Məhkəmə qərarları › İş №2-1(102)-2347/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2347/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2347/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin müddətə görə mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, X1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1995-ci ildən 2015-ci ilin fevral ayınadək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə ərizəçilər İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(107)-284/2023 nömrəli qərardadından ərizəçilər, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, X1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1995-ci ildən 2015-ci ilin fevral ayınadək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” barədə iddia ərizələri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etmiş və həmin ərizələr müvafiq olaraq 2-1(84)1098/2016, 2-1(84)-1100/2016, 2-1(84)-1102/2016, 2-1(84)-1104/2016, 2-1(84)1106/2016, 2-1(84)1108/2016, 2-1(84)-1110/2016 nömrələrlə qeydə alınaraq məhkəmənin icraatına qəbul edilmişdir.

2. Qeyd olunan işlər üzrə iddia tələbləri eyni cavabdehə yönəldiyindən və mübahisə predmetləri eyni olduğundan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə 2-1(84)-1098/2016, 2-1(84)-1100/2016, 2-1(84)-1102/2016, 21(84)1104/2016, 2-1(84)-1106/2016, 2-1(84)-1108/2016 və 2-1(84)-1110/2016 saylı müstəqil işlər bir icraatda birləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-1098/2016 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar müharibə veteranı vəsiqələrini xx.xx.2015-ci il tarixdə əldə etdiklərinə görə həmin tarixdən onlara müavinət təyin edildiyindən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən əvvələ müavinət təyin edilməsini tələb etmək hüquqları olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Həmin qərardan İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verilmiş, həmçinin buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa olu nması xahiş edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-218/2021 nömrəli qərardadı ilə müddətin bərpa olunası barədə ərizə təmin edilməmiş, İddiaçı2 apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina olunmuşdur. Məhkəmə gəldiyi nəticəni inunla əsaslandırmışdır ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı təqdim ediləndən 5 il 1 ay 23 gün sonra verilmişdir və müddətin bərpa olunası üçün əsaslar yoxdur.

7. Daha sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 21(84)1098/2016 nömrəli qərarından iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-399/2022 nömrəli, xx.xx.2022-ci il tarix li qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina olunmuşdur. MÜBAHİSƏ İLƏ BAĞLİ İŞ ÜZRƏ İCRAATİN TƏZƏLƏNMƏSİ BARƏDƏ ƏRİZƏ ÜZRƏ İCRAAT

9. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə birgə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-1098/2016 saylı qərarının ləğv edilməsini, yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2-1(84)-1098/2016 nömrəli qərarı barədə məlumatsız olduqlarını bildirmiş və həmin qərarın surətlərinin ərizəçilərə təqdim edilməs ini xahiş etmişlər. Həmin qərarı rəsmi qaydada xx.xx.2022-ci il tarixdə aldıqdan sonra ərizəçilərə məlum olmuşdur ki, onların müraciətləri ayrı-ayrılıqda edilsə də, məhkəmə tərəfindən icraatlar birləşdirilmiş və iş üzrə hazırda barəsində şikayət verilən qərar qəbul edilmişdir. Bundan başqa, 2016-cı ildə tərtib edilən iddia ərizəsi də ərizəçilər tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə tərəfindən tərtib edilib imzalanmış və həmin iddia ərizəsində ərizəçilərin nümayəndəsi iddia tələbində xx.xx.1995-ci ildən fevral 2015-ci ilədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsini xahiş etmişdir. İddia ərizəsi nümayəndə tərəfindən tərtib edilib imzalandığından, ərizəçilər iddia ərizəsinin mətni ilə tanış olmaq imkanına malik olmamışdır (bir daha vurğulanır ki, bu ərizəni tərtib edən ərizə çilər 2016-cı ilədək verilən iddia ərizələri üzrə iddiaçılardan yalnız bir qismi olduğu üçün, fiziki olaraq da tərtib edilən bütün tərtib edilən sənədlərlə tanış olmaq imkanına malik deyildilər. Bundan başqa, o da qeyd edilməlidir ki, həmin iddiaçıların əksəri artıq mübahisə edilən birdəfəlik ödənişi alıblar). Ərizəçilər yalnız xx.xx.2022-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2-1(84)-1098/2016 saylı iş üzrə qərarını əldə etdikdən sonra həmin iş üzrə nümayəndənin tərtib etdiyi mətnlə tam tanış ola bilmiş və yalnız bundan sonra ərizəçilər nümayəndə tərəfindən tərtib edilən iddia ərizəsində qanunvericiliyin tələblərinə riayət olunmadığını və iddia ərizəsində ərizəçilərin gerçək iradələrinin əks olunmadığını görmüşlər. Belə ki, nümayəndə tərəfindən tərtib ed ilən və imzalanan həmin iddia ərizəsində qeyd edilən iddia tələbində xx.xx.1995-ci ildən fevral 2015-ci ilədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi xahiş edilmişdir. Ərizəçilərin real istəkləri isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2012-xx.xx.2015-ci il tarixləri aralığındakı müddət üçün hesablanaraq onlara ödənilməsi olmuşdur. Göründüyü kimi bu 2 iddia tələbi üzrə müddət fərqinin olması ilə əlaqədar, nümayəndə tərəfindən tərtib edilən iddia ərizəsi özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur (belə ki, qanunvericilikdə yalnız öncəki 3 il üçün hesablanmış müavinətin ödənilməsi nəzərdə tutulmuşdur).

11. Birinci instansiya məhkəməsi ərizəçilərə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 13-cü maddəsinə müvafiq olaraq izah etmişdir ki, yeni açılmış hallar üzrə icraatın başlanması üçün şərt ondan ibarətdir ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yeni sübutlar və ya hallar aşkar olunsun və həmin sübutlar və ya hallar ərizəçinin təqsiri olmadan ilkin icraat zamanı təqdim oluna bilməsin (İPM 100). Ərizəçinin yalnız hüquqi mübahisənin gedişində (şikayət instansiyasındakı icraat da daxil olmaqla) təqdim edə bilmədiyi sübutlar və hallar sözügedən normanın tətbiqi dairəsinə aid edilir. Qeyd olunanlardan əlavə hüquqi yardım məktubunda ərizəçilərə İPM-in 24, 103 və 104-cü maddələrinin tələbləri izah olunmuş, təqdim olunmuş ərizənin İPM-in 103 və 104cü maddələrinin tələblərinə cavab vermədiy i bildirilmiş və üç gün müddətində ərizənin İPM-in tələblərinə uyğunlaşdırılması və məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif edilmişdir.

12. Ərizəçilər məhkəmənin hüquqi yardım məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə yenidən ərizə ünvanlamışlar. Ərizədə hüquqi yardım məktubunda göstərilən nöqsanlar aradan qaldırılmamış, ərizə İPM-in qeyd olunan maddələrinin tələblərinə uyğunlaşdırılmamışdər. Həmin ərizə, yeni açılmış hallara dair ilkin ərizə ilə eyni məzmunludur.

13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 fevral 2023-cü il tarixli 2-1(84)-1098/2016 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, X1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1995-ci ildən 2015-ci ilin fevral ayınadək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə ərizəçilər İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 yeni açılmış hallarla bağlı ərizəsi mümkün sayılmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün İPM-də müddət məhdudiyyətləri müəyyən edilmişdir (İPM 103). Ərizə sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Yeni açılmış hallar üzrə icraatda proses iştirakçısının təqsiri olmadan müddət buraxıldığı hallarda da İPM-in 24-cü maddəsinə əsasən prosessual müddətin bərpasına yol verilmir (İPM 103.3).

15. Həmin qərardaddan narazı qalan ərizəçilər apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(107)-284/2023 nömrəli qərardadı ilə (hakimlər - R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1098/2016 nömrəli 24 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlill əri

18. Ərizəçilər kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(107)-284/2023 nömrəli qərardadının ləğv edilərək işin icraata götürülməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri, icraatın təzələnməsi barədə ərizədə və apelyasiya şikayətində irli sürülən dəlillərlə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar q əbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Ye ni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda ver ilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli prosessual vəziyyəti tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, ərizəçilərin müraciətinin əsasını İPM-nin 100-cü maddəsi təşkil edir. Həmin normanın təhlili o n əticəyə gəlməyə əsas verir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün iki şərtin birlikdə mövcud olması vacibdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

26. Məhkəmə kollegiyası bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması, mühakimə icraatının xüsusi növü sayılır və bu icraat digər icraatlardan fərqli xüsusiyyətlərə malikdir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

27. Məhkəmə kollegiyası hesab edir ki, İPM-nin 100-cü maddəsində müəyyən olmuş yeni sübutlar və ya hallar dedikdə, yalnız o sübutlar və hallar nəzərdə tutulur ki, bu sübutlar və hallar mə hkəmə araşdırmasını başqa nəticəyə gətirib çıxara bilsin. Yəni əvvəlki qərarla gələn nəticədən fərqli qərar qəbul olunsun.

28. Lakin hazırda baxılan işin prosessual halları baxımından, inzibati icraatın təzələnməsi üçün ərizəçilərin yeni açılmış hallar kimi irəli sürdüyü xüsusatların, birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas olub-olmamasını araşdırmağa zərurət yoxdur.

29. Çünki, yeni açılmış hallarla bağlı ərizəsinin verilməsi və bu əsasla icraatın təzələnməsi, müddətlərə tabe tutulur.

30. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər (İPM-nin 103.1-ci və 103.2-ci maddələri).

31. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hətta ərizəçinin yeni açılmış hallar üzrə ərizənin vaxtında verilməsi üzürlü hesab olunan səbəblərdən mümkün olmadığı hallarda belə, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 il müddət keçdikdən sonra, İPM-nin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir (İPM-nin 103.3-cü maddəsi).

32. Məhz buna görə də işə baxmış məhkəmələr yeni açılmış hal üzrə icraatın təzələnməsi barədə ərizəyə baxarkən ilk növbədə ərizənin MPM-nin 103-cü maddəsində müəyyən olunmuş müd dətlər baxımından mümkünlüyünü araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdiyinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu əsasla da ərizə mümkün sayılmamışıdr.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İPM-nin 103-cü maddəsinin tələblərinə tam uyğundur və qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən QƏRARA ALDİ: İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 21(107)-284/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar