Məhkəmə qərarları › İş №2-1(102)-2330/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2330/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2330/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı2 sanatoriyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs qismində X4 işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 QSC və İddiaçı2 sanatoriyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidmətinə qarşı, üçüncü şəxs qismində X4 işə cəlb edilməklə cavabdehin ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın hərraca ayrılmasına dair 111 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1172/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qərarından İddiaçı1 QSC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən 11 iyun 2012-ci il tarixli, ********** nömrəli qeydiyyata alınmış İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, İddiaçı1 QSC xx.xx.1992-ci il tarixdə A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarından çıxarışa əsasən dövlət qeydiyyatına alınmış və hazırki dövlət qeydiyyat nömrəsi (VÖEN) olan ********** İddiaçı1 səhmdar cəmiyyətinin bazasında yaradılır və onun hüquqi varisidir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, D-719 nömrəli şəhadətnamə əsasında təsdiq edilmiş İddiaçı2 Sanatoriyasının Nizamnaməsinə əsasən, İddiaçı2 Sanatoriyasının təsisçisi və əmlakının mülkiyyətçisi Azərbaycan Respublikasının İddiaçı1 Səhmdar Cəmiyyətidir.

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 9/401 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 43624 kv.m. torpaq sahəsi ilə bağlı X5 kitabında xx.xx.2013-cü il tarixdə 35074 nömrə ilə uçota alınmış A № 450349 nömrəli və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/183 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 4300 kv.m. torpaq sahəsi ilə bağlı X5 kitabında xx.xx.2013-cü il tarixdə 35075 nömrə ilə uçota alınmış A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

4. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3082 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən alıcı ünvan 1 ün vanında yerləşən 7 saylı mağazanı hərracdan satış qiyməti ilə 35000 manata satın almışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən dövlətə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buz ovna qəsəbəsində yerləşən, ölçüsü 4.3073 ha təşkil edən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olan torpaq sahə üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. 7. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair obyektin xx.xx.2017- ci il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib olunmuşdur

8. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 26 nömrəli sərəncamından çıxarışa əsasən Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 ünvanında yerləşən müəssisə Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuşdur.

9. Əmlak Məsə lələri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 02 aprel 2010-cu il tarixli, 63 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin xx.xx.2010-cu il tarixli, 26 nömrəli sərəncamına əlavədə göstərilən müəssisələrin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar həmin sərəncamın icrasını təmin etmək tapşırılmışdır. Verilmiş tapşırığın icrası ilə əlaqədar sərəncama əlavədə qeyd olunmuş 61 müəssisə üzrə təhvil-qəbul işləri aparılaraq yekunlaşdırılmış və nəticələri aktlaşdırılmışdır. Göstərilənlərə əsasən bu əmrə 1 və 2 nömrəli əlavələrdə qeyd edilmiş 61 müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin tabeliyinə qəbul edilmişdir. Həmin əmrin qoşmasından çıxarışda ünv an 3 ünvanında yerləşən İdarənin 7 nömrəli mağazası qeyd edilmişdir. 10. ünvan 1 ünvanında yerləşən 7 saylı mağaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 906 nömrə ilə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin (qeydiyyat № 1521) balansında olan daşınmaz dövlət əmlak haqqında registrdən çıxarışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuşdur.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncam və həmin sərəncama əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilmişdir. 1 nömrəli Əlavədə 10-cı sırada ünvan 1 ünvanında yerləşən 7 saylı mağaza qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 QSC və İddiaçı2 sanatoriyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikili olan hissəsinin qanunsuz olaraq başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə sənədlərin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı2 Sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə ayrılmış və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrəli ilə uçota alınmış 4300 kv.m. torpaq sahəsinə, torpağın üzərində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Şurasının müraciətinə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/1833 saylı qərarı ilə İddiaçı2 sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə 4300 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 4/275 saylı aktla yerində naturada təhvil verilmişdir. Həmin sahəyə aid xx.xx.1985-ci ildə 6010 saylı Tikinti Pasportu hazırlanıb təsdiq edilmişdir. Torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmış və indiyədək sanatoriya tərəfindən istifadə edilir. xx.xx.2013cü i ldə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrə ilə uçota alınmışdır. 1992-ci ildə sanatoriyada qaçqınlar və məcburi köçkünlər məskunlaşmış, 2019-cu ildə qaçqınlar və məcburi köçkünlər sanatoriyanı boşaltdıqdan dərhal sonra orada abadlıq işlərinə başlanılmışdır. Torpağın daimi istifadə hüququ ilə verilməsini nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına və torpaq sahəsinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinə müraciət etmişdir. Lakin, sözügedən torpaq sahəsinin koordinatlar daxilində istifadədə olan 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikililər olan hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlak ilə üst-üstə düşməsi səbəbindən ərizəsinin icrası mümkün hesab edilməmiş və icradan imtina edilmişdir. 4300 kv.m. torpaq sahəsinin xx.xx.1985-ci ildən İddiaçı2 sanatoriyasının qanuni və daimi istifadəsində olduğu halda 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikililər olan hissəsinin başqa fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə onların məlumatları və qanunvericiliklə müəyyən edilmiş qaydada razılığı olmamışdır. Məsələnin qanun müstəvisində həll edilməsi üçün həmin fiziki şəxsin adı, soyadı, qey diyyat ünvanı, torpaq sahəsinin qeydiyyat nömrəsi və tarixi barədə məlumat verilməsini xahiş etmələrinə baxmayaraq, indiyədək onlar heç bir məlumat ala bilməmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət edə bilməmişlər. Dəfələrlə cavabdehə müraciətlər etmişlər, lakin, nəticəsi olmamışdır. Yalnız xx.xx.2023-cü il tarixli məktubla ilk cavab məktubunda qeyd edilənləri təkrarlayaraq yenə də, 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikili olan hissəsinin hansı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat verilməmişdir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsi əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində təsbit edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edil məyibdir. Cavabdeh tərəfindən qanuna zidd qərar qəbul edilməsi nəticəsində iddiaçıların istifadə hüquqları pozulmuşdur.

14. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb edilməsi və Xidmətin ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın hərraca ayrılmasına dair xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

15. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm ətinin iddiaya etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırmışdır ki, İddiaçı1 QSC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m. təşkil edən 7 saylı mağazanın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə bağlı 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6084/2024 nömrəli məktubu ilə müraciətə cavab verilərək Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 7 saylı mağazanın xx.xx.2016-cı il tarixdə özəlləşd irilərək xüsusi mülkiyyətə keçdiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mağaza İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin balansında olmuş və yuxarıda qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq balans saxlayıcı qurumun təqdim etdiyi sənədlər əsasında həmin əmlaka dair dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmışdır. Əm lak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamı ilə 7 nömrəli mağazanın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2016-cı il tarixli 18/01 nömrəli hərrac protokoluna əsasən hərracın qalibi X4 olmuşdur və onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2016-cı il tarixli, 3082 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Göründüyü kimi, mübahisənin predmeti olan qeyri-yaşayış binasının özəlləşdirilməsi özəlləşdirmə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və özəlləşdirmə zamanı iddiaçının hər hansı hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, iddiaçılar tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində hüquqlara malik olması ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıların mübahisə predmeti olan əmlak üzərində daşınmaz əmlakın dövlət rey estrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması onun həmin sahə üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Göründüyü kimi, mübahisə predmeti olan əmlak dövlət mülkiyyətində olmaqla iddiaçıların sözügedən əmlakla bağlı hər hansı hüquqları qeydiyyata alınmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisələndirilən sərəncam qəbul edilən zaman iddiaçıların həmin sahə ilə bağlı hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda, iddiaçılar tərəfindən iddia tələbi üzrə iddia müddəti də, ötürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tar ixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciət ərizələrindən və cavab məktublarından görünür ki, iddiaçılar mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi və digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestridən qeydiyyatdan keçməsindən məlumatlı olmuşlar. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 5 il ərzində mübahisə predmeti olan əmlakın özəlləşdirilməsindən məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112 )-1278/2024 saylı qərarı (hakim A.A.Abdullayeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi gəldi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti İddiaçı2 sanatoriyasının təsisçisidir və hər iki müəssisə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 9/401 saylı və xx.xx.1985-ci il tarixli 74/183 saylı qərarları ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 43624 kv.m və 4300 kv.m ölçüdə torpaq sahələri “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün İddiaçı2 sanatoriyasının daimi istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 450349 nömrəli və A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 43624 kv.m torpaq sahəsi üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçılar hazırki iddia tələbi ilə istifadələrində olan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 4300 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın onlara məxsus olmasını iddia edə rək həmin mağazanın dövlət əmlakı kimi özəlləşdirilməsi haqqında cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən həmin qeyri-yaşayış sahəsinin onların mülkiyyətində, icarəsində və ya istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəlki yerləşdiyi ünvan Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 olmaqla Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuş, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehs al və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Bundan sonra müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olduğundan həmin əmlaka dair xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən registrdən çıxarış verilmişdir. Həmin registrdən çıxarış əsasında isə Əmlak Məsələləri Dövlət Xidməti 111 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamla sözügedən daşınmaz əmlakın özəlləşdirilməsi haqqında sərəncam qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıların mülkiyyətində, icarəsində və istifadəsində olmasına dair hər hansı bir sənəd, dəlil məhkəməyə təqdim edilməmiş, əksinə iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla iddiaçıların istifadəsində olan torpaq s ahəsi və hüdudlarında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır.

19. Qərardan narazı qalan İddiaçı1 QSC apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1172/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər: N.X.Nəbizadə (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

22. İddiaçı1 QSC kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin q ərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan tikinti pasportunun 16-cı bəndinə uyğun olaraq iddiaçının daimi istifadəsinə ayrılmış torpaq sahəsinə sanatoriyaya gələnlərin gündəlik tələbatlarını qarşılamaq məqsədilə yüngül konstruksiyalı mağaza yerləşdirilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli mağaza Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olsa da, iddiaçının daimi istifadəsində olan torpaq sahəsində yerləşmişdir və cavabdeh Xidmətin həmin mağazanın özəlləşdirilməsi haqqında 111 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı iddiaçının torpaqdan daimi istifadə hüquq unun pozulması ilə nəticələnmişdir. Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsininxx.xx.1985-ci il tarixli 74/1833 saylı qərarından görünür ki, İddiaçı2 sanatoriyasına 4300 kv.m torpaq sahəsi daimi istifadə hüququ ilə ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cuil tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 35075 nömrə ilə uçota alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edil miş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;... 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Maddə

6. Dövlət əmlakının təsnifatı 6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: 6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak; 6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; 6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; 6.1.4. dövlət əm lakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. 6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır: 6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları; 6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri; 6.2.3. Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabx anasının eksponatları və fondu; 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlak; 6.2.5. sanitarepidemioloji, meşə idarələri; 6.2.6. patent xidməti; 6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları; 6.2.8. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər; 6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr; 6.2.10. toksiki və ionizə şüaları verən maddələri, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər; 6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidm əti müəssisə və təşkilatları; 6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri; 6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri; 6.1.14. qəbirstanlıq və krematoriyalar; 6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri; 6.2.16. dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla); 6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları; 6.2.18. psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV-na yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri. 6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı; 6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri. Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” İ. Ümumi müddəalar

1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qe ydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır....

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır....

9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ı; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır.

15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə)....

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbayc an Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq re gistrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İddiaçılar hazırda istifadələrində olan Xəz ər rayonu, Buzovna qəsəbəsində yerləşən 4300 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın onlara məxsus olmasını iddia edərək həmin mağazanın dövlət əmlakı kimi özəlləşdirilməsi haqqında cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb edirlər.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti İddiaçı2 sanatoriyasının təsisçisidir və hər iki müəssisə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 9/401 saylı və xx.xx.1985-ci il tarixli 74/183 saylı qərarları ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 43624 kv.m və 4300 kv.m ölçüdə torpaq sahələri “Kardioloji” Sanatoriyanın (indiki İddiaç ı2 sanatoriyasının) tikintisi üçün İddiaçı2 sanatoriyasının daimi istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 450349 nömrəli və A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir.

35. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 43624 kv.m torpaq sahəsi üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatd an keçmişdir. 36. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-43722/2023 **********2 nömrəli məktubla təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mağaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 906 nömrə ilə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin (qeydiyyat № 1521) balansında olan daşınmaz dövlət əmlak haqqında registrdən çıxarışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuşdur.

37. Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncam və həmin sərəncama əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilmişdir. 1 nömrəli Əlavədə 10-cı sırada ünvan 1 ünvanında yerləşən 7 saylı mağaza qeyd edilmişdir.

38. Qeyd edilmə lidir ki, mübahisəli qeyri-yaşayış sahəsi Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuş, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Həmin əmlaka dair xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən registrdən çıxarış verilmişdir. Həmin registrdən çıxarış əsasında Əmlak Məsələləri Dövlət Xidməti 111 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamla sözügedən daşınmaz əmlakın özəlləşdirilməsi haqqında sərəncam qəbul edilmişdir.

39. Göründüyü kimi cavabdehin sərəncamının ləğvi üçün əsaslar mövcud olmamış, sərəncam qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmiş, daha sonra isə özəlləşdirilmişdir

40. Kollegiya qeyd edir ki, mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçıların icarəsində və ya qanuni istifadəsində olması müəyyən olunmadığından onların hazırkı məzmunda tələbi əsaslı hesab edilə bilməz.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1172/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar