Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-235/2021 19.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hündürmərtəbəli binada inşa edilən mənzilin qabaqcadan qeydiyyatı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonr a mətndə cavabdeh) qarşı “mənzilə dair qeydin aparılması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-901/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı, “xxxx” MMC ilə x xxxx 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə yerləşən MMC-nin tikdiyi binanın 286 saylı mənzilinin tikintisi haqqında müqavilə bağlamışdır. Bağlanmış müqavilə əsasında o, mənzilin dəyərini MMC-yə tam ödəmişdir. O, həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmişdir.
2. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu i l tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, məhəllə 2347/48, 286 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsi ilə göndərilmiş xx.xx.2019-cu il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin “xxxx” MMC tərəfindən cavabdehə təqdim edilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə dair sənədlər Mənzil-Tikinti Kooperativi tərəfindən deyil, “xxxx” MMC tərəfindən verilmişdir. Lakin “xxxx" MMC-nin Mənzil-Tikinti Kooperativinə keçməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələri əvvəlcə “xxxx” MMC-nin adına ilkin qeydiyyata alınmalı və yalnız bundan sonra “xxxx” MMC ilə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər şəxslərin adına qeydiyyata alınmalıdır. Bundan əlavə, qüvvədə olan mülki qanunvericiliyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi nəzərdə tutulmamışdır. Belə ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən mənzil-tikinti kooperativi kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Həmçinin, mənzil qanunvericiliyində Mənzil Müştərək Cəmiyyətlərinin çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə dair hüquqmüəyyənedici sənədlər vermək və çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə dair sərəncam vermək səlahiyyətinin olması göstərilməmişdir. Məktub əsaslandırılarkən Mülki Məcəllənin 109.1, Mənzil Məcəllənin 109.1, 109.5, 113.1, 119.1, 119.4, 120.1 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə istinad edilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxx 2019-cu ildə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə “xxxx” MMC-nin inşa etdiyi binanın 216 saylı mənzilinə dair mülkiyyət hüququnun təminat qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, imtina məktubunda Mənzil Məcəlləsinin bir neçə normasına istinad edilmişdir ki, onların da qaldırılan məsələ ilə birbaşa əlaqəsi yoxdur. İddianın maddi hüquqi əsası kimi İPM-in 2, 32-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddələrinə istinad edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-1559/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə yerləşən binanı inşa edən “xxxx” MMC-nin mənzil tikinti kooperativinə çevrilməsi haqda sənədi, eləcə də mənzilin mübahisəli olmamasına dair sübutu, mənzilə pay haqqının tam ödənilməsinə dair sənədin əslini təqdim etmədiyindən, cavabdehin imtinası qanunsuz sayıla bilməz.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X6 və X2, 2-1(103)-901/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
9. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
10. Məhkəmənin qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qər arın “əsaslandırma” hissəsində iddiaçının “xxxx” MMC-nin mənzil-tikinti kooperativinə çevrilməsi haqqında sənədi, mənzilin mübahisəli olmamasına dair sübutu, mənzilə pay haqqının tam ödənilməsinə dair sənədin əslini cavabdeh orqana təqdim etmədiyi üçün, həmçinin inşa edilmiş çoxmərtəbəli binanın istismara qəbul aktının da cavabdeh orqana təqdim etmədiyi üçün iddianın təmin olunmaması qənaətinə gəlmişdir. 11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.
12. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa ça tdırılmamış binanın tərkib hissəsi olaraq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka yüklülüyü qabaqcadan qeydiyyata alına bilər. Yəni həmin bu normadan da açıq-aydın görünür ki, qanunverici orqan tikintisi hələ başa çatmamış binada olan mənzilə dair də mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatını nəzərdə tutmuşdur. Yəni tikintisi başa çatmamış və istismar aktı tərtib edilməmiş binalarda da mənzillərə dair mülkiyyət hüququnun təminat qeydinin aparılması nəzərdə tutulmuşdur. Belə bir halda məhkəmə tərəfindən iddiaçının cavabdeh orqana həmin binanın istismara qəbul edilməsi haqda aktı təqdim etmədiyinə görə iddianın təmin edilməməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya ş ikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.
15. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılma sı ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: 16.
1. Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxir ə salınsın: (-)... 17.
2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
18. Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məlumatında Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməs i tövsiyə edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 20. 1x xxxxxx 20 21-ci il tarixə kimi məhkəmə kollegiyasına işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair etiraz daxil olmamışdır.
21. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməs inin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə ol an torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsd iq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; (-)... Maddə 17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyat a alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. 17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. 17.5. Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplama ğa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üz rə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. İddiaçının əsas dəlili ondan ibarətdir ki, məhkəmə mübahisəni həll edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun un 17.1 və 17.2-ci maddələrinin tələblərini nəzərə almamışdır.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə “xxxx” MMC-nin inşa etdiyi binanın 216 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatının aparılmasını xahiş etmişdir. Müqavilədən görünür ki, 216 saylı birotaqlı mənzil binanın 14-cü mərtəbəsində yerləşir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması, İİİ fəslində isə daşınmaz əmlak üzərindəki bəzi hüquqların dövlət qeydiyyatından bəhs olunur.
31. İddiaçı tələbində Qanunun İİİ fəslində nəzərdə tutulan 17-ci maddəyə istinadla mübahisənin həllini arzu etdiyindən, hazırkı mübahisəyə Qanunun İİ fəslin müddəaları (8-15-ci maddələr) deyil, İİİ fəslin (17-ci maddənin) müddəaları əsasında hüquqi qiymət verilməlidir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.1 və 17.2-ci maddəsinin tələbinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.
33. Qanunverici istənilən tikintisi başa çatdırılmayan daşınmaz əmlakın qabaqcadan qeydiyyatını nəzərdə tutmamışdır.
34. Qanunun 17.3-cü maddəsinin tələbinə görə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyriyaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır.
35. Hazırkı halda iddiaçının iddia etdiyi birotaqlı mənzilə qabaqcadan qeydiyyatın aparılması üçün ona həmin mənzilə dair kreditin verilməsi barədə müqavilə, bina sahibinin hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud iddiaçı tərəfindən mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən mənzil sertifikatı təqdim edilməlidir.
36. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.3-cü maddəsi ndə sadalanan sənədlərin hər hansı birini cavabdehə təqdim etməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir.
37. Odur ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
38. Mübahisə edilən apelyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etmir.
39. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddə lərini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-901/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.