Məhkəmə qərarları › İş №2-1(102)-2378/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2378/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2378/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi, ƏDV-dən azad olunan idxal, ƏDV-dən azad olan malların əməliyyatı zamanı ƏDV-nin əvəzləşdirilməsi mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-287/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarından cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 07 iyun 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2022-ci ilin iyul ayı üzrə İddiaçı MMC barəsində 104.619,14 manat əlavə dəyər vergisi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 104619,14 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli uyğun suzluq məktubunda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: “Aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2778040,33 manat olmasına baxmayaraq ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2196822,88 manat qeyd olunmaqla müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdır. Eyni zamanda tərəfinizdən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2778040,33-2196822,88)*18%=104619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulur.” Qeyd olunanlarla bağlı aşağıdakılar bildirilir. İddiaçı **********7 nömrəli bildiriş əsasında xx.xx.2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdı r. Cavabdeh uyğunsuzluq məktubunda vergi dövrünü xx.xx.2022- xx.xx.2022 tarix aralığını qeyd etsə də, hesablama üçün həmin ayın əməliyyatlarını deyil, xx.xx.2018xx.xx.2022-ci il tarixləri aralığını, yəni 47 ay üzrə aparılan əvəzləşdirmə və ƏDV-yə cəlb olunan əməliyyatları müqayisə etmişdir. Bununla cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83cü, 85.4-cü, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, xüsusilə bildirilir ki, əlavə olunan arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırmışdır. Cavabdeh tərəfindən hər hansı nəzarət tədbiri ilə iddiaçının faktiki fəaliyyət göstərdiyi təsdiqini tapmadığı halda, hesablama 2022-ci ilin iyul ayına, yəni fəaliyyətin dayandırıldığı aya aparılmışdır. Göründüyü kimi, cavabdeh növbəti dəfə olduqca kobud prosessual pozuntuya yol vermişdir. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışı ilə həmin dəyər arasındakı fərqi kənarlaşma kimi qeyd etmişdir. Halbuki vergi ödəyicisinin satışı tamamilə sənədlərlə təsdiq olunur və gömrük orqanları tərəfindən malların rəsmiləşdirilməsi kimi əks olunan qiymət heç bir halda mal ın satış dəyəri kimi qəbul oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV- nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur.

4. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2.778.040,33 manat olmasına baxmayaraq, ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2.196.822,88 manat qeyd olunmaqla, müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılmışdı r. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2.778.040,332.196.822,88)*18%=104.619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulmuşdur. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2022-ci ilin iyul ayına 104.619,14 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş boş bəyannamə (sonuncu xx.xx.2023-cü il tarixdə) təqdim edilməsinə baxmayaraq, hər hansı təsdiqedici s ənəd təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla hesablanmış kameral bərpa edilmişdir. “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi” qaydalarına əsasən arayışda göstərilən müvafiq məlumatlarla (mal qalığı, pul vəsaitləri və debitor borclarının) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumatlar, o cümlədən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilərsə, bu zaman həmin məlumatlar əsasında Bəyannamələr strukturları tərəfindən qanunamüvafiq tədbirlər görülür. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin ƏDV qeydiyyat tarixindən başlayaraq əvəzləşdirilən məbləğlə daxil olma məbləği arasındakı fərqlə bağlı bildirir ki, vergi ödəyicisinin 3 ildən əvvəlki olan dövrü üzrə (xx.xx.2018-xx.xx.2 019) hesablanan ƏDV məbləği əvəzləşdirilən məbləğdən çox olduğundan qeyd olunan dövr vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır. Əlavə olaraq bildirir ki, vergi ödəyicisinə göndərilmiş sənədlərin təqdim edilməsi ilə bağlı məktubuna vergi ödəyici tərəfindən hər hansı sənəd təqdim edilməmiş, məktubda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlanıldıqda bütün malların satıldığı və mal qalığının olmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, öz ünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla ) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3) 27 noyabr 2023-cü il tarixli, 21(118)-4065/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir.

6. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi iddiaçının ƏDV-dən azad olunan malları əvəzləşdirməklə azad olunan mal kimi satması iş materiallarında olan bəyannamələrlə təkzib olunur. Məhkəmə həmçinin bildirir ki, iddiaçının idxal etdiyi mal ətinin satışının ƏDV-dən azad olması xx.xx.2020-ci ildən Vergi Məcəlləsinə əlavə olunduğu üçün, ondan əvvəlki illərdə eyni növdə malların ümumi qaydada əvəzləşdirilməsi tam qanuni olmuşdur. Həmin mallardan hər hansı hissənin satışı 2020-ci ildə baş vermişsə, bu zaman həmin heyvan ətinin satışı artıq yeni qanunla ƏDVdən azad olduğundan hər hansı pozuntu baş vermir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün yalnız həmin ay ərzində aparılmış satış əməliyyatları dövriyyə kimi müəyyən olunmalıdır. Bununla cavabdeh Vergi Məcəlləsinin 12-ci, 83-cü, 85.4-cü, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-287/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı ilə (X2 (məruzəçi), X5 və X1) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2-1(118)-4065/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayından sonrakı dövrdə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad edilmiş əməliyyatlar aparılmış, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinə uyğun olar aq ƏDV-yə cəlb olunan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun ƏDV əvəzləşdirilməsi aparılmış, ƏDV-dən azad olunan mallarla bağlı xidmətlər göstərilərkən ƏDV-nin əvəzləşdirilməsi baş verməmişdir.

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İşin faktiki halları ilə bağlı qeyd edilməlidir ki, aparılmış araşdırma zamanı ƏDV qeydiyyat tarixindən cari hesabat dövrünə qədər olan ƏDV bəyannaməlrinə əsasən əvəzləşdirilən dövriyyə 2778040,33 manat olmasına baxmayaraq ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2196822,88 manat qeyd olunmaqıa müəssisənin şəxsi hesa b vərəqəsində artıq ödəmə yaradılmışdır.

12. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində mal qalığının olmadığı qeyd olunmuşdur. Yaranmış kənarlaşma üzrə (2778040,33-2196822,88)*18%=104619,14 əlavə dəyər vergisi hesablanması nəzərdə tutulmuşdur. Həmçinin, araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəlinə əsasən 2020-ci ilin əvvəlinə 82300,27 kq soyudulmuş sümüklü mal ətinin olduğu, 2020-ci il ərzində 49500,0 kq soyudulmuş sümüklü mal ətinin idxal edildiyi, həmin idxalda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsinə baxmayaraq, elektron qaimə faktura ilə miqdarı 85356,0 kq, dəyəri isə 425688,67 manat məbləğində ƏDV-dən azad olan əməliyyatlar çərçivəsində soyudulmuş sümüklü mal ət i təqdim etdiyi müəyyən edilmişdir.

13. Beləliklə, vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığını, nəzarət kassa aparatının olmadığını, təsərrüfat subyektlərinin bağlandığını, araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədlərin (müqavilələri, təhvil-təslim aktlarını, işlərin (xidmətlərin) görüldüyü yer barədə məlumatı, cəlb edilmiş işçilər, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri) təqdim edilmədiyini, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad əməliyyatlar çərçivəsində təqdim etdiyi malların idxalı zamanı ƏDV məbləğlərini əvəzləşdirdiyini, Cəmiyyətin ləğv olunaraq qoşulduğu hüquqi şəxsin direktor və təsisçilərinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borcları ƏDV-yə cəlb etmədiyini, Cəmiyyət tərəfindən idxal edilmiş və əvəzləşdirilmiş bəzi malların (misal: soyudulmuş mal əti) ƏDV- dən azad əməliyyat çərçivəsində təqdim edildiyini (o cümlədən əksər hissəsinin qarşılıqlı sürətdə asılı olduğu "xxxx"- MMC-yə) nəzərə alaraq, mövcud vəziyyətdə Cəmiyyətin şikayəti təmin edilməməsi və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli **********421000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə’’ qərar qəbul edilmişdir.

14. Apellyasiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələblərini araşdırmadan q ərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 159.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Maddə

160. Vergiyə cəlb edilməyən əməliyyatlar, o cümlədən müəssisənin təqdim edilməsi 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1385) ilə 160-cı maddənin adı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə

160. Müəssisənin təqdim edilməsi... 160.4. Hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyrimaddi aktivlərin, habelə əmlak kompleksi şək lində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.https://eqanun.az/framework/46948 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə yeni məzmunda 160.4-cü maddə əlavə edilmişdir. 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 31 dekabr 2022-ci il, № 288, Azə rbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1385) ilə 160.4-cü maddədə “daşınmaz əmlakların” sözləri “daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin,” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə “əvəzsiz” sözündən əvvəl “, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara” sözləri əlavə edilmişdir. Maddə

164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə; 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrə li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 164.1.37-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 164.1.37. quş ətinin satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə; 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 164.1.37-ci, 164.1.46-cı və 164.1.48-ci maddələrdə “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilmişdir. Maddə

166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 1 66.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır... … 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (AzərbaycanDövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 166.7-ci maddəyə “dəyərinin” sözündən sonra “və ya ƏDV məbləğinin” sözləri əlavə edilmişdir. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəz ləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdəəvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) t əqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 16 noyabr 2001-ci il tarixli 217-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 175.1-ci maddədə "ödənilməli olan (ödənilmiş)" sözləri "ödənilmiş" sözü ilə əvəz edilmişdir. 26 noyabr 2002-ci il tarixli 383-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 707) ilə 175.1-ci maddədə "ödənilmiş" sözündən əvvəl " nağdsız qaydada" sözləri əlavə edilmişdir. 28 noyabr 2003-cü il tarixli 519-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 175.1-ci maddədə "nağdsız qaydada ödənilmiş" sözləri "nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə" sözləri ilə əvəz edilmiş və həmin maddəyə 175.1.3-cü maddə əlavə edilmişdir. 6 noyabr 2007-ci il tarixli 472-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 175.1-ci maddədə "aparılmış ödəmələrdə verginin" sözləri "ödəmələr üzrə ƏDV-n in depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi" sözləri ilə əvəz edilmişdir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 175.1-ci (175.1.1 – 175.1.3-cü maddələr istisna olmaqla) maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 175.1-ci maddəyə “əməliyyatın dəyəri” sözlərindən sonra “alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin” sözləri əlavə edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1048-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, m addə 1621) ilə 175.1-ci maddənin birinci cümləsinə (hər iki halda) və ikinci cümləsinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, İ kitab, maddə 1608) ilə 175.1-ci maddənin birinci abzasına “edilməsi” sözündən sonra “, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozi t hesabına ödənilməsi” sözləri əlavə edilmişdir.... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci ma ddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2498) ilə 175.4-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.... 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDVdən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1385) ilə 175.6-cı maddəyə “ƏDV-dən” sözündən əvvəl “Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla,” sözləri əlavə edilmişdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə d üzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, məhkəmə baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.

24. İşdən görünür ki, iddiaçının hüquqi marağı cavabdeh vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş 7 iyun 2023-cü il tarixli qərarın ləğvinə yönəlmi şdir. 25. 7 iyun 2023-cü il qərarla iddiaçı barəsində 2022-ci ilin iyul ayı üzrə 104.619,14 manat ƏDV hesablanmış və verginin hesablanmasına əsas iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyə 2.778.040,33 manat olmasına baxmayaraq, ƏDV-yə cəlb edilən əməliyyatların dəyəri 2.196.822,88 manat qeyd olunmaqla, müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmə yaradılması olmuşdur.

26. Cavabdehin dəlillərinə görə artıq ödəmə yaradılmasının səbəbi iddiaçının 2020ci ilin əvvəlinə 82300,27 kq soyudulmuş sümüklü mal ətinin olduğu, 2020-ci il ərzində 49500,0 kq soyudulmuş sümüklü mal ətinin idxal edildiyi, həmin idxalda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirməsinə baxmayaraq, elektron qaimə faktura ilə miqdarı 85356,0 kq, dəyəri isə 425688,67 manat məbləğində ƏDV- dən azad olan əməliyyatlar çərçivəsində soyudulmuş sümüklü mal əti təqdim etməsi olmuşdur.

27. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə xx.xx.2020-ci il tarixdən edilən dəyişikliyə görə, heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə (2024-cü ilin yanvarından bu müddət bir daha uzadılmışdır) ƏDV-dən azad əməliyyatlara aid edilmişdir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

28. Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar ap aran şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

29. Beləliklə, vergi ödəyicisi heyvan və ya quş əti alınırsa, idxal zamanı ƏDV məbləği ödəsə də, onun həmin məbləği əvəzləşdirmək hüququ yoxdur. Qeyd olunan norma vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan malı ƏDV-yə cəlb olunan əməliyyatlar olmadan təqdim etdiyi halı nəzərdə tutur.

30. Vergi ödəyicisinin həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad əməliyyatları olarsa, bu halda əvəzləşdirmə Vergi Məcəlləsinin 175.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

31. Həmin normaya görə vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçü n vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

32. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin iddiaçı MMC-nin idxal əməliyyatları haqqında cədvəl məlumatlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə yalnız 2020-ci ilin yanvar-mart ayları ərzində mal əti (satışı ƏDV-dən azad mal) idxal edilmiş, həmin mallara görə hər ay üzrə 16444,8 manat məbləğində ƏDV ödəmişdir.

33. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin yanvar-may və iyul-avqust ayları üzrə ƏDV bəyannamələrindən müəyyən olunur ki, iddiaçı həmin dövrlərdə ƏDV-dən azad olunan mal ətinin satışını həyata keçirməklə yanaşı, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan (ƏDV-dən azada olunmayan) əməliyya tları da olmuşdur. 34. 2020-ci ilin yanvar ayı üzrə bəyannamə məlumatlarına əsasən iddiaçı 2020-ci ilin yanvar ayında 49300,23 manat məbləğində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatı həyata keçirdiyini (301-ci sətir), alınmış mal ətinin 11747,34 manat hissəsini ƏDV-dən azad olan mal kimi satdığını (303-cü sətir) göstərmiş, idxalda 16444,8 manat məbləğində ƏDV ödəsə də, həmin məbləğin yalnız 13280,82 manat hissəsini əvəzləşdirmiş (310, 317-ci sətirlər), qalan 3163,98 manat hissəsi isə əvəzləşdirilməsinə yol verilməyən məbləğ olmuşdur.

35. İşə əlavə edilən digər aylar üzrə ƏDV bəyannamələrində də eyni qaydada ƏDV məbləğləri əvəzləşdirilmişdir.

36. Göründüyü kimi iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayından sonrakı dövrdə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad edilmiş əməliyy atlar aparılmış, bu baxımdan, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinə uyğun olaraq ƏDV-yə cəlb olunan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun ƏDV əvəzləşdirilməsi aparılmışdır.

37. Bununla yanaşı, işin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, sözügedən vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır.

38. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir.

39. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır.

40. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

41. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. 42. 2022-ci ilin iyul ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mövqeyini yuxarıda qeyd olunan hüquq normalarına əsasən əsaslı hesab edir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh kassasiya şikayətində işin hallarını və hüquq normalarını sadalamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bildirməmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-287/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar