Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2310/2020 29.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; inzibati orqana müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6 Xidməti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 2-1(105)-365/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə şifahi dinləmələr keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x saylı xkodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2649A saylı, sahəsi 5054 kv.m-dən ibarət torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrin i onlardan alğı-satqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktları almışdır. Bundan sonra 2008 və 2011-ci illərdə həmin torpaq aktlarının bir neçəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə həmin sahələrə dair çıxarışlar almışdır. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. xx xxxxxx 2020-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək, ona mülkiyyətlərində olan torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. Lakin həmin İdarə xx xxxxxx 2020-ci il tarixli məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X5 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə ona çıxarışların verilməsindən imtina etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2-1(118)-814/2020 nömrəli qərardadı ilə X6 Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-814/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli JN2649 say lı xkodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən “JN-2649 saylı xkodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 0,51 ha) 2649A saylı 5054 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 2-1(105)-365/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərar ı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin hallarından iddiaçının hazırkı iddia üzrə torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
9. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair xx xxxxxx 2020-ci il tarixdə çıxarışın verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəni təqdim edərkən surətinə qəbul edilməsinə dair qeydin aparılaraq ona verilməsini bildirmişdir. Lakin İdarədə qəti olaraq bundan imtina etmişlər. Bildirmişlər ki, onlar ancaq dövlət idarələrindən gələn ərizələrə “qəbul etdim” qeydi aparırlar. İddiaçı onlara “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna riayət etmələrini bildirsə də, ona demişlər ki, cavabı yaxın vaxtlarda verəcəklər. Lakin ona cavab verilməmişdir. Bundan sonra da məcbur olaraq məhkəməyə müraciət etmişdir.
10. İddiaçı daha sonra çıxarışın verilməsi barədə həmin İdarəyə təkrar müraciət edərək 2 saat mübahisədən sonra axır ki, ərizənin verilməsinə dair qeydi ərizənin surətinə yazdırmışdır. Qəbul edilmə ştampı əvəzinə, qəbul edən şəxs adı və soyadını qe yd etməklə ərizənin surətinə imza edilmişdi.
11. İddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə **********83 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavab gəlmişdir. Cavabda qeyd olunub ki, iddiaçının təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X5 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. b. Kassasiya instansiyasında icraat:
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 16.2-ci maddəsinə əsasən, tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in həmin müddəaları və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının y ayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Xüsusi karantin rejiminin müddətinin 2021-ci il 31 yanvar tarixədək uzadıldığı, bununla əlaqədar “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli tövsiyələri nəzərə alınaraq, kassasiya şikayəti əsasında işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanı barədə tərəflərə məlumat verilmişdir.
13. Məhkəmə bildirişində, həmçinin qeyd olunmuşdur ki, tərəflərə məhkəmə iclasının təyin olunduğu tarixədək işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən, elektron üsulla) və ya şifahi qaydada (o cümlədən, telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunur. Təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəkdir.
14. İddiaçının vəkili (nümayəndəsi) X4 işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasına etiraz etmədiyini bildirmişdir.
15. Cavabdeh işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqeyini bildirməmişdir.
16. Məhkəmə işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ
17. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 saylı qərarında ifadə olunmuş mövqeyə görə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqı nda iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
22. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iş materiallarına əlavə olunmuş X2 tərəfindən cavabdehə ünvanlanmış müraciət-ərizənin məzmunundan görünür ki, X.Zülbalayeva Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaqların - x, x və x saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının kitablarda qeydiyyatdan keçməsi barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir.
23. Cavabdeh həmin müraciətə cavab məktubunda məhz “yazılı sorğuya” İdarədə baxıldığını qeyd etmiş və bildirmişdir ki, İddiaçı adına olan JN-26xx xxx xnömrəli “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Əraz i İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir.
24. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti ümumiyyətlə olmamış, X1 müraciətinin məzmunu isə daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. 25. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır.
26. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk ö ncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırki halda isə iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
27. Beləliklə, iddiaçı hazırkı məzmunda tələb irəli sürməklə hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. Buradan, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
28. İddiaçının kassasiya şikayətində cavabdehə təkrar müraciəti ilə bağlı dəlili də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, onun cavabdehə təkrar müraciəti x xxxxxxx 2020-ci il tarixdə, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıldıqdan sonra olmuşdur. Ərizənin məzmunundan göründüyü kimi, iddiaçı bu dəfə hüququn qeydə alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə, öz növbəsində məhz qeydiyyatla bağ lı ərizəyə baxılmasını və həmin müraciətə cavab verdiyini qeyd etmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 2-1(105)-365/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov