Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2350/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 Baş Gömrük İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 Baş Gömrük İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “gömrük borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2-1(103)-2178/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh "xxxx" MMC-in müraciəti əsasında Ukrayna Respublikasından idxal edilmiş “Prezidentskiy Standart” markalı 8582.900 litr spirtli içki məmulatı xx.xx.2020ci il tarixdə **********1370 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ay müddətində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altına yerləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Dövlət Gömrük Komitəsinin X9 Baş Gömrük İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin **********3478 sorğu nömrəli gömrük bəyannaməsi ilə aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli olan 250 manat gömrük yığımları, 12.977,66 manat məbləğində ƏDV, 48988.50 manat məbləğində aksiz vergisi, 32.202 manat dəbbə pulu olmaqla ümumilikdə, 88.418.16 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 Baş Gömrük İdarəsinə müraciət edərək Ukrayna Respublikasından idxal edilmiş “Prezidentskiy Standart” markalı 8582.900 litr spirtli içki (araq) məmulatlarını xx.xx.2020-ci il tarixdə **********1370 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Bundan sonra malların rəsmiləşdirilməsi üçün cavab deh heç bir müraciət etməmiş, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlanca götürülmüş həmin yükün digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş, həmçinin gömrük anbarında yerləşdirilməsi üçün gömrük orqanına müraciət etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilən cavabdeh barəsində inzibati xəta haqqında 14000- 1019/20 saylı iş baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilmişdir. Həmçinin cavabdehə xx.xx.2021-ci il tarixli 4 nömrəli bildiriş də təqdim edilmiş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. İdarə tərəfindən qeyd edilən malları başqa gömrük proseduru altında yerləşdirilməsi barədə dəfələrlə müraciət olunsa da, cavabdeh bu müraciətlərə məhəl qoymamışdır.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3391/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim X4) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC idxal etdiyi malı nə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, nə də təkrar ixrac üçün müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirməmişdir. Cavabdeh sözügedən malı xx.xx.2020-ci il tarixdə **********1370 sorğu nömrəli bəyannamə ilə müvəqqəti saxlanc proseduru altında yerləşdirmiş, ilkin olaraq müvəqqəti saxlanc müddəti xx.xx.2020-ci il tarixdə bitsə də müvəqqəti saxlancda olan malı digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş, beləliklə, qeyd edilən mal müvəqqəti saxlanc proseduru altında qalmışdır. Başq a sözlə, idxal olunmuş və müvəqqəti saxlanc proseduru altında saxlanılan mala görə tələb olunan gömrük ödənişləri Gömrük Məcəlləsinin 238 və 240-cı maddələrində nəzərdə tutulmuş gömrük borcu hesab edilmədiyindən iddiaçı inzibati orqanın iddia ərizəsində qeyd etdiyi Gömrük Məcəlləsinin 249-cu maddəsinə istinad etməklə gömrük borcunun alınmasını tələb etmək səlahiyyəti də mövcud deyildir. Beləliklə, inzibati orqanın hazırki iş üzrə gömrük ödənişlərinin dövlət büdcəsinə məcburi alınması ilə bağlı iddiası inzibati məhkəmə icraatında məhkəmə müdafiəsinə hüquqi əsas olmadığından mümkün sayıla bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyas ı məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2-1(103)-2178/2023 nömrəli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X1) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3391/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Şikayətdə qey d edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunvericiliyin müddəalarına ziddir. Belə ki, cavabdeh tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə əməl edilməmişdir. Qanunun tələbinə əsasən müddət başa çatanadək mallar ya digər gömrük prosedura altında yerləşdirmək üçün bəyan edilməli, ya da gömrük anbarında yerləşdirilməli idi. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə
93. Gömrük nəzarəti zonaları 93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərin də, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir. Maddə
124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi 124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Maddə
166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi 166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər: 166.0.1. tranzit (beynəlxalq və daxili tranzit); 166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); Maddə
176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi 176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Maddə
177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti 177.1. Saxlanc xüsusi gö mrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. 177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə
179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti o nların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük a nbarında yerləşdirilməlidir. Maddə
183. Malların gömrük anbarında saxlanc müddəti 183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. Maddə
327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi 327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qəra rına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. 327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları 328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır. 328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir. 328.
3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir. 13. “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 176.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. 1.3. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük anbarında gömrük nəzarəti altında yerləşdirilir. 1.4. Gömrük qanunvericiliyinə müvafiq olaraq, daxili mallar da gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 3.1. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. 3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 3.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
7. Malların gömrük anbarında saxlanc müddəti 7.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. 7.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 7.3. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət başa çatanadək mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barədə Gömrük Məcəlləsinin 57-ci fəslinə əsasən sərəncam verilir. 7.4. Bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddət artırılmadan və gömrük proseduru dəyişdirilmədən malların bir gömrük anbarından digərinə daşınmasına gömrük orqanının icazəsi və nəzarəti altında yol verilir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mü bahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının iddia tələbindən doğan hüquqi marağı cavabdeh tərəfindən malların saxlanc yerindən qanunvericiliklə müəyyən edilmiş müddətdə götürülməməsi və bununla bağlı aparılmış gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli olan 250 manat gömrük yığımları, 12.977,66 manat məbləğində ƏDV, 48988.50 manat məbləğində aksiz vergisi, 32.202 manat dəbbə pulu olmaqla ümumilikdə, 88.418.16 manat məbləğin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsin dən ibarətdir.
19. Bu tələb həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır. Məhkəmələr iddia tələbini mümkünsüz sayılması barədə qənaətə gələrkən qeyd etmişlər ki, hazırki iş üzrə iddiaçı gömrük orqanının tələb etdiyi ödənişlər nə gömrük borcudur, nə də qanunla gömrük borcunun məcburi alınmasına dair məhkəmədə qaldırıla bilən iddia tələbinə aiddir.
20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və həmin qərardadın ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
21. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-in müraciəti əsasında Ukrayna Respublikasından idxal edilmiş “Prezidentskiy Standart” markalı 8582.900 litr spirtli içki məmulatı xx.xx.2020-ci il tarixdə **********1370 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ay müddətində, yəni xx.xx.2020-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altına yerləşdirilmişdir.
22. Gömrük qanunvericiliyinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bil ər. Həmin müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində Gömrük Məcəlləsinin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının yuxarıda qeyd edilən prosedura uyğun davranmasını müəyyən etmədən iddianın mümkünsüz sayılması qənaətinə gəlmişdir.
24. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və ş ərtlərinə riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə inzibati xəta haqqında 14000-1019/20 saylı iş baxılması üçün aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilmişdir.
25. İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
26. Apelyasiya instansiyası məhkəməsi iddia ərizəsində qeyd edilmiş bu xüsusatla bağlı araşdırma ap armamış, cavabdehin inzibati xəta ilə bağlı məsuliyyətə cəlb edilməsini yoxlamamış, nəticədə cavabdehin malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasını müəyyən etməmişdir.
27. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən idxal edilmiş spirtli içkilərin iddia verilən vaxt saxlanc yerində (anbarda) olub olmamasını araşdırmamış, iddiaçıda olduğu halda istifadə müddətini, istifadəyə yararlılığını, cavabdehə təhvil verildiyi halda isə gömrük xərcləri ödənilmədən malın təhvil verilməsinin səbəblərini müəyyən etməmişdir. Növbəti apelyasiya baxışı zamanı bu hallar da araşdırılmalı, idxal edilmiş malın saxlanc yerində olub olmadığı müəyyən edilməlidir. Əgər mötəbər mənbədən əldə edilmiş məlumata əsasən həqiqətən də malların saxlanc yerində olduğ u müəyyən edilərsə, bu halda iddiaçının yuxarıda göstərilən qanunvericiliyə uyğun prosedur qaydalara riayət edilib edilməməsi müəyyən edilə, bundan sonra mübahisənin mahiyyəti, yaxud iddianın mümkünlüyü ilə bağlı qərar qəbul edilə bilər.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərardad ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
29. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti q ismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2023-cü il tarixli, 2- 1(103)-2178/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.