Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2271/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi; yeni yaranmış faktiki və hüquqi hallar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəmə qərarına izah verilməsinə dair ərizə üzrə çıxarılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *- *(***)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “## ### 2019-cu il tarixli, *********** saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh ## ### 2019-cu il tarixli *********** saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
2. Həmin qərar yuxarı instansiyası məhkəmələrində mübahisələndirilməklə son nəticədə qüvvədə saxlanılmış, ## #### 2022-ci il tarixdə icraya yönəldilmiş, daha sonra isə icra vərəqəsi verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qərarın icra edilmədiyini bildirmiş və məcburi işburaxmaya görə əmək haqqının məhkəmə qərarı icra olunana qədər ödənilməli olması ilə bağlı izah verilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona müddətli əmək müqaviləsi bağlamağı təklif etdiyindən bununla razılaşmır. Əgər əsassız olaraq işdən çıxarılmasaydı, DSMF publik hüquqi şəxs olandan sonra öz vəzifəsinə uyğun əmək fəaliyyətini davam etdirəcəkdi. Artıq 5 ilə yaxındır ki, əmək hüquqları bərpa edilmir. Əvvəllər işlədiyi sosial yardım üzrə sektorun müdiri vəzifəsi hazırda şöbə müdiri vəzifəsinə uyğun gəlir. Bundan başqa, cavabdeh ona məcburi iş buraxmaya görə ödənilməli məbləğləri də düzgün hesablamaqla ödənişi tam məbləğdə həyata keçirmir. Belə ki, cavabdeh məcburi işburaxmaya görə əmək haqqının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilənə qədər ödəniləcəyini bildirmişdir.
5. Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı ## ##### 2023-cü il tarixli məktubunda bildirmişdir ki, məhkəmə qərarının “əmrin ləğv edilməsi” hissəsində icrasını təmin etmək məqsədilə Nazirliyin ## ### 2022-ci il tarixli, *********** nömrəli əmri ilə Nazirliyin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilmələri barədə” 3may 2019-cu il tarixli, *********** nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Nazirlik yanında DSMF Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli fərmanının 1.3-cü bəndinə uyğun olaraq dövlət orqanı kimi ləğv edilərək Nazirliyin tabeliyində yarardılmış publik hüquqi şəxsə çevrilmişdir. Qərarın “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsi artıq mövcud deyildir. Həmçinin Nazirliyin strukturunda iddiaçının əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsinə analoji olan vakant vəzifə də mövcud deyildir. Qeyd olunanlar nəzərə alınaraq ## ##### 2022-ci il tarixdə İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində “sektor müdiri” vəzifəsi mövcud olmadığından onun əvvəllər çalışdığı vəzifənin (Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunda sektor müdiri) qulluq funksiyaları ilə oxşar olan həmin şöbədə vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı – 1800 manat) təklif olunmuş, bu barədə ona rəsmi məktublar göndərilmiş, lakin iddiaçı təklif edilən vəzifə ilə bağlı münasibətini bildirməmişdir.
6. Məhkəmə qərarının “iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi iş buraxma müddəti üçün müəyyən olunmuş əmək haqqı (##.##.2019-cu ildən DSMF-nin dövlət orqanı kimi ləğvi tarixinədək) isə iddiaçı özünə aid bank hesabı təqdim etmədiyindən Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qərarının icrası ilə bağlı izah edilmişdir ki, iddiaçı İddiaçı məcburi işburaxmaya görə əmək haqqı işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməlidir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verdikdə isə işəgötürən itirilmiş əmək haqqını tam ödəməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və A.M.Süleymanova) 2023cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qərarına izah verilməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının izah edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar olmalı və həmin əsaslar qərarın məzmunu dəyişdirilməsinə səbəb olan hal kimi çıxış etməməlidir. Məhkəmə iddiaçının ərizənin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində çıxış etməmişdir. Belə ki, iddiaçının ərizədə istinad etdiyi halların məzmunundan görünür ki, həmin hallar məhkəmə qərarının qeyrimüəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz icra sənədinin icrası ilə bağlı olan hallardan ibarət olmuşdur. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə müvafiq məhkəmə qərarı ilə Cavabdeh ## ### 2019-cu il tarixli *********** saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab etmişdir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmiş, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi.
12. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.S.Məmmədov /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və İ.K.Hüseynov) 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, işə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ** saylı, ## ###### 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Bununla yanaşı, kollegiya qeyd edir ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarın icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman, həmçinin tərəflərin davranışlarına və icranın baş tutmasına yönəlmiş niyyətlərinə də qiymət verilməlidir. Nəhayət, bu mərhələdə, həm də məhkəmənin xidməti vəzifəsindən irəli gələn öhdəlikləri də vardır. İcraya nəzarət edən məhkəmədən gözlənilən yeni faktiki və hüquqi halları nəzərə almaqla məhkəmə qərarına izah verilməsi, icra barədə qərardad çıxarılması və s. prosessual imkanlardan istifadə etməklə icranın baş tutmasını təmin etməkdir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin üzərinə məhkəmə qərarı ilə qoyulmuş öhdəlik iddiaçını əvvəlki vəzifəsinə bərpa etməkdən və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir. İşin hallarından, həmçinin müəyyən olunur ki, tərəflər istər iddiaçının əvvəlki vəzifəsinə bərpası, istərsə də ona ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının məbləği ilə bağlı mübahisə edirlər. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa tələbinin təmin edilməsi üzrə məhkəmə mübahisələri Ali Məhkəmə tərəfindən ## ###### 2022-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatsa da, məhkəmə mübahisələrinin davam etdiyi dövrdə yeni faktiki və hüquqi vəziyyət yaranmışdır. Yəni iddiaçının işlədiyi DSMF icra hakimiyyəti orqanı kimi ləğv edilmiş, onun əsasında DSMF publik hüquqi şəxs yaradılmışdır. Beləliklə, yeni faktiki və hüquqi vəziyyət yaranması halı göz önünə alınmaqla icranın hansı qaydada həyata keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bu mənada, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarına izah verilməsindən imtina əsassız olmuşdur. Cavabdehin iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi ilə bağlı qeyd edilməlidir ki, işin hallarından görünür ki, cavabdeh bununla bağlı iddiaçıya rəsmi təkliflər etmişdir. İlk növbədə, nəzərə alınmalıdır ki, iddiaçının işdən çıxarılmasının qanunsuzluğu məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və yeni yaranmış vəziyyətə görə cavabdeh iddiaçını məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, cavabdehin onu əvvəlki işinə ən yaxın olan oxşar işlə təmin etmək öhdəliyi qalır. Bu öhdəlik qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməsi vəzifəsindən doğur. Lakin cavabdehin sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri cavabdeh tərəfindən təklif edilmiş vəzifənin iddiaçının əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Bu zaman, əvvəlki vəzifənin əmək funksiyaları ilə təklif olunan yeni vəzifənin əmək funksiyaları, eləcə də vəzifə üzrə ödənilən əmək haqları müqayisə olunmalıdır. Əgər məhkəmə, apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi üzrə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsinə münasibətdə də oxşar yanaşma tətbiq edilməlidir. İddiaçının sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənildiyinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir. Kollegiya cavabdehin bununla bağlı ödənişin DSMF-nin publik hüquqi şəxsə çevrildiyi ana qədər edilməli olduğuna dair mövqeyini əsassız hesab edir. Bu, hazırkı işin xüsusi hallarından irəli gəlir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək və məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəmək öhdəliyi DSMF-nin deyil, Cavabdeh üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışında yuxarıda qeyd olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müvafiq faktiki halların müəyyənləşdirilməsi üzrə zəruri araşdırmanın və qiymətləndirilmənin aparılması təmin olunmaqla, məhkəmə qərarına izah verilməyə dair ərizə üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması təmin olunmalıdır.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və N.X.Nəbizadə) 2025-ci il ## ##### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadının dəyişdirilməsi, ərizənin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarının icrası ilə bağlı izah edilmişdir ki, iddiaçı İddiaçı məcburi işburaxmaya görə əmək haqqının işdən azad edildiyi tarixdən ## ##### 2022-ci il tarixinədək ödənilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı zəruri sorğular verilərək müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqanda müvafiq struktur dəyişiklikləri baş verdiyindən iddiaçının əvvəllər çalışdığı vəzifə mövcud olmamaqla hazırda ona təklif olunan vəzifə ilə oxşarlıq təşkil edir. İddiaçının əvvələr işlədiyi vəzifədə nəzarətedici funksiyalar olsa da, hazırda təklif olunan vəzifədə həmin funksiyalar yoxdur. Nəzərə almaq lazımdır ki, struktur dəyişikliyi ilə əlaqədar hazırda cavabdeh inzibati orqanda iddiaçının əvvəllər çalışdığı sektor müdiri vəzifəsi ilə tam uyğunluq təşkil edən başqa vəzifə mövcud deyildir. Eyni zamanda müəyyən edilir ki, hazırda iddiaçıya təklif olunmuş işin artıq əmək haqqı (əmək haqqı - 1800 manat) iddiaçının əvvəllər çalışdığı vəzifənin əmək haqqından (dövlət qulluqçusu, əmək haqqı - 345 manat, ## ######## 2020-ci il tarixindən əmək haqqı - 520 manat) daha artıqdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması məqsədilə zəruri addımlar atılaraq iddiaçıya müvafiq təkliflər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxs) yaradılmışdır. Nazirliyin tabeliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olduğundan (dövlət qulluğu olmadığından) iddiaçının əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsi artıq mövcud deyildir. Bu, öz növbəsində, əvvəlki dövlət qulluğu vəzifələrinin artıq mövcud olmaması və əvvəlki qulluğa uyğun olan vəzifələrin də təklif edilə bilməməsi ilə nəticələnmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan mövcud vakant vəzifə üzrə iddiaçıya müvafiq təkliflər etmiş, iddiaçı isə həmin təklifləri qəbul etməməklə məhkəmə qərarının icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətlər etmişdir.
17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırda aydınlıq gətirilməsi zəruri olan digər bir məsələ isə iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. Belə ki, həmin əmək haqqının faktiki ödənilməsinin dayandırıldığı tarixdən etibarən ödənilməli olması mübahisə olunmur. İcra mərhələsində problem yaradan məsələ ödənişlərin hansı tarixədək davam etdirilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi məcburi işburaxmaya görə əmək haqqının iddiaçının işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməli olması qənaətinə gələrək yalnışlığa yol vermiş, bu zaman icra mərhələsinin qeyri-müəyyən vaxta qədər uzana bilməsi və həmin müddətin uzanmasına iddiaçının faktiki hərəkətlərinin səbəb ola bilməsi ehtimalını nəzərə almamışdır. Kollegiya hesab etmişdir ki, sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənilməsinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir.
18. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya bir neçə dəfə yeni yaranmış publik hüquqi şəxsdə analoji vakant vəzifə təklif edilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmişdir. Cavabdeh inzibati orqanın ## ##### 2022-ci il tarixli, *********** nömrəli məktubunda qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının “işə bərpa edilmə” tələbi üzrə icrasını təmin etmək üçün iddiaçı ilk dəfə ## ##### 2022-ci il tarixdə Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı-1800 manat) təklif olunmuşdur. İddiaçının vəkili ## ##### 2022-ci il tarixdə iş təklifi edildiyini qəbul etməmiş, ## ###### 2023-cü il tarixdə rəsmi təklif edildiyini və akt tərtib edildiyini bildirmişdir.
19. Məhkəmə kollegiyası cavabdeh inzibati orqandan iddiaçıya işə bərpa təklifləri ilə bağlı sübutları təqdim etməyi tələb etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli Qərarının icrası ilə bağlı Sumqayıt İnzibati Məhkəməsindən ##.##.2022-ci il tarixdə Nazirliyə məktub daxil olmuşdur. Bununla bağlı ## ##### 2022-ci il tarixində İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona həmin vaxt Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində əvvəllər çalışdığı vəzifənin (dövlət qulluqçusu, əmək haqqı-345 manat, ## ######## 2020-ci il tarixindən əmək haqqı- 520 manat) qulluq funksiyaları ilə oxşar olan və o dövrdə yalnız aparıcı mütəxəssis vəzifəsi vakant olduğundan həmin vəzifə (əmək haqqı-1400 manat) təklif olunmuş, lakin təklif edilən vəzifə ilə bağlı qərarını bildirmək üçün vaxt istəmişdir. Məhkəmə qərarının icrası üçün müvafiq sənədlərinin təqdim edilməsi üçün ## ##### 2022-ci il tarixli, *********** nömrəli məktub iddiaçıya, eləcə də görülmüş işlərlə bağlı ##.##.2022-ci il tarixli, *********** nömrəli məktub Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bununla bağlı İddiaçı Nazirliyə ünvanladığı ##.##.2022-ci il tarixli *********** nömrəli məktubda Nazirlik tərəfindən ona göndərilən ##.##.2022-ci il tarixli *********** nömrəli məktubun ##.##.2022ci il tarixində çatdığını qeyd etmişdir. Halbuki sonuncu məhkəmə iclasında İddiaçı vəkili iddiaçıya yalnız ##.##.2023-cü il tarixində iş təklif olunduğunu qeyd etmişdir. Məktubun məzmunundan göründüyü kimi iddaçı ona təklif olunan vəzifə ilə bağlı tam məlumatlı idi və digər daha yüksək vəzifəyə təyin olunmağı tələb edirdi. Məktubda qeyd edilən faktlar cavabdehi iddiaçının məktubu almasını sübut etmək yükündən azad edir. Bununla belə, Nazirliyin Aparatının Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən Azərpoçt MMC ilə əlaqə saxlanılmış, onlar tərəfindən bildirilmişdir ki, məktubların təhvil verilməsi ilə bağlı bildirişlərin yalnız son 6 ayını təqdim etmək mümkündür. İddiaçı ## #### 2022-ci il tarixli *********** nömrəli (eyni zamanda ##.##.2022-ci il tarixli *********** nömrəli məktubla Sumqayıt İnzibati Məhkəməsinə məlumat verilmişdir) və # ###### 2023-cü il tarixli *-**-*/*-E-****/**** nömrəli məktublar göndərilmişdir. Həmçinin, ##.##.2023-cü il tarixdə Fondun Aparatının İnsan resursları departameninin xidməti otağında görüş keçirilmiş, ona Abşeron-X3 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi təklif edilmiş, lakin İddiaçı imtina etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının əvvəllər tutduğu vəzifənin vəzifə maaşı 520 manat, ona təklif edilən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində əvvəllər çalışdığı vəzifənin qulluq funksiyaları ilə oxşar olan aparıcı mütəxəssis vəzifəsinin vəzifə maaşı isə 1400 manat olmuşdur. Yuxarıda qeyd edilənlənlərdən göründüyü kimi iddiaçıya əvvəllər tutduğu vəzifəyə anoloji və daha çox əməkhaqqı ödənilən vəzifələr təklif edilməsinə baxmayaraq o qeyd edilən vəzifələrdən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarı iddia tələbinin “daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsində tam icra edilmiş sayılmalıdır.
20. İş materiallarında olan iddiaçının Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı ## ###### 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, onu ## ##### 2022-ci il tarixdə ƏƏSMN Dövlət Qulluğu və X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin # ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına uyğun olaraq onun əvvəlki vəzifəsinə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə nazirliyin üzərinə qoyulmuş qərarın icrası ilə bağlı görüşə dəvət edilmiş, görüşdə DSMFnin Abşeron-X3 Ünvanlı Dövlət Sosial Yardımın təyinatı şöbəsində sektor müdiri vəzifəsi mövcud olmadığından, ona aparıcı mütəxəssis əzifəsi təklif olunmuşdur.
21. Göründüyü kimi iddiaçı ## ##### 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsinin ona təklif edildiyini etiraf etmişdir.
22. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iş materialları ilə iddiaçıya ## ##### 2022-ci il tarixdə qeyd edilən işin təklif edildiyi öz təsdiqini tapır.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının razılaşmadığı məqamlardan biri də iddiaçıya müddətli əmək müqaviləsi bağlanmasının təklif edilməsidir. Məhkəmə kollegiyası bununla bağlı hesab etmişdir ki, bu hal məhkəmə qərarının qərara uyğun olaraq icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçının əsassız olaraq dövlət qulluqçusu olaraq çalışdığı işindən azad edildiyi halda, onun dövlət qulluğunu bərpa etmədən müddətli əmək müqaviləsi bağlanılmasının təklif edilməsi yolverilməzdir.
24. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizəçinin iş buraxma müddətindən işə bərpa bərpa edildiyi müddətədək əmək haqqının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi olaraq ## ###### 2023-cü il tarixdə iş təklif edilmişdir. Məhkəmənin ##.##.2022-ci il tarixinədək əmək haqqı ödənilməsi nəticəsinə gəlməsi faktı yanlışdır. Məhkəmə Sosial Müdafiəsi Nazirliyinin məktubunu əsas götürə bilməzdir. Belə ki, həmin vaxt məhkəmə mübahisəsinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq onların görüşün nəticəsi olmadığından məhkəmə ##.##.2023-cü il tarixdə yekun qərar qəbul etmişdir. Məhkəmənin göstərişi ilə cavabdeh təşkilat İddiaçı iş təklif etməsi rəsmi olaraq ##.##.2023-cü il tarixdə olmuşdur. Eyni zamanda məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasını edilməməsi üzündən onun məzmununun dəyişdirilməsi səlahiyyətində deyildir. Bu hal məhkəmə qətnaməsinin ailiyinə şübhə yaradır. Vətəndaş işə bərpa olunduğu günə qədər bütün əmək haqqını almalıdır. Ali məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən ərizəçinin vəzifəsi və məcburi iş buraxma müddəti işə bərpa olan tarixədək tam ödənilməlidir, ərizəçinin onların təklif etdiyi vəzifə ilə razılaşmama səbəbi məcburi iş buraxma müddətinə görə əmək haqqılarının ödənilməməsi və müddətli əmək müqaviləsinin bağlanılması olub. Ərizəçi üçün vəzifənin önəmi yoxdur, onun tam olaraq əmək haqqını və müddətsiz əmək müqaviləsi ilə işə götürülməsini təmin etsinlər. Pensiya təminatı hüquqları tam şəkildə pozulur belə ki, fərdi şəxsi hesaba heç bir məcburi sosial sığorta ödəmələri olunmur. Əgər bunlar təmin olunmursa ərizəçiyə təklif olunan vəzifə ilə razılaşa bilməz. Ali məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tam icra olunmur.
b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallardan biri məhkəmə qəranının məzmunun dəyişdirilməsi ilə bağlırdır. Belə ki, kassasiya şikayətində məhkəmə qətnamələrinin icrasının təmin edilməməsi səbəbilə onun məzmunun dəyişdirilə bilinməyəcəyi qeyd olunmuşdur. Lakin, iddiaçının mövqeyi yanlış xarakter daşımaqla kassasiya şikayətinin əsassız olduğunu təsdiq edir. Belə ki, iddiaçı ərizə ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək, ## ######## 2020-ci il tarixli, *-*(***)-******** nömrəli qəranın icra edilmədiyini bildirmiş ve məcburi işburaxmaya görə əmək haqqının məhkəmə qərarı icra olunana qədər ödənilməli olması ilə bağlı izah verilmesini xahiş etmişdir. Apellyasiya Məhkəməsi iddiaçının ərizəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq, əmək haqqının hansı müddətə qədər ödənilməli olduğunu, habelə iddiaçıya oxşar vəzifənin təklif olunub-olunmadığını araşdırmaq və nəticədə məcburi işburaxmaya görə əmək haqqının yalnız işdən azad edildiyi tarixdan ## ##### 2022-ci il tarixində ona oxşar vəzifə təklif edilənədək olan dövr uyğun ödənilməli olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi izah verilməsi haqqında ərizə üzrə iddiaçı qərarda ilkin qətnamənin mahiyyətini və nəticəsini dəyişdirməmiş, yalnız onun icrasına dair konkret müddalarla bağlı hüquqi aydınlıq gətirmişdir. Bu isə məhkəmə qərarının icrası zamanı yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıyır. Məhkəmə tərəfindən yalnız qərarın icrası ile bağlı izah verilir və bu qərarın əsas mahiyyətinə və ya nəticəsinə təsir etmir. Belə ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış yeni faktiki ve hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Əgər qərarın icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirse, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman, hemçinin tərəflərin davranışlanna və icranın baş tutmasına yönəlmiş niyyətlərinə də qiymət verilməlidir. Nahayət, bu mərhələdə, həm də məhkəmənin xidməti vəzifəsindən irəli gələn öhdəlikləri də vardır. İcraya nəzarət edən məhkəmədən gözlənilən yeni faktiki və hüquqi hallar nəzərə almaqla məhkəmə qərarına izah verilməsi, icra barede qərardad çıxarılması və s. prosessual imkanlardan istifadə etməklə icranın baş tutması təmin etməkdir. Nəticə olaraq, iddiaçının kassasiya şikayətində bu izahın "məhkəmə qərarının dəyişdirilməsi" kimi təqdim etmesi hüquqi cəhətdən əsassız ve subyektiv yanaşmadır. Kassasiya şikayətində qeyd olunan bu hal, şikayətin formal və əsasstz xarakter daşıdığını göstərməklə, onun təmin edilməməsi üçün əsaslardan birini təşkil edir. Habelə, iddiaçı tərəfindən müddətli əmək müqaviləsinin təklif edilməsi səbəbilə iş təklifinin rədd edildiyini, bu halın qanunsuz olması səbəbilə məhkəmənin mövqeyinin yanlış olduğu qeyd edilmişdir. Qeyd edilənlər həqiqəti əks etdirmir və Nazirlik tərəfindən iddiaçıya müddətli müqavilə təklif edilməmişdir. Həmçinin işə mahiyyəti üzrə ilkin baxış mərhələsində (2020ci ildə) iddiaçının özü tərəfindən Nazirliyə şifahi müraciət edilərək barışıq əldə etmək istədiyini bildirmiş və müddətli əmək müqaviləsinin bağlanmasını təklif etmişdir. Bu baxımdan, iddiaçının öz razılığı ilə irəli sürdüyü təklifi daha sonra əsassız və hüquqa zidd hal kimi təqdim etmesi, kassasiya şikayətinin işin faktiki hallarına uyğun olmadığını va iddiaçının işin obyektiv və ədalətli həllində maraqlı olmadığını göstərir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Mülki Prosessual Məcəllə: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
29. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ** saylı, ## ###### 2021-ci il tarixli qərarı: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. ... Bənd 33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər”.
30. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də ərizənin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Kassasiya şikayətindən müəyyən edilir ki, iddiaçının hüquqi marağı iş buraxma müddətindən işə bərpa bərpa edildiyi müddətədək əmək haqqının verilməsindən ibarətdir.
37. Bununla bağlı Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənilməsinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir.
38. İş materiallarından isə müəyyən edilir ki, iddiaçıya əvvəlki vəzifəsinə oxşar vəzifə ## ##### 2022-ci il tarixdə edilmişdir. Bu hal iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı, həmçinin iddiaçının Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı məktublarla öz təstiqini tapır.
39. İddiaçı kassasiya şikayətində həmin tarixdə ona rəsmi təklif olunmadığını bildirmişdir. Həmçinin iddiaçının kassasiya şikayətindən belə aydın olur ki, sanki iddiaçıya müddətli əmək müqaviləsi ilə işə götürülmək təklif edilmiş, iddiaçı da məhz bu səbəbdən bundan imtina etmişdir. Lakin Kollegiya qeyd edir ki, işin faktiki halları ilə kassasiya şikayətinin qeyd olunan dəlilləri təkzib olunur.
40. Belə ki, İş materiallarında olan iddiaçının Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı ## ###### 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, onu ## ##### 2022ci il tarixdə ƏƏSMN Dövlət Qulluğu və X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin # ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına uyğun olaraq onun əvvəlki vəzifəsinə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə nazirliyin üzərinə qoyulmuş qərarın icrası ilə bağlı görüşə dəvət edilmiş, görüşdə DSMF-nin Abşeron-X3 Ünvanlı Dövlət Sosial Yardımın təyinatı şöbəsində sektor müdiri vəzifəsi mövcud olmadığından, ona aparıcı mütəxəssis vəzifəsi təklif olunmuşdur.
41. Göründüyü kimi iddiaçı ## ##### 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X3 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsinin ona təklif edildiyini etiraf etmişdir.
42. Həmçinin iddiaçının apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı 2024-cü il tarixli 07 noyabr tarixli məhkəmə iclasındakı izahatından görünür ki, iddiaçının ona təklif olunan vəzifəni qəbul etməmə səbəbi ona təklif olunan vəzifənin əvvəlki vəzifəsi (sektor müdiri) ilə eyni olmaması, həmin vəzifədən daha aşağı olması olmuşdur.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.