da iddiaçıya ziyan vurulduğu mübahisəsizdir.

52. İddiaçı ona məxsus 0,12 ha torpaq sahəsinin 200 kv.m. hissəsinin yolun tikintisi altına düşdüyünü iddia etsə də, cavabdeh bununla razılaşmayaraq bildirmişdir ki, kadastr planına əsasən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin yalnız 103,89 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür.

53. Bundan əlavə, işdə torpaq sahəsinin yolun tikintisi altına düşən ölçülərini göstərən fərqli iki sənəd mövcud olmuşdu. Bunlardan biri- məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi, digəri isə- “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yonun layihələndirilməsi və tikintisi” ilə əlaqədar yolun tikintisi altına düşən və ƏMDK tərəfindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinə dəyən ziyana görə ehtimal olunan kompensasiyanın qiymətləndirilməsinə dair hesabatdır. Ekspert rəyində tikinti altına düşən torpaq sahəsinin 200 kv.m. olması, hesabata əlavə edilmiş, iddiaçıya məxsus to rpaq sahəsinin kadastr planından çıxarışda isə 103,89 kv.m. olması qeyd edilmişdir.

54. Hazırda cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşən hissəsinin ölçüsü (sahəsi) və kompensasiyanın məbləği mübahisələndirilir. Cavabdeh yuxarıda qeyd edilən hesabata istinad edərək mübahisəli torpaq sahəsinin hər kv. metrinin bazar dəyərinin 48 manat (1 sot = 4800 manat) təşkil etdiyini bildirir.

55. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 28 iyul 2020-ci il tarixli rəyində isə iddiaçının torpaq sahəsinin hər kv. metrinin bazar dəyəri 80 manat (1 sot=8000 manat) müəyyən edilmişdir.

56. İşə baxan məhkəmələr Əmlak Ekspert Mərkəzinin rəyi ilə razılaşaraq mübahisəli torpaq sahəsinin bazar dəyərini hər kv. metr üçün 80 manatdan (1 sot =8000 manat) hesablamışlar. Həmin rəydən görünür ki, ekspert bazar dəyərini müəyyən etməkdən ötrü satış üçün elan vermiş 3 analoq müəyyən etmiş və bunların ehtimal edilən satış qiymətlərinə əsasən mübahisəli torpaq sahəsinin bazar dəyərini müəyyən etmişlər. Rəyin verilməsinə əsas olan həmin elanlardan görünür ki, bu elanlar 2020-ci ilin iyul ayında verilmişdir. Halbuki, iş materiallarından görünür ki, torpaq sahəsi 2020-ci ildə deyil, daha əvvəlki vaxtlarda dövlət ehtiyacları üçün iddiaçıdan alınmışdır. 57.13.02.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7765 saylı 06 fevral 2023-cü il tarixli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ərazisində yerləşən 5 86 ə saylı torpaq sahəsi üzrə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX olan ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 586ə saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən Novxanı Pirşağı avtomobil yolu (Sahil yolu), 1 tərəfdən kənd yolu, 2 tərəfdən isə qonşu sahələr ilə əhatə olunduğu müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli müvafiq arayışından görünür ki, Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolu Azər baycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 10 dekabr tarixli 402s nömrəli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilmiş şəhər avtomobil yollarına aiddir. Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə qeyd olunmuşdu ki, Avtomobil Yolları haqqında Azərbaycan Respublikasının Qanununda və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298№-li qərarında aşağıdakılar qeyd olunmuşdur: Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun İnzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 10-1-ci madəsinə əsasən şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı11 sentyabr 2015-ci il tarixli qərarına əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində (1.1), yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Rəyin nəticəsi hissəsində qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 222 kv.m hissəsinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri’’nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298№-li qərarına əsasən Novxanı-Pirşağı (sahil yolu) avtomobil yolunun mühafizə zolağına düşdüyü müəyyən olunur.

58. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən 2016-2017-ci illərdə (yuxarıda adı çəkilən layihənin icrası ilə bağlı torpaqların dövlət ehtiyacı üçün alındığı dövrdə) Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahələrinə dair bağlanan alqısatqı müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi və həmin alqı-satqı müqavilələrində müəyyən olunmuş torpağın 1 kv.m-nin qiyməti barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahəsində Xidmətlər Baş İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. 59. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsi tərəfindən apelyasiya məhkəməsinə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2017-ci il ərzində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən torpaq sahələri ilə bağlı notariat hərəkət lərinə dair məlumatlar aşağıdakı kimidir: 60.Bakı şəhəri 26 saylı notariat ofisində 0.11 ha torpaq sahəsinin 26.500 manata; 0.06 ha torpaq sahəsinin 16.000 manata; 61.Abşeron rayon 1 saylı notariat ofisində 0.04 ha torpaq sahəsinin 1.508 manata; 0.10 ha torpaq sahəsinin 4.000 manata; 0.04 ha torpaq sahəsinin 2.500 manata; 0.07 ha torpaq sahəsinin və üzərində olan 234.8 kv.m fərdi yaşayış evinin 40.000 manata rəsmiləşdirilmişdir. 62.Həmçinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məhkəməyə daxil olmuş şifahi sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” üzrə tikinti altına 77 nəfər mülkiyyətçiyə məxsus torpaq sahəsi düşmüş və bununla əlaqədar dövlət ehtiyacları üçün alınan d aşınmaz əmlaklar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Mülkiyyətçilərə məxsus torpaq sahələrinin qiymətləndirilməsi prosesinə qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Lakin hazıradək dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə qeyd edilən obyektlər üzrə kompensasiya ödənilməsi üçün vəsait ayrılmadığından ödənişlər həyata keçirilməmişdir. 63.Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçıya məxsus 0,12 ha torpaq sahə sinin avtomobil yolunun mühafizə zolağına düşən 200 kv.m. hissəsinin (ekspert rəyinə əsasən həmin sahə 222 kv.m. olsa da, iddiaçının iddiasında 200 kv.m. göstərilmiş və məhkəmə kollegiyası işə iddia tələbi həddində baxır) dövlət ehtiyacı üçün alındığı dövrdə, yəni 2017-ci ildə qiymətinin hansı meyarla, yəni notariat idarələrində aparılmış alqı-satqı müqavilələrində müəyyən olunmuş qiymətlərlə, yoxsa "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli məktubunda (cild İ, i.v. 93) istinad olunan müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlərlə götürülməli olduğuna münasibətdə qeyd edir ki, mövcud inzibati praktikaya əsasən dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinin bazar qiymətinin müstəqil qiymətləndiricinin verdiyi rəy əsasında deyil, həmin dövrdə notariat idarələrində bağlanmış alqı -satqı müqavilələrindəki qiymətlər əsasında müəyyən edilməsi qəbul edilir. Bu fakt hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərdə də öz əksini tapmışdır. 64.Apellyasiya məhkəməsi qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunun məzmununda qeyd olunur ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi” layihəsi üzrə tikinti altına düşən torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin “ekspert rəyi”ndə istinad olunan təsadüfi elanlarda göstərilən qiymətlər torpaq sahəsinin mövcud bazar dəyərini əks etdirmir və mövcud bazar dəyərindən xeyli yüksəkdir. "xxxx" ASC-nin sifarişi ilə müstəqil qiymətləndirici "x xxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan və tikinti altına düşən 103,89 kv.m. torpaq sahəsinin 1 kv.m.-nin dəyəri 48 manat, ümumi dəyəri 4986,72 manat olmaqla qiymətləndirilmişdir. 65.Lakin işin təkrar apellyasiya baxışı zamanı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin apelyasiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdu ki, adı çəkilən layihənin icrası ilə bağlı tikinti altına düşən 77 nəfər mülkiyyətçiyə məxsus torpaq sahəsi dövlət ehtiyacı üçün alınan daşınmaz əmlak kimi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş, mülkiyyətçilərə məxsus torpaq sahələrinin qiymətləndirilməsi aparılsa da, hazıradək dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə qeyd edilən obyektlər üzrə kompensasiya ödənilməsi üçün vəsait ay rılmadığından ödənişlər həyata keçirilməmişdir. 66.Beləliklə, kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən apelyasiya məhkəməsinə daxil olmuş məktubda qeyd edilmiş məlumatlar üzrə, həmçinin iddiaçının torpağı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşdiyi üçün Bakı şəhəri 26 saylı notariat ofisində aparılmış notariat hərəkətləri üzrə ən yüksək qiyməti - 0.06 ha torpaq sahəsinin 16.000 manata rəsmiləşdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşən hissəsinə görə kompensasiya hesablanan zaman həmin qiymətin götürülməsi daha məqsədəm üvafiqdir. Odur ki, iddiaçının mühafizə zolağına düşən və iddiasında tələb etdiyi 200 kv.m. torpaq sahəsinə görə 5333 manat kompensasiyanın (0,06 ha -- 16000 manat olduğu halda, 0,02 ha -- x; x = 0,02 ha x 16000: 0,06 = 5333 manat) ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir.

67. Sonda kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Daş hasarın və darvazanın sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq– 5062,75 manat pulun tutulması” ilə bağlı tələbinə münasibətdə iş materiallarında iddiaçıya aid torpaq sahəsinin hasar və darvazasının torpağın dövlət ehtiyacı üçün alındığı dövrdə ümumiyyətlə mövcud olması və sökülməsi barədə heç bir sübut yoxdur. Bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edil məmişdir. 68.Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(105)40/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar