Məhkəmə qərarları › İş №2-1(102)-2286/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2286/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2286/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı “R.N.X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə haqda qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı “R.N.X3 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “R.N.X3 Biznes” MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (yoxlanılan dövr: 01.07.2017 - 30.06.2020), səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur.

2. Keçirilmiş növbədənkənar səy yar vergi yoxlaması nəticəsində qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli, **********143346 nömrəli qərarına əsasən 2019cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sıgorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165,65 manat maliyyə sanksiyası hesablanaraq tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “R.N.X3 Biznes” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143346 nömr əli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Vergi Məcəlləsinin 39.4.-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisədə 06.12.20 19-cu tarixli **********3669 nömrəli qərarla operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə izahat verilməsini, bu operativ yoxlamanın “R.N. X3 Biznes” MMC-də kimlərin iştirakı ilə və hansı obyektdə keçirilməsini izah edilməsini, müvafiq sübutların təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Çünki “R.N. X3 Biznes” MMC-nin hər-hansı obyekti yoxdur. Xidmət keçirilməsi barədə yoxlayıcıya izahat da təqdim edilmişdir. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır ki, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Səyyar vergi yoxlaması aktının 3-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, 06.12.2019-ci il tarixli **********3669 nömrəli qərarı ilə operativ vergi nəzarəti üzrə cəmiyyətdə elektron sənədlərin götürülməsi əsasınd a səyyar vergi yoxlaması keçirildiyi göstərilir. Müvafiq qərarın götürülmə protokolunun və götürülmüş elektron cədvəllər adı qoyulmuş 11.6 GB həcmində faylların nədən ibarət olması, nə zaman, hansı şəraitdə "xxxx" MMC-nin obyekti yoxdursa, hansı obyektdən götürüldüyü və götürülmənin kimlərin iştirakı ilə rəsmiləşdirildiyi barədə qanunvericiliyə uyğun olaraq araşdırmanın aparılması, bu pozuntuları törətmiş şəxslər barəsində intizam tənbehinin tətbiq edilməsi, qanun pozuntularına görə cavabdeh şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Sənəd və nümunələrin götürülməsi qaydaları Vergi Məcəlləsinin 43-cü maddəsindəki kimi nəzərdə tutulmuşdur. Yəni, vergi qanunvericiliyinin pozulmasını müəssisənin konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirir. Səyyar vergi yoxlaması aktında göstəril ir ki, operativ vergi nəzarəti nəticəsində 06.12.2019-cu il tarixli qərara əsasən 11.6 GB elektron sənəd götürülmüşdür. Həmin 06.12.2019-cu il tarixli qərara əsasən götürülmüş 11.6 GB elektron sənədin “R.N X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir əlaqəsi yoxdur. Ona görə ki, müəssisədə ümumiyyətlə operativ vergi nəzarəti keçirilməmişdir. Yoxlama materiallarından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi orqanının yoxlayıcısına təqdim edilmişdir. Yoxlama ilkin sənədlərlə hər hansı vergi hesablaya bilməmişdir. Daha sonra səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad etmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyə uyğun olaraq müəssisəyə ai diyyatı sübuta yetirilməmiş və vergi hesablamasına əsas yaratmamışdır. Çünki, səyyar vergi yoxlamasına aidiyyatı olmayan bu məlumatlar Vergi Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq götürülməmiş, həmin məlumatların müəssisəyə aidiyyatı təsdiqini tapmamışdır. Həmin sənədlər tamamilə başqa bir müəssisəyə məxsus olmuşdur. Lakin yoxlayıcılar səyyar vergi yoxlaması zamanı hərhansı bir tutarlı fakt tapa bilmədiyindən başqa müəssisəyə məxsus olan həmin sənədləri də iddiaçıya aid etmişlər. Qanunsuz olaraq müəssisəyə aid olmayan sənədlər əsasında səyyar vergi yoxlaması aktı tərtib edib və aktın nəticəsində məsuliyyətə cəlbetmə barədə qərar çıxarmaq qanunvericiliyə ziddir.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək tələbin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur. Vergi orqanı tərəfindən çıxarılmış “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə “X4 X6” MMC-də (hal-hazırki "xxxx" MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş fayllar araşdırılarkən “R.N. X3 Biznes” MMC-yə məxsus pul vəsaitlərinin mədaxilini və məxaricini əks etdirən məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərə əsasən 01.08.2018- 31.07.2019 dövr üzrə vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmiş və bu hal üzrə Vergi Məcəlləsinin 155.1 və 157. 3.1-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019- cu il tarixədək olan dövr üzrə cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş 88.614.41 manat (104 565.0:1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214.41 manat olması, vergi ödəyicisinin xərclərinin isə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş avqust 2019-cu il- noyabr 201 9-cu il dövr üzrə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374.21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90.10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Belə ki, yoxlama ilə gəlirlərin 92.214,41 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 28.487,47 manat, vergiyə cəlb olunan gəlirinin 63.726.94 manat, mənfəətdən verginin isə 12.745,39 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39-4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1- ci maddəsinə əsasən yayındı rılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında yəni 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti olmuş, cəmiyyət tərəfindən 01.01.2019- 30.09.2019 vergi dövrü üzrə hasilatdan 2.500 manat dövriyyə göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmış və hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) elektron cədvəllərə əsasən 01.07.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi üzrə 2018 -ci ilin 3-cü və 4-cü rüblərinin bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Qeyd olunan 220.725 manat vəsaitdən Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə sadələşdirilmiş vergi hesablamışdır. Belə ki, 2018-ci il üzrə (iyul-dekabr aylarında) 3.256,12 manat, 2019-cu il üzrə (yanvar-iyul ayılarında) 2.736,44 manat olmaqla, ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında yəni 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) cədvəllərə əsasən 01.08.2018- 31.07.2019 dövr üzrə müəyyən edilmi ş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1 və 157.3.-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDVsiz) satış dövriyyəsindən (104 565.0:1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614.41x18%) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020-ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında, yəni 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat oldu ğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200.90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məb ləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il-noyabr 2019- cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyinin Vergi Cinayətlər inin İbtidai Araşdırılması Baş idarəsinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi) əməkdaşları tərəfindən götürülmüş aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində cəmiyyətin yoxlanılan dövrdə real dövriyyəsinin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və həqiqəti əks etdirməyən elektron sənədlərə aid sübutlara istinad edərək iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçı iddia ərizəsində ikili mühasibatlıq aparmasının səbəblərini əsaslandıra bilməmiş, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin “R.N. X3 Biznes” MMC-yə a idiyyəti olmadığını qeyd etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Həmçinin, iddiaçı iddia ərizəsində yoxlamanın bir sıra prosessual pozuntular olmaqla həyata keçirildiyini qeyd etmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 nömrəli qərarına əsasən (hakim Mehriban Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143346 saylı qərarı ləğv edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın qəbul edi lməsi üçün əsas olan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə “X4 X7” MMC-də (hazırkı "xxxx" MMC) (VÖEN: **********) məxsus olan obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan”elektron fayllara” istinad edilmişdir. Halbuki, həmin qərarda iddiaçı “R.N.X3 Biznes” MMC-də (VÖEN: **********) hər-hansı yoxlamanın keçirilməsi nəzərdə tutulmamışdır. Həmin sənədlərin iddiaçıya aid olması barədə məhkəmə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə bağlı tələblərə tam şəkildə riayət etməmiş, düzgü n qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları araşdırmamış, inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-1912/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Azər Hüseynov, hakimlər – Səadət Bəktaşi və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-3482/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Ca vabdehə məhkəmə qərarı 30.08.2021-ci il tarixində təqdim edilmişdir.

12. Cavabdeh 28.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 3.1, 3.8, 3.77, 15.1.6, 15.1.8, 15.1.9, 38.2, 38.4, 39.1, 39.5, 39.6, 39.7, 43.1, 43.2.3, 43.5, 43.6, 43.8, 49.5, 53.3, 54.0.2, 62.2, 64, 67.1, 67.1.9, 94.0.1, 130.1-ci maddələrinin, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10, 2.1.11-ci maddələrinin, İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7, 68.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 69.2-ci maddələrinin tələbləri pozulmuşdur.

14. Belə ki, məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin u çot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir.

15. Həmçinin, məhkəmə sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd etsə də, həmin tələblərin nədən ibarət olduğunu öz qərarında göstərməmişdir. “Mühasibat uçotu haqqında” Qanun elektron daşıyıcılarda əks olunan məlumatlara dair konkret, xüsusi rekvizitlər müəyyən etmədiyi halda məhkəmənin yüksək sübutetmə standartı tətbiq etməsi Avropa Məhkəməsinin qərarlarında əks olunmuş həddən artıq formalizmin tətbiqinin tərəfin məhkəməyə əlçatanlıq hüququnun pozulmasına gətirib çıxarmışdır. Avropa Məhkəməsinin Broza Almaniyaya qarşı (ərizə № 5709/09, 17.04.2014-cü il) işində məhkəmə qeyd edir ki, “ölkədaxili məhkəmə qeyri-m ütənasib dərəcədə yüksək sübutetmə standartı tətbiq edərək faktların təsdiqi üçün “inandırıcı sübut” tələb etmişdi. Ölkədaxili məhkəmə müvafiq maraqlar arasında ədalətli balansa riayət etməmişdir”. Məhkəmənin qərarında ifadə olunan dəlillərindən və mövqelərindən birmənalı şəkildə görünür ki, məhkəmə iş üzrə cavabdehin təqdim etdiyi və hesablamanın əsasını təşkil edən və iddiaçıya məxsus olan elektron fayllarda əksini tapan cədvəllərə, yəni məlumatlara cidd formal tələblər irəli sürmüş, lakin həmin tələblərin nədə ibarət olduğunu əsaslandırmamış və hüquqi əsasını əks etdirməmişdir.

16. Məhkəmə öz qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməs i ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Lakin məhkəmə konkret olaraq cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin hansı normalarının pozulduğu və pozulması şəraiti əks etdirilməmiş və əsaslandırılmamışdır. Sənədlərin hansı qərarlar və protokol əsasında götürülməsi barədə iş materiallarında ətraflı məlumatlar əks olunmuş, qərar və protokolun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 43-cü maddəsi yanlış tətbiq edilmişdir.

17. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək sadəc ə iddiaçının təqdim etdiyi dəlilləri heç bir əsaslandırma aparmadan və iş materiallarında bu dəlilləri təsdiq edən sübutların olub-olmadığını müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən iddiaçının izahatlarını mötəbər hesab etmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə dəlillərini qiymətləndirməmişdir və məhkəmənin həmin dəlilləri nəzərə alıb-almadığı qəbul etdiyi qərardan bəlli deyil.

18. İş materiallarından aydın olur ki, iddiaçı məhkəmə iclaslarında onun nümayəndəsi X2 tərəfindən təmsil olunmuşdur. MPM-in 69.2-ci maddəsinə əsasən isə hüquqi şəxsi məhkəmədə əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkilləri təmsil edir. Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi məlumatlarına nəzər saldıqda görünür ki, X2 ilə müəssisə arasınd a bağlanmış əmək müqaviləsinə tez-tez dəyişikliklər edilmiş və işə birinci və apellyasiya instansiyası məhkəməsində baxılmaqla bağlı təyin olunan bir sıra iclas (03.03.2021, 01.04.2021, 15.07.2021, 12.08.2021-ci il tarixləri) tarixlərində X1 müəssisədəki iş yeri “əlavə iş yeri” olmuşdur. Başqa sözlə, X5 ğolu birinci məhkəmə iclasında iş yerini “əsas” kimi qeydiyyatdan keçirməklə bildirişi məhkəməyə təqdim etdikdən sonra yenidən iş yerini “əlavə” iş yeri kimi qeydiyyatdan keçirmiş və bir sıra iclas tarixlərində onun müəssisədəki iş yeri “əlavə iş yeri” olaraq qalmışdır. Məhkəmələr isə MPM-in 69-cu maddəsinin tələblərini kobud surətdə pozaraq qeyd olunan halı araşdırmamış və nümayəndə qismində çıxış etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyəti olmayan X2 tərəfindən iddia çının hüquqlarının təmsil edilməsinə yol vermişdir. Bu isə kobud pozuntu olmaqla, eyni zamanda, cavabdehin hüquqlarının pozulması və son nəticədə iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsaslarında qeyd edilmişdir ki, ilkin uçot sənədləri maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

20. Göründüyü kimi, ilkin uçot sənədləri müəssisə rəhbərinin göstərişini təsdiq edən sənədlərdir ki, cavabdeh vergi orqanı götürülmüş elektron daşıyıcıda olan sənədlərin müəssisə rəhbərinin göstərişi ilə hazırlandığını nə ilə sübut edir? “R.N.X3 Biznes” MMCnin heç bir əməkdaşı tərəfindən həmin sənədlər təsdiq edilməyib. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsas olan 06.12.2019-cu il tarixli **********3669 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə “X4 X7” MMC-yə məxsus olan obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “elektron fayllara” istinad edilmişdir. c. Tərəflərin mülahizələri

21. İşə tərəflərin iştir akı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

22. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

23. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

25. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə t əqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

26. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

27. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

28. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hə rəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 29. "İnzibati icraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

30. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

31. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

32. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

34. Həmin Məcəllənin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. KAS SASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. İş materiallarına cavabdehin məhkəmə qərarını hansı tarixdə aldığını göstərən hər hansı sübut əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan hallarla bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşdığını bildirmişdir.

39. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19 avqust 2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən iddiaçı “R.N X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2017-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icb ari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 20 avqust 2020-ci ildən 30 sentyabr 2020-ci il tarixədək müəssisədə yoxlama keçirilməsi təyin edilmiş, səyyar vergi yoxlaması həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Eyni zamanda yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. İddiaçının iddia etdiyinə görə müəssisədə heç bir operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə cavabdeh də heç bir sübut təqdim etməmişdir.

40. Səyyar vergi yoxlaması aktının 3-cü səhifəsinin 1-ci abzasında 06.12.2019-ci il tarixli **********36 69 nömrəli qərarla operativ vergi nəzarəti üzrə cəmiyyətdə elektron sənədlərin götürülməsi əsasında səyyar vergi yoxlaması keçirildiyi göstərilir. Müvafıq qərarın götürülmə protokolunun və götürülmüş elektron cədvəllər adı qoyulmuş 11.6 GB həcmində faylların nədən ibarət olması, nə zaman, hansı şəraitdə və hansı obyektdən götürüldüyü və götürülmənin kimlərin iştirakı ilə rəsmiləşdirildiyi barədə səyyar vergi yoxlaması aktında heç nə göstərilməmişdir.

41. Belə ki, 06.12.2019-cu il tarixli qərara əsasən götürülmüş 11.6 GB elektron sənədin “R.N X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı bir əlaqəsi müəyyən olunmur, müəssisədə ümumiyyətlə operativ vergi nəzarəti keçirilməmişdir. Beləliklə, səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad edilmişdir.

42. Halbuki, bu elektron məlumatların qanunvericiliyə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta yetirilməmiş, həmin sənədlər tamamilə başqa bir müəssisəyə məxsus olmuşdur, 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən” və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar müəssisəyə aid olmadığından səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilə bilməzdi.

43. Məlum olur ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında qərarı ilə “X4 X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus olan obyektdə operativ vergi nəzarətini n həyata keçirilməsi qərara alınmış, 06.12.2019-cu il tarixli **********3689 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3689 saylı qərarla 06.12.2019-cu il tarixli VN seriyalı, 000253 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında protokolla rəsmiləşdirilmiş 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar iddiaçıya aid olmayan həmin obyektdən götürülmüşdür.

44. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, * *********143346 saylı qərarı ilə iddiaçı “R.N. X3 Biznes” MMC-nin fəaliyyəti üzrə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat, 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200.90 manat, 100.45 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sıgorta haqqı üzrə 331,30 manat, 165.65 manat maliyyə sanksiyası eyni əsaslarla “X4 X6” MMC-də (hal-hazırki "xxxx" MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllər” əsasında təkrarən hesablanaraq tətbiq edilmişdir. Göründüyü kimi b u ziddiyyətlərin və aydın olmayan məqamların əksi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsinə müvafiq səyyar vergi yoxlamasının keçirilməsi tələblərini pozmaqla Vergi Məcəlləsinin 48-ci maddəsinə zidd olaraq götürülmüş sənədlərin iddiaçıya aid olması cavabdeh tərəfindən sübut olunmadıgından vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Çünki vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsində vergi orqanı tərəfindən yol verilmiş pozuntuların hər biri sadalanmış, həmin pozuntulara maddi hüquq normaların tələbləri baxımından qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ra zılaşmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halların öz qərarında təkrarən sadalanmasına ehtiyac yoxdur. Kassatorun bu halı hüquq pozuntusu kimi qiymətləndirməsi isə əsassızdır.

46. İddiaçının məhkəmə iclaslarında X2 tərəfindən təmsil olunması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi “R.N.X3 Biznes” MMC-nin direktoru İntiqam Əliyev tərəfindən imzalanmışdır. Həmçinin, birinci məhkəmə iclası keçirilərkən iddiaçı “R.N.X3 Biznes” MMC-nin nümayəndəsi qismində X2 iştirak etmiş, bu zaman “R.N.X3 Biznes” MMC X1 əsas iş yeri olmuşdur. Odur ki, digər məhkəmə iclasında “R.N.X3 Biznes” MMC-nin X1 əlavə iş yeri kimi göstərilməsi qərarın ləğvi üçün əsas deyil.

47. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar