Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2310/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxslər: "xxxx" ASC və Xəzər rayon Sukanal İdarəsi) qarşı “su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1087/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 5E saylı sahə iddiaçının xüsusi mülkiyyətindədir.
2. İddiaçıya "xxxx" ASC tərəfindən həmin sahədəki obyektə su təchizatının həyata keçirilməsi və kanalizasiya şəbəkələrinə qoşulması üçün xx.xx.2020-ci ildə texniki şərt verilmişdir. Həmin texniki şərtə görə obyektin ərazisindən su xətti keçmir və kanalizasiya şəbəkələrinə qoşulma yoxdur.
3. Xəzər rayon Sukanal İdarəsinin arayışına əsasə n "xxxx" ASC-yə məxsus mövcud d280 mm su xəttinin Binə-Sovxoz magistral avtomobil yolunda yerləşməsi və cavabdeh tərəfindən asfalt örtüyünün qazıntısına icazə verilməməsi obyektin su birləşməsinin verilməsinə maneçilik törədir. Layihələndirilən su xəttinə alternativ trayektoriya mövcud deyil.
4. Su xəttinin çəkilişi nəzərdə tutulmuş su borusu ilə iddiaçının mülkiyyətində olan sahə arasında avtomobil yolu keçdiyi üçün iddiaçı cavabdehə müraciət edərək suyun çəkilişinə icazə verilməsini xahiş etmişdir.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən ünvanda asfalt-beton örtüyünün yenidən qurulduğunu nəzərə alaraq sözügedən su xəttinin çəkilməsi ilə bağlı alternativ variantdan istifadə edilməsi məqsədəuyğun hesab edilir. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 5E nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 5E nömrəli, tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Obyektdə su xəttinin olması üçün su borusu yolun qarşı tərəfindən çəkilməlidir. İddiaçı obyektinə su xəttinin çəkilməsi üçün "xxxx" ASC-yə müraciət etdikdə ona bildirilmişdir ki, bunun üçün cavabdehdən rəsmi razılıq alınmalıdır. Yalnız rəsmi razılıq alındıqdan sonra obyektin su ilə təminatı mümkün ola bilər. Qeyd edilən məsələ ilə bağlı Cavabdehə müraciət etdikdə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunan (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgənkiləşdirilə bilməz. Ümumi isti fadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsa iti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanan müqavilələr əsasında yerləşdirilir. Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ə rizəyə 15 gündən gec olmayaraq baxılır. Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol verilmiş hüquqi və fiziki şəxslər müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq Xəzər rayon Sukanal idarəsinin xx.xx.2022ci il tarixli, MN-05/1-62 nömrəli məktubunda qeyd edilmişdir ki, Binə qəsəbəsi, Sovxoz yoluna 2016-cı ildə vurulan asfalt örtüyündən sonra "xxxx" ASC tərəfindən 6 ədəd qeyriyaşayış obyektinə su xəttinə qoşulması üçün texniki şərt verilmişdir. Texniki şərtlər cavabdeh tərəfindən verilmiş texniki şərtlər əsasında asfalt örtüyü qazılaraq icra olunmuşdur, qazılan asfalt ö rtüyü texniki şərtlər icra olunduqdan sonra cavabdeh tərəfindən yenidən bərpa olunmuşdur. Su xətti çəkildikdən sonra bərpa olunmuş asfalt örtüyünün fotoşəkilləri də məhkəməyə təqdim edilmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 69 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan sahəyə su xəttinin çəkilməsi üçün Əli İsazadə küçəsinin ayrıcı zolağında olan mərkəzi xətdən birləşmə verilməlidir. Əli İsazadə küçəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 2010 nömrəli sərəncamı ilə 2016-cı ildə əsaslı təmir olunmuş, təmir işləri 2016-cı ilin sonunda yekunlaşmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7149/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddia çıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 5E nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh digər sahibkarlıq obyektlərinə asfalt örtüyünün altından keçməsi şərtilə analoji su xətlərinin çəkilməsinə razılıq verdiyi halda iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verərək belə bir razılığını verməmişdir. Hazırda cavabdehin mövcud inzibati praktikaya uyğun hərəkət etməməsi işin faktiki halları ilə təsdiqlənir, belə ki, 2016-cı ildən sonra iddiaçının obyektinə çox yaxın məsafədə, eyni cərgədə yerləşən obyektlərə asfalt örtüyünün altından keçməklə su xəttinin çək ilməsinə razılıq verdiyi halda iddiaçıya münasibətdə analoji razılığı verməməklə cavabdeh ayrı-seçkiliyə yol vermiş, bərabərlik prinsiplərinə riayət etməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Məhkəmə sorğusuna cavab olaraq Xəzər rayon Sukanal idarəsinin xx.xx.2023cü il tarixli, 13-16-5-11/2-01-32-34/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən ayrı-ayrı vətəndaşlara məxsus qeyri-yaşayış obyektlərinin su ilə təmin olunması üçün Azərb aycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən verilmiş texniki şərtlər əsasında müxtəlif vaxtlarda 5 (beş) dəfə qazılaraq yenidən bərpa edilmişdir. Texniki şərtlər verilən vətəndaşların ad və soyadları, ünvanlan, tarixləri aşağıdakı kimidir: 1) Anar Quliyev, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “GYM” İdman zalı, xx.xx.2019-cu il; 2) Haşım Haşımov, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “Rahat” supermarket, xx.xx.2019-cu il; 3) Piriyev Əfqan, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, Cücəçilik müəssisəsi, xx.xx.2019-cu il; 4) Əli Məmmədov, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “Azra” tədris mərkəzi, xx.xx.2019-cu il; 5) Faiq Ağayev, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “Ev inşaat” tikinti malları mağazası, xx.xx.2020-ci il.
15. Məhkəmə sorğusuna cavab olaraq Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya məxsus Binə qəsəbəsi, Vaqif küçəsi 5E ünvanında yerləşən qeyri-yaşayış obyektinin su şəbəkəsinə qoşulması üçün "xxxx" ASC tərəfindən texniki şərt verilmişdir. Texniki şərtə əsasən obyektə Binə-Sovxoz avtomobil yolunun asfalt örtüyünün altında yerləşən d280mm su xəttindən d32mm birləşmə verilməsi nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyektinin sağ, sol və arxa tərəfində həyətyanı sahə yerləşdiyindən obyektə suyun verilişi üçün alternativ yol mövcud deyildir.
16. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, aşağıda adları qeyd olunan şəxslərə Agentlik tərəfindən texniki şərt verilmişdir: X4 - Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 20 iyun 2019-cu il (səkidən 2 metr məsafədə); X3 - Bakı şəhəri, Bi nə qəsəbəsi, Ə.İsazadə küçəsi, 2 aprel 2019-cu il (səkidən 2.5 metr məsafədə). Digər şəxslər Anar Quliyev, Əfqan Piriyev və Faiq Ağayev tərəfindən texniki şərtlə bağlı Agentliyə ümumiyyətlə müraciət edilmədiyindən, həmin şəxslərlə bağlı inzibati icraat materialları mövcud deyildir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1087/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7149/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi aidiyyəti orqanlara sorğu verməmiş, bununla bağlı heç bir tədbir görməmiş və həmin avtomobil yolunun təyinatı barədə araşdırma aparmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması yolun bərbad vəziyyətə gətirib çıxarır. Göründüyü kimi məhkəmə mübahisə olunan yolun planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün həmin yolun yerli və magistra l əhəmiyyətinin zəruriliyini müzakirə etməmiş, texniki şərt tələb olunan yolun həqiqətən əhəmiyyətliyinin müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmiş və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunun məqsədi Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfi yyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. Maddə
5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzif ələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçi rilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olm alı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və n əzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur....
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsin ə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və ape llyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsi aidiyyəti orqanlara sorğu verməmiş, avtomobil yolunun təyinatı barədə araşdırma aparmamış, nəticədə məhkəmələrin belə yanaşması bu cür analoji işlərdə yolun bərbad vəziyyətə düşməsinə gətirib çıxarır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasə n hamı qanun və məhkəmə qarşısında bərabərdir (İ hissə). Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir (V hissə).
32. Bundan başqa, inzibati icraat haqqında qanunvericiliyin bərabərlik prinsipinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (hazırkı qərarın 23-cü bəndi).
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdehin imtinasının əsasını təşkil edən Əli İsazadə küçəsinin 2016-cı ildə əsaslı təmir olunması, buna görə də, alternativ variantdan istifadə edilməsi ba rədə dəlilləri tamamilə əsassızdır və iddiaçıya imtina verilməsi üçün əsas ola bilməz.
34. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə suyun çəkilməsi ilə bağlı "xxxx" ASC tərəfindən verilən texniki şərtə əsasən obyektə Binə-Sovxoz avtomobil yolunun asfalt örtüyünün altında yerləşən d280mm su xəttindən d32mm birləşmə verilməsi nəzərdə tutulmuşdur. Həmin qeyri-yaşayış obyektinin sağ, sol və arxa tərəfində həyətyanı sahə yerləşdiyindən obyektə suyun verilişi üçün alternativ yol mövcud deyildir.
35. Digər tərəfdən, cavabdeh su xəttinin çəkilməsi nəzərdə tutulan avtomobil yolunun yeni – 2016-cı ildə əsaslı təmir edildiyini, ona görə də, yolun qazılaraq su xəttinin çəkilməsinin mümkünsüzlüyünü bildirsə də, işin halları ilə müəyyən olunmuşdur ki, cavabdeh məhz həmin ərazidə, iddiaçıya məxsu s obyektin qonşuluğunda yerləşən 5 qeyri-yaşayış sahəsinə 2016-cı ildən sonra su xəttinin çəkilməsi barədə razılıq vermişdir. Hətta qeyd edilən 5 qeyri-yaşayış obyektindən ikisi - X6 (Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 20 iyun 2019-cu il, səkidən 2 metr məsafədə) və X5 (Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 2 aprel 2019-cu il, səkidən 2.5 metr məsafədə) barədə məlumatlar cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir.
36. Göründüyü kimi, cavabdeh hər hansı inzibati icraat aparmadan, iddiaçıya verdiyi imtinanı qanunvericiliyin tələblərinə uyğun əsaslandırmadan inzibati icraat haqqında qanunvericiliyin bərabərlik prinsipini pozmuş, iddiaçının inzibati orqanın mövcud inzibati praktikasına uyğun davranması barədə etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə 2016-cı ildən sonra müxtəlif fiziki şəxslərə su xəttinin çəkilməsinə razılıq verməsinə baxmayaraq cavabdehin iddiaçının müraciətindən imtinası Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, iddiaçıya qarşı ayrı-seçkiliyə və qeyri-bərabər rəftara şərait yaratmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-1087/2023 nömrəli qərarı d