Məhkəmə qərarları › İş №2-1(102)-230/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-230/2021

19.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2021 19.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı1, İddiaçı2 və Babayeva Xatirə Fəhmi qızının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Məhkəmə qərarında olan yanlışlığın aradan qaldırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X8, bundan sonra üçüncü şəxs) “cavabdehin xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İ nzibati kollegiyasının 2-1(107)384/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar cavabdehə qarşı “Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər.

2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)183/2019 nömrəli qərarına əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851, Y=4503188.3412, X=735223.5340, Y=4503194.0029, X=735230.4212, Y=4503235.0036, X=735230.4212, Y=4503235.0036, X=735223.5340, Y=4503194.0029, X=735219.8679, Y=4503195.1924, X=735226.7616, Y=4503236.2394 və X=735226.7616, Y=4503236.2394, X=735219.8679, Y=4503195.1924, X=735216.3972, Y=4503196.3184, X=735223.2979, Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

3. Sözügedən qərarın surəti inzibati məhkəmə icraatının iştirakçılarına poçt vasitəsi ilə göndərilmiş, üçüncü şəxs X7 isə xx xxxx 2019-cu il tarixində imza etdirilməklə təqdim olunmuşdur.

4. Həmin məhkəmənin qərarından qanunla müəyyən edilmiş müddət ərzi ndə apelyasiya şikayəti verilməmiş və xx xxxx 2019-cu il tarixində qərardan çıxarış icra edilməsi üçün cavabdehə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. Üçüncü şəxs xx xxxx 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə ərizə göndərərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-183/2019 nömrəli qərarının nəticəvi hissəsində buraxılmış yanlışlığa, yəni “0,27 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi” hissəsində düzəliş edilərək, “0,0150 ha torpaq sahəsinə münasibətdə ləğv edilsin” kimi yazılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, xx.xx.2013-c ü ildə tərtib edilmiş **********45 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və RX seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh mülkiyyətinə verilmiş 1,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları JN seriyalı 1061 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,03 ha torpaq sahəsinin 0,0752 ha hissəsi, JN seriyalı 1062 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X3 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0158 ha hissəsi və JN seriyalı 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0150 ha hissəsi ilə üst-üstə düşür. Şəki İnzibati-İqtisadi Məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mü təxəssis rəyinə əsaslanaraq yekun nəticəyə gəlsə də, qərarın nəticəvi hissəsində yanlışlığa yol verərək, Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının iddiaçıların JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə ləğv etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim X9, 2-1(84)-183/2019 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Üçüncü şəxs qərardaddan şikayət verərək ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X10 və X 11, 2-1(107)-384/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.

10. Apelyasiya instansiyası məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, Cavabdeh qərarında göstərilən torpaq sahəsi ilə JN seriyalı 1063 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşən hissəsi işdə olan bir neçə sənəddə müxtəlif ölçülərdə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində (iş vərəq 56) həmin ölçü 0,0150 ha göstərildiyi halda, həmin Xidmət tərəfindən tərtib e dilmiş xx.xx.2019-cu il tarixli sxemdə (iş vərəq 70) bundan 10 dəfə az, yəni 0,00150 ha göstərilmişdir. Rəy və sxem arasında belə bir ciddi uyğunsuzluğun olmasına baxmayaraq, məhkəmənin qərarında bu ziddiyyətə qiymət verilməmiş və bu rəqəmlərdən hansının düzgün olması müəyyən edilməmişdir. Məhkəmə qərarının təsviri hissəsində yalnız mütəxəssis rəyinin məzmunu göstərilmiş, əsaslandırma hissəsində həmin rəyə heç bir münasibət bildirilməmiş, məhkəmənin rəylə razılaşıb-razılaşmaması göstərilməmiş, torpaq sahələrinin üst-üstə düşən hissələri dəqiqləşdirilməmiş, sxemə isə məhkəmə qərarında ümumiyyətlə toxunulmamışdır. Göründüyü kimi, işə baxılarkən Bələdiyyə qərarında göstərilən torpaq sahəsi ilə JN seriyalı 1063 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşən hissəsi müəyyən e dilməmişdir. Qərarın nəticəvi hissəsində üst-üstə düşən torpaq sahəsinin 0,27 ha kimi göstərilməsinin səhv olmasını iddia etmək üçün həmin sahənin düzgün ölçüsü müəyyən edilmiş olmalı və iş materiallarında, eləcə də məhkəmə qərarının təsviri və əsaslandırma hissələrində öz əksini tapmalıdır. Lakin qeyd olunduğu kimi, qərarın təsviri və əsaslandırma hissələrində torpaq sahələrinin üst-üstə düşən hissələri müəyyən edilməmiş qalmışdır. Belə olan halda, qərarın nəticəvi hissəsində üst-üstə düşən torpağın 0,27 ha yazılması açıq texniki səhv kimi qiymətləndirilə bilməz. Həmin rəqəmin, üçüncü şəxsin tələb etdiyi kimi, 0,0150 ha rəqəmi ilə əvəz edilməsi üçün nəinki kifayət qədər əsas yoxdur, hətta bununla bağlı işdə ziddiyyətli sübutlar vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-183/2019 nömrəli qərarı xx xxxx 2019-cu il tarixdən qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qərar qanuni qüvvəyə minib icraya yönəldiləndən 1 ildən artıq müddət keçəndən sonra üçüncü şəxs həmin qərardakı yanlışlığın düzəldilməsi barədə müraciət etmişdir. Halbuki, İPM-in 77.1-ci maddəsinə görə üçüncü şəxsin məhkəmə qərarını aldığı gündən 2 həftə ərzində həmin qərarda zəruri düzəlişlərin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Həmin normanın mənasına görə, məhkəmənin qərarı qanuni qüvvəsini alanadək onda buraxılmış səhv və yanlışlıqlar düzəldilə bilər. Qərar qanuni qüvvəsini alandan sonra isə onda düzəliş edilməsinə yol verilmir.

11. Üçüncü şəxs x xxxxxx 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının x xxxxxxxx 2020-ci il tarix li qərardadının surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçıların mülkiyyət hüququ qorunduğu kimi üçüncü şəxsin hüquqları qorunmalıdır və pozulmuş, göz yumulmuş aşkar olunmuş hüquqları bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində (iş vərəq 56) həmin ölçülər düzgün qeyd edilmişdir. Ancaq düzgün olan sxemə və həmin komitənin göndərdiyi düzgün ölçülərə heç bir q iymət verilməmişdir. Azərbaycan Respublikasının qanunları çərçivəsində verilmiş torpaq sənədlərinə heç bir qiymət verilmir və həmin sənədlər sanki bir kağız parçasıdır. Ancaq yanlış olan sxemə qiymət verilərək onun illərnən əziyyət çəkdiyi, xərc qoyduğu ərsəyə çatanda torpağı kiməsə verilməsinə qərarlar verilir, haqqı tapdalanır. Nəyə görə məhkəmələr rəy verən mütəxəssisləri dəvət etmirlər. Onların yanlış-düzgün rəy vermə səbəbi öyrənmədən qərar verirlər.

13. Bundan başqa üçüncü şəxsin şikayətində qeyd edilmişdir ki, heç bir yerdə işləmir, pensiya almır, 60 yaşı var nə ilə dolanacağını bilmir. Dolanışığı, çörəyi oradan çıxır. Tək qadındı, öhdəsində 2-ci qrup bir xəstə uşağı var, aldığı təqaüd dərmanlarını ödəmir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.

16. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X4 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı ə lavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: 17.

1. Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (- )... 18.

2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci tarixli məlumatında Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 21. 1 x xxxxxx 2021-ci il tarixə kimi məhkəmə kollegiyasına işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair etiraz daxil olmamışdır.

22. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

23. İnzibati Prosessual Məcəllə: Maddə 76.1. Məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. 76.2. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Maddə 77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hall ar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. 77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. 77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır. 77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarda dı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apelyasiya məhkəməsinin mövqeyinə görə üçüncü şəxsin ərizəsinin araşdırılması zamanı məhkəmə qərarında ziddiyyətli sübutlar olduğundan və məhkəmə qərarının mətnində aşkar yazı və hesab səhvləri və ya digər aşkar yanlışlıqlar olmadığından ərizə təmin edilə bilməz.

28. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)183/2019 nömrəli qərarına əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı iddiaçıların JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851, Y=4503188.3412, X=735223.5340, Y=4503194.0029, X=735230.4212, Y=4503235.0036, X=735230.4212, Y=4503235.0036, X=735223.5340, Y=4503194.0029, X=735219.8679, Y=4503195.1924, X=735226.7616, Y=4503236.2394 və X=735226.7616, Y=4503236.2394, X=735219.8679, Y=4503195.1924, X=735216.3972, Y=4503196.3184, X=735223.2979, Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,2 7 ha torpaq sahələrinə münasibətdə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

29. Qərardan apelyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir.

30. Üçüncü şəxs xx xxxx 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə ərizə göndərərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-183/2019 nömrəli qərarının nəticəvi hissəsində buraxılmış yanlışlığa, yəni "0,27 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi" hissəsində düzəliş edilərək, "0,0150 ha torpaq sahəsinə münasibətdə ləğv edilsin" kimi yazılması barədə qərardad çıxarılmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

31. İşdə olan x xxxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, x xxxxxx 2013-cü ildə tərtib edilmiş torpaq sahəsinin plan ı və ölçüsü və çıxarış əsasında Cavabdeh mülkiyyətinə verilmiş 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları JN 1063 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0150 ha hissəsi ilə üst-üstə düşür.

32. Həmçinin mübahisəli torpaq sahəsinin sxemi və koordinatları mütəxəssis tərəfindən ayrıca tərtib edilmiş, birinci instansiya məhkəməsi qərarının nəticə hissəsində həmin sxem və koordinatlara istinad etmişdir.

33. Birinci instansiya məhkəməsi qərarının təsviri hissəsində mütəxəssis rəyinə, nəticə hissəsində isə sxem və koordinatlara istinad etmişdir.

34. Üçüncü şəxsin ərizəsi ilə bağlı işdə olan rəy və sxem-koordinatlarda torpaq sahəsi fərqli ədədlərlə göstərilmişdir.

35. Odur ki, apely asiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qərarında göstərilən torpaq sahəsi ilə JN seriyalı 1063 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşən hissəsi işdə olan bir neçə sənəddə müxtəlif ölçülərdə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində (iş vərəq 56) həmin ölçü 0,0150 ha göstərildiyi halda, həmin Xidmət tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli sxemdə (iş vərəq 70) bundan 10 dəfə az, yəni 0,00150 ha göstərilmişdir. Rəy və sxem arasında belə bir ciddi uyğunsuzluğun olmasına baxmayaraq, məhkəmənin qərarında bu ziddiyyətə qiymət verilməmiş və bu rəqəmlərdən hansının düzgün olması müəyyən edilməmişd ir.

36. Apelyasiya məhkəməsi İPM-in 76.1-ci maddəsinin işığında üçüncü şəxsin yuxarıda göstərdiyi məlumata münasibət bildirmişdir.

37. Apelyasiya məhkəməsi qərardadda bildirmişdir ki, məhkəmə qərarının oxunması zamanı birbaşa nəzərə çarpmalıdır ki, qərarda nə isə açıq-aşkar səhv yazılmışdır və bu səhv texniki xarakter daşıyır.

38. İPM-in 77.1-ci maddəsinin tələbinə görə proses iştirakçıları məhkəmə qərarının təsviri hissəsində yanlışlıqlar və aydın olmayan məqamlar olduqda məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində düzəlişlərin edilməsi barədə məhkəməyə ərizə verə bilər.

39. Üçüncü şəxs həm qanunvericilikdə nəzərdə tutulan müddətlə bağlı tələbə əməl etməmiş, həm də məhkəmə qərarının təsviri hissəsi ilə bağlı deyil, nəticə hissəsi ilə bağlı mübahisə açmışdır.

40. Bəhs olunanla ra əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Üçüncü şəxs X1 şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-384/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar