Məhkəmə qərarları › İş №2-1(102)-2311/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2311/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2311/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qarajın yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sen tyabr 2022-ci il tarixli, 2-1(103)-2896/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Suraxanı (keçmiş Orcenikidze) rayonu X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14 saylı sərəncamına əsasən ünvan 1 ünvanında şəxsi avtomaşın üçün ayrılmış qaraj yerinə cizgi tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 30 mart 2022-ci il tarixli, 21(112)-4611/2022 nömrəli qərarı i lə iddia təmin edilərək Orconikidze rayonu X1 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14 saylı sərəncamı ilə İddiaçı ünvan 2 ünvanında şəxsi avtomaşın üçün ayrılmış qarajın yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh eyni zamanda ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir.

5. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarından apellyasiya şikayətinin verilməsi zərurəti yaransa da, rəhbər şəxsin iradəsindən asılı olmayaraq vaxt ında şikayət vermək mümkün olmamışdır. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) 20 sentyabr 2022-ci il tarixli, 21(103)-2896/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarı cavabdeh tərəfin dən 17 may 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır(iş. v. 31). Belə olan halda, cavabdeh 30 mart 2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün son müddəti qanunvericiliyin tələbinə görə 16 iyun 2022-ci il tarixi hesab olunur. İş materiallarından görünür ki, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 18 iyul 2022-ci il tarixdə, qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və qərardan verilmiş apellyasiya şikayətinin prosessual müddətinin bərpası və ya müddətinin buraxılmamış hesab edilməklə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

10. Azərbaycan Respublikasının MPM-nin 9.3. maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasə n müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur...... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual m üddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində v erilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. X fəsil Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırm a hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Xİ fəsil Kassasiya instansiyası məhkəməsində şikayət üzrə icraat..... Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...... Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qay dasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır...... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat..... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər...... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. İddiaçının kasasiya şikayəti v axtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarı cavabdeh tərəfindən 17 may 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır (iş. v. 31). Apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 18 iyul 2022-ci il tarixdə verilmişdir.

15. Məhkəmə qərarının cavabdehə 17 may 2022-ci il tarixdə təqdim olunduğu və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin axımının həmin gündən başlandığı nəzərə alındıqda, müddətin son günü 2022-ci il iyunun 16-sı (qeyri-iş günü hesab edilən 15 iyundan sonra gələn ilk iş günü) hesab olunur. Həmin müddət cavabdeh ötürülmüşdür.

16. Cavabdehin ərizəsində müddətin buraxılmasına səbəb olmuş hallar əsaslandırılmamış, həm ərizədə, həm də məhkəmə iclasında müddətin buraxılmasının cavabdehin rəhbər şəxsinin iradəsindən asılı olmayaraq baş verdiyi qeyd olunsa da, şikayətin vaxtında verilməsi imkanını aradan qaldıran və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı səbəb və ya əsas göstərilməmişdir.

17. Beləliklə, müddətin ötürülməsində cavabdeh təqsirsiz olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2896/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar