Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı12 və digərləri cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik xəttinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı12 və digərlərinin cavabdeh "xxxx" ASC-yə qarşı “Yaşadıqları evlərin damları üzərindən keçməklə, həmçinin Mehdiabad sakinlərini içməli su ilə təmin edən əsas su xəttinin üzərində basdırılmış işıq dirəkləri üzərindən çəkilmiş 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6-cı bəndlərinin və AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9-cu bəndlərinin tələblərinə uyğun olmadığından, həmçinin Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 1-ci ərazi X13 İdarəsinin rəyini nəzərə alaraq, yaşayışları üçün təhlükə törədən həmin elektrik xəttinin ləğv edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)-341/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı12 və qeyriləri Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşayırlar.
2. İddiaçılar onlara məxsus fərdi yaşayış evlərinin yaxınlığından yeni çəkilən 6 kVluq hava elektrik verilişi xəttinin dayaqlarının evlərinin yaxınlığında quraşdırılması, mövcud 0,4 kV-luq xəttin üzərindən aparılması həyatları üçün təhlükə yaratdığından həmin elektrik xəttinin ləğv edilməsi üçün müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə müraciət etmiş, onların müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, yaşadıqları evlərin damları üzərindən keçməklə, həmçinin Mehdiabad sakinlərinin içməli su ilə təmin edən əsas su xəttinin üzərində basdırılmış işıq dirəkləri üzərindən çəkilmiş 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin, ən qısa müddətdə, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6-cı bəndlərinin və AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mü hafizəsi qaydaları”nın 5, 9-cu bəndlərinin tələblərinə uyğun olmadığından, həmçinin Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 1-ci ərazi X13 İdarəsinin rəyini nəzərə alaraq, yaşayışları üçün təhlükə törədən həmin elektrik xəttinin ləğv edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdirlər.
4. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşayan iddiaçılara məxsus fərdi yaşayış evlərinin yaxınlığından yeni çəkilən 6 kV-luq hava elektrik verilişi xəttinin (HEVX) dayaqlarının evlərinin yaxınlığında quraşdırılması, mövcud 0,4 kV-luq xəttin üzərindən aparılması həyatları üçün təhlükə yaratdığından, bununla bağlı, aidiyyəti dövlət orqanlarına müraciət etmişlər. Azərbaycan Re spublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2020-ci il tarixli AERA-xx-xx-24412 saylı, Agentliyin Sumqayıt Filialının xx.xx.2020-ci il tarixli AERA-19-419/20 saylı cavab məktublarından məlum olmuşdur ki, Mehdiabad qəsəbəsinin elektrik təchizatı yükünün bir hissəsinin Fatmayi kəndində yeni inşa olunmuş 35/6 kV-luq “Fatmayi” yarımstansiyasının üzərinə keçirilməsi məqsədilə "xxxx" ASC tərəfindən layihəsi hazırlanmış və 2020-ci ilin tədbirlər planına salınmışdır. “Fatmayi” yarımstansiyasının qoyuluş gücü imkan verdiyindən, qeyd olunan ərazini 6 kVluq “Mehdiabad-4” xəttinə qoşmaq üçün işlərə başlanılmışdır. Agentliyin Sumqayıt filialı cavab məktubunda yeni şəbəkənin qurulması zamanı “Texniki istismar və təhlükəsizlik texnikası Qaydaları”nın və “Elektri k qurğularının quraşdırılması Qaydaları”nın, xüsusən 2.5.57-ci yarımbəndinin tələblərinə əməl edilməklə işlərin aparıldığını göstərmişdir. Halbuki, Qaydaların 2.5.57-ci yarımbəndi mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 1-ci bəndinə əsasən, elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr mühafizə zonasıdır. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — ele ktrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Qaydaların 3-cü bəndinə əsasən, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Qaydaların 4-cü bəndinə əsasən, elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istism arına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.
5. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, "xxxx" ASC-nin Texniki Departamentinin direktorunun xx.xx.2020-ci il tarixli S 31/168 nömrəli sərəncamı ilə Mehdiabad qəsəbəsinin elektrik təchizatının ya xşılaşdırılması üçün 35/6 kV-luq 91 saylı YS-dan çıxan 6 kV-luq "Mehdiabad-1" hava xəttinin yükünün bir hissəsinin 35/6 kV-luq "Fatmayı" YS-dan çıxan "Mehdiabad-4" hava xəttinin üzərinə köçürülməsi Bağlar ETSİ-yə tapşırılmışdır. Qeyd olunan ərazidə görülən tədbirlər həmin əhatədə yaşayan vətəndaşların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına xidmət edir. Çünki, Mehdiabad qəsəbəsini elektrik enerjisi ilə qidalandıran 6 kV-luq Mehdiabad 1,2,3 EVX-ləri 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxır, həmin yarımstansiyanın 6 kV-luq QPQ-si Neft Qazma İdarəsinin balansındadır və yarımstansiya əsasən neft buruqlarını elektrik enerjisi ilə təchiz etdiyi üçün orada güc çatışmamazlığı yaranan zaman, Mehdiabad-1,2,3 EVX-lərini uzun müddətə şəbəkədən açaraq, Mehdiabad qəsəbəsini şə bəkədən açıq saxlayırlar. Nəticədə, Mehdiabad qəsəbəsində yaşayan 7153 əhali və orada fəaliyyət göstərən 287 qeyri-əhali istehlakçıları elektrik enerjisindən məhrum olurlar. Belə halların tez-tez baş verməsi ərazidə fəaliyyət göstərən iştehlakçıların və əhalinin böyük narazılığına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Mehdiabad qəsəbəsinin yükünün bir hissəsinin, Fatmayi kəndində yeni inşa olunmuş, 35/6 KV Fatmayi yarımstansiyanın üzərinə keçirilməsi məqsədəuyğun hesab edilərək, 6 kV-luq Mehdiabad1 h/x-nin yükünün bir hissəsinin 6 kV-luq Mehdiabad 4 h/x-nin üzərinə keçirilməsi məqsədi ilə artıq işə başlanmışdır. Lakin yeni çəkilən xətt abonentlərin narazılığına səbəb olmuş və işin yekunlaşdırılmasına maneələr yaradılmışdır. Görülmüş və icrada olan işlər yüklərin bölünməsi va keyfiyyət li enerji təchizatı məqsədi ilə aparılır, aparılan tədbirlər zamanı TTQ,TİQ-na tam əməl edilir. “Energetika haqqında” Azərbaycan Respublikasının qanununun 3.2-ci bəndinə əsasən, dövlət energetika siyasətinin məqsədlərindən biri və ən başlıcası bütün istehlakçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması, energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılmasıdır. EEİQ-nın 3.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisələrinin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizatı sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydalarına”, tikinti normalarına və başqa normativ sənədlərə uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış layihə sənədləri və texniki təhviltəslim sənədləri ilə təmin edilməlidir. Həmçinin, iddia ərizəsindən görünür ki, iddia yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2-1(118)-177/2021 nömrəli (hakim İ.Qiliyev) ilə iddia qismən təmin edilmiş, 6 kV-luq “Mehdiabad-4” hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasının “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 1.2.1 bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bə ndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə uyğunlaşdırılması cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən 6 kV-luq “Mehdiabad-4” hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılması zamanı qanunvericiliklə müəyyən edilmiş təhlükəsizlik qaydaları gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin 10/3483 saylı, “30” sentyabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, 21 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmiş məlumatlara (faktiki hallara) əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi (ötürücü) xəttinin (HEVX) həmin küçədə yerləşən fərdi yaşayış evlərinə, evlərin torpaq sahələrinin sərhədlərinə, küçə ilə yerüstü çəkilmiş qaz xəttinin borularına müəyyən edilmiş məsafələrdən az məsafələrdə, bəzi yerlərdə isə elektrik hava xəttinin kənar naqillinin bilavasitə yaşayış evlərinin üzəri ilə çəkildiyinə, dəmir-beton dayaqlarda rabitə xətlərinin çəkildiyi halda torpaqlamanın aparılmadığına, yüksək (6 kV-luq) və alçaq (0,4 kV-luq) gərginlikli elektrik hava xətlərinin naqillərinin arasında müvafiq məsafələr saxlanılmadığına, bəzi dayaqlarda yüksək gərginlikli elektrik hava xəttinin naqilləri izolyatorlara iki qat birləşmələr ilə birləşdirilmədiyinə görə, 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi (ötürücü) xəttinin quraşdırılmasında “Elektrik və istilik qurğularının tə hlükəsizlik texnikası qaydası”nın 1.2.1 bəndinin, “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə əməl edilməmişdir. Hər hansı bir sərəncamın, həmçinin "xxxx" ASC-nin Texniki Departamentinin xx.xx.2020-ci il tarixli 820/168 saylı sərəncamının normativ aktların tələblərinə uyğun olub-olmamasının qiymətləndirilməsi hüquqi xarakter daşıdığından, bu məsələ məhkəmə tərəfindən həll oluna bilər. Ekspertizaya inzibati iş materialları ilə təqdim edilmiş "xxxx" ASC-nin Texniki Departamentinin xx.xx.2020-ci il tarixli 8-20/168 saylı sərəncamında konkret olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq “Mehdiabad-4” hava elektrik veriliş/ötürücü xəttinin budağlanmasının hansı qaydada çəkilməsi (quraşdırılması) göstərilməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Füzuli küçəsində çəkilən 6/0,4 kV-luq hava elektrik verilişi xəttinin quraşdırılması zamanı (HEVX) ekspertizanın rəyində göstərilən texniki qüsurlar aradan qaldırılmışdır. Lakin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçılar isə həmin məktuba kəskin etirazlarını bildirmişlər.
8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(105)-341/2022 nömrəli (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-177/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində quraşdırılmış 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin ləğv edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə 6 kV-luq “Mehdiabad-4" hava elektrik verilişi (ötürücü) xəttinin quraşdırılmasında "Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası"nın 1.2.1 bəndinin "Elektrik qurğularının quraşdırılması qaydası"nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"nın 5, 9 bəndlərinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən edərək, 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi (ötürücü) xəttinin quraşdırılmasının yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğunlaşdırılması vəzifəsini cavabdehə həvalə etsə də, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən ekspert X6 ifadəsində həmin elektrik hava ötürücü xəttini n yerində qalmaqla qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının mümkün olmadığını bildirmişdir. Belə ki, qanunvericilikdə elektrik xəttinin naqillərindən tikililərə qədər üfüqi məsafə 2 m nəzərdə tutulmuşdur. Sözügedən ünvanda evlərin yanından 6 metrlik yol keçir. Elektrik xətti qanunvericiliyin tələblərinə uyğunlaşdıraraq evlərdən 2 m kənara çəkilsə, bu halda həmin xətt yolun ortasına düşəcək və bu isə gələcəkdə məhkəmə qərarının icrasını mümkünsüz edəcəkdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını, mübahisəsi gedən 6 kvluq hava elektrik verilişı (ötürücü) xəttinin hazırkı halda qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının mümkün olmadığını nəzərə alaraq, hesab etmişdir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh hesab edir ki, ərazidə yaşayan əhalinin böyük narazılığına gətirib çıxardığını və onların mənafeyini nəzərə alaraq, Mehdiabad qəsəbəsinin yükünün bir hissəsinin, Fatmayı kəndində yeni inşa edilmiş, 35/6 kv-luq "Fatmayi" Y/S-nın üzərinə keçirilməsi məqsədəuyğun hesab edilmiş və qeyd edilən işlərin başlanılması barədə müvafiq göstəriş verilmişdir. İddiaçılar onlara məxsus mülkiyyət hüquqlarından sui istifadə etmiş və qeyd edilən hava xətlərinin ləğv edilməsi barədə iddia tələbində öz əksini tapan şəxsi mənafelərinin, adı çəkilən ərazidə yaşayan minlərə əhalinin davamlı, fasiləsiz elektrik təchizatında ifadə olunan ictimai mənafedən üstünlüyünü iddiada dəqiq ifadə etməmiş və öz hərəkətlərinin (hava xətlərinin ləğv edilməsi tələbi) zəruriliyini əsaslandıra bilməmişlər.
13. Apellyasiya məhkəməsi öz qətnaməsində iş üzrə şahid qismində dindirilən ekspert X2 məhkəmədə verdiyi ifadəsinə əsaslanaraq mübahisə predmeti olan elektrik hava xətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının mümkünsüzlüyü barədə qənaətə gəlmişdir. Lakin məhkəmə tərəfindən mübahisə predmeti olan elektrik hava xətlərinin həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-cİ il tarixli 4Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması" Qaydal arının və həmin tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik qurğularının quraşdırılması" Qaydalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2004-cü il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 100 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinə riayət edilməklə çəkilə bilməsinin texniki cəhətdən mümkün olub-olmaması barədə sual məhkəmə tərəfindən ekspert qarşısında qoyulmamış, məhkəmə tərəfindən bu hal tam, hər tərəfli araşdırılmamış, iş üzrə əlavə ekspertiza təyin edilməli olduğu halda məhkəmə bunu etməmiş, yalnız bir şahid ifadəsinə əsaslanaraq qeyd edilən hava xəttinin qanunvericiliyin tələblərinə riayət edilməklə çəkilməsinin mümkünsüzlüyü barədə səhv qənaətə gəlmiş və nəticə etibarı ilə iş üzrə sü butların qiymətləndirilməsini düzgün aparmamış, işi tam və hərtərəfli araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydası Bənd 1.2.1 Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar. Bənd 1.2.3 Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməl idir. Bənd 1.2.4 Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri qüvvədə olan qanunvericilik qaydaları və normalarına müvafiq olaraq sınaqdan keçirilmiş, saz və istifadəyə hazır vəziyyətdə olan ölçü və mühafizə vasitələri, yanğın əleyhinə texniki mühafizə vasitələri ilə, həmçinin, fövqəladə hallarda və (və ya) hadisələr zamanı xəbər vermə və siqnallama vasitələri ilə dəst şəklində təchiz olunmalıdırlar.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydası Bənd 2.4.7.3 HX naqillərindən asma RX və NYX kabellərinə və ya naqillərinə qədər şaquli istiqamətdə olan məsafə kəsişmə aşırımındakı HX naqillərinin ən böyük sallanma oxunda olmalıdır: a) ÖİN-dən və izoləedilmiş naqillərdə n – 1 m-dən az olmamaqla; b) izoləedilməmiş naqillərdən – 1,25 m-dən az olmamaqla. 2.5.1.2-ci bənd. Bütün HX elementləri dövlət standartlarına, tikinti norma və qaydalarına və Qaydanın bu bəndinə uyğun olmalıdır. HX-nın layihələndirilməsi, tikintisi, yenidənqurulması və istismarı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarına və qüvvədə olan sanitariya-epidemioloji qayda və normativlərinin tələblərinə riayət olunmalıdır. 2.5.8.19-cu bənd. HX-da torpaqlanır: (-) b) Gərginliyi 3-35 kV olan HX-nın dəmir-beton və metal dayaqları; (-). 2.5.14.2-ci bənd. HX naqillərinin çubuqşəkilli izolyatorlarda bərkidilməsi ikiqat olmalıdır. Asma və polimer izolyatorlar tətbiq edildikdə aralıq dayaqlarda naqillərin bərkidilməsi qapalı sıxaclarla yerinə yeti rilməlidir. 2.5.14.3-cü bənd. Yaşayış yerlərində HX naqillərindən yerin səthinə kimi ən kiçik məsafə normal iş rejimində Cədvəl 122-də verilənlərdən az olmamaqla müəyyən edilməlidir. 2.5.14.6-cı bənd. Binaların və tikililərin üstündən, bir qayda olaraq, HX-nın keçməsinə icazə verilmir. Müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə əməl etməklə İ və İİ dərəcəli odadavamlı sənaye müəssisələrinin, istehsalat binalarının və tikililərinin, yanmayan materiallardan dam örtüyü olan binaların və tikililərin üstündən (330-500 kV üçün yalnız elektrik stansiyaları və yarımstansiyaların istehsalat binalarının üstündən) HXnın keçməsinə icazə verilir. Üstündən HX keçən metal dam örtükləri torpaqlanmalıdır. 2.5.14.7-ci bənd. Kənar HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə göstərilənlərdən az olmamalıdır: 2 m - gərginliyi 20 kV-dək olan HX üçün,... 2.5.14.9-cu bənd..... Yenidənqurulan HX-nın kənar naqillərindən, onların meyllənməmiş vəziyyətində yaşayış və ictimai binaların torpaq sahələrinin sərhədlərinə qədər, uşaq meydançalarına, istirahət və idman meydançalarına, təsərrüfat meydançalarına yaxud HX keçən tərəfdə torpaq sahələri olmadıqda, yaşayış və ictimai binaların ən yaxın hissələrinə kimi, həmçinin şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfüqi istiqamətdə məsafə, müvafiq gərginlikli HX-nin qorunan zonaları üçün olan məsafədən az olmamalıdır. Gərginliyi 20 kV-luq olan HX-nın kənar naqillərinin ən böyük meyllənməsi zamanı onlardan şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfüqi istiqamətdə məsafə 2 m-dən az olmayaraq müəyyən edilə bilər 2.5.15.13-cü bənd. Eyni gərginlikli HX öz aralarında və ya digər gərginlikli HX ilə paralel çəkildikdə və yaxınlaşdıqda üfüqi istiqamətdə məsafə Cədvəl 125-da göstərilənlərdən az olmamalı və daha yüksək gərginlikli HX-ya görə qəbul edilməlidir. Cədvəl 125-dən görünür ki, bir HX-nın meyllənmiş naqillərindən digər HX-nin dayağının ən yaxın hissəsinə qədər məsafə 2 m-dən az olmamalıdır. 2.5.16.7-ci bənd. HX naqillərinin şəhər telefon rabitəsinin hava xətləri ilə kəsişməsinə icazə verilmir; bu xətlər HX naqilləri ilə kəsişmə aşırımında yalnız yeraltı kabellərlə çəkilməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydası Bənd 3 Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir,... Həmin Qaydanın 5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Gərginliyi >1<20 kV-dək xətlərdə 10 m-dən az olmayaraq müəyyən edilmişdir. Bənd 9 Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Qeyd edilməlidir ki, hazırkı mübahisənin predmetini Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində quraşdırılmış 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin ləğv edilməsi təşkil edir.
25. İşdə olan "xxxx" ASC-nin Texniki Departamentinin xx.xx.2020-ci il tarixli S20/168 saylı sərəncamdan görünür ki, Bağlar ETSİ-nin təqdimatına əsasən Mehdiabad qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırıllması üçün 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan 6 kV-luq “Mehdiabad-1” hava xəttinin yükünün bir hissəsinin 35/6 kV-luq “Fatmayi” yarımstansiyasından çıxan “Mehdiabad-4” hava xəttinin üzərinə köçürülməsi məqsədilə, yeni çəkiləcək 6 kV-luq hava xəttinin 6 kV-luq “Mehdiabad-4” hava xəttinə birləşdirilməsi, yükdən asılı olaraq 6 kV-luq “Mehdiabad-1” hava xəttinin üzərində olan bir neçə KTM-nin 6 kV-luq “Mehdiabad-4” hava xəttinə birləşdirilməsinin təmin olunması qərara alınmışdır.
26. İşdə olan, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 1-ci ərazi X11 İdarəsi tərəfindən İddiaçı13 ünvanlanmış xx.xx.2020-ci il tarixli 37/7-00239 nömrəli məktubdan görünür ki, iddiaçıların xx.xx.2020-ci il tarixli, 37/04192 saylı müraciətinə baxılmış, qeyd edilən məsələ ilə əlaqədar X11 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində yanğın-texniki müayinə keçirilmiş və fakt təsdiqini tapmışdır. X4 Qanunun 25-ci maddəsini və X11 Xidmətinin Əsasnaməsinin 9.3-cü bəndini rəhbər tutub, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evlərində gələcəkdə baş verə biləcək kütləvi insan tələfatı ilə müşayiət olunan iri miqyaslı yanğının qarşısının alınması məqsədi ilə qeyd olunan ünvanda yanğın təhlükəsizliyi sahəsində mövcud problemin həll edilməsi məqsədi ilə aidiyyəti qurumlara müvafiq göstəriş verilməsi üçün Abşeron rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixli, 37/34- 00410 saylı məktub ünvanlanmışdır. 2
7. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X6 tərəfindən tərtib edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/3483 saylı, 30 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, 21 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmiş məlumatlara (faktiki hallara) əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq “Mehdiabad-4" hava elektrik verilişi (ötürücü) xəttinin (HEVX) həmin küçədə yerləşən fərdi yaşayış evlərinə, evlərin torpaq sahələrinin sərhədlərinə, küçə ilə yerüstü çəkilmiş qaz xəttinin borularına müəyyən edilmiş məsafələrdən az məsafələrdə, bəzi yerlərdə isə elektrik hava xəttinin kənar naqilinin bilavasitə yaşayış evlərinin üzəri ilə çəkildiyinə, dəmir-beton dayaqlarda rabitə xətlərinin çəkildiyi halda torpaqlanmanın aparılmadığına, yüksək (6kV-luq) və alçaq (0,4 kV-luq) gərginlikli elektrik hava xətlərinin naqillərinin arasında müvafiq məsafələr saxlanılmadığına, bəzi dayaqlarda yüksək gərginlikli elektrik hava xəttinin naqilləri izolyatorlara iki qat birləşmələr ilə birləşdirilmədiyinə görə, 6 kV-luq “Mehdiabad-4" hava elektrik verilişi (ötürücü) xəttinin quraşdırılmasında "Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası"nın 1.2.1 bəndinin, "Elektrik qurğularının quraşdırılması qaydası"nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin
28. Belə ki, ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, m übahisə predmeti olan 6 kV-luq “Mehdiabad-4” elektrik hava ötürücü xəttinin budaqlanması Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi ilə çəkilmişdir. Həmin küçə bir tərəfdən Cəfər Cabbarlı, digər tərəfdən isə Əhməd Cavad küçələri ilə kəsişməsindədir. Qeyd olunan budaqlanma Cəfər Cabbarlı küçəsində quraşdırılmış 0268 və 0269 nömrəli transformator məntəqələrə birləşdirilmişdir. Cəfər Cabbarlı küçəsi tərəfdən Füzuli küçəsinə doğru baxdıqda, yüksək gərginlikli elektrik hava xəttinin Füzuli küçəsinin sol tərəfi ilə daş hasarların və yaşayış evlərinin daş divarlarının yanı ilə çəkildiyi müşahidə edilmişdir. Elektrik hava xətti dəmirbeton dayaqların (bir dayağı isə dəmir boruludur) üzəri ilə metal (dəmir künclüklü) traverslərinə bərkidilmiş dayaq (mil) tipli izolyatorlara bağlanmış 3 ədəd i zolyasiya örtüyü olmayan AS-50 markalı naqillərlə çəkilmişdir. Əksər yerlərdə naqillər dayaqlara ikiqat (iki izolyatora) bağlanmışdır. Dayaqların yuxarı hissəsində olan metal traverslərə yerlə bağlantısını göstərən hər hansı bir torpaqlama naqilin (milin, xəttin və s.) olması müşahidə edilməmişdir. Qeyd olunan hava xəttinin naqilləri və traverslərdən aşağıda SİP 4x50 markalı, üzərində qara rəngli izolyasiya örtüyü olan elektrik kabelli hava xətti çəkilmişdir. Həmin elektrik hava xəttindən müxtəlif yerlərdə küçənin hər iki tərəfində yerləşən yaşayış evlərinə elektrik paylama aparılmışdır.
29. Həmçinin, ekspertin iştirakı ilə keçirilmiş baxış zamanı Əhməd Cavad küçəsi tərəfdən başlayaraq Füzuli küçəsi ilə çəkilmiş 6 kV-luq “Mehdiabad-4” elektrik hava ötürücü xəttinin budaqlanmasının dayaqlar ına, onların üzərindəki qurğulara müayinə keçirilməklə müvafiq ölçmələr aparılmışdır. Əhməd Cavad və Füzuli küçələrinin kəsişməsində olan şərti olaraq birinci kimi sayılmış elektrik hava xəttinin dayağından daş hasara qədər məsafə 0,25 m, qaz xəttindən boruya qədər məsafə isə 0,1 m-dir. Bu dayağın yuxarısında 6 kV-luq elektrik hava xəttinin naqilləri iki qat izolyatorlara birləşməsi əvəzinə, bir qat izolyatora birləşdirilmişdir. 2-ci dayaqla daş hasar arasında məsafə 0,45 m, qaz xəttinə qədər məsafə 0,07 m-dir. 3-cü dayaqla daş hasar arasında məsafə 0,7 m, qaz xətti arasında məsafə 0,4 m-dir. 4-cü dayaqla daş hasar arasında məsafə 0,9 m, qaz xətti arasında məsafə 0,5 m-dir. 5-ci dayaqla daş hasar arasında məsafə 0,9 m, qaz xətti arasında məsafə 0,6 m-dir. 4-cü və 5-ci dayaqlar arasında e lektrik hava xəttinin yaxınlığında X5 məxsus bir mərtəbəli yaşayış evi yerləşir. Həmin evin divarı ilə elektrik hava xəttinin dayağı arasında məsafə 0,9 m-dir. Divarda pəncərələr vardır. 6-cı dayaqdan 0,95 m aralı İddiaçı11 bir mərtəbəli yaşayış evinin divarı var, divarda pəncərələr vardır. 7-ci dayaqla daş hasar arasında məsafə 1,6 m-dir. 8-ci dayaqla daş hasar arasındakı məsafə 1,28 m, qaz xətti ilə dayaq arasında məsafə 1 m-dir. Bu dayaqda naqillər bir qat birləşmə ilə izolyatorlara bağlanmışdır, belə ki, traverslərin üzərində hər naqil üçün iki izolyatorun olmasına baxmayaraq, naqillər bir izolyatora bağlanmışlar. 9-cu dayaqla daş hasar arasında məsafə 1,36 m, qaz xətti ilə məsafə 1 m-dir. 10-cu dayaqla daş hasar arasında məsafə 1,16 m, qaz xətti ilə 0,9 m-dir. 11-ci dayaqla daş hasar arasında məsafə 1,32 m, qaz xətti arasında məsafə 0,9 m-dir. 12-ci dayaqla daş hasar arasında məsafə 1,32 m, qaz xətti arasında 1 m-dir. 13-cü dayaqla daş hasarı arasında 1,1 m, qaz xətti arasında məsafə 0,8 m-dir. 14-cü dayaqla daş hasar arasında məsafə 1,42 m, qaz xətti ilə məsafə 0,7 m-dir. 15-ci dayaqla daş hasar arasında məsafə 1,1 m, qaz xətti arasında məsafə 0,7 m-dir. 16-cı dayaqla daş hasar arasında məsafə 0,42 m, qaz xətti ilə məsafə 0,14 m-dir. 17-ci və 18-ci dayaqlar arasında X3 və X1 məxsus bir mərtəbəli yaşayış evləri vardır. Həmin evlərin küçəyə baxan divarları ilə elektrik hava xəttinin dayaqları arasında məsafələr 0,35-0,5 m-dir. Füzuli küçəsində çəkilmiş 6 kV-luq “Mehdiabad-4” elektrik hava xəttinin budağlanmasının sonuncu dayağı digər dayaqlardan fərqli olaraq dəmir-beto n yox, diametri 200 mm olan dəmir boruludur. Həmin dayaqdan daş hasara (divara) qədər məsafə 0,28 m-dir. Gözlə görünməsinə görə, SİP markalı kabellərlə 6 kV-luq elektrik hava xəttinin naqilləri (traversləri) arasındakı məsafələr müxtəlif olmaqla təxminən 1-0,4 m arasındadır.
30. Bununla yanaşı, keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi ilə mübahisə predmeti olan 6 kV-luq “Mehdiabad-4” elektrik hava ötürücü (veriliş) xəttinin dayaqları ilə daş hasarlar və evlərin divarları arasındakı məsafələr 0,35-1,42 m təşkil edir və buna görə həmin elektrik hava xəttinin kənardakı naqilinin bəzi hallarda bilavasitə yaşayış evlərinin üzəri ilə çəkildiyi müşahidə edilir. 6 kV-luq “Mehdiabad-4” elektrik hava ötürücü xəttinin dayaqları ilə həmin küçə il ə çəkilmiş yerüstü qaz xəttinin boruları arasındakı məsafələr 0,14-1 m təşkil edir. 6 kV-luq elektrik hava xəttinin naqillərdən aşağıda çəkilmiş alçaq gərginlikli (0,4 kV-luq) SİP markalı kabellərin arasındakı məsafələr müxtəlif olmaqla, təxminən 1-0,4 metrdir. Yüksək gərginlikli (6kV-luq) elektrik hava xəttinin dayaqları vasitəsi ilə rabitə xətləri çəkilmişdir və bu dayaqlarda hər hansı bir torpaqlamanın aparılması müəyyən edilmir. Bəzi dayaqlarda 6 kV-luq elektrik hava xəttinin naqilləri izolyatorlara bir qat birləşmə ilə birləşdirilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə apellyasiya instansiyasının gəldiyi nəticə işin faktiki hallarına və ekspert tədqiqatının nəticələrinə uyğundur.
32. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydasının 1.2.1-ci bəndinə əsasən, elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdır. Həmin Qaydanın 1.2.3 və 1.2.4-cü bəndlərində göstərilir ki, elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri qüvvədə olan qanunvericilik qaydaları və normalarına müvafiq olaraq sınaqdan keçirilmiş, saz və istifadəyə hazır vəziyyətdə olan ölçü və mühafizə vasitələri, yanğın əleyhinə texniki mühafizə vasitələri ilə həmçinin, fövqəladə hallarda və (və ya) hadisələr zamanı xəbər vermə və siqnallama vasitələri ilə dəst şəklində təchiz olunmalıdır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutların məcmusu ilə 6 kV-luq “Mehdiabad-4" hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasında "Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası" nın 1.2.1 bəndinin "Elektrik qurğularının quraşdırılması qaydası"nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"nın 5, 9 bəndlərinin tələblərinə əməl edilmədiyi sübuta yetirilmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qeyd etdiyi “apellyasiya məhkəməsi öz qətnaməsində iş üzrə şahid qismində dindirilən ekspert X2 məhkəmədə verdiyi ifadəsinə əsaslanaraq mübahisə predmeti olan elektrik hava xətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının mümkünsüzlüyü barədə qənaətə gəlmişdir” dəlili ilə bağlı isə aşağıdakıları qeyd edir.
35. Birinci instansiya məhkəməsi iddia tələbini qismən edərək 6 kV-luq “Mehdiabad-4” hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasının yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğunlaşdırılması vəzifəsini cavabdehə həvalə etsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilən ekspert X6 ifadəsində sözügedən elektrik hava ötürücü xəttinin yerində qalmaqla, qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasının mümkün olmadığını bildirmiş və bunu belə əsaslandırmışdır ki, qanunvericilikdə elektrik xəttinin naqillərindən tikililərə qədər üfüqi məsafənin 2 metr olması nəzərdə tutulmuşdur. Sözügedən ünvanda isə evlərin yanından 6 metrlik yol keçir. Elektrik xətti qanunvericiliyin tələblərinə uyğunlaşdıraraq evlərdən 2 metr kənara çəkilsə, bu halda həmin elektrik xətti yolun ortasına düşəcəkdir. Belə olan halda isə gələcəkdə məhkəmə qərarının icrası mümkünsüz olacaqdır.
36. Beləliklə də apellyasiya instansiyası məhkəməsi şahid qismində dindirilən ekspertin ifadəsinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, hazırkı işdə mübahisə predmeti olan elektrik hava xətlərinin qanunvericiliyin tələblərinə uyğunla şdırılması mümkünsüzdür.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin göstərilən dəlilini əsassız hesab edir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-341/2022 saylı iş üzrə 7 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.