Məhkəmə qərarları › İş №2-1(102)-2291/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2291/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2291/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması (bələdiyyə və ya dövlət mülkiyyətində olmasının müəyyənləşdirilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayon Biləcəri Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023cü il tarixli, 2-1(103)-161/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə Binəqədi rayonu, 9a mkr., M. Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv.m. torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır.

2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan Torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 357 nömrəli müqaviləyə əsasən Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.

3. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli nömrəli Sərəncamı ilə iddiaçının Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmi ş ümumi sahəsi - 32,8 kv metr olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 19 sentyabr 2017-ci il tarixli 46 nömrəli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə sənədinə əsasən xx.xx.2017-ci il tarixdən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir.

5. İddiaçı Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv.m. torpaq sahəsinin və üzərində inşa edilmiş qeyriyaşayış binasının sənədləşdirməsinə köməklik göstərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, sahənin xüsusiyyətinə, torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpaqların alqı-satqısına dair Akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, 9a mikrorayon, M.Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarı lmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 524 saylı 15 noyabr 2006-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu, 9a mkr., M. Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin Situasiya planı tərtib edilərək, bələdiyyə tərəfindən təsdiq edilmiş və 357 saylı 15 noyabr 2006-cı il tarixdə onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanaraq, bələdiyyənin hesabına torpağın dəyəri ödənilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 205 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, M.Cəlal küçəsi 31 saylı b inanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin təqdim etdiyi layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır. İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 sentyabr 2017-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Cavabdeh Reyestr Xidmətinə müraciət edərək, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin onun adına qeydiyyata alaraq, xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş edilmişdir. Reyestr Xidməti tərəfindən 30 iyul 2021-ci il tarixli məkt ubla bildirilmişdir ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin xüsusiyyətinə, torpağın ayırma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq rayon icra hakimiyyəti orqanının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpağın alqı-satqısına dair Akt ləğv edilmiş DT və XK tərəfindən təsdiq edilməmişdir. Dövlət və bələdiyyə orqanlarının verdiyi rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh reyestr xidməti haqlı olmamışdır.

8. Cavabdeh imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş və təqdim edilmiş layihə və istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(112)-2235/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən, sahəsi 120 kv. metrdən ibarət olan torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(103)-161/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və R.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bələdiyyə dövlət mülkiy yətində olan torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan yerlərdir. Bakı şəhəri Binəqədi rayonu X1 Elşad Qurban oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 15 noyabr 2006-cı il tarixli 524 №-li Qərarı hazırda qüvvədə olsa da torpaq sahəsi bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd edir ki, cavabdeh imtina məktubda və iddia ərizəsinə qarşı verdiyi etirazda İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair rayon icra hakimiyyəti orqanının rəyi əlavə edilmədiyini, torpağın alqı-satqısına dair Aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini, obyektin tikintisinə icazə sərəncamı verilmədiyini və torpaq sahəsinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmadığını göstərmiş, lakin apellyasiya şikayətində isə bildirmişdir ki, məhkəmənin qərarını alandan sonra torpaq sahəsinə yerli baxış keçirilm iş və məlum olmuşdur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir, eyni zamanda göstərmişdir ki, indiyədək Bakı şəhəri ərazisində yerləşən dövlət, bələdiyyə və fiziki şəxslərin mülkiyyətinə aid olan torpaq sahələrinin elektron uçotunun aparılması və xəritələşdirilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri barədə məlumatlar elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir.

16. Bundan əlavə qeyd edilmişdir ki, məhkəmə torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmamasına dair ekspertiza keçirilməsinə dair qərardad çıxarmış və qanunsuz olaraq ekspertizanın keçirilməsini hazırkı işdə cavabdeh olan Reyestr Xidmətinə həvalə edərək ondan rəy almışdır.

17. Kassasiya şikayəti hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, Torpaq Məcəlləsinin 85.4-cü, “İnzibati icraat haqqında” Qanunun 12.2, 15.1, 15.2, 24.1-24.3, 64.2, 67.5-ci maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;... Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Resp ublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu tor paqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və A zərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə

5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bə lədiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüq uqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qe ydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddə sində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılm ası tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kas sasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsaslar ın qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarından görünür ki, mübahisə predmeti olan 120 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı iddiaçı ilə Binəqədi Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixli 357 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı həmin ərazidə 32.8 kv.m olan qeyri-yaşayış sahəsi tikmiş və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 19 sentyabr 2017-ci il tarixli 46 nömrəli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə sənədi ilə xx.xx.2017-ci il tarixdən həmin qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir.

28. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən səbəb kimi, müvafiq icr a hakimiyyəti orqanlarının rəyinin əlavə edilmədiyini, təqdim edilmiş torpaqların alqısatqısına dair Aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini göstərmişdir. Lakin sonradan apellyasiya şikayətində, mübahisələndirilən torpaq sahəsinə yerli baxış zamanı həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir.

29. Apellyasiya məhkəməsi də öz növbəsində torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən ətraflı araşdırma aparmadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.

31. İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin dö vlət, yaxud bələdiyyə mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə sorğu göndərmiş, lakin Xidmət tərəfindən sorğuya mahiyyəti üzrə cavab verilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi də torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmiş, qərardadın icrasıni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə və Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, hər iki orqandan mütəxəssis və ekspertiza rəyi alınmadan mübahisəyə baxmış, qərarında həmin orqanlardan müvafiq rəylərin alınmasına zərurət olmadığını bildirməmiş, təkcə cavabdehin mütəxəssis rəyinə əsaslanıb onu mötəbər hesab edərək iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gəlmişdir.

33. Cavabdeh mütəxəssis rəyində bildirmişdir ki, elektron baza məlumatlarına görə iddiaçının istinad etdiyi torpaq sahəsi ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşir, məqsədli təyinatına görə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətindədir.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan 120 kv.m torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilib-göstərilməməsi barədə araşdırma aparmamışdır.

35. Bu səbəbdən, işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi Bələdiyyəsinə, zərurət olarsa digər dövlət orqanlarına müvafiq sorğular verilməli və həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmalıdır.

36. Bundan əlavə, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarına baxış keçirilməli, həmin məlumatlar kağız formatında tələb edilib işə əlavə olunmalı, torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud bələdiyyəyə məxsus olması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşməsi yoxlanılmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən məlumatlar əldə edilməlidir.

37. Bu səbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hallar araşdırmalı, aparılan araşdırmalar nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda tərəflərin və Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin müəyyən etdiyi mütəxəssisin iştirakı ilə birgə baxış keçirməli, ərazinin sxemi tərtib edilib işə əlavə edilməlidir.

38. Məhkəmə kollegiyası onu da vurğulayır ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

39. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

40. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən m üvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

41. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

42. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir...

43. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.

44. Apelyasiya instansiyası məhkəməsi həm də Konstitusiya Məhkəməsinin qərarının işığında araşdırma aparmamış və mübahisəyə münasibət bildirməmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

46. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 21(103)-161/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar