Məhkəmə qərarları › İş №2-1(102)-2266/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2266/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2266/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Cavabdeh publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Cavabdeh publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğinin ödənişinin bərpa edilməsi, ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-329/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 1 İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğlərinin birdəfəlik qaytarılması, şəhid ailələrinə ödənilməsi n əzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 mart 2023-ci il tarixli, 21(116)-525/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-329/2023 nömrəli qərarı ilə (hakimlər V.Məlikov -sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmşıdır.

5. İddiaçı kassasiya şikayəti ve rərək, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İş materiallarından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(107)-329/2023 saylı qərarı 05 iyun 2023-cü il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 08 iyul 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur.

7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 13 oktyabr 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə x əbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM) Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2 Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ün vanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə va sitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan q alxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir... Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

9. Mülki Prosessual Məcəllə: Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.3 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun y aşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə

146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

11. İddiaçıya Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(107)-329/2023 saylı qərarı 05 iyun 2023-cü il tarixdə təqdim olunmuş, həmin qərardan kassasiya şikayəti 08 iyul 2023-cü il tarixdə verilmiş, qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət buraxılmaqla rabitə şöbəsinə təqdim olmuşdur. Müddətin buraxılmasının üzrlü səbəbləri v ə müddətin bərpası barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır.

12. İddiaçı tərəfə bu barədə xəbərdarlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır.

13. Lakin iddiaçının vəkili Ali Məhkəməyə göndərdiyi yazılı izahatında qeyd etmişdir ki, iddiaçılar ölkə ərazisinə xx.xx.2023-cü il tarixində daxil olmuşlar, məhkəmə aktı isə onlara xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, vəkillə müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış və şikayət 3 gün sonra xx.xx.2023-cü il tarixdə elektron məhkəmə portalı vasitəsilə kabinetə yerləşdirildiyi üçün şikayət mümkün sayılmalıdır. Vəkil iddiaçıların ölkə ərazisinə xx.xx.2023-cü ildə daxil olmaları barədə pasportlarının surətini izahatına əlavə etmişdir. Həmin məlumatlardan görünür ki, iddiaçılar həqiqətən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuşlar.

14. Kollegiya iddiaçının vəkilinin məhkəməyə daxil olmuş yazılı izahatına münasibətdə qeyd edir ki, yuxarıda göstərilən normalara görə məhkəmənin tələbinə əsasən iddiaçıya ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün iddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borclu olmuşdur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır.

15. Həmçinin Mülki Prosessual Məcəllənin yuxarıda bəhs edilən tələblərinə görə ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməli, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

16. İddiaçılar ölkə hüdudlarından kənarda olduqları dövrdə onlara ünvanlanmış məhkəmə aktlarını almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan və tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməmiş, öz ünvanlarını dəyişmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə sənədi isə onlara göndərilən ünvanda qəbul edilmişdir.

17. Qanunvericiliyin tələbinə görə məhk əmə sənədi məhkəməyə məlum olan iddiaçıların göstərdikləri ünvana çatdırıldığından məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürülmüşdür. Odur ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

19. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-329/2023 nömrəli qərarından İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar