Məhkəmə qərarları › İş №2-1(102)-2367/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2367/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2367/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi ödəyicisi, əvəzləşdirilən ƏDV) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməs i” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)213/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********112700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBW seriyalı, 823063 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi əsas gətirilərək, 2022-ci ilin may ayı üzrə iddiaçıya 12921,01 manat əlavə dəyər vergisi hesablanmışdır.

2. Sözügedən EBBW seriyalı, 82 3063 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 84704,41 manat məbləğində alqı-satqı əməliyyatı aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********112700 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyətə başladığı vaxtdan halhazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. B una baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının 2022-ci ilin may ayında təqdim etmiş olduğu əlavə dəyər vergisi əvəzləşdirmələri ləğv edilərək, ona kameral vergi yoxlaması qaydasında 2022-ci il may ayına görə 12921,01 manat məbləğində ƏDV hesablanıb şəxsi hesab vərəqəsinə işlənmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə EBBW seriyalı, 823063 nömrəli elektron qaimə-faktura ilə "xxxx" MMC-dən əlavə dəyər vergisi ilə birlikdə 84704,41 manat məbləğində qarışıq mal-materiallar alınmış, həmin mal-materialların dəyəri "xxxx" MMC-nin bank hesabına, ƏDV isə onun ƏDV sub-hesabına hesablanaraq ödənilmişdir. Sözügedən əməliyyat aparıldıqdan sonra iddiaçı tərəfindən 2022-ci il may ayını əhatə edən dövr üzrə vergi orqanına təqdim edilən ƏDV bəyannaməsində "xxxx" MMC ilə aparılmış həmin alqı-satqı əməliyyatı barədə məlumat verilmiş və tələb olunan EBBW seriyalı, 823063 nömrəli elektron qaimə-fakturanın rekvizitləri əks etdirilmişdir. Həmin vaxtdan da xx.xx.2022-ci il tarixinə kimi cavabdeh tərəfindən sözügedən əməliyyata dair hər hansı bir irad bildirilməmişdir. Buna baxmayaraq, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının may ayında təqdim etdiyi ƏDV əvəzləşdirilməsi ləğv edilərək, ona kameral qaydada 2022-ci ilin may ayına görə 12921.01 manat məbləğində ƏDV hesablanıb şəxsi hesab vərəqəsinə işlənmişdir. Səbəb kimi "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısına düşməsi bildirilir. Həmin müəssisə ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində əməliyyat aparan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin s iyahısına daxil olması haqqında taxes.gov.az saytında araşdırma aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Vergi orqanının saytından əldə edilən məlumat cədvəlinə əsasən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixindən riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyi məlum olmuşdur. Cavabdeh tərəfindən 2022-ci il may ayında aparılmış əvəzləşdirmənin ləğv edilməsi və həmin əvəzləşdirmə üzrə olan ƏDV məbləğinin iddiaçının şəxsi hesab vərəqəsinə işlənməsi ilə bağlı hərəkətləri qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı mübahisənin predmetini təşkil edən əməliyyatlar üzrə əlavə dəyər vergisini ƏDV subhesabına ödəmiş və məhz bu əsasla da ödəmiş olduğu vergi məbləğinə uyğun olaraq satıcı təşkilatdan iddiaçının onlayn kargüzarlığına EBB W seriyalı, 823063 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Sözügedən əməliyyatlar Azərbaycan Respublikası Vergilər Məcəlləsinin, o cümlədən Məcəllənin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmış və bu əməliyyat barədə məlumatlar əməliyyatın aparıldığı 2022-ci ilin may ayı üzrə vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə 12921,01 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində 12921,01 manat kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2 022-ci il tarixli, **********601600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq 2022-ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə əlavə 12921,01 manat vergi məbləği hesablanmış və bu barədə, iddiaçıya xx.xx.2022-ci il tarixli, **********112700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 16 noyabr 2022ci il tarixli, 2-1(118)-2541/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haq larının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********112700 nömrəli qərar ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC ilə aparılan alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və bu səbəbdən iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.

8. Cavabdeh apellyasiya şikayət i verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 02 iyun 2023-cü il tarixli, 2-1(105)-213/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan EBBW seriyalı, 823063 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 84704,41 manat məbləğində alqı-satqı əməl iyyatı aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin alqı-satqı əməliyyatı üzrə satıcı qismində çıxış edən "xxxx" MMC həmin əməliyyat aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC həmin tarixdən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında "xxxx" MMC-nin məhz iddiaçı ilə xx.xx.2022-ci il tarixdə aparılmış alqı-satqı əməliyyatı nəticəsində riskli vergi ödəyicisi hesab edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı ilə müvafiq hüquqi şəxs arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Beləliklə, cavabdeh özü iddiaçı ilə həmin müəssisə arasında aparılan alqı-satqı əməliyyatının müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddia çı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Ona görə də, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi elektron qaimə faktura riskli vergi ödəyicisi ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturanı ƏDV bəyannaməsində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Həmçinin, elektron qaimə-faktura üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud, iddiaçının əməliyyat apardığı müəssisənin on a satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, yəni ümumilikdə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində həmçinin, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin e-qaimə üzrə satışı nda 84704 manat dəyərində qarışıq mal-material təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bu hal nəzərə alınaraq, əldə olunmuş malların satışı riskli hesab edilmiş və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada); 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada);... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. v ergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... Maddə

53. Vergi qa nunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisəli dövrdə qüvvədə olan redaksiyada) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmi n əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cüm lədən riskli əməliyyatların Meyarları”

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orq an maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul et miş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərar dadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası qeyd edir k i, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli, **********112700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBW seriyalı, 823063 nömrəli elektron qaimə-fak tura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi əsas gətirilərək, 2022-ci ilin may ayı üzrə iddiaçıya 12921,01 manat əlavə dəyər vergisi hesablanmışdır. Sözügedən EBBW seriyalı, 823063 nömrəli elektron qaiməfakturadan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 84704,41 manat məbləğində alqı-satqı əməliyyatı aparılmışdır.

24. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası haqlı olaraq qeyd etmişdir ki, həmin alqı-satqı əməliyyatı üzrə satıcı qismində çıxış edən "xxxx" MMC həmin əməliyyat aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2022-ci il tari xli qərarından görünür ki, "xxxx" MMC həmin tarixdən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında "xxxx" MMC-nin məhz iddiaçı ilə xx.xx.2022-ci il tarixdə aparılmış alqı-satqı əməliyyatı nəticəsində riskli vergi ödəyicisi hesab edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı ilə müvafiq hüquqi şəxs arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Beləliklə, cavabdeh özü iddiaçı ilə həmin müəssisə arasında aparılan alqı-satqı əməliyyatının müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Bunun davamı olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi elektron qaimə faktura riskli vergi ödəyicisi ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturanı ƏDV bəyannaməsində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. 25. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin e-qaimə üzrə satışında 84704 manat dəyərində qarışıq mal-material təqdim etməsinə baxmayaraq, iddiaçının idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların alışının müəyyən edilməməsi və bu hal nəzərə alınaraq, əldə olunmuş malların satışının riskli hesab edilmiş olması barədə cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu qərarın 15-ci bəndində qeyd edilən normanın tələblərinə əsasən, hazırkı iş üzrə yaln ız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilər: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimə-faktura üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması səbəbilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

27. Odur ki, qanunve riciliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-213/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar